Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2125/2020 04.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və X2 ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-1216/2020 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apelyasiya şikayətiüzrəişəbaxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-1216/2020 saylı qətnaməsi ilə (hakim S.M.Quliyeva) iddiaçı «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul və lizinq obyektinin qaytarılması tələbinə dair iddia ərizəsi qismən təmin edilib, «xxxxxxxxxx Lizinq Şirkəti» QSC və Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 2376D/14/B nömrəli X6i müqaviləsinə əsasən əsas borc üzrə 11879,99 ABŞ dolları, əsas məbləğdən gecikmə borcu 12441,75 ABŞ dolları, faiz borcu üzrə 13263 ABŞ dolları, dəbbə borcu üzrə 100 ABŞ dolları, sığorta borcu üzrə 134 ABŞ dolları, cəmi 37,818,74 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı «xxxxxxxxxx Lizinq Şirkəti» QSC-yə ödənilməsi, dövlət rüsumuna görə ödənilmiş 30 manatın 10 manatı iddiaçı «xxxxxxxxxx Lizinq Şirkəti» QSC-yə aid edilməsi, 20 manatı isə Cavabdeh1 alınaraq iddiaçı «xxxxxxxxxx Lizinq Şirkəti» QSC-yə ödənilməsi, X6 Müqaviləsinə əsasən «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin mülkiyyətində Cavabdeh1 istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kv.m, 3 otaqlı fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh1 istifadəsindən alınıb mülkiyyətçisi «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-yə qaytarılması və məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 manatın 50 manatı iddiaçı «xxxxxxxxxx Lizinq Şirkəti» QSC-dən, 100 manatı isə müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayətiverib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-1216/2020 saylı qətnaməsininin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ : İddiaçı «xxxxxxxxxx» Lizinq Şirkəti QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsasladırmışdır ki, “xxxxxxxxxx” Lizinq Şirkəti QSC və Cavabdeh1 arasında xx xxxxxxxx 2014-cü il tarixli, 2376D/14/B saylı X6 Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ümumi dəyəri 25000 manat olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kv.metr, 3 otaqlı fərdi yaşayış evini öz mülkiyyətinə əldə edərək, onu Cavabdeh1 müvəqqəti istifadəsinə vermişdir. Bununla da Cavabdeh1 25497,20 ABŞ dolları məbləğində borcu illik 24 faiz, olmaqla, 48 ay müddətinə “xxxxxxxxxx” Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli təhvil-təslim aktı ilə lizinq obyekti olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kv.metr, 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1 təhvil verilmişdir. Cavabdeh Lizinq Müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş məbləği mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh X6i müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə xx.xx.2017-ci il tarixə əsas borcu 11879,99 ABŞ dolları, əsas məbləğdən gecikmə borcu 12441,75 ABŞ dolları, faiz borcu 13263, dəbbə borcu 1777 ABŞ dolları, cəmi borcu 39495,74 ABŞ dolları məbləği təşkil edir. Eyni zamanda X6i müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanmış xx.xx.2014cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. Cavabdehlər öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyi üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, lizinq obyektini geri qaytarmamışlar. xx.xx.2014-cü il tarixli, 2376D/14/B saylı X6i müqaviləsinin 13.1.4-cü bəndinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verən lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir. Müqavilənin 13.5-ci bəndinə əsasən lizinq obyekti geri alındıqda, Lizinq alan lizinq obyektini normal köhnəlmə nəzərə alınmaqla, Lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. X6i müqaviləsinin 6.1-ci bəndində qeyd edilir ki, lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan etibarən lizinq obyektinə sahiblik və istifadə hüququ Lizinq alana keçir və Lizinq verənin lizinq obyektinin Lizinq alana maliyyə lizinqinə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır. Ona görə də, «xxxxxxxxxx» Lizinq Şirkəti QSC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2376D/14/B saylı X6 Müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində müştərək qaydada əsas borc 11879,99 ABŞ dolları, əsas məbləğdən gecikmə borcu 12441,75 ABŞ dolları, faiz borcu 13263 ABŞ dolları, dəbbə borcu 1777 ABŞ dolları, sığorta borcu 134 ABŞ dolları, cəmi borcu 39495,74 ABŞ dolları və 30 manat məbləğində vəsaitin tutulması, X6 Müqaviləsinə əsasən «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin mülkiyyətində Cavabdeh1 istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kv.metr, 3 otaqlı fərdi yaşayış evinin boşaldılaraq cavabdehin istifadəsindən alınıb mülkiyyətçisi «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A SİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ : Cavabdeh1 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 375, 376, 382, 748-10.1, 748-10.2, 748-10.3-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 1.3, 9.1, 9.2, 9.3,1, 88.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəməkollegiyasınıniclasınınvaxtıvəyeribarədəlazımiqaydadatərəflərə məlumat verilməsinəbaxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. MəhkəməkollegiyasıAzərbaycanRespublikasıMPM-nin 376.2cimaddəsinəəsasəntərəflərin iştirakıolmadanişinbaxılmasınımümkünhesabetmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L ƏR : AzərbaycanRespublikasıMPM-nin 372cimaddəsinəgörəapelyasiyainstansiyasıməhkəməsitamhüquqluməhkəməkimiişə, işdəolanvəəlavətəqdimolunmuşsübutlarəsasındamahiyyətiüzrəbaxır, birinciinstansiyaməhkəməsininqətnaməsininəsaslılığınıonundüzünəvəyadolayısıiləmübahisəl əndirilənhissəsində, şikayətqərarınləğvedilməsinəyönəldikdəvəyaapelyasiyaşikayətindəvəonaetirazlardaifadəolun muşdəlillərəəsasənmübahisəninpredmetibölünməzolduqdaişitamaraşdırırvəşikayətindəlillərin dənasılıolmayaraq, məhkəməninmaddivəprosessualhüquqnormalarınariayətetməsiniyoxlayır. Məhkəməkollegiyasıməruzəçi-hakiminməruzəsinidinləyib, işmateriallarınıvəapelyasiyaşikayətinindəlilləriniaraşdıraraqaşağıdagöstərilənəsaslaragörəhe sabedirki, apelyasiyaşikayətitəminedilib, birinciinstansiyaməhkəməsininqətnaməsiləğv edilərək iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan «xxxxxxxxxx» Lizinq Şirkəti QSC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2376D/14/B nömrəli X6i müqaviləsinin, həmin müqaviləyə 1 nömrəli və 2 nömrəli (lizinq obyektinin təhvil-təslim aktı) əlavənin təsdiq olunmuş surətindən görünür ki, Lizinq verən dəyəri 25000 manat olan lizinq obyekti - Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kv.metr, 3 otaqlı fərdi yaşayış evinin sahəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür, lizinq alan təsdiq edir ki, lizinq obyekti onun tərəfindən lazımi qaydada yoxlanılmışdır və yoxlama zamanı lizinq obyektində heç bir qüsur aşkar edilməmişdir, lizinq obyekti lizinq müqaviləsinin şərtlərinə uyğundur, tərəflərin bir-birinə qarşılıqlı tələbləri yoxdur. «xxxxxxxxxx» Lizinq Şirkəti QSC (Lizinq verən) və Cavabdeh1 (Lizinq alan) arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 2376D/14/B saylı X6i müqaviləsinə əlavədən (təhvil-təslim aktı) görünür ki, satıcı aşağıda göstərilən ümumi dəyəri 25000 AZN olan lizinq obyekini alıcıya təqdim edir, alıcı isə qeyd olunan əmlakı sonradan lizinq vermək məqsədi ilə öz mülkiyyətinə təqdim edir. Alıcı təsdiq edir ki, əmlak onun nümayəndələri tərəfindən lazimi qaydada yoxlanılmışdır və yoxlama zamanı əmlaka dair heç bir qüsur aşkar edilməmişdir. xx xxxxxxxx 2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 X6i müqaviləsi üzrə Lizinq alan Cavabdeh1 Lizinq verən «xxxxxxxxxx» Lizinq Şirkəti QSC qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti Cavabdeh1 ilə birgə öz üzərinə götürmüşlər. xx.xx.2017-ci il tarixli məktubun surətindən görünürki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 2376D/14/B saylı X6i müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün yaranmış borcunun 3 (üç) iş günü müddətində ödənilməsi, əks halda lizinq obyektinin qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə «xxxxxxxxxx Lizinq Şirkəti» QSC tərəfindən xəbərdar olunmuşdur. xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixli, 2376D/14/B saylı X6i müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-yə əsas borcu 11879,99 ABŞ dolları, əsas məbləğdən gecikmə üzrə 12441,75 ABŞ dolları, faiz borcu üzrə 13263 ABŞ dolları, dəbbə borcu üzrə 1777 ABŞ dolları, sığorta borcu 134 ABŞ dolları cəmi 39495,74 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 m2, 3 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə«xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. xx xxxxxxxx 2014-cü il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi) xx xxxxxxxx 2014-cü il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı Cavabdeh1 mülkiyyətindəolanAbşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 m2, 3 otaqlı fərdi yaşayış evini alıcı «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-yə 20000 manata satmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad ev verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 11-ci bəndinə əsasən satıcı evə yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə1 ay müdətində alıcının faktiki sahibliyinə və istifadəsinə verməyi , alıcı isə evi qəbul etməyi öhdəsinə götürmüşdür. Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli 21905 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumtlarına və xx xxxxxxxx 2014-cü il tarixli 2376D/14/B saylı X3 qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx xxx 2017-ci il tarixə «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-yə olan borcu 37.379,75 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən xx.xx.2017-ci il tarixə əsas borcu üzrə 24237,62 ABŞ dolları və faiz borcu üzrə 13142,13 ABŞ dolları təşkil edir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixli 2376D/14/B saylı X5 üzrə xx xxxx 2020ci il tarixə 6895 manat, 12183 əsas məbləğdən gecikməyə görə, 12133 manat lizinq mükafatı, 1394 manat dəbə, 148 manat sığorta məbləği olmaqla, 32753 manat borcu vardır. İş materialları ilə məyyən olur ki, «xxxxxxxxxx» Lizinq Şirkəti QSC və Cavabdeh1 arasında xx xxxxxxxx 2014-cü il tarixli 2376D/14/B saylı X4 əsasən sonuncuya ümumi dəyəri 25.000 manat olan lizinq obyekti təqdim edilmiş, lakin iddia ərizəsinin təsviri əsaslandırıcı və xahiş etdi hissəsi X6 müaviləsi üzrə borc məbləği manatla deyil ABŞ dolları ilə tələb olunmuş, birinci instansiya məhkəməsi isə həmin müqavilə üzrə borc məbləğini manatla deyil, ABŞ dolları ilə əsaslandırılaraq hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin faktiki hallarından görünür ki, «xxxxxxxxxx» Lizinq Şirkəti QSC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2376D/14/B nömrəli X6i müqaviləsinin, həmin müqaviləyə 1 nömrəli və 2 nömrəli (lizinq obyektinin təhvil-təslim aktı) əlavənin təsdiq olunmuş surətindən görünür ki, Lizinq verən dəyəri 25000 manat olan lizinq obyekti - Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kv.metr, 3 otaqlı fərdi yaşayış evinin sahəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, «xxxxxxxxxx» Lizinq Şirkəti QSC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2376D/14/B nömrəli X6i müqaviləsi üzrə Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərin tam icrası üçün borclu olaraq öhdəlik daşımaqdadır. Lakin cavavdeh tərəfindən lizinq müaviləsi üzrə öhdəliklər vaxtında və lazımca icra edilmədiyindən iddiaçı «xxxxxxxxxx» Lizinq Şirkəti QSC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdə cavabdehin borclu olduğu məbləği ABŞ dolları ilə tələb etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmin Məcəllənin 149.1, 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. İddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələblər göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. MPM-nin 53-cü maddəsinə əsasən iddianın əsasını seçmək iddiaçının müstəsna hüququdur. İddiaçı birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını dəyişməyə haqlıdır. Eyni zamanda iddianın əsası və predmeti iddianın ən vacib iki ünsürünü təşkil etdiyindən onların dəyişdirilməsinə də iddia ərizəsinin verilməsinə dair prosessual qanunvericiliyin tələbi eyni qaydada tətbiq olunmalı, iddiaçı iddianın əsasını və ya predmetinin dəyişdirilməsi ilə bağlı məhkəməyə yazılı ərizə təqdim etməlidir. İddianın əsasını seçmək və onu dəyişdirmək hüququnun müstəsna olaraq iddiaçıya məxsus olması dispozitivlik prinsipindən irəli gəlir. Bu prinsip işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Dispozitivlik prinsipinə əsasən iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. İddiaçının öz iddiasının əsasını birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək yazılı ərizə verməklə dəyişməsi barədə qayda dispozitivlik prinsipi ilə yanaşı, həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Çünki iş üzrə cavabdeh öz müdafiəsini təşkil etmək, iddiaçının dəlillərinə əsaslandırılmış cavab vermək, habelə özünün əks sübutlarını təqdim etmək imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsasının nə olduğu barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı iddia tələbinin əsasının dəyişdirilməsi barədə məhkəməyə yazılı ərizə təqdim etməmişdir. Bu hal iddiaçıya gələcəkdə öhdəliklərin icrası üçün yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. AzərbaycanRespublikasıMPM-nin 385.1.1-cimaddəsinəəsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunmasıüçün əsasdır. HəminMəcəllənin 386-cımaddəsinəəsasənmaddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeydolunanlaraəsasənməhkəməkollegiyasıhesabedirki, birinci instansiya məhkəməsi tələbi təmin etməməkləişinbütünfaktikihallarınıtam, hərtərəflivəobyektivaraşdırmamışvətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolan maddivəprosessualhüquqnormalarınıdüzgüntətbiqetməmişdirki, budaAzərbaycanRespublikasıMPM-nin 384.0.2cimaddəsinəgörəməhkəməqətnaməsininapelyasiyaqaydasındaləğvedilməsiüçünəsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəməkollegiyasıhesabedirki, iddia ərizəsi təmin edilmədiyindən 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli və ekspertizatədqiqatınaümumilikdə xərclənmiş300 (üç yüz) manatməbləğindəpuliddiaçı «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-dən alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. GöstərilənlərəəsasənvəAzərbaycanRespublikasıMPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-cimaddələrinirəhbərtutaraq, məhkəməkollegiyası QƏT ETDİ: Cavabdeh1 verdiyi apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-1216/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul və lizinq obyektinin qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-yə aid edilsin. Ekspertizatədqiqatınaümumilikdə xərclənmiş300 (üç yüz) manatməbləğindəpuliddiaçı «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-dən alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2125/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2125/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver