Məhkəmə qərarları › İş №2(105)-2079/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2079/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2079/2022 11.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı. Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(028)- 271/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Qubadlı Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(028)-271/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2680 (iki min altı yüz səksən) manat məbləğində pul, ödənilmiş 46,80 manat dövlət rüsumu, cəmi 2726,80 (iki min yeddi yüz iyirmi altı,80) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Vladimir Ruvinov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(028)-271/2022 nömrəli qətnaməsi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2680 (iki min altı yüz səksən) manat məbləğində pulun, ödənilmiş 46,80 manat dövlət rüsumunun, cəmi 2726,80 (iki min yeddi yüz iyirmi altı,80) manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçıdan 2000 manat borca pul götürüb, onun 400 manatını geri qaytarıb. Lakin məhkəmədə bu nəzərə alınmayıb. Borcunu qəbul edir. İddiaçıya 2260 manat borcu qalmışdır. Hissə-hissə ödəmək istəyir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Qubadlı Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(028)-271/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, cavabdehin ona 2680 manat borcu qalmışdır. Məhkmədən əvvəl 400 manat ödənişi cavabdehin baldızı ödəyib. Apellyasiya şikayətinin təmin edilməməsi, Qubadlı Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(028)-271/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(028)-271/2022 nömrəli qətnaməsi Cavabdeh 2680 (iki min altı yüz səksən) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən 2280 manat pul tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh özü tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş 1900 manat pulun 1 ay müddətinə qaytarılması barədə və 2000 manat pulun xx.xx.2021-ci il tarixdə qaytarılması barədə qəbzlər verilmişdir, 1900 manat borcundan cavabdeh 1220 manat qaytarmışdır. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən iddianı təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 385.1, 386, 739, 740, MPM-nin 119.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin içrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsaslı hesab edir. Belə ki, işin hallarından görünür ki, Cavabdeh İddiaçı 1900 manat borc almış, 1900 manatdan 1220 manat qaytarmış, 680 manat borcu qalmış, sonra isə təkrar 2000 manat borc almışdır. Tərəflər arasında borc munasibətlərini olması, cavabdehin 1900 və 1200 manat borc alması, 1220 manat qaytarılması iddiaçı ilə yanaşı cavabdehin izahatı ilə də təsdiqini tapır. Bundan başqa cavabdeh 1220 manat qaytardığı borcdan əlavə 400 manatı geri qaytardığını bildirmiş, bu halı iddiaçı özü də təsdiq edərək məhkəmədən əvvəl 1220 manatdan savayı 400 manatın cavabdehin baldızı tərəfindən ona ödənilməsini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən tutulan pul məbləği hissəsində dəyişdirilməli, cavabdehdən borc məbləğinə görə 2280 manat pulun tutulması müəyyən edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi də cavabdehdən tutulmalı olduğundan birinci instansiya məhkəməsi MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 46,80 manat da cavabdehdən tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(028)-271/2022 nömrəli qətnaməsi Cavabdeh 2680 (iki min altı yüz səksən) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən 2280 manat pul tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 384.0.3, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(028)-271/2022 nömrəli qətnaməsi Cavabdeh 2680 (iki min altı yüz səksən) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilsin. İddiaçı xeyrinə Cavabdeh 2280 (iki min iki yüz səksən manat) manat pul tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar