Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2077/2020 20.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxx” MMC-yə, Cavabdeh2, Cavabdeh3 və 3-cü şəxs X3 qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4278/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-4278/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 69 900 manat məbləğində pul və dövlət rüsumuna görə 20 manat, cəmi 69 920 manat məbləğində pulun tutulub İddiaçı verilməsi, qalan hissədə iddia tələbinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva) Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-4278/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ona münasibətdə ləğv edilməsi, iddianın ona münasibətdə təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2, Cavabdeh3 qarşı,3-cü şəxs X3 qarşı maddi ziyan tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 70000 manat nəğd pul vəsaitinin, həmin vəsaitin beş faiz dərəcəsi olmaqla bir ilə hesablanan 3500 manat məbləğində kompensasiyanın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumuna görə pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əvvəllər iş münasibəti olan X7 ona müraciət edərək Cavabdeh1' MMC” tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binada satışda mənzilin olmasını soruşmuşdur. Aralarında biznes münasibətləri olduğu üçün o, inşa olunan binada satışda mənzillərin olduğunu bildirmişdir. Yusifov Elçin həmin mənzili aralarında işgüzar münasibətləri olan tanışının adına rəsmiləşdirəcəyini və mənzilin dəyərinin onun tərəfindən ödənəcəyini bildirdi. Həmin vaxt müxtəlif ölçüdən ibarət satışda olan mənzilləri Elçinə bildirmiş, Elçin Cavabdeh1 MMC-yə məxsus ümumi sahəsi 139 kv.ın, dəyəri 83 000 manat olan mənzili alacaqlarını bildirmişdir. xx.xx.2019-cu il tarixində Elçin ona İddiaçı şəxsiyyət vəsiqəsini ofisə gətirdi. xx.xx.2019-cü il tarixində ümumu sahəsi 139 kv.metr, dəyəri 83 000 (səksən üç min ) manat olan mənzil üzrə alqı-satqı müqaviləsi bağlamışlar və həmin tarixli mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı MMC tərəfindən Yusifov Elçinə təqdim edilmişdir. Mənzilin alqı-satqı müqaviləsi üzrə Yusifov Elçin tərəfindən ilkin olaraq 20 000 manat pul ödənilmişdir. Mənzil üzrə qalıq 63 000 manat ödənilmədiyindən mənzil alıcının faktiki istifadəsinə verilməmişdir. Mübahisəli mənzil üzrə ilkin olaraq Yusifov Elçin tərəfindən təsisçisi olduğu Cavabdeh1 MMC-və 20 000 manat pul məbləği ödənilmişdir. Mülki iş üzrə iddiaçı Əzizov Rəşidlə, digər cavabdeh Yusifov Elçin arasında olan biznes münasibətlərindən məlumatı olmamışdır. yalnız bir dəfə məhkəmə baxışına bildiriş almış və mülki işin faktiki halları ilə bağlı izahat vermis, sonrakı məhkəmə baxışından məlumatı olmamışdır. İddiaçı tərəfindən ilkin olaraq 20000 manat ödənildiyi halda həm Cavabdeh1 MMCnin, həm də onun cavabdeh kimi cəlıb olunması real faktı əks etdirmir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4278/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ona münasibətdə ləğv edilməsi, iddianın ona münasibətdə təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, Cavabdeh3 ona borclu olduğu 20000 manat pulun əvəzinə Abşeron rayonu Xırdalan şəhəri “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasından ev alıb verməsini təklif etmişdir. Həmin təklifə görə Cavabdeh3 “xxxxxxxxxx” MMC-ni tikinti materialları ilə təchiz edir və ona Cavabdeh3 ona olan borcundan artıq miqdarda pul verməklə MMC-dən mənzil alır. Sonradan Cavabdeh3 ilə birlikdə “xxxxxxxxxx” MMC-nin rəhbəri Cavabdeh2 ilə görüşən zaman sonuncu ona ünvan 1 ünvanında yerləşən “xxxxxxxxxx” MMC-yə məxsus ümumi sahəsi 139 kv.metr olan 4 otaqlı mənzil təklif etmiş, həmin mənzilə görə 70000 manat, ilkin olaraq isə 20000 manat ödənilməli, qalan pul isə 2 ay ərzində ödənilməli idi. O, əvvəlcə 20000 manat ilkin ödəniş etmişdir. O, “Hyundai Grandeur” markalı minik avtomobilini Cavabdeh3 vasitəsi ilə sonuncunun tanışına 30000 manata satmışdır. Cavabdeh3 borclu olduğu 20000 manat, avtomobilin satışından əldə edilmiş 30000 manat, cəmi 50000 manat pulu “xxxxxxxxxx” MMC-nin rəhbəri Cavabdeh2 çatdıracağını bildirmiş, “xxxxxxxxxx” MMC-nin rəhbəri Cavabdeh2 isə ünvan 1 ünvanında yerləşən “xxxxxxxxxx” MMC-yə məxsus ümumi sahəsi 139 kv.metr olan 4 otaqlı mənzilə dair maliyyə arayışını, alqı-satqı müqaviləsini onun adına yazdırmış və mənzilin açarını ona vermiş, eyni zamanda mənzilə görə borcun qalması və başqa şəxsin mənzillə bağlı iddiasının olub-olmamasını soruşmuşdur. Cavabdeh2 isə ona hər hansı borcunun qalmadığını bildirmişdir. Lakin, o, müqavilədə mənzilin dəyərinin nə səbəbə 70000 manat deyil, 83000 manat göstərildiyini soruşduqda Cavabdeh2 mənzillərin ucuz qiymətə satılmasının istənilmədiyini və ona bu barədə güzəşt edildiyini bildirmişdir. Lakin, bir müddət sonra qapının açarını dəyişmək üçün mənzilə baş çəkmək istədikdə həmin mənzilin alıcısının başqa şəxs – X2 olmasını öyrənmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-4278/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə cavabdehlər “xxxxxxxxxx” MMC-nin nümayəndəsi, Cavabdeh2, Cavabdeh3 və 3-cü şəxs X5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin Cavabdeh2 dair hissədə ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətində ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Mülki işin materiallarında olan mənzilin alqı-satqısı haqqında xx.xx.2019-cu il tarixli müqavilədən müəyyən edilir ki, “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21 ünvanında yerləşən “xxxxxxxxxx” MMC-yə məxsus ümumi sahəsi 139 kv.metr olan 3 otaqlı mənzil 83.000 manata satılmışdır. Mülki işin materiallarında olan “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019cu il tarixli maliyyə arayışından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21 ünvanında yerləşən “xxxxxxxxxx” MMC-yə məxsus ümumi sahəsi 139 kv.metr olan 3 otaqlı mənzilin dəyəri 83.000 manat İddiaçı tərəfindən tam ödənilmişdir, MMC-yə borcu yoxdur. Bundan başqa mülki işin materiallarında olan mənzilin alqı-satqısı haqqında xx.xx.2014-cü il tarixli müqavilədən müəyyən edilir ki, “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxxxxxxxx” MMC-yə məxsus X3 Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21 ünvanında yerləşən ümumi sahəsi 139 kv.metr olan 3 otaqlı mənzil 83.000 manata satılmışdır. Müəyyən edilmişdir ki, “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21 ünvanında yerləşən ümumi sahəsi 139 kv.metr olan 3 otaqlı mənzilin 83.000 manata satılmış, xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri, yəni 83.000 manat pulun tam ödənildiyi, borcun olmaması,qeyd edilsə də tərəflərin izahatlarından göründüyü kimi sənədlərdə mənzilin dəyəri 83.000 manat göstərilsə də əslində tərəflər mənzilin dəyərini 70.000 manata razılaşmışlar. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində mənzilə görə 70.000 manat pulu cavabdehlərdən müştərək qaydada tələb edir. Bunu da onunla əsaslandırmışdrı ki, cavabdeh Yusifov İlhamla digər cavabdeh “xxxxxxxxx”MMC-nin işbirliyinə görə Cavabdeh3 həmin MMC-ni betonla təchiz edir və Cavabdeh3 isə iddiaçıya olan borcunun qarşılığında iddiaçının adına qiymətindən ucuz, 70.000 manat dəyərində mənzilin sənədlərini rəsmiləşdirir. Bu məqsədlə Cavabdeh3 tərəfindən onun iddiaçıya olan 20.000 manat borca görə pulu mənzil üçün ilkin ödəniş kimi MMC-yə ödənilir, 30.000 manat iddiaçıya məxsus avtomobil satılır pulu bu məqsədlə Cavabdeh3 verilir.İşin bu halı elə İlham Yusifovun məhkəmədə verdiyi izahatla da təsdiq olunur.Bundan başqa, Cavabdeh3 izahatından göründüyü kimi onun iddiaçıya olan 9000 manat bir və 19 400 manat da bir olmaqla cəmi 28 400 manat da borcu olmuşdur ki, Cavabdeh3 həmin borcu da iddiaçının adından mənzilə görə MMCyə ödəməli,lakin iddiaçının özünün də Cavabdeh2 olan 8500 manat borcunu ümumi borcdan silməklə, yəni 28 4xx xxxxxxxx 8500 manatı çıxmaqla, qalan 19900 manat, cəmi 69 900 olmaqla, 70 000 manat mənzilə görə Cavabdeh3 tərəfindən MMC-yə ödənilməli idi.Cavabdehlərin izahatlarından göründüyü kimi onlar MMC-yə 20 000 manat ödənildiyini etiraf edirlər, lakin iddiaçının və cavabdeh İlham Yusifovun izahatından göründüyü kimi 30 000 manat iddiaçıya məxsus avtomobilin satılmasından əldə edilən pulun da bu məqsədlə cavabdeh İlham Yusifova verilməsi və bundan əlavə Cavabdeh3 iddiaçıya əlavə 28 400 manat da borcunun məhz həmin mənzilə görə Cavabdeh3 tərəfindən mənzilə ödənilməli olması barədə tərəflər arasında razılıq əldə olunmas və nəticə etibarı ilə iddiaçının iddia tələbinin 69 900 manat həddində olması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia olunan pul məbləğinin hansı məbləğinin mənzilə görə ödənilib ödənilməməsinə gəldikdə iddiaçının adına qeyd edilən mənzilə görə müqavilənin bağlanması və dəyərinin tam olaraq ödənilməsi barədə maliyyə arayışının verilməsi iddiaçı tərəfindən öhdəliyin icrasının nəticəsi kimi qiymətləndirilməli, habelə cavabdehlərin arasında MMC-yə tikintiyə görə beton vermə kimi işbirliyinin olması faktının mövcudluğu, habelə cavabdeh MMC-nin Cavabdeh3 qarşısında hər hansı öhdəliyinin olmasının da istisna olunmaması halı cavabdehlərin iddiadan tam boyun qaçırmaları kimi qiymətləndirilməli və sübut olunan 69900 manat məbləğində pul mənzilə görə müqavilənin və maliyyə arayışının verilməsində bilavasitə iştirakları olan cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməli və bununla da bu hissədə iddia qismən təmin edilməlidir. İddia tələbinin 3500 manat faiz borcu hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı bu hissədə iddianı əsaslandırmadığından iddia həmin hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 69.900 manat məbləğində pul və iddia ərizəsi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumuna görə pulun 20 manat hissəsi tutulub İddiaçı verilməli qalan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı” İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onun ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Beləki, apelyassiya şikayətinin dəlilləri iş üzrə araşdırılmış sübutlarla təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-4278/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2077/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2077/2020
20.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver