Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-212/2021 10.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı1, Cavabdeh1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1492/2020 saylı qətnaməsindən İddiaçı1 və Cavabdeh1 verdiyi apelyasiya şikayətlərinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1492/2020 saylı qətnaməsi ilə (hakim A.M.Behbudova) İddiaçı1 Cavabdeh1 qarşı pul və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilib, cavabdehdən 3400 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3430 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı1 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1492/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1492/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, 2018-ci ildə H.Z.Tağıyev qəsəbəsində mənzil almaqla bağlı makler kimi fəaliyyət göstərən Cavabdeh1 ilə tanış olmuş, cavabdeh Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsi, Yataqxana 1, otaq 9 ünvanında yerləşən otağın satıldığını bildirmiş və həmin otağın 13000 manata satılmasına razılaşmışlar. Cavabdeh1 bu otağa order veriləcəyini, onu qeydiyyata saldıracağını bildirmişdir. O 13000 manatı Cavabdeh1 vermiş, həmçinin 400 manat vasitəçiliklə bağlı almışdır. Qaz olmadığından qaz xətti də çəkdirəcəyinə vəd vermiş və bununla bağlı ondan 600 manat pul almışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq qaz xətti çəkdirməmiş, həmçinin otağa onun adına heç bir sənəd düzəltdirməmiş, qeydiyyata saldırmamışdır. O dəfələrlə cavabdehdən verdiyi vədləri yerinə yetirməsini tələb etmiş, lakin müxtəlif bəhanələrlə yerinə yetirməkdən yayınmış və onu aldatmışdır. O pulu geri qaytarmasını tələb etdikdə isə yayınmış və sonda qaytarmaqdan imtina etmişdir. Hətta bu azmış kimi bankdan pul götürərkən onun zamin durmağını xahiş etmiş və razılaşmışlar ki, o da 3000 manat götürəcək və hərə öz götürdüyü pula uyğun banka ödəniş edəcəkdir, lakin onu aldatmış, bankdan pulu götürərək ona verməmişdir. Ona satdığı mənzilin orderi olmadığından sənədləşdiirlməsi mümkün olmamış, cavabdeh də sənədləşdirəcəyi barədə vədini yerinə yetirməmiş və onun nəticədə hüquqları kobud şəkildə pozulmuş, cavabdeh aldadaraq sənədi olmayan mənzili ona satmışdır. Ona görə də mənzillə və vasitəçilklə bağlı verdiyi 13400 manat cavabdehdən alınaraq ona verilməlidir. Halbuki o aldadılmasaydı həmin vaxt başqa bir sənədi olan mənzil ala bilərdi. O, cavabdehin əməlindən prokurorluğa şikayət etmiş və bunu bildikdən sonra cavabdeh də onun barəsində böhtan xarakterli şikayət vermişdir. Bu barədə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-də araşdırma aparılmış və xx xxxxxx 2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmış və araşdırma zamanı X5 cavabdehin dükanda ondan qaz xətti çəkdirəcəyi ilə bağlı pul aldığını təsdiq etmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmış, dəfələrlə pulu qaytarmasını tələb etsə də qaytarmaqdan imtina etmişdir. Ona görə də cavabdehdən ümumilikdə 14000 manat məbləğində pul alınaraq ona qaytarılmalıdır. Cavabdehin pulu qaytarmaması nəticəsində o həmin puldan istifadə edə bilməmiş və cavabdehin əməli nəticəsində mənəvi zərərə məruz qalmışdır. Belə ki, uzun müddət zəhmət hesabına toplayıb əldə etdiyi pul vəsaitindən məhrum olmağı, cavabdehin onu aldatması, sonda pulu qaytarmaması səbəbindən dəfələrlə stress keçirmiş, sağlamlığı pozulmuş və psixikasına ciddi şəkildə təsir etmişdir. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 3000 (üç min) manat məbləğində dəyərləndirir. Ona görə də, Cavabdeh1 14000 (on dörd min) manat məbləğində pul, mənəvi zərərə görə 3000 (üç min) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 qarşı iddia tələbinin qaz xəttinin çəkilməsi ilə bağlı 600 manat pul tələbinə dair hissəsində, həmin məbləğ ona xx.xx.2020-ci il tarixdə ona ödənildiyi üçün imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı1 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2020-ci il tarixli xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 405, 405, 439, 443, 1096, 1097-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 8.1, 14, 77, 78, 88, 217, 384-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2020-ci il tarixli xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 verdiyi apelyasiya şikayətini müdafiə edib, qarşı tərəfin verdiyi apelyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 verdiyi apelyasiya şikayətini müdafiə edib, qarşı tərəfin verdiyi apelyasiya şikayətinə etiraz etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin olunub, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunaraq iddia qismən təmin edilməli və İddiaçı1 apelyasiya şikayəti təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin təhqiqatçısının xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 22-də yaşayan Hüseynov X4 şəhər Pİ-nin 2-ci PB-nə ərizə ilə müraciət edərək 2019-cu ilin avqust ayında Cəbrayıl adlı şəxsin ona əlillik təqaüdü düzəldəcəyi adı ilə ondan 300 (üç yüz) manat pul aldığını, lakin vədinə əməl etməyərək onu aldatdığını bildirib həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Hüseynov X4 şəhər Pİ-nin 2-ci PB-nə verdiyi izahatında, barəsində şikayət etdiyi Cəbrayıl adlı şəxsi 2008-ci il tarixdə tanıdığını, Cəbrayılın həmin ildə onun yanına gələrək ona Hacı Zeynalabdin qəsəbəsi ərazisində ev tapmaqda köməklik etməsini xahiş etdiyini, sonra Cəbrayıla ev soraqladığını və qəsəbə sakini Məmişin evini alıb Cəbrayıla satdığını, həmin vaxtdan Cəbrayıl ilə münasibətinin yarandığını, təxminən 2019-cu ilin əvvəllərində söhbət zamanı Cəbrayılın hansısa qohumu olduğunu, onun vasitəsilə vaxtından əvvəl pensiya düzəldə bildiyini bildirərək ona adam tapmasını dediyini və ona əlillik təqaüdü düzəltməsi üçün 5.000 (beş min) pul istədiyini, onunla razılaşdığını, ilkin olaraq Cəbrayıla 300 manat pul verdiyini, işi həll etdikdən sonra qalan pulu verəcəyini bildirdiyini, lakin sonradan Cəbrayıla inanmadığı üçün verdiyi pulunu istədiyi üçün Cəbrayılın böhtan ataraq ona evinə qaz xətti çəkdirməsi üçün 600 manat pul verməsi barədə böhtan atdığını, lakin qətiyyən Cəbrayıldan onun evinə qaz xətti çəkdirəcəyi adı ilə pul almadığını və ona qarşı dələduzluq etmədiyini, Cəbrayılın böhtan atdığını qeyd etmişdir. Araşdırma zamanı İddiaçı1 faktla bağlı 2-ci PB-nə verdiyi izahatında, Cavabdeh1 2008-ci il tarixdə tanıdığını, İlhamın vasitsəsilə qəsəbə ərazisindən ev aldığını, həmin vaxt İlhamın 2018-ci ilin oktyabr ayında evinə qaz xətti çəkdirəcəyi adı ilə ondan 600 manat pul aldığını, lakin indiyənədək onun evinə qaz xətti çəkdirməyərək ona qarşı dələduzluq etdiyini, İlhamdan pulunu geri istədiyi üçün böhtan ataraq əlillik təqaüdü düzəltməsi adı ilə ondan 300 manat pul alaraq ona qarşı dələduzluq etməsi barədə polis bölməsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Həmçinin İlhama 5000 manat bankdan pul götürməsi üçün ona zamin durduğunu, danışıqlarına görə həmin pulun 3000 manatını ona verəcəyini və krediti bütünlüklə onun ödəyəcəyini qeyd edərək sonradan İlhamın krediti götürüb ona pul vermədiyini qeyd etmişdir. Aparılmış araşdırma zamanı Cavabdeh1 ərizə və izahatında qeyd etdiyi xüsusatlar toplanmış materialla öz təsdiqini tapmadığından, həmçinin Cavabdeh1 İddiaçı1 evinə qaz xətti çəkdirəcəyi adlı ilə 600 manat pul alaraq dələduzluq etməsi barədə İddiaçı1 şikayət ərizəsi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan qəbzdən müəyyən olunur ki, İddiaçı1 Cavabdeh1 qaz çəkilişi üçün verdiyi 600 manat məbləğində pulu almışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli qəbzdə qeyd olunmuşdur ki, İddiaçı1 iki otaqlı yataqxana üçün Cavabdeh1 13400 manat məbləğində pul vermiş, Cavabdeh1 həmin pulun 10000 manatını evin keçmiş sahibi Şiriyev Məmişə vermişdir. İşin 28-31-ci vərəqəsində olan birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasının protokolu ilə müəyyən olur ki, İddiaçı1 izahatında cavabdehə yataqxanadan aldığı otağa görə 13.000 manat pul vermiş və sonuncu isə onu aldadaraq mənzili satan Məmiş adlı şəxsə 10.000 manat pul vermişdir. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsi, Yataqxana 1, otaq 9 ünvanında yerləşən otağın alınması üçün mənzilin əvvəlki sahibi Məmiş Şiriyevə 10.000 manat məbləğində pulun verilməsi işin mübahisəsiz halıdır. Cavabdeh1 apelyasiya şikayətində göstərmişdir ki, İddiaçı1 şirinlik adı ilə kiməsə müəyyən məbləğdə pul vermişdir ki, bununla da evin alqısına verdiyi 10.000 manat daxil olmaqla ümumilikdə verdiyi pulun məbləği 13.000 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 ərizə təqdim edib göstərmişdir ki, İddiaçı1 500 manat məbləğində pul ödəmişdir. Mart ayının 15-nə qədər əlavə olaraq 1300 manat pulu da ona ödəyəcəkdir. İddiaçı1 heç bir borcu yoxdur, lakin bu məbləğdə pul vəsaitini iddiaçının ondan əl çəkməsi üçün ödəyir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 500 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən ona verilməsi faktını təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş X3 H.Zeynalabdin qəsəbə icra nümayəndəliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə təsdiq olunmuş ərizəsindən görünür ki, təxminən 2019-cu il tarixdə Cəbrayıl adında qonşusunun bir nəfər polis əməkdaşı ilə mağazaya gələrək onun iştirakı ilə İlham adlı şəxsə 500 manat pul verdiyini təsdiqləməyini xahiş etdiyini, lakin o İlham adlı şəxsi tanımadığını və ilk dəfə 2020-ci il yanvar ayının 31-də gördüyünü qeyd etmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən müəyyən olunur ki, İddiaçı1 Cavabdeh1 qaz çəkilişi üçün verdiyi 600 manat məbləğində pulu almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İddiaçı1 isə 400 manat məbləğində pul vəsaitini Cavabdeh1 mənzilin alınmasında vasitəçilik etdiyi üçün verdiyi barədə dəlilini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2-ci maddəsinin mahiyyətindən görünür ki, əqdlərin həm şifahi, həm də yazılı formada bağlanmasına yol verilir. Həmin Məcəllənin 329.3-cü maddəsində göstərilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə işin məhkəmə iclasında araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı1 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsi, Yataqxana 1, otaq 9 ünvanında yerləşən iki otaqlı evi almaq üçün Cavabdeh1 13.000 manat məbləğində pul vermiş, Cavabdeh1 isə həmin pulun 10000 manatını evin sahibi Məmiş Şiriyevə vermişdir. Sonradan cavabdeh mübahisəli evi iddiaçının adına sənədləşdirə bilmədiyindən aralarında mübahisə yaranmışdır. Məhkəmə baxışı zamanı İddiaçı1 500 manat məbləğində pul ödəmişdir. Mart ayının 15-nə qədər əlavə olaraq 1300 manat məbləğində pul vəsaitinin də ona ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçı1 400 manat məbləğində pul vəsaitini Cavabdeh1 mənzilin alınmasında vasitəçilik etdiyi üçün verdiyi barədə dəlilini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Bununla yanaşı, İddiaçı1 Cavabdeh1 vurulmuş mənəvi zərərə görə 3000 manat pulun tutulmasını tələb etmiş, məhkəmə iclasında mənəvi ziyana görə 3000 manat tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və X6 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanıb hesab edir ki, Cavabdeh1 verdiyi apelyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1492/2020 saylı qətnaməsi qismən – «Cavabdeh1 3400 (üç min dörd yüz) manat məbləğində pul alınıb İddiaçı1 verilsin» hissəsində ləğv edilib, iddia qismən təmin edilərək Cavabdeh1 (3000 manat – 500 manat = 2500 manat) 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı1 verilməli, qətnamə - «iddia tələbi qalan hissədə təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanmalı, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 5,29 (beş manat iyirmi doqquz qəpik) manat hissəsi iddiaçının özünə aid edilsin və həmin məbləğin 24,71 (iyirmi dörd manat yetmiş bir qəpik) manat hissəsi Cavabdeh1 alınıb, İddiaçı1 verilməli və İddiaçı1 apelyasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1, 386, 392- 393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1492/2020 saylı qətnaməsi qismən – «Cavabdeh1 3400 (üç min dörd yüz) manat məbləğində pul alınıb İddiaçı1 verilsin» hissəsində ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı1 verilsin. Qətnamə - «iddia tələbi qalan hissədə təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlansın. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 5,29 (beş manat iyirmi doqquz qəpik) manat hissəsi iddiaçının özünə aid edilsin və həmin məbləğin 24,71 (iyirmi dörd manat yetmiş bir qəpik) manat hissəsi Cavabdeh1 alınıb, İddiaçı1 verilsin. İddiaçı1 verdiyi apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-212/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-212/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver