Məhkəmə qərarları › İş №2(105)-2113/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2113/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2113/2023 31.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Kreditor ASC-nin borclular Borclu2, Borclu3 və Borclu1 qarşı borcun tutulması tələbi haqqında məhkəmə əmrinin verilməsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(012)-3710/2016 saylı qərardadından iddiaçı Borclu2 tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsində və ərizəyə əlavə edilən sənədlərindən görünür ki, Borclu2 Kreditor ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 18 ay müddətinə, illik 28 % olmaqla 7000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Borclu3 və Borclu1 arasında zaminlik müqavilələri bağlanmışdır. Borclu2 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmiş və kredit müqaviləsi üzrə borc öhdəliklərni yerinə yetirməmişdir. Göstərilənlərə əsasən kreditor borcludan 4747 ABŞ dolları əsas, 930 ABŞ dolları faiz, 30 ABŞ dolları cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 29 aprel 2016-cı il tarixli, e-2(012)-3710/2016 saylı əmri ilə xx.xx.1974-cü ildə Qazax rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu2, xx.xx.1980-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu3, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, İmişli rayonu, Ölcələr kəndində qeydiyyatda olan Borclu1 birgə qaydada Kreditor ASC-nin xeyrinə 4747 ABŞ dolları əsas borc, 930 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları cərimə borcunun, cəmi 5707 ABŞ dolları(beş min yeddi yüz yeddi ABŞ dolları) (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) habelə ödənilmiş dövlət rüsumunun dəyərinin əvəzi olan 20 (iyirmi) manat məbləğində pul tutulması əmr edilmişdir (hakim Sevinc Quliyeva). Borclu2 məhkəmə əmrinə etiraz verməklə məhkəmə əmrinin ləğv edilməsini və işə mahiyyəti ilə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadı ilə etiraz ərizəsi geri qaytarılmışdır (hakim Elman Məmmədov). Qərardaddan narazı qalan Borclu2 qərardaddan xx.xx.2023-cü il tarixdə şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3710/2016 saylı qərardadın ləğv edilməsini və Abşeron Rayon Məhkəməsinin 2(012) -3710/2016 saylı işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(012)-3710/2016 saylı qərardadından Borclu2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməmiş, şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Elman Məmmədov). Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli Qanunun keçid müddəalarına əsasən: 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Bundan başqa, MPM-nin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdən görünür ki, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Əlavə 2-Apellyasiya şikayətinin forması) tərtib edilməmiş, eləcə də apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə göndərilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi Borclu2 tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apelaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kreditor ASC-nin borclular Borclu2, Borclu3 və Borclu1 qarşı borcun tutulması tələbi haqqında məhkəmə əmrinin verilməsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(012)-3710/2016 saylı qərardadından iddiaçı Borclu2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar