Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2101/2021 08.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(027)-661/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(027)-661/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş 07 sentyabr 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 2(027)-625/2019 saylı, 12.02.2019-cu il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarının artırılmaqla, hazırki qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, 15.02.2021-ci il tarixdə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək maddi vəziyyətinin çətin olmasını, birgə nikahdan dünyaya gələn övladının böyüdükcə xərclərinin artmasını, özünün gözlərində əlillik olmasını və övladının tibb xərcləri, təhsil alması üçün xərclərini nəzərə alaraq qətnamənin dəyişdirilərək alimentin məbləğinin artırılaraq 250 manat məbləğində təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 12.02.2019cu il tarixli, 2(027)-625/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə rəsmi nikahlarından olan 07.09.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 120 manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi qət edilmişdir. Buna baxmayaraq Cavabdeh əvvəlki aliment ödənişlərindən təxminən 4000 manata yaxın borcu qalmışdır. Birgə nikahlarından olan uşağının qüsurlu olması ilə cavabdeh bu vaxta kimi heç vaxt maraqlanmamışdır. O, gözdən əlil olmasına baxmayaraq, qüsurlu övladının əməliyyatını etdirməklə yanaşı, övladının təhsil alması üçün müəllimələr də ayırmışdır ki, övladı qüsurlu olsa da, təhsildən geri qalmasın. Cavabdeh bütün bunları nəzərə almayaraq aliment borcunu da tam şəkildə ödəməmişdir. Quba Rayon Məhkəməsinin qəbul etdiyi 2(027)-625/2019 saylı qətnamə ilə razı deyildir. O, yaşlı anası və atası ilə 15 yaşlı övladına baxdığı üçün heç bir yerdə işləyə bilmir. Bu səbəbdən də başqa gəlir yeri yoxdur və uşaq böyüdükcə tələbatı da çoxalır. O, övladının tibb xərclərinə 15000 manata yaxın pul xərcləmiş, hazırda övladının təhsil və tibb xərcləri artmışdır. Övladının təhsil alması üçün 3 müəllim ayrılmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə birgə nikahlarından 07 sentyabr 2006-cı il təvəllüdlü X8 doğulmuşdur. Aralarında yaranan anlaşılmazlıqlar səbəbindən nikahları pozulmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)- 625/2019 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 19 sentyabr 2008-ci il tarixli, 2(027)-659/2008 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, 07.09.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. O, qət edilmiş aliment məbləğini vaxtlı-vaxtında iddiaçıya ödəmişdir. Bundan sonra iddiaçı aliment məbləğinin artırılması tələbinə dair yenidən məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-780/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, birgə nikahlarından doğulmuş 07.09.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 2(027)-625/2019 saylı, 12.02.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmaqla, qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq ondan hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. O, Quba Rayon Məhkəməsinin 2(027)- 780/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 11.09.2020-ci il tarixli, 2(105)-2457/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)- 780/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi vəziyyətində yaxşılığa doğru dəyişikliyin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Bununla yanaşı, işin hallarından müəyyən edilir ki, o, ikinci dəfə ailə qurmuş, daha bir övladı və himayəsində xəstə valideyni vardır. Maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Hər il yaşayış minimumunun dəyişilməsi alimentin artırılması barədə tələblə məhkəməyə müraciət edilməsinə əsas vermir. Belə olan halda, maddi hüquq normalarına görə alimentin yaşayış minimumu haqqında qanuna uyğun olaraq artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. İddiaçı üzərindən heç bir il müddət keçmədiyi halda, yenidən alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırki qətnamə ilə birgə nikahlarından doğulmuş 07 sentyabr 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 2(027)-625/2019 saylı, 12.02.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq ondan hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. O, hazırda “X15” MMC-də sosial işçi kimi çalışır, aylıq əmək haqqı 250 manat təşkil edir. X1 ilə nikahlarından 20.09.2016-cı il təvəllüdlü X7 adlı övladı vardır. Qət edilmiş alimentin məbləği onun aylıq əmək haqqının yarısından çoxdur, qalan 100 manat məbləğində pulla nə ailəsini dolandıra, nə də maddi ehtiyaclarını ödəyə bilmir. Hər bir halda alimentin tutulması zamanı onun maddi, ailə vəziyyəti nəzərə alınmalı idi. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nihat Fərhadov 07 sentyabr 2006-cı il tarixdə anadan olmuşdur, atası Hikmət Fərhadov, anası İddiaçıdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-625/2019 saylı, 12 fevral 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 19 sentyabr 2008-ci il tarixli, 2(027)-659/2008 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması, 07.09.2006-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Quba Rayon Məhkəməsinin 2(027)-625/2019 saylı, 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 120 manat aliment məbləğinin artırılaraq birgə nikahlarından olan övladları X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində alimentin, əlavə xərclər olaraq təhsil, məktəb ləvazimatı, geyim və idman təminatı üçün 100 manat, xüsusi qidalanmaq üzrə hər ay 50 manat olmaqla, ümumilikdə 320 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Quba Rayon Məhkəməsinin 2(027)-780/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş 07.09.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 2(027)-625/2019 saylı, 12 fevral 2019-cu il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.09.2020-ci il tarixli, 2(105)-2457/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-780/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında olan nikah 18.01.2017-ci il tarixdə Quba RİHB-nın Tüləkəran İƏD üzrə nümayəndəliyində bağlanılaraq 21 sayla qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 nikahından 20 sentyabr 2016-cı il tarixdə X7 doğulmuşdur. İş materiallarına əlavə olunmuş sosial arayışdan görünür ki, Cavabdeh “X15” MMCdə sosial işçi vəzifəsində çalışır, aylıq əmək haqqı 250 manatdır. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Tüləkəran İƏD üzrə nümayəndəliyinin 309 saylı, 07.07.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh “X15” MMC-də sosial işçi kimi 250 manat əmək haqqı alır və başqa gəliri yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan hüquq normalarının tələblərini hazırki mübahisəli aliment hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-625/2019 saylı, 12.02.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 19 sentyabr 2008ci il tarixli, 2(027)-659/2008 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması, 07.09.2006-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdən görünür ki, İddiaçı Quba Rayon Məhkəməsinin 2(027)-625/2019 saylı, 12.02.2019-cu il tarixli qətnaməsi qəbul edildikdən 1 il keçməmiş, məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş 120 manat aliment məbləğinin artırılaraq, birgə nikahlarından olan övladları X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment, əlavə xərclər olaraq təhsil, məktəb ləvazimatı, geyim və idman təminatı üçün 100 manat, xüsusi qidalanmaq üzrə hər ay 50 manat olmaqla ümumilikdə 320 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Quba Rayon Məhkəməsinin 2(027)- 780/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş 07.09.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 2(027)-625/2019 saylı, 12.02.2019-cu il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.09.2020-ci il tarixli, 2(105)-2457/2020 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-780/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.09.2020-ci il tarixli, 2(105)-2457/2020 saylı qətnaməsi qəbul edildikdən 5 ay sonra, yəni 15.02.2021-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edərək yenidən Quba Rayon Məhkəməsinin 2(027)-625/2019 saylı, 12.02.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin artırılaraq 250 manat məbləğində müəyyən edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin mənasına görə məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o vaxt dəyişə, başqa sözlə, artıra bilər ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Həmçinin Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsi ödəmələrin miqdarının artırılması üçün ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən halların dəyişməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İş materiallarında tərəflərin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olmasını, həmçinin əvvəlki məhkəmə qətnaməsi ilə alimentin miqdarını müəyyənləşdirən hər hansı halın dəyişməsini təsdiq edən heç bir sübut yoxdur. İş materiallarından görünür ki, Cavabdeh “X15” MMC-də sosial işçi vəzifəsində çalışır, aylıq əmək haqqı 250 manatdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh Müslümov X3 Nərminə Paşa qızı ilə ailə qurmuş və birgə nikahlarından 20 sentyabr 2016-cı il tarixdə X7 anadan olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin ailə və ya maddi vəziyyətində, o cümlədən cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olmasını və əvvəlki məhkəmə qətnaməsi ilə alimentin miqdarını müəyyənləşdirən hər hansı halın dəyişməsini təsdiq edən heç bir sübut olmadığından, cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, bu isə qanunsuz və əsassız qətnamə qəbul olunmasına səbəb olmuşdur. Azərbaycan Respublikası 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçının əvvəlki məhkəmə qətnaməsi ilə aldığı alimentin illik məbləği 1440 (120 manat x 12 ay) manat olmuşdur. Hazırki iddia tələbində isə iddiaçı alimentin miqdarının artırılaraq hər ay 250 manat, başqa sözlə, illik 3000 (250 manat x 12 ay) manat müəyyən edilməsini tələb etmişdir. Göründüyü kimi, iddiaçının artırılmasını tələb etdiyi alimentin illik məbləği 1560 (3000 manat-1440 manat) manatdır, yəni iki min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(027)-661/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2101/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2101/2021
08.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver