Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2085/2023 26.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-1661/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx-xx/2022 saylı əmlakın icarəsi haqqında müqaviləyə və həmin müqaviləyə əlavə təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən 4 ədəd Kamera Sony PMW 320 markalı, qiyməti 36000 manat olan əmlak 1 günlük icarə qiyməti 52 manat cəmi icarə haqqı 208 manat olmaqla Cavabdeh xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir.
2. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx-xx/2022 saylı əmlakın icarəsi haqqında müqavilədən və həmin müqaviləyə əlavə təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən 4 ədəd Kamera Sony PMW 320 markalı qiyməti 36000 manat olan əmlak 1 günlük icarə qiyməti 52 manat cəmi icarə haqqı 208 manat olmaqla Cavabdeh xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir.
3. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh icarəyə verilmiş və geri alınmamış 2 ədəd Sony PMW 320 markalı kamera və onların tərkib hissəsi olan 1 ədəd çanta, 1 ədəd Sony markalı batareya, 2 ədəd 32 X12 markalı yaddaş kartı və 9 ədəd 64 X12 markalı yaddaş kartı avadanlıqlara və icarə haqqı üzrə ödənilməyən pullara görə Cavabdeh İddiaçı MMC-yə bu günə borc məbləği 19344.00 (on doqquz min üç yüz qırx dörd) manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan 1 ədəd çantanın, 1 ədəd Sony markalı batareyanın, 2 ədəd 32 X12 markalı yaddaş kartının və 9 ədəd 64 X12 markalı yaddaş kartının alınaraq İddiaçı MMC-yə verilməsi, Cavabdeh 19.344 manat pulun və 203 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 19547 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 43 və 44 №-li müqavilələr bağlanmışdır. 43 №-li müqavilənin 1-ci bəndinə əsasən iddiaçı tərəfindən cavabdehə 4 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar, 44 №-li müqavilənin 1-ci bəndinə əsasən isə iddiaçı tərəfindən cavabdehə 4 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar icarəyə verilmişdir. Həmin müqavilələrə əsasən hər bir kameranın dəyəri 9000 manat müəyyən edilmişdir. Bundan əlavə müqavilələrdən görünür ki, cavabdeh kameraları 17 iyun 2022-ci il tarixdə iddiaçıdan təhvil almalı, 18 iyun 2022-ci il tarixdə isə icarə haqları ilə birlikdə kameraları geri iddiaçıya təslim verməli idi. Müqavilə şərtlərinə görə hər bir kameraya görə gündəlik icarə haqqı 52 manat müəyyən edilmişdir. İddiaçı hər iki müqaviləyə uyğun olaraq 17 iyun 2022-ci il tarixdə iddiaçıdan 8 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar təhvil almış, lakin 18 iyun 2022-ci il tarixdə geri yalnız 6 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqları qaytarmışdır. 2 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar cavabdehdə qalmışdır. Bundan əlavə cavabdeh 43 və 44 saylı müqavilələrə əsasən 1 gün üçün hesablanmış icarə haqqını tam şəkildə ödəməmiş və 208 manat borcu qalmışdır. İddiaçı dəfələrlə onda qalan 2 ədəd kameranı və kameranın onda qaldığı günlərə görə əlavə hesablanmış icarə haqqını istədikdə cavabdeh hər dəfəsində müəyyən bəhanələr gətirərək həm kameraları, həm də onlara görə hesablanmış icarə haqqını verməkdən boyun qaçırmışdır. Qeyd edilən müqavilələrin 4.2-ci maddəsinə əsasən icarəyə verilən əmlak vaxtında geri qaytarılmasa cavabdeh hər gecikdirilmiş gün üçün 1 kameraya görə 52 manat pulu iddiaçıya ödəməlidir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya 2 ədəd kamera geri qaytarılmalı və həmin kameraların vaxtında qaytarılmamasına görə 19.344 manat pul ödənilməlidir. Belə ki 2 ədəd SONY PMW 320 markalı kamera cavabdehdə qaldığından müqavilə şərtlərinə görə həmin kameralara görə icarə haqqı hesablanır. Odur ki, bu günə qədər Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış icarə haqqına görə 208 manat, xx.xx.2022ci il tarixdən etibarən hesablanmış icarə haqqına görə isə 19344 manat borcu vardır.
6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-1661/2023 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia təmin edilərək, Cavabdeh 2 ədəd SONY PMW 320 markalı kameranın və həmin kameraların tərkib hissəsi olan 1 ədəd çanta, 1 ədəd Sony markalı batareyanın, 2 ədəd 32 X12 markalı yaddaş kartının və 9 ədəd 64 X12 markalı yaddaş kartının alınaraq İddiaçı MMC-yə verilməsi, Cavabdeh 19.344 manat pulun və 203 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 19547 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmlakın icarəsi haqqında müqavilələr bağlanmasına baxmayaraq, Cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 2 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan 1 ədəd çanta, 1 ədəd Sony markalı batareya, 2 ədəd 32 X12 markalı yaddaş kartı və 9 ədəd 64 X12 markalı yaddaş kartı alınaraq İddiaçı MMC-yə verilməli, habelə Cavabdeh 18 iyun 2022-ci il tarixdən etibarən (6 ay 07 gün yəni 187 gün x 52 man.=9724man və 187 gün x 52 man.=9724 man, cəmi 19448 man.) 19.344 manat pul və 203 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 19547 manat pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir.
8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1, 448.1, 675, 685.1, 685.2.1-ci, Mülki Prosessual Məcəllənin 107, 119.1, 14.2, 77.1, 217.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İS Productiondan 2 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar icarəyə götürmüşdür. Həmin vaxt X3 da İddiaçı MMC-dən 6 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar icarəyə götürmüşdür. X1 ikisini sındırdığı üçün Cavabdeh İS Productiondan 2 ədəd SONY PMW 320 markalı kameranı onların əvəzinə İddiaçı MMC-yə vermişdir. Bununla bağlı şirkətlər arasında da danışıqlar olmuşdur. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 43 və 44 №-li müqavilələr bağlanmışdır. 43 №-li müqavilənin 1-ci bəndinə əsasən iddiaçı tərəfindən cavabdehə 4 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar, 44 №-li müqavilənin 1-ci bəndinə əsasən isə iddiaçı tərəfindən cavabdehə 4 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar icarəyə verilmişdir. Sonradan kameralardan 6 ədədi geri qaytarılmış, 2 ədəd İS Productiondan götürülmüş SONY PMW 320 markalı kamera da onlara təhvil verilmişdir. Bu İddiaçı MMC-nin rəhbərliyinin özünün də şifahi razılığı ilə həyata keçirilmişdir. X2 Cavabdeh İS Productiondan götürdüyü 2 ədəd SONY PMW 320 markalı kameranı İddiaçı MMC-yə verməsi Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X4 24 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə də təsdiq olunur. Həmçinin, İddiaçı MMC cavabdehə hər hansı bir xəbərdarlıq etmədən birbaşa məhkəməyə müraciət etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
17. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)
18. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. 447.3. Aşağıdakı hallarda müqavilədən imtina yolverilməzdir: 447.3.1. öhdəliyin pozuntusu cüzi olduqda; 447.3.2. öhdəliyin pozulması üçün tamamilə və ya əsasən kreditorun özü məsuliyyət daşıdıqda; 447.3.3. öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda. 447.4. Müqavilədən imtina üçün əsasların baş verəcəyi aşkar olduqda kreditor müqavilədən icra müddəti qurtaranadək imtina edə bilər. 447.5. Borclu müqavilədən imtina üçün kreditora ağlabatan müddət təyin edə bilər. 447.6. Əgər ikitərəfli müqaviləyə görə borclu onun üzərinə qoyulmuş öhdəliklərdən imtina edə bilərsə, ona bu hüququ verən hal isə kreditorun təqsiri üzündən yaranmışsa, o, cavab icrası almaq hüququnu saxlayır. Əgər cavab icrası üçün əsas kreditorun icranı almağı ləngitdiyi vaxt əmələ gələrsə, bu qayda tətbiq edilmir. 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.
19. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
21. Maddə 685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.
22. Maddə 697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
24. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xxxx/2022 saylı əmlakın icarəsi haqqında müqavilə bağlanmış, həmin müqavilə və müqaviləyə əlavə təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən icarə qiyməti 52 manat, öz qiyməti 36000 manat olan Sony PMW 320 markalı 4 ədəd kamera 1 gün müddətinə cəmi icarə haqqı 208 manat olmaqla Cavabdeh xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xxxx/2022 saylı əmlakın icarəsi haqqında müqaviləyə və həmin müqaviləyə əlavə təhviltəslim aktına əsasən isə İddiaçı MMC tərəfindən 4 ədəd Kamera Sony PMW 320 markalı icarə qiyməti 52 manat, öz qiyməti 36000 manat olan əmlak 1 gün müddətinə cəmi icarə haqqı 208 manat olmaqla Cavabdeh xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir.
32. Cavabdeh tərəfin istinad etdiyi və şikayətə əlavə etdiyi Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi Fazil Osmanovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhər BPİ-nə ərizə ilə müraciət edərək Cavabdeh və Hüseyn adlı şəxslərin onun təsisçisi olduğu şirkətin ofisindən ona məxsus 2 ədəd “Sony” markalı çəkiliş kameralarını ondan xəbərsiz götürərək 1 aylıq Araz Hüseynova icarəyə verdiklərini bildirmişdir.
33. Qərarın surətindən həmçinin görünür ki, Hüseyn və Cavabdeh adlı şəxslərin araşdırma zamanı müəyyən edilərək izahatlarının alınması mümkün olmadığından onların əməllərində cinayət tərkibinin olub-olmadığını müəyyən etmək mümkün olmadığından toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir.
34. Qərarda həmçinin qeyd olunmuşdur ki, “Araşdırma zamanı X6 izahatında bildirmişdir ki, Cavabdeh və Hüseyn adlı şəxslərin onun təsisçisi olduğu şirkətin ofisindən ona məxsus 2 ədəd “Sony” markalı çəkiliş kameralarını ondan xəbərsiz götürərək 1 aylıq Araz Hüseynova icarəyə vermişlər, bunun müqabilində Araz onlara 2500 manat pul vermişdir. Sonradan həmin şəxslər Arazdan kameranı geri tələb etdikdə Araz həmin kameraları sındırmış olduğunu, digər kameraların əvəzinə “ANS” şirkətinə təhvil verdiyini bildirmişdir. Araşdırma zamanı X3 izahatında bildirmişdir ki, 2022-ci ilin yanvar ayında “ANS” telekanalının ofisindən 06 ədəd kameranı çəkiliş üçün icarəyə götürmüş, çəkiliş zamanı həmin kameralardan 02 ədədini sındırmışdır və onların əvəzinə təhvil verilməsi üçün kamera axtarırmış, xx.xx.2022-ci il tarixdə ona Hüseyn adlı şəxs zəng edərək, onda 02 ədəd işlək vəziyyətdə olan kameraların olduğunu demiş və həmin tarixdə onlar Yasamal rayonu Mətbuat pr. 19 ünvanında görüşmüşlər, orada Araz Hüseynə 2500 manat pul verərək həmin 02 ədəd kameraları sonuncudan almışdır. Sonra isə A.Hüseynov həmin kameraları “ANS” telekanalına təhvil vermişdir. xx.xx.2022-ci il tarixdə ona məlum oldu ki, həmin kameralar Hüseyn tərəfindən oğurlanaraq ona satılmışdır. Belə ki, Hüseyn adlı şəxs həmin kameraları X5 məxsus ofisdən sonuncunun xəbəri olmadan götürmüşdür.
35. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyant qeyd olunan qərara əsaslanaraq mübahisəli 2 ədəd kameraların da iddiaçıya təhvil verildiyinə istinad etsə də, iddiaçı tərəf bu halı inkar etmiş, o cümlədən göstərilən qərarla mübahisəli kameraların və ya onun tərkib hissələrinin hazırkı iş üzrə iddiaçıya qaytarıldığı təsdiqini tapmır.
36. Göründüyü kimi cavabdeh tərəf istinad etdiyi həmin halı təsdiq edəcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında əmlakın icarə müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı icarə müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan əmlakları cavabdehə versə də, cavabdeh müqavilə üzrə öhdəliyi lazımı qaydada icra etməyərək qaytarmalı olduğu əmlakları qaytarmamış, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmişdir.
38. Başqa sözlə, cavabdeh icarə müqaviləsi əsasında iddiaçıdan əmlakı almasına dair hüququndan istifadə etmiş, həmin əmlakın qaytarmalı olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra cavabdeh kirayəyə götürdüyü əşyanı qaytarmadığından, iddiaçı əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb etməkdə haqlı olmuşdur.
39. Belə ki, Mülki Məcəllənin 697.2-ci maddəsinin tələbinə görə əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər.
40. Məhkəmə kollegiyası iddiaçının xəbərdarlıq etmədən məhkəməyə müraciət etməsinə dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqavilələrində mübahisələrin danışıqlar yolu ilə həll edilməsi nəzərdə tutulsa da, həmin müqavilələrdən həmçinin görünür ki, cavabdeh kirayəyə götürdüyü əşyaları xx.xx.2022-ci il tarixində qaytarmağı öhdəsinə götürmüş, lakin ötən müddət ərzində həmin öhdəliyi icra etməmişdir. Yəni müqavilə üzrə öhdəliyin icrası üçün müddət bitmişdir. Belə olan halda, mövcud tələbi irəli sürmək üçün cavabdehin qabaqcadan xəbərdarlıq edilməsinə zərurət aradan qalxmışdır.
41. Digər tərəfdən, Mülki Məcəllənin 447.2-ci maddəsinə görə aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.
42. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
44. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara, iş üzrə müəyyən olunmuş hallara və sadalanan qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-1661/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.