Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2060/2022 22.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(027)-244/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Quba Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(027)-244/2021 nömrəli qərardadı ilə (hakim İlqar Məmmədov) İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Cavabdeh Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)244/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(027)-244/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilib, Cavabdeh Ələm oğlunun İddiaçı məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarış əsasında Quba-Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0.209 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin cavabdehin hesabına boşaldılması və İddiaçı məxsus torpaq sahəsinə Cavabdeh Ələm oğlu tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 10 avqust 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Quba Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(027)-244/2021 nömrəli qərardadında müddəti ötürmədiyi qənaətinə gəlmiş, lakin xx.xx.2022-ci il tarixli, 2(027)-244/2021 nömrəli qərardadında isə apellyasiya şikayətimin qaytarılması, lakin nə üçün qaytarılması, müddətin ötürülübötürülməməsi barədə bir nəticəyə gəlməmişdir və bu barədə qərardadda bir şey yazılmamışdır. Məhkəmənin aktı ona rəsmi qaydada verilməyibsə şikayət vermək üçün nəzərədə tutulmuş prosessual müddətin axımı da hesablanmır. Bu hissədə məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına qiymət verilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Müki Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materialları ilə müəyyən edilir ki, Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 nömrəli qətnaməsinin surəti 18 mart 2021-ci il tarixdə poçt vasitəsi ilə tərəflərə göndərimiş, cavabdeh X1 iddia ərizəsində göstərilən Quba rayonu, Alekseyevka kəndində yerləşən ünvanına göndərilmiş məhkəmə zərfi “ünvan düzgün deyil” qeydi ilə geri qaytarılmışdır. Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 nömrəli qətnaməsi 08 may 2022-ci il tarixdə Quba rayon İcra və probsiya şöbəsinə göndərilmişdir. Quba rayon İcra və probsiya şöbəsinin 09 iyun 2021-ci il tarixli, icraata başlamaq haqqında qərarı ilə Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqi icraata qəbul edilmiş və borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir. Quba Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Cavabdeh Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)- 244/2021 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməsi, Cavabdeh Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzürlü sayılaraq prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. İddiaçı qərardadan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilməyib, Quba Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(027)-244/2021 nömrəli qərardadından İddiaçı verdiyi şikayət 7 gün müddətində 2(027)-244/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 nömrəli qətnaməsindən Cavabdeh Ələm oğlu tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada tərtib olunmadığına görə qeyri-mümkün hesab edilərək, mülki iş Quba Rayon Məhkəməsinə göndərilmişdir. Poçt göndərişinin xəbərnaməsindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərardadının surəti 11 yanvar 2022-ci il tarixdə Cavabdeh Ələm oğlu tərəfindən qəbul edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə apellyasiya şikayətini elektron qaydada tərtib edərək məhkəməyə təqdim etmişdir. Quba Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada tərtib olunmadığına görə geri qaytarılmışdır. Mülki iş apellyasiya şikayəti əsasında baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2022-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsindən Cavabdeh Ələm oğlu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və Quba Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(027)-244/2021 nömrəli qərardadından İddiaçı verdiyi şikayətə apellyasiya qaydasında baxılmadan hazırkı apellyasiya şikayətnə baxılması mümkün olmadığına görə, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Quba Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(027)-244/2021 nömrəli qərardadından İddiaçı verdiyi şikayətə apellyasiya qaydasında baxılması üçün mülki iş Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş və Quba Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(027)-244/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərardadı ilə Cavabdeh Ələm oğlu tərəfindən Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilib, apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 362-363cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. İş materialları ilə müəyyən olur ki, Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 nömrəli qətnaməsinin surətinin cavabdeh X2 rəsmi qaydada təqdim edilməmiş və işdə bu halı təsdiq edən rəsmi sənəd mövcud deyildir. Cavabdeh 27 oktyabr 2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Quba Rayon Məhkəməsinin 10 noyabr 2021ci il tarixli qərardadı ilə Cavabdeh Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)- 244/2021 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilmiş və cavabdehin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzürlü sayılaraq prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 nömrəli qətnaməsindən Cavabdeh Ələm oğlu tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada tərtib olunmadığına görə qeyri-mümkün hesab edilərək, mülki iş Quba Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə apellyasiya şikayətini elektron qaydada tərtib edərək məhkəməyə təqdim etmişdir. Lakin buna baxmayaraq Quba Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada tərtib olunmadığına görə geri qaytarılmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərardadı əsasında sonradan elektron qaydada tərtib olunmuş 17 yanvar 2022-ci il tarixli apellyasiya şikayəti prosessual müddət ötürülmədən verilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir, Qanunda nəzərdə tutulmuş müəyyən formallıqlar avtomatik tətbiq olunmamalı, mütləq xarakter daşımamalıdır və hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən Cavabdeh verdiyi şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamədən apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ərzində verilməsi halı ilə bağlı prosessual hüquq normalarına düzgün istinad etməmişdir. MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanuni və əsaslı olduğu üçün təmin edilməli, birinci instansiya məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(027)-244/2021 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 24 avqust 2022-ci il tarixli, 2(027)-244/2021 nömrəli qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə müddət ötürülməmiş hesab edilməli və apellyasiya icraatına qəbul edilməlidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Cavabdeh verdiyi şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(027)-244/2021 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 24 avqust 2022-ci il tarixli, 2(027)-244/2021 nömrəli qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə müddət ötürülməmiş hesab edilsin və apellyasiya icraatına qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2060/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2060/2022
22.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver