Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2112/2020 25.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-206/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 2(029)-206/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 117.000 (bir yüz on yeddi min) ABŞ dollarının (qətnamə icra olunan günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi ekvivalentində) alınıb İddiaçı verilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir (hakim Rafiq Kazımov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 117.000 (bir yüz on yeddi min) ABŞ dollarının və 5.000 (beş min) manat mənəvi ziyana görə pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən ədalət prinsiplərini əsas tutmalı olduğu halda şikayətçi şəxsdən götürdüyü 80000 ABŞ dollar pula görə 200000 ABŞ dollar pulu ondan alınmasını qanuniləşdirmişdir. Məhkəmə iddiaçınn saxtalaşdırılmış iddiasını təmin etdiyi üçün qərarla razı deyil. Qeyd edilən məsələyə apelyasiya məhkəməsində yenidən baxılmasını xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, onunla Cavabdeh arasında Bakı şəhəri 50 saylı Notariat Kontorunda xx xxxx 2016-cı il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə cavabdehə 200.000 (iki yüz min) ABŞ dolları pul vermişdir. Cavabdeh əvvəllər də ondan iş görmək adı ilə borc pullar almış və hissə-hissə qaytarmışdır. Cavabdehdən borcunu qaytarmasını xahiş etdikdə cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Bundan sonra o, xx xxxxxx 2016-cı il tarixdə Nizami RPİ-nin 25-ci Polis bölməsinə müraciət etmişdir. Cavabdeh izahar verərək pulu hissəhissə qaytaracağına söz vermiş və iddiaçıya kredit müqaviləsi üzrə olan borcundan hissə-hissə 83.000 (səksən üç min) ABŞ dolları qaytarmışdır. Daha sonra o, 2018-ci ildə cavabdehin ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq etdiyinə görə barəsində cinayət işinin başladığını və Bakı şəhər Prokurorluğu tərəfindən həbs edildiyini eşitmişdir. Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cavabdehin həmin hökmdən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 1-1(103)-19/2019 saylı qərarı ilə Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə ona 117.000 (bir yüz on yeddi min) ABŞ dolları məbləğində borcu vardır. Bundan başqa Cavabdeh pulunu qaytarmadığından ona mənəvi ziyan da vurmuşdur. Cavabdeh onun pul vəsaiti qaytarmayaraq, onun mütəmadi xahişlərinə, telefon zənglərinə ya cavab verməmiş, ya da müxtəlif bəhanələrlə yayınaraq onu əsəbləşdirmiş daimi gərginlikdə saxlayaraq, ona davamlı şəkildə əzab, iztirab verməklə mənəvi ziyan vurmuşdur. Məhkəmə iddia tələbini mənəvi zərər görə olan hissəsini təmin etməsə də, qətnamədən apelyasiya şikayəti verməmişdir.Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)206/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Nümayəndə apelyasiya şikayətinin dəlillərinə etiraz edib, apelyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)206/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı və onun vəkilinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx xxxx 2016-cı il tarixdə Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış Kredit Müqaviləsindən görünür ki, Quliyev X3 Hörmət Əskər oğluna 200.000 (iki yüz min) ABŞ dolları məbləğində borc pul vermiş, Cavabdeh isə krediti xx xxxx 2016cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(103)-19/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli Qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 310-cu maddələri ilə cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı Bakı Hərbi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2 və 310-cu maddəsi ilə məhkum edilməsinə dair xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Nizami RPİ-nin 25-ci PŞ-nin xx xxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh ərizəsi əsasından toplanmış 1 saylı HK-865 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Bakı Şəhər Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2019-cu il tarixli, ********* saylı məktubdan görünür ki, Cavabdeh İddiaçı qarşı dələduzluq cinayəti törətməklə ona məxsus əmlakı ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi öz təsdiqini tapmadığında, xx.xx.2019-cu il tarixli qərarla həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bununla yanaşı İddiaçı izah edilmişdir ki, Cavabdeh qarşı pul tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Birinci instansiya məhkəməsi İddiaçı ilə Cavabdeh xx xxxx 2016-cı il tarixdə Bakı şəhəri 50 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlamasını, kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 200.000 (iki yüz min) ABŞ dolları borc pul verməsini, Cavabdeh həmin pulu xx xxxx 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürməsini, həmin borcundan ümumilikdə 83.000 (səksən üç min) ABŞ dollarının iddiaçıya qaytarmasını, 117.000 (bir yüz on yeddi min) ABŞ dolları borcunu isə hal-hazıra kimi iddiaçıya qaytarmamasını müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə dair nəticəyə gələrkən haqlı olmuşdur. Belə ki, cavabdehin iddiaçıdan 200000 ABŞ dolları borc pul alması iş materiallarında olan müqavilə ilə sübuta yetirilir. Eyni zamanda həmin puldan 83000 ABŞ dolları məbləğində pulun qaytarılması da iddiaçı tərəfin ərizəsi və izahatı ilə təsdiqini tapır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X4 Məhkəməsinin «X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə sübuta yetirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Bundan başqa iddiaçının istinad etdiyi borc müqaviləsi hazırda qüvvədədir, hər hansı şəxs tərəfindən mübahisələndirilməmiş, müqavilə hər hansı orqanın qərarı ilə ləğv edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 117000 ABŞ dolları borc hissəsində iddia tələbini kredit müqaviləsinə əsasən sübut edə bilsə də, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyana cavabdehdən 5000 məbləğində pulun tutulması barədə iddianın təmin edilməməsinə dair gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, İddiaçı ona dəymiş mənəvi ziyana dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, iddiaçı ona dəymiş mənəzi ziyana dair hər hansı sübut təqdim etməmiş, iddiasını mənəvi zərərə dair hissədə əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Qusar Rayon Məhkəməsinin 2(029)-206/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2112/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2112/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver