Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-21/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı vəkili Nümayəndə, Cavabdeh1, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(074)- 882/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) iddianın qismən təmin edilməsi, iddiaçıya məxsus “Kia Sportage” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq cavabdehlərdən 20.738,00 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə (L.M.Məmmədova, T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli qərarı ilə (Ə.A.Əhmədov, Ə.G.Nurməmmədov və V.T.Həsənov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kasasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli, 2(105)-1254/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 yolnəqliyyat hadisəsi nəticəsində ona məxsus 2014-cü il buraxılışlı “Kia Sportage” markalı ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 21.709 (iyirmi bir min yeddi yüz doqquz) manat 25 qəpik məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 2019-cu il iyunun 11-də etibarnamə olmadan idarə etdiyi Cavabdeh1 məxsus “Mercedes E 280” markalı ** OX *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə sola manevr edən zaman idarəetməni itirərək sol zolağda hərəkətdə olan X4 idarə etdiyi iddiaçıya məxsus “Kia Sportage” markalı **-ZA- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfi ilə toqquşmaqla arxa sol hissəsinin və alt qabaq sol hissəsini əzmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 269.1. və 332.1-ci maddələrinin tələbini pozmuş, bu barədə tərtib edilmiş İnzibati xəta haqqında protokola əsasən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 269.1 və 332.1-ci maddələri ilə təqsirli bilinmiş və inzibati tənbeh vermə haqqında 12 iyun 2019-cu il tarixli MN seriyalı ******* №-li qərara əsasən 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş ziyanın məbləğini müəyyən etmək üçün “Kia Motors” servis mərkəzi tərəfindən tərtib olunmuş 15 iyun 2019-cu il tarixli qüsur aktı ilə zərərin aradan qaldırılması üçün 21.709,25 manat məbləğində vəsaitin tələb olunduğu müəyyən olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə qətnaməsini işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 21 oktyabr 2019-cu il tarixli 25888 saylı ekspert rəyinə istinad edərək nəzəri hesablama yolu ilə iş materiallarında olan “KİA Motors”un xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Sportage” markalı ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 20.738,0 manat müəyyən edilmişdir. Lakin məhkəmənin istinad etdiyi ekspert rəyi reallığı əks etdirmir. Belə ki, müxtəlif elan saytlarında buraxılışı 2014-cü il olan “Kia Sportage” markalı avtomobillərin bazar qiyməti texniki vəziyyətindən, yürüşündən və mühərrik həcmindən asılı olaraq 25-30 min manat civarında yerləşdirilmişdir. Ona görə də iddiaçıya məxsus “Kia Sportage” markalı ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsinin və alt qabaq sol hissəsinin əzilməsi nəticəsində ekspert rəyində göstərilən qədər ziyanın və təmir xərcinin müəyyən edilməsi həqiqəti əks etdirmir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ekspert X5 izahatında bildirmişdir ki, verdiyi rəyi müdafiə edir, maşın mövcud olmadığına görə hansı detalın sıradan çıxdığını dəqiq müəyyən edə bilmir. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını, eksperti dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə maddi ziyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni Cavabdeh2 etibarnamə olmadan digər Cavabdeh1 məxsus olan nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətməsi və nəticədə iddiaçının mülkiyyətində olan Elşən Şərifovun idarə etdiyi nəqliyyat vasitəsinə zərər dəyməsi, ekspertin rəyinə görə iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin 20.738 manat müəyyən edilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdehlər apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan cavabdehlər qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, “Kia Motors” Servis Mərkəzi tərəfindən verilmiş qüsur Aktında göstərilən ehtiyat hissələrinin tərkibini, işə əlavə edilmiş digər sübutlarla, o cümlədən yol polisi tərəfindən tərtib edilmiş “İnzibati xəta haqqında” 12 iyun 2019-cu il tarixli protokolda və “İnzibati tənbeh vermə haqqında” 12 iyun 2019-cu il tarixli qərarda göstərilən zədə almış detalların tərkibi ilə müqayisəli şəkildə təhlil etmədən, qüsur Aktında göstərilən ehtiyat hissələrinin qiymətinin, habelə xidmət haqqının real bazar qiymətlərinə uyğun olub-olmamasını lazımi qaydada araşdırmadan, ekspert rəyinin bilavasitə iddiaçıya məxsus nəqliyyat vasitəsinə baxış keçirilmədən, yalnız nəzəri hesablama yolu ilə “Kia Motors” Servis Mərkəzi tərəfindən verilmiş qüsur aktına əsaslanaraq verilməsini nəzərə almadan, 2014-cü il buraxılışlı “Kia Sportage” markalı, **- ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə cavabdehlərin təqsiri üzündən 20.738 manat zərər dəyməsinə dair işin halları barədə səhv nəticəyə gəlməsini, zərurət yarandığı halda iddiaçıya məxsus sözügedən nəqliyyat vasitəsinə dəymiş real zərərin məbləğini müəyyən etmək üçün bilavasitə nəqliyyat vasitəsinə ekspertin iştirakı ilə baxış keçirilməsini təmin etməklə əsaslandırılmış rəy alınmasını təmin etməməsini, nəqliyyat vasitəsinə dəymiş zərərə görə iddiaçıya sığorta ödənişinin verilib-verilməməsini aydınlaşdırmamasını və bundan asılı olaraq iddianın əsaslığına hüquqi qiymət verməməsini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticədən cavabdehlər şikayət verərək, ləğvini xahiş etsələr də, şikayətin məzmunundan görünür ki, cavabdehlər qətnaməni iddianın təmin olunmuş hissəsində mübahisələndirilmişlər. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehlərin iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətmələri, yəni qanunla müdafiə edilən iddiaçının nəqliyyat vasitəsinə birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əmələ yol vermələri işin mübahisə olunmayan halıdır. Baxılan iş üzrə iddia tələbi dəymiş zərərin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1108, 21.2, 1097.1-ci maddələri təşkil edir. Mövcud vəziyyətdə tərəflər arasında yalnız iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinə dair fikir ayrılığı vardır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə cavabdehlərin apellyasiya şikayətində dəymiş zərərin məbləğinin şişirdilməsi barədə dəlillərini, həmçinin mövcud vəziyyətə uyğun olaraq kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq avtomobilə dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsindən ötrü məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/8570 nömrəli 27 dekabr 2021-ci il tarixli ekspertiza rəyi ilə nəzəri hesablama yolu ilə iş materiallarında olan “Kia Motors”-un xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Sportage” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 20738,00 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatı iş materiallarında olan xx.xx.2019-cu il tarixli nöqsan aktı əsasında hesablanır. Cavabdehlər məhkəmə kollegiyasına vəsatət təqdim edərək, ekspertizanın bu rəyi ilə razı olmadıqlarını, mülki iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş, məhkəmə kollegiyası tərəfindən təkrar əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2022-ci il tarixli 9/5640 nömrəli ekspert rəyi ilə nəzəri hesablama yolu ilə iş materiallarında olan “Kia Motors”-un xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Sportage” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 20738,00 manat məbləğində müəyyən edilmişdir. Nəzəri hesablama yolu ilə iş materiallarında olan “Kia Motors”-un xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Sportage” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18102,0 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatı iş materiallarında olan xx.xx.2019-cu il tarixli nöqsan aktı əsasında hesablanır. İddiaçı həmin ekspert rəyindən narazı qalaraq vəsatət təqdim etmiş, təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən vəsatət nəzərə alınaraq təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2023-cü il tarixli 9/7175-8/3881 nömrəli ekspert rəyi ilə "Kia Sportage” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qüsur aktı və təqdim olunmuş fotoşəkillərdə, o cümlədən yol polisi tərəfindən tərtib edilmiş inzibati xəta və inzibati tənbeh vermə haqqında qərarlarda göstərilən avtomobilin sol arxa və sol qabaq hissələrinə aid zədə almış ehtiyat hissələri, həmçinin minik avtomobilinin arxa tərəfinin sol hissəsi tədqiq edilmişdir. “Kia Sportage” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir olunduğundan ekspertlər tərəfindən maşına baxış keçirmək mümkün olmamışdır. Ekspertiza tədqiqatı məhkəmə qərardadında qoyulmuş sual üzrə qüsur aktı, DYP-nin protokol və qərarı, həmçinin hadisədən sonrakı avtomobilin fotoşəkilləri əsasında aparılmışdır. “KİA motors” şirkətinin Zəmanətli avtomobillərə baxış və texniki xidmət Servis Mərkəzinin qüsur aktında göstərilən və rəyin tədqiqi hissəsində təsvir edilən “digər ehtiyat hissələri” adlı cədvəldə təsvir edilmiş ehtiyat hissələrinin (fotoşəkillər 5, 6 və 7) hadisə ilə əlaqədar yaranmadığını demək mümkün deyildir. Çünki minik avtomobilinə onun bilavasitə avtomobillə toqquşma sahəsində olmayan lakin zərbənin təsiri nəticəsində avtomobilin digər hissələrində də zədələr yarana bilər. Yol-nəqliyyat hadisələri ekspertizasının müəyyən etdiyi zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla 2014cü il buraxılışlı “Kia Sportage” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci nəzəri qaydada təxminən sol tərəf üzrə dəymiş ziyan – 8389,0 (7289+1100) manat, arxa tərəfin sol hissəsi üzrə dəymiş ziyan – 4949,0 (4599+350) manat, digər hissələr üzrə dəymiş ziyan – 7450,0 (6770+680) manat müəyyən edilir. Məhkəmə kollegiyası yaranmış mübahisənin tam, hərtərəfli araşdırılmasından ötrü avtomobilə baxış keçirilməsi zərurəti yarandığından “Kia Sportage” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olub-olmaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə sorğu göndərmiş, sorğuya cavab olaraq həmin orqan tərəfindən cavab olaraq bildirilmişdir ki, Baş X10i İdarəsinin müşahidə kameralarının yadda məlumatlarına baxış zamanı “Kia Sportage” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması halları müşahidə edilməmişdir. Məhkəmə kollegiyası həmçinin nəqliyyat vasitəsinə dəymiş zərərə görə iddiaçıya sığorta ödənişinin verilib-verilməməsini aydınlaşdırmaq məqsədilə avtomobilin "xxxx" ASC-də sığorta olunması və 11 iyun 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar ona sığorta ödənişinin verilməsi barədə məlumatın öyrənilməsi üçün sorğu vermiş, sorğuya cavab olaraq "xxxx" ASC tərəfindən bildirilmişdir ki, “Kia Sportage” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı (xx.xx.2019-cu il tarixdə) "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuş, xx.xx.2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı "xxxx" ASC-də hər hansı məlumat qeydə alınmamış və həmin hadisə ilə bağlı onlar tərəfindən heç bir sığorta ödənişi həyata keçirilməmişdir. Mülki Məcəllənin 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Mülki Məcəllənin 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (Mülki Məcəllənin 1108.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. İşdən görünür ki, yüksək təhlükə mənbəyi hesab olunan avtonəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən etibarnamə olmadan idarə olunmuş və onun təqsiri ucbatından baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus 2014-cü il buraxılışlı, “Kia Sportage” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa tərəfi ilə toqquşmaqla arxa sol hissəsi və alt qabaq sol hissəsinə ziyan dəymişdir. İş üzrə keçirilmiş 29 dekabr 2023-cü il tarixli ekspertiza rəyi ilə avtomobilə dair qüsur aktı və təqdim olunmuş fotoşəkillərdə, o cümlədən yol polisi tərəfindən tərtib edilmiş inzibati xəta və inzibati tənbeh vermə haqqında qərarlarda göstərilən avtomobilin sol arxa və sol qabaq hissələrinə aid zədə almış ehtiyat hissələri üzrə sol tərəf üzrə dəymiş ziyan – 8389 manat, arxa tərəfin sol hissəsi üzrə dəymiş ziyan – 4949 manat, digər hissələr üzrə dəymiş ziyan – 7450,0 (6770+680) manat müəyyən edilir. Lakin digər hissələrə zərərin məhz qəza nəticəsində dəyməsi işin müəyyən edilmiş halları ilə öz təsdiqini tapmır. Bu mənada məhkəmə kollegiyası iş üzrə keçirilmiş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli rəylərə münasibətdə xx.xx.2023-cü il tarixli ekspert rəyini daha mötəbər sübut kimi qəbul etməsi qənaətinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus avtomobilə zərərin dəyməsində məhz cavabdehlərin təqsiri ucbatından baş verməsi öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Lakin vurulmuş zərərin tutulması hissəsində isə zərərin məbləği düzgün müəyyən edilməmişdir. Odur ki, iddiaçıya məxsus “Kia Sportage” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın məbləği 13.338 manat müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli qətnaməsi yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, 29 dekabr 2023-cü il tarixli ekspert rəyində göstərilən sol tərəf üzrə dəymiş ziyan 8.389 manat, arxa tərəfin sol hissəsi üzrə dəymiş ziyan 4.949 manat, ümumilikdə 13.338 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 50+100+50=200 (iki yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. İddiaçıya məxsus “Kia Sportage” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın məbləği 13.338 manat müəyyən edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 (iki yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-21/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-21/2024
06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver