Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2118/2021 06.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(012)-921/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8500 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(012)-921/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 20 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 8500 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsiu qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. İşə apelyasiya qaydasında baxılarkən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehlə aralarında olan pul məsələsi öz həllini tapmışdır. 8500 manat pul tam ödənilmişdir. Odur ki, mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Ərizəyə əlavə edilmiş 18.06.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilənin ləğvi barədə sazişdən görünür ki, 20 fevral 2020-ci il tarixli, 3M-207 reyestr nömrəli kredit müqaviləsi tərəflərin razılığı əsasında ləğv edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı ilə aralarında olan pul haqq-hesabı öz həllini tapmışdır. Tərəfindən 8500 manat pul İddiaçı ödənilmişdir. Odur ki, mülki işə xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyası verilmiş ərizələri nəzərə alaraq, hesab edir ki, iddiaçı ərizəsində mübahisənin həll edildiyini, cavabdeh tərəfindən ona olan borcun ödənildiyini göstərərək iddiadan imtina etdiyini, iş üzrə icraata xitam verilməsini xahiş etmiuşdir. Bu səbəbdən də iddiaçının iddiadan imtina etmə barədə ərizəsi təmin edilməli, iddiadan imtina qəbul edilməklə Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(012)- 921/2021 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçının iddia tələbindən imtina etdiyi və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(012)-921/2021 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 263-264, 267- 268, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı X1 hüquqi varisi X3 nümayəndəsi və vəkili X2 iddiadan imtinası qəbul edilsin. İddiaçı iddiadan imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(012)-921/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi alındığı vaxtdan hesablanmaqla, 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2118/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2118/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver