Məhkəmə qərarları › İş №2(105)-209/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-209/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-209/2021 29.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, məhkəmə katibi X3 iştirakı ilə Quba Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 2(027)-12/2017 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi E.R.Nəsibov və cavabdeh Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 2(027)-12/2017 saylı qətnaməsi ilə (hakim Z.C.Tahirov) İddiaçı1-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh1 İddiaçı1-nin xeyrinə 130000 ABŞ dolları əsas borc və 59170 ABŞ dolları faiz borcu olmaqla, cəmi 189170 ABŞ dolları ödəniş günü ABŞ dollarının Azərbaycan manatına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 17,78 manat dövlət rüsumunun tutulması, İddiaçı1-nin tələbi ipoteka predmeti olan və MA seriyalı ******* №-li, reyestr nömrəsi **********70-10301 olan, ********** qeydiyyat nömrəsilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh2 məxsus Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m ümumi, 133.4 yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 380000 manat müəyyən edilməsi, ipoteka predmeti olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m ümumi, 133.4 yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması, satışdan əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 İddiaçı1-yə olan 130000 ABŞ dolları əsas borc və 59170 ABŞ dolları faiz borcu olmaqla, cəmi 189170 ABŞ dolları borcunun ödəniş günü ABŞ dollarının Azərbaycan manatına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 17,78 manat məbləğində dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin isə ipoteka qoyana verilməsi, iddianın qalan hissədə təmin edillməməsi, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 50 manat xərcindən 29,63 manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 20,37 manatın iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə, 200 manat tikinti-texniki ekspertiza xərcinin 118,52 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 81,48 manatı iddiaçı "xxxx" ASC-dən tutulub "xxxx" MMC-nin VÖENi:**********, hesablaşma hesabı H/h AZ66AİİB380 300 194 439 054 781 09 Kapital Bank ASC-in Nərimanov filialı, Kod 200093, VÖEN 9900 00 3611 S.W.İ.F.T. AİİBAZ2X M/h: AZ37NABZ******************** hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi E.R.Nəsibov və cavabdeh Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli, 2(105)-177/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi E.R.Nəsibovun apellyasiya şikayəti qismən təmin edilib, Quba Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 2(027)-12/2017 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək ipoteka predmeti təşkil edən Cavabdeh2 mülkiyyətində olan Quba şəhəri, 5-ci məhəllədə yerləşən 0,14326 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 274290 (iki yüz yetmiş dörd min iki yüz doxsan) manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmsı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ekspertiza tədqiqatlarının dəyəri alınaraq 200 (iki yüz) manatın Respublika Xammal və Əmtəə birjası "xxxx" MMC-nin, 500 (beş yüz) manatın “S-Əmlak Qiymətləndirmə” Ekspert Mərkəzinin, 200 (iki yüz) manat "xxxx" MMC-nin hesabına köçürülməsi və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi E.R.Nəsibov və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə qaydada kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli, 2(102)-1799/2020 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli, 2(105)-177/2019 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı1-nin 1 saylı Səbail rayon filialı və Cavabdeh1 arasında bağlanmış 16 avqust 2010cu il tarixli, 206 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə, illik 24 (iyirmi dörd) faiz olmaqla 200000 (iki yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin və ona hesablanacaq faizlərin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinin MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m ümumi, 133.4 yaşayış sahəsindən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Həmin yaşayış evinin ipotekaya qoyulması barədə bank ilə ipoteka qoyan arasında 16.08.2010-cu il tarixli, 143 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat kontorunda təsdiq edildikdən sonra, fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 20.10.2011-ci il tarixli, MA seriyalı ******* nömrəli Çıxarış verilmişdir. 16.08.2010-cu il tarixli, 206 saylı kredit müqaviləsinin 3.2.2-ci bəndinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 19.06.2015-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 319226,94 ABŞ dolları (üç yüz on doqquz min iki yüz iyirmi altı ABŞ dolları 94 sent) təşkil edir. Bundan 130000 ABŞ dolları (yüz otuz min ABŞ dolları) əsas borc, 189226,94 ABŞ dolları (yüz səksən doqquz min iki yüz iyirmi altı ABŞ dolları 94 sent) faiz borcu təşkil edir. Ona görə də Cavabdeh1 130000 ABŞ dolları (yüz otuz min ABŞ dolları) əsas borc, 189226,94 ABŞ dolları (yüz səksən doqquz min iki yüz iyirmi altı ABŞ dolları 94 sent) faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 319226,94 ABŞ dolları (üç yüz on doqquz min iki yüz iyirmi altı ABŞ dolları 94 sent) kredit borcunun Bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m ümumi, 133.4 yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi və açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi E.R.Nəsibov verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 25 yanvar 2017-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh2 məxsus Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m ümumi, 133.4 yaşayış sahəsindən ibarət fərdi yaşayış evi ipotekaya oyulmuş və həmin yaşayış evinin ilkin satış qiyməti əsassız olaraq 380.000 manat dəyərində müəyyən edilmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən-qeyd olunan hissədə ləğv edilib, ilkin satış qiymətinin yenidən müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 25 yanvar 2017-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13,25,26,29,33,60-cı maddələrinin və Azərbaycan Respublikası MPM-nin 4.6,9.1,14,2,24,35,36,76,77,80,88,153.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 verdiyi apellyasiya şikayətini müdafiə edib təmin edilməsini və cavabdehin verdiyi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X2 Cavabdeh2 verdiyi apellyasiya şikayətini müdafiə edib təmin edilməsini və iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilib, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 avqust 2010-cu il tarixli Kredit müqaviləsindən, İpoteka müqaviləsindən, faizlər və ödəmələr üzrə cədvəllərdən görünür ki, İddiaçı1 Cavabdeh1 24 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 200000 (iki yüz min) ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı1 ilə ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış 16 avqust 2010-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün MA seriyalı ******* №-li, reyestr nömrəsi **********70-10301 olan, ********** qeydiyyat nömrəli, 11.08.2010cu tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Cavabdeh2 məxsus Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m ümumi, 133.4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* №-li, reyestr nömrəsi **********70-10301 olan, ********** qeydiyyat nömrəli 11.08.2010-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m ümumi, 133.4 yaşayış sahəsindən ibarət fərdi yaşayış evi 7 №li reyestr kitabının 37 №li vərəqində Cavabdeh2 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* №-li, reyestr nömrəsi **********70-10301 olan, ********** qeydiyyat nömrəli 20.10.2011-ci il tarixli çıxarışdan görünür ki, Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m ümumi, 133.4 yaşayış sahəsindən ibarət fərdi yaşayış evi 16.08.2010-cu il tarixli, 206 saylı kredit müqaviləsinə əsasən 16.08.2010-cu il tarixdən öhdəliklər tam yerinə yetirilənə kimi İddiaçı1 ASC-nin 1 saylı Səbail rayon filialının xeyrinə yüklü edilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh1 və Cavabdeh2 könüllü şəkildə, notarial qaydada razılaşma əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi təklif olunmuş, əks təqdirdə banka olan kredit borcunu dərhal ödəməzsə aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı, kredit müqaviləsinin təminatı olaraq ipoteka predmetinin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldiləcəyi barədə xəbərdarlıq olunmuşdur. İddiaçı1 ASC-nin Səbail rayon filialı tərəfindən 25 oktyabr 2011-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə göndərilmiş məktubun məzmunundan görünür ki, Cavabdeh2 məxsus Quba şəhəri, 5-ci məhəllədə istifadədə olan 0,14326 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325,4 kv.m ümumi, 133,4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmiş, həmin bildiriş DƏDRX-nin 5 saylı Ərazi İdarəsində 27 oktyabr 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçı1-nin 24.06.2015-ci il tarixli, 1701/1539 saylı arayışından görünür ki, Cavabdeh1 19.06.2015-ci il tarixə İddiaçı1-yə olan əsas borcu 130000 ABŞ dolları, faiz borcu 189226,94 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası “Əmlak Bazarı İştirakçıları» İB-nin 29.10.2015-ci il tarixli rəyindən görünür ki, İddiaçı1-nin Səbail rayon filialı ilə Cavabdeh1 arasında bağlanmış 10.08.2010-cu il tarixli, 206 nömrəli kredit müqaviləsinə əsasən verilmiş borcun təminatı olaraq Bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Quba şəhəri, 5-ci məhəllədə istifadədə olan 0,14326 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325,4 kv.m ümumi, 133,4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin bazar qiyməti 29 oktyabr 2015-ci il tarixinə 140000 manat təşkil edir. Azərbaycan Respublikası "xxxx" MMC-nin 01.03.2016-ci il tarixli rəyindən görünür ki, İddiaçı1 ASC-nin Səbail rayon filialı ilə Cavabdeh1 arasında bağlanmış 10.08.2010-cu il tarixli, 206 nömrəli kredit müqaviləsinə əsasən verilmiş borcun təminatı olaraq Bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Quba şəhəri, 5-ci məhəllədə istifadədə olan 0,14326 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325,4 kv.m ümumi, 133,4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin bazar qiyməti 05 fevral 2016-cı il tarixinə 380000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2016-cı il tarixli, 25586 saylı məhkəmə mühasibatlıq ekspertizası rəyindən görünür ki, Cavabdeh1 16 avqust 2010-cu il tarixli, 206 saylı kredit müqaviləsi üzrə 16.08.2012-ci il tarixə İddiaçı1-ə olan əsas borcu 194.000 ABŞ dolları, faiz borcu 59.170 ABŞ dolları; 19.06.2015-ci il tarixə İddiaçı1-yə olan əsas borcu 125.000 ABŞ dolları, faiz borcu 166.038,67 ABŞ dolları təşkil edir. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC -nin 03 oktyabr 2018-ci il tarixli rəyi ilə ipoteka predmetinin bazar dəyəri 400000 (dörd yüz min) manat, "xxxx" MMC-nin 18 dekabr 2018-ci il tarixli rəyi ilə 390000 (üç yüz doxsan min) manat, "xxxx" MMC tərəfindən verilmiş 13 may 2019-cu il tarixli rəyə əsasən ilkin satış qiyməti 145000 (yüz qırx beş min) manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2020-ci il tarixli, 9/3916 saylı məhkəmə mühasibatlıq ekspertizası rəyindən görünür ki, Cavabdeh1 16 avqust 2010-cu il tarixli, 206 saylı kredit müqaviləsi üzrə 16.08.2012-ci il tarixədək 40.000 ABŞ dolları ödənilmiş və ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 16 avqust 2010-cu il tarixli, 206 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 16 avqust 2012-ci il tarixə banka olan əsas və faiz borcu 202.246,40 ABŞ dolları məbləğində müəyyən olunur, həmin məbləğin 199.866,67 ABŞ dollar hissəsi əsas borc və 2.379,73 ABŞ dolları isə faiz borcudur. İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış 16 avqust 2010-cu il tarixli, 206 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarında 16 avqust 2012-ci il tarixdən sonra 20 avqust 2014-cü il tarixədək 69.000,00 ABŞ dolları məbləğində əsas borcdan ödəniş edildiyi həmin hesablamalar 16 avqust 2012-ci il tarixdən sonra hesablandığından sonra ödənilən 69.000,00 ABŞ dolları hal hazırki hesablamada nəzərə alınmamışdır. “Buta” Qiymətləndirmə Mərkəzinin 10 mart 2021-ci il tarixli, 209 saylı rəyi ilə ipoteka predmetinin likvid dəyəri 385 000 manat məbləğində müəyyən edilmişdir. İş üzrə yenə təkrar məhkəmə mühasibatlıq və qiymətləndirmə ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası "xxxx" MMC-nin 21 may 2021-ci il tarixli, 21/FY/2021 saylı rəyindən görünür ki, Cavabdeh2 məxsus olan Quba şəhəri, 5-ci məhəllədə istifadədə olan 0,14326 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325,4 kv.m ümumi, 133,4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin bazar qiyməti 139.700 manat və likvid dəyəri 110.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2021-ci il tarixli, 9/3137 saylı təkrar məhkəmə mühasibatlıq ekspertizası rəyindən görünür ki, Cavabdeh1 16 avqust 2010-cu il tarixli, 206 saylı kredit müqaviləsi üzrə 16.08.2012-ci il tarixə 255.554,18 ABŞ dollar müəyyən olunur, həmin məbləğin 199.866,67 ABŞ dollar hissəsi əsas borc və 55.677,51 ABŞ dolları isə faiz borcudur. İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış 16 avqust 2010-cu il tarixli, 206 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarında 16 avqust 2012-ci il tarixdən sonra 20 avqust 2014-cü il tarixədək 69.000,00 ABŞ dolları məbləğində əsas borcdan ödəniş edildiyi həmin hesablamalar 16 avqust 2012-ci il tarixdən sonra hesablandığından sonra ödənilən 69.000,00 ABŞ dolları hal hazırki hesablamada nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İş materiallarından göründüyü kimi İddiaçı1-nin Səbail rayon filialı və Cavabdeh1 arasında bağlanmış 16.08.2010-cu il tarixli, 206 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı1 Cavabdeh1 24 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 200.000 (iki yüz min) ABŞ dolları məbləğində kredit vermişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin 24 ay müddətində qüvvədə olması nəzərdə tutulmuş və kredit müqaviləsi üzrə ödəniləcək faiz məbləğlərinin 16.08.2010-cu il tarixdən 16 avqust 2012-ci il tarixədək əhatə etməsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2021-ci il tarixli, 9/3137 saylı məhkəmə mühasibatlıq ekspertizası rəyindən görünür ki, Cavabdeh1 16 avqust 2010-cu il tarixli, 206 saylı kredit müqaviləsi üzrə 16.08.2012-ci il tarixə 255.554,18 ABŞ dollar müəyyən olunur, həmin məbləğin 199.866,67 ABŞ dollar hissəsi əsas borc və 55.677,51 ABŞ dolları isə faiz borcudur. İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış 16 avqust 2010-cu il tarixli, 206 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarında 16 avqust 2012-ci il tarixdən sonra 20 avqust 2014-cü il tarixədək 69.000,00 ABŞ dolları məbləğində əsas borcdan ödəniş edildiyi həmin hesablamalar 16 avqust 2012-ci il tarixdən sonra hesablandığından, sonra ödənilən 69.000,00 ABŞ dolları hal hazırki hesablamada nəzərə alınmamışdır. Məhkəmə kollegiyası qeyd olunan rəyi nəzərə alaraq hesab edir ki, İddiaçı1-nin Səbail rayon filialı və Cavabdeh1 arasında bağlanmış 16.08.2010-cu il tarixli, 206 nömrəli kredit müqaviləsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən dilmiş əsas borc hissəsi olduğu kimi tədiq edildiyindən həmin hissədə qətnamə dəyişdirilmədən saxlanlamlıdır. Lakin sözügedən rəy ilə Cavabdeh1 16 avqust 2010-cu il tarixli, 206 saylı kredit müqaviləsi üzrə 16.08.2012-ci il tarixə faiz borcu 55.677,51 ABŞ dolları təşkil etdiyindən kredit müqaviləsi üzrə faiz borcu həmin məbləğdə müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, hesabdan çıxarış məlumatlarında 16 avqust 2012-ci il tarixdən sonra 20 avqust 2014-cü il tarixədək 69.000,00 ABŞ dolları məbləğində əsas borcdan ödəniş edildiyi həmin hesablamalar 16 avqust 2012-ci il tarixdən sonra hesablandığından, sonra ödənilən 69.000,00 ABŞ dolları kredit müqaviləsi üzrə məbləğ kredit müqaviləsi üzrə borcdan silinmədiyindən qətnamə ilə müəyyən edilməli olan ümumi məbləğdən cıxılmalıdır. İddia ərizəsi üzrə tələb edilən borc məbləğinin ipoteka predmeti olan Cavabdeh2 məxsus olan Quba şəhəri, 5-ci məhəllədə istifadədə olan 0,14326 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325,4 kv.m ümumi, 133,4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi barədə nəticəyə hüquqi münasibət bildirən birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərə dair ipoteka predmeti olan əmlakın Bank qarşısında öhdəliklərin icrası kimi qəbul edərək həmin münasibətlərin tənzimlənməsini əsaslandıran halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.6; 307.7; 309.1; 317.1; 319.1; 319.4; 319.6; və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33; 34.1.1 - 34.1.4; 36.1; 36.3; 39.3.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.6-cı maddəsinə əsasən Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İş materiallarından göründüyü kimi iş üzrə tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə əmtəəşünaslıq qiymətləndimə ekspertizaları təyin edilmiş və müvafiq rəylərin alınması təmin edilsə də, ipoteka predmeti olan yaşayış evinin real bazar qiyməti nəzərə alınmaqla likvid qiymətinin müəyyən edilməsi üçün təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 21 may 2021-ci il tarixli, 21/FY/2021 saylı rəyindən görünür ki, Cavabdeh2 məxsus olan Quba şəhəri, 5-ci məhəllədə istifadədə olan 0,14326 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325,4 kv.m ümumi, 133,4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin bazar qiyməti 139.700 manat və likvid dəyəri 110.000 manat təşkil edir. Alınan rəylər arasında fərq olduğundan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə "xxxx" MMC-nin 21 may 2021-ci il tarixli, 21/FY/2021 saylı qiymətləndirmə rəyi ipoteka predmeti olan əmlakın dəyərinin reallığını özünə əks etdirdiyinə görə, həmin rəy əsas götürülməklə digər rəylərə tənqidi yanaşaraq Cavabdeh2 məxsus Quba şəhəri, 5-ci məhəllədə istifadədə olan 0,14326 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325,4 kv.m ümumi, 133,4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin bazar qiyməti 139.700 manat və likvid dəyəri 110.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, ddiaçı "xxxx" ASC-nin nümayəndəsi E.R.Nəsibov və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilib, Quba Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 2(027)-12/2017 saylı qətnaməsi qismən - «Cavabdeh1 İddiaçı1-nin xeyrinə 59.170 ABŞ dolları faiz borcu tutulsun və Cavabdeh2 mülkiyyətində olan Quba şəhəri, 5-ci məhəllədə yerləşən 0,14326 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 380.000 manat müəyyən edilsin» hissəsində ləğv edilməli, iddia qismən təmin edilərək İddiaçı1-nin 1 saylı Səbail rayon filialı və Cavabdeh1 arasında bağlanmış 16 avqust 2010-cu il tarixli, 206 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı1-nin xeyrinə 55.677,51 ABŞ dolları ”Azərbaycan manatına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə” məbləğində faiz borcu tutulmalı, Cavabdeh2 mülkiyyətində olan Quba şəhəri, 5-ci məhəllədə yerləşən 0,14326 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 110.000 manat məbləğində müəyyən edilməli, qətnamə – «Cavabdeh1 İddiaçı1-nin xeyrinə 130000 ABŞ dolları əsas borc Azərbaycan manatına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 17,78 manat dövlət rüsumu tutulsun, İddiaçı1-nin tələbi ipoteka predmeti olan və MA seriyalı ******* №-li, reyestr nömrəsi **********70-10301 olan, ********** qeydiyyat nömrəsilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh2 məxsus Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m ümumi, 133.4 yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilsin; ipoteka predmeti olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m ümumi, 133.4 yaşayış sahəsindən ibarət fərdi yaşayış evi açıq hərrac yolu ilə satılsın; satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı1-yə olan qətnamə ilə müəyyən edilmiş borcu ödənilsin; satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi isə ipoteka qoyana verilsin; iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 50 manat xərcindən 29,63 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 20,37 manatı iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə, 200 manat tikinti-texniki ekspertiza xərcinin 118,52 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 81,48 manatı iddiaçı "xxxx" ASC-dən tutulub "xxxx" MMC-nin VÖENi:**********, hesablaşma hesabı H/h AZ66AİİB380 300 194 439 054 781 09 Kapital Bank ASC-in Nərimanov filialı, Kod 200093, VÖEN 9900 00 3611 S.W.İ.F.T. AİİBAZ2X M/h: AZ37NABZ******************** hesabına ödənilsin» hissəsində dəyişdirilmədən saxlanmalı, qətnamə icra olunan zaman 16 avqust 2012-ci il tarixdən sonra 20 avqust 2014-cü il tarixədək ödənilən 69.000,00 ABŞ dolları kredit müqaviləsi üzrə müəyyən edimiş əsas borc 130.000 ABŞ dolları və 55.677,51 ABŞ dolları faiz borcu olmaqla, cəmi 185.677,51 ABŞ dolları məbləğində pul vəsaitindən çıxılmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun 5,54 (beş manat əlli dörd qəpik) manat hissəsi İddiaçı1-dən və 294,46 (iki yüz doxsan dörd manat qırx altı qəpik) manat hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb AZ.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada aparılmış ekspertiza tədqiqatlarının dəyəri alınaraq 200 (iki yüz) manat Respublika Xammal və Əmtəə birjası "xxxx" MMC-nin, 500 (beş yüz) manat S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzinin və 200 (iki yüz) manat Əmlak Ekspert Mərkəzi MMC-nin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi E.R.Nəsibov və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 2(027)-12/2017 saylı qətnaməsi qismən - «Cavabdeh1 İddiaçı1-nin xeyrinə 59.170 ABŞ dolları faiz borcu tutulsun və Cavabdeh2 mülkiyyətində olan Quba şəhəri, 5-ci məhəllədə yerləşən 0,14326 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 380.000 manat müəyyən edilsin» hissəsində ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı1-nin 1 saylı Səbail rayon filialı və Cavabdeh1 arasında bağlanmış 16 avqust 2010-cu il tarixli, 206 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı1-nin xeyrinə 55.677,51 ABŞ dolları ”Azərbaycan manatına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə” məbləğində faiz borcu tutulsun. Cavabdeh2 mülkiyyətində olan Quba şəhəri, 5-ci məhəllədə yerləşən 0,14326 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 110.000 manat məbləğində müəyyən edilsin. Qətnamə – «Cavabdeh1 İddiaçı1-nin xeyrinə 130000 ABŞ dolları əsas borc Azərbaycan manatına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 17,78 manat dövlət rüsumu tutulsun, İddiaçı1-nin tələbi ipoteka predmeti olan və MA seriyalı ******* №-li, reyestr nömrəsi **********70-10301 olan, ********** qeydiyyat nömrəsilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh2 məxsus Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m ümumi, 133.4 yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilsin; ipoteka predmeti olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m ümumi, 133.4 yaşayış sahəsindən ibarət fərdi yaşayış evi açıq hərrac yolu ilə satılsın; satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı1-yə olan qətnamə ilə müəyyən edilmiş borcu ödənilsin; satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi isə ipoteka qoyana verilsin; iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 50 manat xərcindən 29,63 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 20,37 manatı iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə, 200 manat tikinti-texniki ekspertiza xərcinin 118,52 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 81,48 manatı iddiaçı "xxxx" ASC-dən tutulub "xxxx" MMC-nin VÖENi:**********, hesablaşma hesabı H/h AZ66AİİB380 300 194 439 054 781 09 Kapital Bank ASC-in Nərimanov filialı, Kod 200093, VÖEN 9900 00 3611 S.W.İ.F.T. AİİBAZ2X M/h: AZ37NABZ******************** hesabına ödənilsin» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamə icra olunan zaman 16 avqust 2012-ci il tarixdən sonra 20 avqust 2014-cü il tarixədək ödənilən 69.000,00 ABŞ dolları kredit müqaviləsi üzrə müəyyən edimiş əsas borc 130.000 ABŞ dolları və 55.677,51 ABŞ dolları faiz borcu olmaqla, cəmi 185.677,51 ABŞ dolları məbləğində pul vəsaitindən çıxılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun 5,54 (beş manat əlli dörd qəpik) manat hissəsi İddiaçı1-dən və 294,46 (iki yüz doxsan dörd manat qırx altı qəpik) manat hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb AZ.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada aparılmış ekspertiza tədqiqatlarının dəyəri alınaraq 200 (iki yüz) manat Respublika Xammal və Əmtəə birjası "xxxx" MMC-nin, 500 (beş yüz) manat S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzinin və 200 (iki yüz) manat Əmlak Ekspert Mərkəzi MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar