Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-208/2021 30.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Telman Qədir oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, cavabdehin nümayəndəsi vəkil X3 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh, X5 və X4 qarşı borc və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Qubadlı rayon məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(028)-03/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qubadlı rayon məhkəməsinin 17 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Ruvinov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh və X6 ilə bağlanmış 07.11.2007-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh və X2 İddiaçı İKB ASC-nin xeyrinə 07.11.2007-ci il tarixli kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 7971,59 ABŞ dolları faiz borcu üzrə 4777,97 ABŞ dolları, cərimə borcu üzrə 81,30 ABŞ dolları, cəmi 12830,86 ABŞ dolları, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 10/62, mənzil 8-yə yönəldilməsi, həmin əmlakın hərracda satılması, əldə edilmiş pul vəsaiti hesabına İddiaçı İKB ASC-yə olan borcunun ödənilməsi, əldə edilmiş pul vəsaiti borcun ödənilməsi üçün yetərli olmazsa, qətnamə qala hissədə ümumi qaydada icra edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçı “xxxx” ASC-nin İdarə Heyətinin sədri Anar Həsənov ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, iddia tələbindən imtinanın qəbul edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (Mülki Prosessual Məcəllənin 69.1., 74.1.və 74.2. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs öz hüquqlarının və qanunlar qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər şəxs irəli sürdüyü iddianı müdafiə edərsə, tələbinin əsaslı olmasına dair istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tələbin sübut ediləcəyi təqdirdə iddianı təmin edilməsi qənətinə gəlməlidir. İddia tələbi üzrə irəli sürülmüş tələblər üzrə yekun məhkəmə aktı qəbul edilmədən başa çatdırılması halları mövcuddur ki, bu hallarda da tələb üzrə qətnamə qəbul edilmədən, iş üzrə icraata qərardad qəbul edilməklə yekun nəticə verilir. Belə hallardan biri də iddiaçı tələb irəli sürdüyü şəxslərə qarşı tələbindən imtina etməsidir. Bu halda iddia tələbi üzrə icraata qətnamə qəbul edilmədən qərardad ilə xitam verilir. Bu hüququ iddiaçı bilavasitə və ya nümayəndəsi vasitəsi ilə realizə edə bilər. Əgər şəxs iddiadan nümayəndəsi vasitəsi ilə imtina edirsə, iddiadan imtina etməsi səlahiyyətini nümayəndəsinə verməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqlarını təmsil edən Anar Həsənova bir sıra səlahiyyətlər, o cümlədən iddianı tam və ya qismən etiraf etmək və ya onladan imtina etmək səlahiyyəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2. maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 191.1. maddəsinə əsəsən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 191.2. maddəsinə əsəsən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil X7 ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiadan iddiaçı “xxxx” ASC-nin İdarə Heyətinin sədrinin imtina barədə ərizəsi iddiaçının iradə ifadəsini ehtiva etdiyindən qəbul edilməli, Qubadlı rayon məhkəməsinin 17 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4. maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “xxxx” ASC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150+50=200 (iki yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 391–ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı “xxxx” ASC-nin iddiadan imtina barədə ərizəsi təmin edilsin. Qubadlı rayon məhkəməsinin 17 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi üzrə icraata xitam verilsin. İddiaçı “xxxx” ASC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-208/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-208/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver