Məhkəmə qərarları › İş №2(105)-2071/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2071/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2071/2022 22.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(012)-4438/2022 nömrəli qərardadından İddiaçı verdiyi şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(012)-4438/2022 nömrəli qərardadı ilə (hakim M.Abbasova) İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi, pulun vaxtında veriməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq faizin tutulması və mənəvi zərər tələblərinə dair iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı şikayət ilə məhkəməyə müraciət edib, qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(012)-4438/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh 65.000 manat əsas məbləğ, həmin məbləğin ona vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik 5.037,5 (illik 7,75 faizlə) manatdan, iki il üçün 10.705 (on min yeddi yüz beş) manat faiz məbləği, mənəvi ziyan hesabına 3.000 (üç min) manat və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 327 (üç yüz iyirmi yeddi) manat dövlət rüsumu olmaqla, cəmi 79.032 (yetmiş doqquz min otuz iki) manat pul vəsaitinın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 12 avqust 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddia ərizəsi üzrə tələb yalnız xx.xx.2018-ci il tarixli borc müqaviləsində nəzərdə tutulan 65.000 manatdan ibarət deyildir. İddia tələbi cavabdehdən onun xeyrinə 65.000 manat əsas məbləğ, həmin məbləğin ona vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik 5.037,5 (illik 7,75 faiziə) manat olmaqla, iki il üçün 10.705 (on min yeddi yüz beş) manat faiz məbləği, mənəvi ziyan hesabına 3.000 (üç min) manat və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 327 (üç yüz iyirmi yeddi) manat dövlət rüsumu olmaqla, ümumilikdə 79.032 (yetmiş doqquz min otuz iki) manat pul vəsaitindən ibarətdir. Digər tərəfdən, icra qeydinə əsasən verilmiş icra sənədinin hazırda icraatda olması iddia ərizəsinin məhkəmədə baxılmalı olmaması üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi bu əsasla, yəni notariusun icra qeydinə əsasən verilmiş icra sənədi üzrə icra işinin hazırda icraatda olması, belə olan halda İddiaçı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə istinad etməklə məhkəmədə hazırki iddianı qaldırması qüvvədə olan prosessual qanunvericiliyə görə yolverilməz olması və iddia ərizəsinin hazırki mərhələdə məhkəmədə baxılmalı olmaması qənaətinə gəlməsi tam qanunsuz və əsassızdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin məhkəmədə baxılmasının yolverilməzliyinə görə geri qaytarılması nəticəsinə gələrkən hesab etmişdir ki, notariusun icra qeydinə əsasən verilmiş icra sənədi üzrə Abşeron rayon İcra və probasiya şöbəsində icraata başlanılmış və bu icra işi hazırda icraatdadır. Belə olan halda İddiaçı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə istinad etməklə məhkəmədə yenidən hazırki iddianı qaldırması qüvvədə olan prosessual qanunvericiliyə görə yolverilməzdir və iddia ərizəsi hazırki mərhələdə məhkəmədə baxılmalı deyildir. İş materiallarında olan Abşeron rayon 2 saylı notariat ofisinin verdiyi 8İ-76 saylı, xx.xx.2021-ci il tarixli icra qeydi icra edilməsi üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu 2 saylı notariat kontorunun 8İ-76 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh cəmi 65020 manat borc pul İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra edilməsi barədə tərəflərə göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.1.4. Notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunun 8.2-ci maddəsinə əsasən icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Mülki Prosessual Məcəllə Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2.1. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş üzrə iddia tələbi üç hissədən ibarətdir 1) kredit müqaviləsi üzrə borcun qaytarılması; 2) pulun vaxtında veriməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq faizin tutulması və 3) mənəvi zərər tələbi. Birinci instansiyası məhkəməsi kredit müqaviləsi üzrə notariat orqanı tərəfindən icra qeydinin verildiyini əsas götürərək iddia ərizəsinin məhkəmədə baxılmasının yolverilməzliyinə görə geri qaytarılması nəticəsinə gəlmişdir. Birinci instansiyası məhkəməsi iddia tələbinin ikinci və üçüncü hissəsini nəzərə almadan iddia ərizəsinin məhkəmədə baxılmasının yolverilməzliyinə görə geri qaytarılması nəticəsinə gələrkən yuxarıda sadalanan hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, həmin tələblər tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlsə də, onlarla bağlı hər hansı icra qeydi (icra sənədi) mövcud olmadığından iddia ərizəsinin bütövlükdə həmin əsaslarla geri qaytarılması əsassızdır. Birinci instansiyası məhkəməsinin iddiaçının digər tələblərinə – mənəvi zərərin və kredit borcu üzrə faizlərin tutulması tələbinə mahiyyəti üzrə baxmaqdan imtina etməsi iddiaçını hüquq və azadlıqlarını məhkəmə müdafiəsi təminatından məhrum etməklə, iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququnun məhdudlaşdırmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(012)-4438/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 29 avqust 2022-ci il tarixli, 2(012)-4438/2022 nömrəli qərardadı ləğv edilib, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi, pulun vaxtında veriməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq faizin tutulması və mənəvi zərər tələblərinə dair iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlük məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı verdiyi şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(012)-4438/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 29 avqust 2022-ci il tarixli, 2(012)-4438/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi, pulun vaxtında veriməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq faizin tutulması və mənəvi zərər tələblərinə dair iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlük məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar