Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2104/2022 12.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə ilk, Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh 83.800 (səksən üç min səkkiz yüz) manat məbləğində borc pul və 342 (üç yüz qırx iki) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız sayılıb ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair ilk iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 83.800 (səksən üç min səkkiz yüz) manat məbləğində borc pulun və 342 (üç yüz qırx iki) manat dövlət rüsumunun tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində fəaliyyət göstərən 3 saylı notariat ofisində tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən o, cavabdehə 83.800 (səksən üç min səkkiz yüz) manat məbləğində borc pul vermişdir. Müqavilənin ikinci bəndinə əsasən cavabdeh borcunu xx.xx.2021-ci il tarixdə geri qaytarmağı öhdəsinə götürsə də yerinə yetirməmişdir. Həmin müqavilənin 11-ci bəndinə görə, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Borcun qaytarılma müddəti başa çatdığı tarixdən sonra iddiaçı dəfələrlə cavabdehdən borcunu qaytarmasını tələb etsə də, cavabdeh borcunu qaytarmamışdır. Ona görə də, o, məhkəmədə iddia qaldırmazdan əvvəl “mübahisənin məhkəməyə qədər nizama salınmasına dair” pretenziya qaydasında cavabdehə yazılı müraciət edərək sonuncuya borcun qaytarılması üçün xx.xx.2021-ci il tarixinədək müddət tanısa da heç bir nəticə əldə etməmişdir. Cavabdeh pretenziyaya cavab verməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız sayılıb ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri 3 saylı notariat ofisində xx.xx.2021 tarixdə aldatma nəticəsində qeydə alınmış onun (borcalan) tərəfindən İddiaçı (borc verən) 83 min 800 manat civarında pulun borca alınması haqqında kredit müqaviləsinin qeydə aldığı gündən etibarsız sayılıb ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 21 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu T.M.Mustafayeva tərəfindən təsdiq edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu T.M.Mustafayevaya və iddiaçının özünə ərizə ilə müraciət etmişdir. İddiaçı onun qardaşı X1 arvadı tərəfindən qohumudur və hazırki mübahisələndirilən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi 2(105)-3570/2021 saylı mülki işlə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsində əks olunmuş mübahisə ilə bir başa bağlıdır. O nə iddiaçıdan, nə də qardaşı Y.A.Mirzəzadədən pul almamışdır. Belə ki, onun arvadı X5 ilə ailə mübahisəsi olduğundan iddiaçı qismində L.Ə.Mirzəyeva ona qarşı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, 36-ci məhəllə, 27/10 saylı evin 34 saylı mənzili ½ nisbətində aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı L.Ə.Mirzəyeva iddia tələbinə dəqiqləşdirmə verərək, Sumqayıt şəhəri, 36-ci məhəllə, 27/10 evin 34 saylı mənzili mülkiyyət hüququ üzərində 1/2 nisbətində payların iddiaçı və cavabdeh arasında bölünməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. Həmin ərəfədə Qusar Rayon Məhkəməsində arvadı L.Mirzəyevanın ona qarşı nikahın pozulması barədə iddiası əsasında mülki iş olmuşdur. Ona kömək etmək məqsədi ilə qardaşı Y.A.Mirzəzadə arvadı ilə əmlak bölgüsünə dair mübahisəyə qatılmışdır. Qardaşı mənkəməyə mübahisəli predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində ona və arvadı L. Mirzəyevaya qarşı xx.xx.2001-ci ildə nikah dövründə arvadı ilə ümumi pulların hesabına aldıqları Sumqayıt şəhəri, 36-ci məhəllə, 27/10 evin 34 saylı mənzili guya onun pulu ilə alınmasını iddia edərək iddia ərizəsi ilə müraciət etmişdir. Sövdələşmə nəticəsində o həmin iddianın əsas olduğunu qəbul etmişdir. Hazırda iddiaçının vəkili və nümayəndəsi olan Vəkil1 qardaşı olan müstəqil tələb irəli sürən 3-cü şəxs X2 təmsil edirdi. O, Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən Vəkil1 ofisinə gətirilərək aldatma nəticəsində, qardaşı Yavər və vəkili olan Vəkil1 diktəsi ilə qardaşı Yavərdən güya 2016-ci ildə beş il müddətinə 72 min manatın borca alınmasına dair iltizam yazıb vermişdir. O, onların onu aldada biləcəklərinə və ona qarşı həmin iltizamı işlədə biləcəklərinə inanmayıb. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə arvadı iddiaçı L.Ə.Mirzəyevanın iddiası təmin olunmuşdur. Mübahisəli mənzil ər arvad arasında bərabər paylar üzrə bölünmüşdür. 3-cü şəxs Y.Mirzəzadənin iddia ərizəsi təmin olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, 3-cü şəxsin onlara qarşı iddiası əsassızdır. Onun 3-cü şəxs Y.A.Mirzəzadənin iddiasını etiraf etməsi isə onun xeyirinə məqsədini daşıyır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(105)-3570/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 3-cü şəxs Y.Mirzəzadənin apellyasiya şikayəti təmin olunmamış, şikayət olunan qətnamə dəyişdirilməmiş saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsindən sonra qardaşı Y.Mirzazadə ona demişdir ki, yeni borc iltizamı lazımdır ki, qanuna uyğun olsun və onun adı orada olmasın. Mübahisəli mənzilin qiyməti hazırda 83 min manat təşkil edir və həmin qiymətə qanuna uyğun olaraq notarius tərəfindən təsdiq edilmiş kredit müqaviləsi lazımdır ki, sonradan həmin borcun qaytarılması mənzilə yönəldilsin. O onunla razılaşaraq hazırki mübahisələndirdiyi İddiaçı güya 83 min manatı aldığı barədə xx.xx.2021 tarixli kredit müqaviləsini notariusda imzalamışdır. Sonra isə ondan 72 min manata dair birinci borc iltizamının çırılmasını xahiş etmişdir. Onu arxayın etmişlər ki, iltizam evdədir və onu məhv edəcək. Daha sonra, üç dəfə dələduzluq üstündə məhkum olunmuş qardaşı Y.Mirzəzadə ona qarşı Sumqayıt Şəhər Məhkəməsinə borc tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. O, məhkəmədə 72 min manat borcunun olmasını təkzib etmişdir. İddia təmin olunmuşdur. Həmin işi qardaşının nümayəndəsi həmin Vəkil1 aparmışdır. Daha sonra qardaşının nümayəndəsi olan həmin Vəkil1 İddiaçı adından Sumqayıt Şəhər Məhkəməsinə hazırda mübahisələndirilən 83 min manatın xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcun ondan tutulmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Bundan sonra o, başa düşmüşdür ki, Y.A.Mirzəzadə, onun qohumu hazırda İddiaçı və onların nümayəndəsi və vəkili Vəkil1 onu aldadaraq, güya onun onlardan pulun alınmasına dair borc müqavilələrini imza etdirərək, həmin pula (əmlaka) hüququn əldə olunmasına nail olmuşdurlar. O, 72 min manatı almaması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsindən Apellyasiya şikayəti vermişdir. Sumqayıt şəhəri 3 saylı notariat ofisində xx.xx.2021 tarixdə aldatma nəticəsində qeydə alınmış onun tərəfindən (borcalan) İddiaçı (borc verən) güya 83 min 800 manat civarında pulun borca alınması haqqında kredit müqaviləsi qeydə aldığı gündən etibarsız sayılıb ləğv edilməsi haqqında həmin notariusa ərizə ilə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Borcunun mövcud olmamasını və yalan borcu ödəməyə razı olmadığını, aldatma nəticəsində kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiaçıya və məhkəmədə dəfələrlə etirazını bildirmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlk iddia üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əqd etibarlı olması üçün əqdin subyekt tərkibinə, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə, əqdin formasına və məzmununa aid edilən şərtlərə əməl olunmalıdır. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Onun ümumiyyətlə borc müqaviləsi bağlamaq barədə subyektiv arzusu olmamış və Laçına da ona borc verməsini xahiş edib bildirməmişdir. Formal notarial borc müqaviləsi mövcud olmasına baxmayaraq, onunla Laçın arasında hər ikisinin iradəsinə uyğun borc müqaviləsi bağlanmadığına görə borc müqaviləsinin etibarsız hesab edilməsindən söhbət gedə bilməz. 83800 manat Yavərin tanışının pulu olması və onu gətirməsi, notariat əməliyyatından sonra isə aparması Laçının da real borc müqaviləsi bağlamadığını göstərir. Ona görə onun həmin pulu tələb etməsi üçün subyektiv hüququ yaranmamışdır. Yavər və Laçının ona qarşı dələduzluq etməsi barədə şikayətim Sumqayıt şəhər Pİ 1-ci Polis Şəbəində araşdırılarkən isə izahatında onu iş birliyi olan imkanlı şəxs kimi təqdim etmişdir. Həmin araşdırma zamanı Yavər 2021-ci ildə qumarda uduzduğuna görə Şərif istədiyi 15.000 manat pulu ona verə bilmədiyinə görə onu yaşadığı mənzildən çıxmasını tələb etmişdir. Qumar oynadığını bildiyi şəxsə heç kimi 72.000 manat borc pul verməz. 2021-ci ilin aprel ayının 30-da Yavər onun adına açdığı Kapitalbank hesabına 30000 manat pul qoymuşdur, onun bundan xəbərim olmuş və bank kartını ona vermişdir. Laçın izahatında daha sonra onun Yavərə 72.000 manat borclu olduğundan xəbəri olduğunu, 83800 manat ona pul verib ki, yarısını Yavərin borcunu qaytarsın, yarısına iş qursun. Sonra da torpaq sahələrimi satıb pulunu qaytaracağımı bildirmişdir. Göründüyü kimi məhkəmə çoxsaylı prosessual hüquq normalarının tələblərini pozmaqla əsassız qətnamə qəbul etmiş, bu pozuntular düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Bu səbəbdən tərəflər arasında yaranmış mübahisəyə düzgün olmayaraq Mülki Məcəllənin 739.1.-ci maddəsini tətbiq etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-498/2022 saylı 11 mart 2022-ci il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edərək ləğv edib, iddianın rədd edilməsi barədə iş üzrə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh, nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər və qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Üçüncü şəxs Sumqayıt şəhəri 3 saylı Notarius məhkəməyə müraciət edərək, işlərin sıxlıgını nəzərə alaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilk iddia ərizəsini təmin, qarşılıqlı iddianı rədd edərkən, tərəflər arasında olan kredit müqaviləsinin olmasına, cavabdeh tərəfindən iddiaçıya qarşı götürdüyü öhdəliyi yerinə yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh 83.800 (səksən üç min səkkiz yüz) manat məbləğində pul borc vermişdir. Borc alan krediti xx.xx.2021-ci il tarixinədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı 83.800 (səksən üç min səkkiz yüz) manat məbləğində pulu Notariusun hesabına köçürmüşdür. İşə əlavə olan 28 oktyabr 2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Cavabdeh kredit müqaviləsi üzrə verdiyi 83.800 (səksən üç min səkkiz yüz) manat məbləğində borcu 05 noyabr 2021-ci il tarixədək ödəməsi, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbardar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası ilk iddia üzrə Cavabdeh bağlanmış kredit müqaviləsinin iddiaçı tərəfindən aldatma nəticəsində imzalanması barədə dəlili qəbul etmir. Belə ki, cavabdeh bu barədə heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən onunla İddiaçı tərəfindən telefon danışıqlarının olması barədə təqdim etmiş diksləri məhkəmə kollegiyası sübut növü kimi qəbul etmir və orada olan danışıqlar müqavilənin etibarsızlığı üçün əsas ola bilməməsini qeyd edir. Məhkəmə kollegiyası iclası zamanı Cavabdeh müqavilə üzrə göstərilən məbləğ 60.000 manat və 14.000 ABŞ dolları onun tərəfindən müqavilə imzalan vaxt qəbul edilmişdir, lakin sonradan həmin məbləğ iddiaçının təkidi ilə iddiaçı ilə notariat kontoruna gələn şəxs yenidən qaytarılmışdır. Məhkəmə kollegiyası cavabdehin bu izahatını inandırıcı hesab etməmiş və müqavilənin etibarsızlığı üçün əsas olmadığını qeyd edir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 11 mart 2022-ci il tarixli e-2(060)-498/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2104/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2104/2022
12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver