Məhkəmə qərarları › İş №2(105)-2098/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2098/2021

14.06.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2098/2021 14.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X8, Cavabdehin nümayəndəsi və vəkili: X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və «X11, Hospilaty and Manegment» MMC-nin direktoru Cavabdeh1 qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə yaranmış maneənin aradan qaldırılması tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərardadından cavabdehlər tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərardadı ilə (hakim İ.A.Məmmədov) işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26.04.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********94 qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdehlər “X12, Haspilatu and Manegment” MMC-nin direktoru Cavabdeh1 və Cavabdeh2 tərəfindən daxil olma və torpaq sahəsindən torpağın mülkiyyətçiləri sərbəst istifadə edilən zaman maneə yaratmalarının qadağan edilməsi, qərardadın dərhal icra olunması, qərardadın icrasının Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı X4 cavabdehlər “X12, Haspilatu and Manegment” MMC-nin direktoru Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iddianın təmin edilməsi barədə ərizəni işə əlavə edərək, işə mahiyyəti üzrə baxılana kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26.04.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********94 qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yaxınlaşmasına, daxil olmasına, torpaq sahəsindən sərbəst istifadə edən zaman maneə yaratmasına qadağa edilməsi barədə qəradad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh «X11, Hospilaty and Manegment» MMC-nin direktoru Cavabdeh1 şikayəti onunla əsaslandırmışdır ki, iddia ərizəsində mübahisələndirilən torpaq sahəsi onların istifadəsindədir. Belə ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X9 İdarəsinin balansında olan, Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən «Bulaqdərə su anbarı»na məxsus 14,86 ha torpaq sahəsi Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASCnin razılıgı və ƏMDX-i ilə onlar arasında bağlanan 25 dekabr 2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi əsasında «X13, Hospitality and Management» MMC-nin istifadəsinə verilmişdir. Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, qeyd olunan torpaq sahəsi üzərində onların Hüquqlarının Dövlət Reyestrində qeydiyyata alınması və buna dair Dövlət Reyestrindən çıxarışın verilməsini təmin etmək vəzifəsinin qoyulmasını xahiş etmişdir. İddia ərizəsi ilə ərizənin təmin olunması barədə tələb eyni olmuşdur. Quba Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddiaçının iddianı təmin etmə barədə ərizəsinin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Ə.A.Rzayev şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili E.İ.Əlixanlı şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə piayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qərardadın məzmunundan görünür ki, iddia ərizəsində cavabdehlərə qarşı irəli sürülən iddia tələbləri ilə, iddianı təmin etmə tədbirinə dair ərizədə qeyd olunan tələblər bir-birinin eynidir. Yəni, iddiaçı həm iddia ərizəsində, həm də iddianın təmin edilməsinə dair məhkəməyə əlavə olaraq təqdim etdiyi ərizədə torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılmasını tələb edir. Belə olan halda iddia tələbləri ilə eyniyyat təşkil edən iddianı təmin etməyə dair ərizənin təmin edilməsi yol verilməzdir. Çünki əks halda məhkəmə tərəflər arasında yaranmış mübahisəni qabaqcadan mahiyyəti üzrə həll etmiş olur. İş materialları ilə müəyyən edilir ki, iddia ərizəsində mübahisələndirilən torpaq sahəsi «X13, Hospiality and Management» MMC-nin qanuni istifadəsindədir. Hazırkı mülki iş üzrə iddiaçı L.K.Xəlfəyevə tərəfindən mübahisələndirilən 1,0001 ha torpaq sahəsi də «Bulaqdərə su anbarı»na məxsus olan torpaq sahəsinə aiddir. «X13, Hospiality and Management» MMC-nin həmin torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı mübahisə yarandıgına görə MMC ƏMDXnə və digərlərinə qarşı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, qeyd olunan torpaq sahəsi üzərində «X13, Hospiality and Management» MMC Hüquqlarının Dövlət Reyestrində qeydiyyata alınması və buna dair Dövlət Reyestrindən çıxarışın verilməsini təmin etmək vəzifəsinin qoyulmasını xahiş etmişdir. «X13, Hospiality and Management» MMC həmçinin məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, iddiaçının qanuni istifadəsində olan həmin torpaq sahəsini zəbt edən və ora müdaxilə edən şəxslər tərəfindən həmin torpaq sahəsi üzərində aparılan qanunsuz tikinti işlərinə qadaga qoyulması, onların həmin torpaq sahəsindən çıxarılması və Əmlak Məsələləri Dövlət Xidmətinin və həmin Xidmətin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə iddiaçının qanuni istifadəsində olan 14,86 ha torpaq sahəsinin hüdudları daxilində müvafiq ərazidən icarə məqsədləri üçün maneəsiz istifadə edilməsinə şərait yaratmaq vəzifəsinin qoyulması xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli MXMT (118)-18/2021 saylı qərardadı ilə «X13, Hospiality and Management» MMC-nin ərizəsi təmin edilmiş və həmin qərardad icra olunmuşdur. Lakin birinci instansiya məhkəməsi bunları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdehlər «X11, Hospilaty and Manegment» MMC-nin direktoru Cavabdeh1 və X1 şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin iş üzrə 07 may 2021-ci il tarixli 2(027)-1190/2021 saylı qərardadı ləğv edilsin və İddiaçı iddianı təmin etmə barədə ərizəsi təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar