Məhkəmə qərarları › İş №2(105)-2099/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2099/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2099/2021 28.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)- 726/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)- 726/2021 saylı qətnaməsi ilə (hakim R.T.Həsənov) İddiaçı-nin Cavabdeh qarşı icara haqqı üzrə borcun ödənilməsi tələbinə dair iddia təmin edilib, Cavabdeh 6310 manat əsas borc, 200 manat dəbbə borcu olmaqla, ümumilikdə 6510 (altı min beş yüz on) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq “AZTUR RENT A CAR“ MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)- 726/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh arasında avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh nəqliyyat vasitəsi icrayə verilmişdir. İcarə müqaviləsinin təminatı kimi İddiaçı və Cavabdeh arasında müqavilə bağlanaraq, “KİA CERATO” markalı, **-KL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi, yol vərəqəsinə əsasən 07.08.2020-ci il tarixdən - 15.08.2020-ci tarixədək icarəyə verilmişdir. Onun 60 (altmış) manat cərimə, 1250 (bir min iki yüz əlli) manat franşiza və 2450 (iki min dörd yüz əlli) manat avtomobil ustada 70 (yetmiş) gün qaldığına görə, 2150 (iki min yüz əlli) manat avtomobil dəyərini itirdiyinə görə, 800 manat 16 (on altı) dəfə saatda "120km/saat" sürət həddini keçdiyinə görə ümumilikdə, 6710 (altı min yeddi yüz on) manat borcu yaranmışdır. Borcun tam ödənilməsini tələb etdikdə isə 400 manat ödəyərək, qalan məbləği də tez bir zamanda ödəyəcəyini bildirsə də Cavabdeh tərəfindən icarə müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər lazımınca icra edilməmişdir. Ona görə də, Cavabdeh 6310 manat əsas borc, 200 manat dəbbə borcu və 30 manat ödənilmiş dövlət rüsumu məbləğində pulun alınaraq, "AZTUR RENT A CAR” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 18 mart 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinin və Azərbaycan Resublikası MPM-nin 9.2, 9.3, 14.2, 76, 77, 82, 87.2, 217-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı və Cavabdeh arasında icarə müqaviləsi bağlanmış və “KİA CERATO” markalı, **-KL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi, yol vərəqəsinə əsasən 07.08.2020-ci il tarixdən - 15.08.2020-ci tarixədək onun icarəsinə verilmişdir. Avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və barəsində X5 protokol tərtib edilmişdir. Hadisə nəticəsində yararsız vəziyyətə düşmüş avtomobil İddiaçı tərəfindən sığorta haqqı alınaraq təmir olunmuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi M.S.Əkbərzadə apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı tərəfindən “KİA CERATO” markalı, **-KL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 07.08.2020-ci il tarixdən-15.08.2020-ci tarixədək Cavabdeh icrayə verilmişdir. Yol vərəqəsindən görünür ki, “KİA CERATO” markalı, 90-KL860 qeydiyyat nişanlı nəqliyyat vasitəsi 07.08.2020-ci il tarixdən 15.08.2020-ci il tarixədək etibarnamə əsasında Cavabdeh istifadəsinə verilmişdir. 01.02.2021-ci il tarixli aktdan görünür ki, X3 məxsus “KİA CERATO” markalı, **-KL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 14.08.2020-ci il tarixdən 24.10.2020-ci il tarixədək təmirxanada olmuşdur. 01.02.2021-ci il tarixli ərizədən görünür ki, X3 məxsus “KİA CERATO” markalı, **-KL- *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 14.08.2020-ci il tarixdən 24.10.2020-ci il tarixədək hərəkətsiz qalmışdır. 23.01.2021-ci il tarixli, 012 saylı bildirişdən görünür ki, Cavabdeh icarə müqaviləsində göstərilənləri icra etmədiyi təqdirdə 3 (üç) iş günü ərzində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı ilə əlaqədar İddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. 29 avqust 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardaddan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Avtomobilə dəymiş madi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə barədə müstəqil qiymətləndiricinin 24 noyabr 2020-ci il tarixli rəyindən görünür ki, “KİA CERATO” markalı, **-KL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 5658 manat təşkil edir. X5 İXP3568067 saylı protokoldan görünür ki, Cavabdeh “KİA CERATO” markalı, **- KL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman 14.08.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 677.3-677.4-cü maddəsinə əsasən kirayəçi kirayə müddəti ərzində aşkar etdiyi müqaviləyə hər hansı uyğunsuzluqlar barəsində və ya əşyanı və ya onun istifadəçilərini gözlənilməz təhlükədən qorumaq üçün tədbirlər görülməsi zərurəti barəsində kirayəyə verənə dərhal bildiriş verməlidir. Bu, əşya barəsində üçüncü şəxslərin hüquqlarının bəyan edildiyi hallarda da qüvvədədir. Əgər kirayəçi bildiriş vermirsə, bunun nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur; kirayəyə verən kirayəçinin bildiriş verməməsi üzündən hər hansı qüsuru aradan qaldıra bilmədikdə, kirayəçinin bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqları həyata keçirmək hüququ yoxdur. Kirayəyə verəni kirayəyə verilmiş əşyanın qüsurları üçün məsuliyyətdən azad edən və ya bu məsuliyyəti məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur, bu şərtlə ki, kirayəyə verən həmin qüsurlar barəsində qəsdən susmuş olsun. Həmin Məcəllənin 700.1 və 700.2-ci maddələrinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 684.1-684.2-ci maddəsinə əsasən Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı və Cavabdeh arasında icarə müqaviləsi bağlanmış və “KİA CERATO” markalı, **-KL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 07.08.2020-ci il tarixdən 15.08.2020-ci tarixədək Cavabdeh icarəyə verilmişdir. Həmin müddət ərzində cavabdeh icarəyə verilmiş nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəi törətmiş və X5 İXP3568067 saylı protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə 60 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi idia tələbini təmin etdikdə hesab etmişdir ki, İddiaçı-nin tərəflər arasında bağlanmış icarəsi müqaviləsi üzrə cavabdehin istifadəsinə verilmiş “KİA CERATO” markalı, **-KL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən törətdiyi inzibati xətaya görə 60 (altmış) manat cərimə, 1250 (bir min iki yüz əlli) manat franşiza və 2450 (iki min dörd yüz əlli) manat avtomobil ustada 70 (yetmiş) gün qaldığına görə, 2150 (iki min yüz əlli) manat avtomobil dəyərini itirdiyinə görə, 800 manat 16 (on altı) dəfə saatda "120km/saat" sürət həddini keçdiyinə görə ümumilikdə 6710 (altı min yeddi yüz on) manat tələb etməsinin hüquqi əsasları vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “KİA CERATO” markalı, **-KL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən törətdiyi inzibati xətaya görə 60 (altmış) manat cərimə olunması və həmin cərimənin iddiaçı tərəfindən ödənildikdən sonra tələb etmək hüququnun iddiaçıya keçməsinə əsaslanaraq cərimə məbləğini təmin etdikdə düzgün nəticəyə gəlməmişdir. İlk növbədə məhkəmə kollegiyası nəzərə alır ki, X5 İXP3568067 saylı protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə 60 manat məbləğində cərimə edilməsi öz təsdiqini tapsa da, həmin cərimə məbləğinin ümumiyyətlə ödənilməsi işin araşdırlan halları ilə təsdiqini tapmamış və bu halı təsdiq edən hər hansı ödəniş qəbzi iş materilalarında mövcud olmamışdır. Bundan başqa birinci birinci instansiya məhkəməsi 200 manat dəbbə pulunun ödənilməsini də təmin etmişdir. Lakin iş materialları ilə müəyyən olur ki, 200 manat dəbbə pulun tutulmasının heç bir əsası olmamış, tərəflər arasında bağlanmış müqavilədə belə bir razılaşma nəzərdə tutulmamışdır və bu səbəbdən də birinci instansiya məhkəməsi həmin hissədə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - «Cavabdeh 60 (altmış) manat cərimə pulu tutularaq İddiaçı-nin xeyrinə ödənilsin» hissəsində ləğv edilib iddia həmin hissədə təmin edilməməli və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əriəzəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 28,80 manat hissəsi Cavabdeh tutulub İddiaçı-yə ödənilməli, rüsumun 1,20 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)- 726/2021 saylı qətnaməsi qismən – «Cavabdeh 60 (altmış) manat cərimə pulu və 200 manat dəbbıə pulu tutularaq İddiaçı-nin xeyrinə ödənilsin» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamə - «Cavabdeh 6250 (altı min iki yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı-nin xeyrinə ödənilsin» hissəsində dəyişdirilmədən saxlansın. İddia əriəzəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 28,80 manat hissəsi Cavabdeh tutulub İddiaçı-yə ödənilsin və rüsumun 1,20 manat hissəsi isə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar