Məhkəmə qərarları › İş №2(105)-2125/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2125/2022

03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2125/2022 03.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərardadı ilə (hakim A.M.Behbudova) cavabdeh Şəfiyev Anar Gürcət oğlunun Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-2720/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 2267,58 manat əsas kredit borcu, 121,16 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2577,91 manat borc, həmçinin 45,78 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-2720/2022 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 2267,58 manat əsas kredit borcu, 121,16 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2388,74 (iki min üç yüz səksən səkkiz manat yetmiş dörd qəpik) manat borc və 45,78 (qırx beş manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-2720/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2720/2022 saylı, 26 aprel 2022-ci il tarixli qətnaməsinin ona aid hissədə ləğv edilərək, həmin iş üzrə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 həmçinin apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, səhhətində yaranan problemlərlə əlaqədar apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş müddəti 2 gün ötürdüyünü, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-2720/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək müddətin bərpa edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh3 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Müddətin üzrlü səbəbdən ötürməsinə dair hər-hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməməyi ilə bağlı məhkəmənin əsaslandırmasını qanunsuz və əsassız hesab edir. Sumqayıt Şəhər Məhkəmənin 29 iyul 2022-ci il tarixli 2(060)-2720/2022 saylı qərardadını ləğv edib, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-2720/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddəti buraxdığını səhhətində yaranan problemlərlə əlaqəli olduğunu bildirsə də, məhkəmə iclasında iştirak etməmiş və bununla bağlı hər hansı inandırıcı, mötəbər və təkzib olunmaz sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, onu bərpa edə bilər. Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunda göstərilən apellyasiya şikayətinin verilmə müddətinin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsi ilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı onun həyata keçirilməsində yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə halların qarşısının alınmasına yönəlmişdir. Azərbaycan Respublikası MPM-in 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bununla da məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh3 qətnamənin surətini vaxtında almış, lakin qətnamədən vaxtında apellyasiya şikayəti verməmiş, həmçinin qətnamədən apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən ötürməsinə dair hər-hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadıgından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh3 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 29 iyul 2022-ci il tarixli e-2(060)-2720/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar