Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2090/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili: X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Seyfəddin qızından 5000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatının iddiaçıya aid edilməsi, 20 manatının isə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən 2008-ci ildə 0,56 ha torpaq sahəsinə görə verdiyi 5000 manat pulun, əldən çıxmış fayda olaraq 6000 manat pulun və keçmiş 11 il ərzində bağa xərclədiyi 5000 manat pulun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ildə Cavabdeh və onun mərhum həyat yoldaşı X3 0,56 ha torpaq sahəsini 5000 manata satın almışdır. Torpağın pulunu İsmət Bayramovun və Ağasən Ələskərovun iştirakı ilə vermişdir. Torpaq həmin vaxt girovda olduğundan alqı-satqını dərhal rəsmiləşdirə bilməmiş, lakin torpaqdan istifadə etməyə başlamışdır. Torpaq keçən ilə kimi onun istifadəsində olmuşdur. N.Novruzov 2019cu ilin mayın 5-də vəfat etmişdir. O, vəfat edənə kimi dəfələrlə müraciət etmişdir ki, alqısatqını rəsmiləşdirsin. Lakin hər dəfə bir bəhanə ilə bundan yayınmışdır. Nazim vəfat etdikdən sonra dəfələrlə Nazimin arvadı Sevilin yanına getmişdir ki, torpağı adına keçirsin. O da müxtəlif bəhanələrlə işi uzatmışdır. Sonra ona xəbər gəlmişdir ki, Sevilin kürəkəni bağdakı ağacları çıxarıb və yerini şumladıb. Bundan sonra cavabdehin qohumu ona demişdir ki, pulunu qaytaracaqlar, ya da torpağı adına keçirəcəklər. Lakin hazırki günə kimi cavabdeh nə pulunu qaytarır, nədə ki, torpağı adına keçirir. 2008-ci ildə cavabdehə 5000 manat pul vermişdir. Həmin vaxt 5000 manat pula 0,56 ha torpaq sahəsi almaq olurdu. İndi isə 5000 manatın dəyəri aşağı düşmüşdür. O, 11 illik bağdan xeyli məbləğdə gəlir götürə bilərdi. Ağaclar cavabdeh tərəfindən məhv edildiyindən hər şeydən məhrum olmuşdur. 11 il ərzində bağın saxlanmasına, bağa qulluğa təxminən 5000 manata yaxın pul xərcləmişdir. Bundan başqa 2008-ci ildə verdiyi 5000 manatın dəyəri aşağı düşüb və onun əlindən xeyli miqdarda fayda çıxmışdır. Əldən çıxmış faydanı 6000 manat məbləğində dəyərləndirir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İddiaçıya nə o, nədəki mərhum həyat yoldaşı Nazim tərəfindən hər hansı ölcüdə torpaq sahəsi satılmamış, ondan torpaq sahəsinə görə pul almamışlar. Əgər iddiaçının bildirdiyi kimi, torpaq sahəsinə görə onlara hər hansı məbləğdə pul vermiş olsaydı, bu barədə bir rəsmi sənəd tərtib olunardı. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş şahidlərin ifadəsinə istinad etmişdir. Beş nəfərdən ibarət ailəsinin adına verilmiş 1,37 ha torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsi bir ərazidə yerləşir. Belə olan halda iddiaçının iddia etdiyi kimi 0,56 ha hissəsini ümumi 1,37 ha torpaq sahəsinin hansı hissəsindən ayıraraq satılmışdır. Şahidlərin iştirakı ilə tərtib edilmiş 22 aprel 2021-ci il tarixli Aktı ilə də təstiq olunur ki, ailəsinin mülkiyyəti olan 1,37 ha torpaq sahəsi 05 may 2019-cu il tarixdə vəfat edən gününə qədər əri Nazim tərəfindən, onun ölümündən sonra isə onun tərəfindən istifadə olunur. Xaçmaz Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(067)-697/2021 saylı qətnaməsini ləğv edib, iddiaçının ona qarşı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edib, göstərdi ki, hal-hazırda Cavabdeh ilə mübahisəni məhkəmədən kənar tam həll etmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Mübahisənin barışıq yolla həll edilməsi məqsədi ilə iddia tələbindən imtina edir. Ona görə də, iddia tələbindən imtina edir və iddiadan imtinanın nəticələri onlara aydındır. Cavabdehin nümayəndəsi və vəkili H.M.Məlikov iddiadan imtina edilməsinə razı oldugunu və hazırda mübahisənin barışıq yolu ilə həll olduğunu bildirdi. Məhkəmə kollegiyası məruzəcini, tərəflərin iddiadan imtinaya qarşı fikrini dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, şikayətdən imtina edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbindən imtina etməsi barədə ərizəsi qanuni və əsaslı olduğu üçün qəbul olunmalı, Xaçmaz Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 365, 391-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtina etməsi qəbul edilsin. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair Xaçmaz Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(067)-697/2021 saylı qətnaməsi ləğv edilsin və bu iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2090/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2090/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver