Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2112/2023 06.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X6 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: ərizənin geri qaytarılması- iddia ərizəsi ərazi aidiyyatı üzrə verilmədiyinə görə) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı “X6 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-5160/2023 nömrəli qərardadından iddiaçı “X6” QSC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı “X6 Azərbaycan” QSC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 229.42 manat əsas borc, 0.86 faiz borcu, 0.14 manat cərimə borcu olmaqla, cəmi 230.42 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı “X6 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-5160/2023 nömrəli qərardadı ilə (hakim S.Qasımova) iddiaçı “X6 Azərbaycan” QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya hazırki tələblə bağlı müvafiq olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir.
3. İddiaçı “X6 Azərbaycan” QSC qeyd edilən qərardaddan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-5160/2023 nömrəli qərardadının ləğv edilməsi və mülki iş üzrə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-5160/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim olunmuş iddia ərizəsində Cavabdeh Yasamal rayonunda qeydiyyatda olduğu müəyyən edilmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində baxıla bilməz.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki- Prosessual Məcələsinin 35.1, 36.1, 152.1.3 maddələrinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə qanunsuz və əsassızdır. İddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə, o cümlədən cavabdeh Banka kredit kartı üçün müraciət edərkən cavabdehin təqdim etdiyi xx.xx.2017-ci ildə Sumqayıt ASAN Xidmət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində (AZE ********) sonuncunun qeydiyyat ünvanı ünvan 1 öhdəliklərin icra olunmaması ilə bağlı məhkəməyə iddia ərizəsi verilməsi üçün hazırlıq mərhələsində DİNnin BPQMİ-nin MAPS şöbəsinə cavabdehin son məlum ünvanı ilə bağlı müraciət ünvanlamış, müraciətə cavab olaraq təqdim olunan xx.xx.2023-cü il tarixli arayışda cavabdehin rəsmi qeydiyyat ünvanı ünvan 2d olunmuşdur. Ünvanın dəyişməsi ilə bağlı borclu kreditora məlumat verməmişdir. Bank xx.xx.2023-cü il tarixli MAPŞ şöbəsindən alınan arayışda göstərilən ünvan üzrə aidiyyatı məhkəməyə müraciət etmişdir. xx.xx.2023cü il tarixli MAPŞ şöbəsinin arayışı iş materiallarına əlavə edilmişdir. Belə olan halda məhkəmənin iddia ərizəsinin geri qaytarılması barədə mövqeyi əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 40.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
11. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-5160/2023 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
12. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-5160/2023 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.
15. Öyrənilən işdən müəyyən edildi ki, iş üzrə tərəflər arasında xx.xx.2019-cu il tarixli 264949 nömrəli güzəştli kredit və zaminlik müqaviləsi bağlanmış və iddiaçı bank tərəfindən cavabdehə 515 manat məbləğində kredit verilmişdir.
16. Cavabdeh 5 il müddətinə əsas borcun ödənilməsinə 1 il güzəşt müddəti ilə 1 faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə öhdəlikləri borclu tərəfindən icra edilmədiyindən bank məhkəməyə müraciət etmişdir.
17. Məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı DİN-nin BPQMİ-nin MAPS şöbəsinə cavabdehin son məlum ünvanı ilə bağlı müraciət ünvanlamış, müraciətə cavab olaraq təqdim olunan xx.xx.2023-cü il tarixli arayışda cavabdehin rəsmi qeydiyyat ünvanı ünvan 2d olunmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən iddia ərizəsi Abşeron Rayon Məhkəməsinə ünvanlanmışdır. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur.
18. İddia ərizəsinin mümkünlüyü məsələsi məhkəmə tərəfindən yoxlanılarkən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən iş üzrə cavabdehin rəsmi qeydiyyat ünvanın ünvan 4ilmişdir. Bu səbəbdən işə baxan məhkəmə iddia ərizəsini geri qaytarmış və qərardadında iddiaçıya hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət hüququnun olmasını izah etmişdir.
19. Beləliklə araşdırma zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən sorğu əsasında MAPS arayışının əldə edildiyi vaxtla məhkəməyə iddia ərizəsinin verildiyi vaxt intervalında cavabdehin rəsmi qeydiyyat ünvanı dəyişdirilmiş və bu barədə dəyişiklik Elektron Sistemdə sonuncunun şəxsi məlumatlarında qeydə alınmışdır.
20. İddia ərizəsinin mümkünlüyü məsələsi işə baxan məhkəmə tərəfindən yoxlanılan zaman cavabdehin qeydiyyat ünvanı Abşeron Rayonunun yurisdiksiyasına aid ərazi olmadığından məhkəmə haqlı olaraq iddia ərizəsini geri qaytarmışdır.
21. Sonda yuxarıda qeyd olunan prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd olunan əsasla geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 5160/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:
İddiaçı "xxxx" QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-5160/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.