Məhkəmə qərarları › İş №2(105)-213/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-213/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-213/2021 29.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X5 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-25/2020 saylı qətnaməsindən İddiaçı qapalı səhmdar cəmiyyətinin və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-25/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi iddiasına dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 12702,43 ABŞ dolları əsas borc, 3584,08 ABŞ dolları faiz borcu, 120 ABŞ dolları cərimə, cəmi 16406,51 ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın alınaraq İddiaçı qapalı səhmdar cəmiyyətinə ödənilməsi, tələbin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, C.Novuz küçəsi, döngə 4 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, oranın boşaldılması və həmin əmlakın açıq hərracdan satılması, əldə edilən pulun Cavabdeh1 İddiaçı qapalı səhmdar cəmiyyətinə olan borcunun ödənilməsinin təmin edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, C.Novuz küçəsi, döngə 4 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmiş, İddiaçı qapalı səhmdar cəmiyyəti, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada cəmiyyətin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 12702,43 ABŞ dolları məbləğində kredit borcu, 3584,08 ABŞ dolları məbləğində faiz borcu və 6340,3 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 22626 ABŞ dolları 81 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 mülkiyyətlərində olan Abşeron rayonu, Saray qəsəbəsi, C.Novruz küçəsi, döngə 4 ünvanında 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 22626 ABŞ dolları 81 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ümumi qaydada tutulması, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 mülkiyyətlərində olan Abşeron rayonu, Saray qəsəbəsi, C.Novruz küçəsi, döngə 4 ünvanında 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 evə istifadə hüququnun itirilməsi, onların həmin evdən və torpaq sahəsindən çıxarılması, ipoteka predmetinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 cəmiyyətlə bağladığı xx.xx.2015-ci il tarixli, 003L**********16 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 cəmiyyətlə bağladığı xx.xx.2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 17000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 003R**********S saylı, xx.xx.2015-ci il tarixli 003R**********SA saylı, xx.xx.2016-cı il tarixli 003R**********SB saylı, xx.xx.2016-cı il tarixli 003R**********SC saylı, xx.xx.2016-cı il tarixli 003R**********SD saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4297,57 ABŞ dolları ödəmiş, onun 12702,43 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 468 gün üçün hesablanmış faiz borcu 3584,08 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 468 gün üçün hesablanmış cərimə 6340,3 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli, 003M**********01 saylı ipoteka müqaviləsi əsasında mülkiyyətlərində olan Abşeron rayonu, Saray qəsəbəsi, C.Novruz küçəsi, döngə 4 ünvanında 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 119 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmış və RX ******* nömrəli çıxarışa əsasən Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 mülkiyyətlərində olan Abşeron rayonu, Saray qəsəbəsi, C.Novruz küçəsi, döngə 4 ünvanında 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün cəmiyyətin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan cəmiyyət tərəfindən cavabdehlər-ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 “İpoteka haqqında” qanunun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2018-ci il tarixdə ünvana çatdırılmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2018-ci il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışdır. Cəmiyyət ipoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. xx.xx.2015-ci il tarixli, 2 saylı forma üzrə arayışa əsasən fərdi yaşayış evində qeydiyyatda olanlar-Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 ipoteka predmetinə tutma yönəldikdə həmin evi tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən onlar uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı qapalı səhmdar cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iddianın təmin edilməyən hissəsində maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş kredit sənədlərindən göründüyü kimi, cəmiyyətlə zaminlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında ayrıayrılıqda bağlanmış zaminlik müqavilələri ilə sonuncular 300000 ABŞ dolları məbləğində 120 ay müddətinə iddiaçı qarşısında xx.xx.2015-ci il tarixli, 003L**********16 saylı uzunmüddətli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan kredit razılaşması, digər formada bağlanan ayrıca razılaşmalar üzrə öhdəlik götürmüşlər. Beləliklə, öhdəliyin müddəti və məbləği (həcmi) aşkar şəkildə zaminlik müqavilələrində müəyyən edilmişdir. Cəmiyyətin tələbi isə həmin müddət və məbləğ çərçivəsində olmuşdur. Faiz dərəcəsinə gəldikdə isə, iş materiallarına əlavə edilmiş kredit razılaşması və ona edilmiş əlavə sazişlərlə zaminlər tanış olmuş və zaminlər həmin razılaşma və sazişlərin ödəniş planlarını imzalayaraq müvafiq kredit borcu üzrə öhdəliklərin yerinə yetirilməsinə təminat vermişlər. Belə ki, kredit razılaşmasına edilmiş sonuncu xx.xx.2016-ci il tarixli, 003R**********SD saylı sazişin ödəniş planı zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 tərəfindən imzalanmış və beləliklə, onlar faiz dərəcəsi ilə də tanış edilmişdilər. Lakin qeyd olunan hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən 95000 manat məbləğində müəyyən edilmiş ipoteka predmetinin ilkin satış qiymətindən də cəmiyyət razı deyildir. İlkin satış qiyməti müəyyən edilən zaman ipoteka qoyan və ipoteka saxlayan arasında mövcüd olan razılaşma nəzərə alınmalı, belə razılaşma olmadığı və yaxud mübahisə olduğu təqdirdə, müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməlidir. Cəmiyyətlə cavabdehlər arasında bağlanmış ipoteka müqaviləsi ilə ipoteka predmetinin ilkin satış qiyməti 39000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Cavabdehlər tərəfindən ipoteka müqaviləsinin müvafiq bəndi mübahisələndirilməmiş, məhkəmə qətnaməsində də qeyd olunduğu kimi, iddia tələbini qismən qəbul edərək, tələbin faiz və cərimə hissəsində nəzərə alınmamasını məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsində keçirilən müvafiq ekspertiza mərkəzləri tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti əsassız olaraq həddindən artıq yüksək məbləğlərdə (95000, 139500 və 137000 manat məbləğlərində) müəyyən edilmişdir. Rəylərlə ipoteka müqaviləsində göstərilmiş qiymət arasında kəskin fərq mövcuddur. İpoteka müqaviləsi bağlandıqdan hal-hazıradək ipoteka predmeti olan əmlakın dəyəri rəydə qeyd edildiyi kimi arta bilməz. Mövcud iqtisadi vəziyyətdə və dünyada baş verən iqtisadi böhran şəraitində daşınmaz əmlakların satış qiymətlərində ipoteka müqavilələri bağlanan vaxta nisbətdə cüzi fərq ola bilər. Bu fərq isə özünü əmlakların dəyərinin artması ilə yanaşı, ipoteka müqaviləsi bağlandığı tarixə nisbətən dəyərinin azalması şəklində büruzə verə bilər. Bununla yanaşı, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə verilən vəsatət və ona əlavə edilmiş ekspertiza mərkəzinin rəyi (“xxxx” MMCnin rəyi), əmlakların alqı-satqısına aid internet saytlarından çıxarışlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Halbuki, həmin vəsatətdə təkrar ekspertizanın keçirilməsi zərurəti əsaslandırılmışdır. “Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ümumi müştərək qaydada tutulması” barədə cəmiyyətin tələbinə məhkəmə tərəfindən, ümumiyyətlə, hüquqi qiymət verilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, zaminin öhdəliyinin artması halı baş verməmiş, kredit öhdəliyinə edilmiş dəyişikliklərə razılığını bildirmişdir. İddiaçı qapalı səhmdar cəmiyyəti apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 aid və cərimə borcunun təmin edilməmiş hissələrində ləğv edilməsi, həmin hissələrdə və hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada tutulması hissəsində də iddia tələbinin təmin edilməsi, o cümlədən ipoteka predmetinin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməsinə dair hissəsində ləğv edilməsi, ipoteka predmetinin qiymətinin müəyyən edilməsi üçün təkrar qiymətləndirmə ekspertizası keçirilməklə ipoteka predmetinin ipoteka müqaviləsində göstərilən ilkin satış qiymətinə uyğun olaraq müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllə C.Novruz küçəsi, döngə 4 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evi bank tərəfindən xeyli az qiymətləndirilmişdir ki, bu da onların ümumi büdcəsinə və yaşayışlarına çox çiddi ziyan vurur. Məhkəmə araşdırması zamanı bu kimi hallar nəzərə alınmamışdır. Onların həmin mənzildən çıxarılması, eyni zamanda orada yaşayan şəxslərin, yəni 3 ailənin yaşayış hüququndan mərhum edilməsi tam əsassız və qərəzlidir. Cavabdehlər kredit müqaviləsinin tərəfləri olmamış və onlar yalnız ipoteka predmeti olan evin ipoteka ilə yüklü edilməsinə notarial qaydada razılıq vermişlər. Qətnamə ilə ipoteka predmeti olan mənzil tam boşaldılmalı, cavabdeh, onun ailə üzvləri və digər şəxslər həmin mənzildən çıxarılmalı və bundan sonra mənzil açıq hərracda satılmalıdır. Məhkəmənin bu qənaəti “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinin tələblərinə tamamilə ziddir. Belə ki, həmin maddəyə əsasən ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra mənzil 1 ay ərzində boşaldılmalıdır. Qeyd olunmalıdır ki, borcalan və ipoteka qoyan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam yerinə yetirmiş, lakin dolların qalxması və dünya iqtisadiyyatında baş vermiş tənəzzül ailənin büdcəsinə də təsir etmişdir. Bu kimi əsaslı və tutarlı səbəbdən ardıcıl olaraq kredit öhdəliklərini icra edə bilməmişdilər. İş üzrə digər cavabdehlər də ərizə ilə banka müraciət edərək üzürlü səbəbdən kredit öhdəliyini icra edə bilməmələri ilə əlaqədar olaraq borc alandan möhlət verilməsini xahiş etsələr də, xahişləri nəzərə alınmamışdır. Həmin ərizəyə bank tərəfindən hər hansı münasibət bildirilməmiş, əksinə, onlara xəbərdarlıq edilmədən (pretenziya irəli sürülmədən) məhkəməyə müraciət olunmuşdur. Eyni zamanda onların ödəniş qabiliyyətinin olduğu barədə məlumat verilsə də, bu hal da nəzərə alınmamışdır. Məhkəmə prosesi vaxtı onlar tərəfindən təqdim edilmiş ödənişlər belə nəzərə alınmamışdır. Həmin qəbzin sübut kimi məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə bunu nəzərə almamışdır. Onların kredit öhdəliyinin icrasını gecikdirmələrinə səbəb olan üzürlü hallar aradan qalxmışdır və onlar qalan kredit borcunu qrafik üzrə vaxtında və tam ödəməyə hazırdırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsi, iddianın rədd edilməsi və onların İddiaçı qapalı səhmdar cəmiyyətinə olan borcunun qalan hissəsinin ödəniş qrafiki üzrə ödəmələri barədə yeni qətnamə çıxarılması, onların həmin mənzildən çıxarılması və boşaldılması hissəsində iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X6 məhkəmə iclasında cəmiyyətin apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 özünün apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5, ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutulmasına aid hissələrdə qismən ləğv edilməli, həmin hissələrdə iddia qismən təmin edilməli, qətnaməyə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 apellyasiya şikayəti təmin edilməməlidır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsinə, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 003L**********16 saylı uzun müddətli kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh1 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqaviləyə və kredit razılaşmasına görə istənilən məbləğ xx xxxxxx 2025-ci il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 003L**********16 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 aylıq faiz dərəcəsi 18333 % olmaqla 36 ay müddətinə 17000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxx 2015ci il tarixli, 003R**********S saylı sazişdən görünür ki, xx xxxxxx 2015-ci il tarixli, 003L**********16 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan xx xxxxxx 2015-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx xxxx 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxxx 2015-ci il tarixli, 003R**********SA saylı sazişdən görünür ki, xx xxxxxx 2015-ci il tarixli, 003L**********16 saylı uzunmüddətli kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan xx xxxxxx 2015-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx xxxxxxx 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli, 003R**********SB saylı sazişdən görünür ki, xx xxxxxx 2015-ci il tarixli, 003L**********16 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx xxxx 2015-ci il tarixdən ödəniş planı 12 ay uzadılmış, aylıq faizlər ilk 12 ay 1%, növbəti 12 ay üçün 2% aşağı salınmış və son 12 ayın faizləri 0% hesablanmış və kredit razılaşmasının ayrılmaz hissəsi olan xx xxxx 2015-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx xxxxxxx 2015-ci il tarixdən ödəniş planı 20 ay uzadılmış, xx xxxx 2015-ci il tarixdə tətbiq edilmiş güzəştlər ləğv edilərək yeni 60 aylıq ödəniş planı hesablanmış və kredit razılaşmasının ayrılmaz hissəsinin olan xx xxxxxxx 2015-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bi sazişə əlavə olunan xx xxxxxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli, 003R**********SC saylı sazişdən görünür ki, xx xxxxxx 2015-ci il tarixli, 003L**********16 saylı uzunmüddətli kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx xxxxxx 2016-cı il tarixdən aylıq 1,6667% dərəcəsi ilə faizlər hesablanır. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli, 003R**********SD saylı sazişdən görünür ki, xx xxxxxx 2015-ci il tarixli, 003L**********16 saylı uzunmüddətli kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx xxxxxx 2016-cı il tarixli ödəniş planına uyğun banka ödəməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 003S**********01, 003S**********02, 003S**********03 və 003S**********04 saylı zaminlik müqavilələrindən görünür ki, xx xxxxxx 2015-ci il tarixli, 003L**********16 saylı uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh6 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 003S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, xx xxxxxx 2015-ci il tarixli, 003L**********16 saylı uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, 003M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, xx xxxxxx 2015-ci il tarixli, 003L**********16 saylı kredit xətti müqaviləsi müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 ümumi birgə mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, C.Novuz küçəsi, döngə 4 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 39000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, C.Novuz küçəsi, döngə 4 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi xx xxxxxx 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 7786 saylı, xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə xx.xx.2018-ci il tarixə əsas borcu 12702,43 ABŞ dolları, faiz borcu 3584,08 ABŞ dolları, cərimə borcu 6340,3 ABŞ dolları, cəmi borcu 22626,81 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 göndərilmiş xəbərdarlıq məktublarının surətindən görünür ki, borcun ödənilməsi barədə xəbərdar edilmişlər. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 göndərilmiş xx xxxxx 2018-ci il tarixli bildirişlərin surətlərindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə başlanıldığı barədə xəbərdar edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, C.Novuz küçəsi, döngə 4 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildiriş xx xxx 2018-ci il tarixdə qeydə alınmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 25311 saylı rəyindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 003L**********16 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan əsas borcu 12702,52 ABŞ dolları, faiz borcu 6471,79 ABŞ dolları təşkil edir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxx 2019-cu il tarixli qiymətləndirmə hesabatından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, C.Novuz küçəsi, döngə 4 ünvanında yerləşən 5 nömrəli fərdi evinin bazar dəyəri xx xxx 2018-ci il tarixinə 95000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 18336 saylı rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixinə (iddia tarixinə) banka olan borcu 16286,51 ABŞ dolları, o cümlədən əsas borc üzrə 12702,43 ABŞ dolları, faiz borcu üzrə 3584,08 ABŞ dolları məbləğində müəyyən edilir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, C.Novuz küçəsi, döngə 4 ünvanında yerləşən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 birgə mülkiyyətində olan 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi evinin hazırda bazar qiyməti 139500 manat müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, C.Novuz küçəsi, döngə 4 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi evinin bazar dəyəri 137000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli qiymətləndirilmə barədə hesabatından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, C.Novuz küçəsi, döngə 4 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 98000 manat, likvid dəyəri 83000 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, C.Novuz küçəsi, döngə 4 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əldə edilən pulun Cavabdeh1 İddiaçı qapalı səhmdar cəmiyyətinə olan borcunun ödənilməsinin təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçı qapalı səhmdar cəmiyyəti apellyasiya şikayətində iddia tələbinin cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 aid və cərimə borcunun təmin edilməmiş hissələrində ləğv edilməsi, həmin hissələrdə və hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada tutulması hissəsində də iddia tələbinin təmin edilməsi, o cümlədən ipoteka predmetinin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməsinə dair hissəsində ləğv edilməsi, ipoteka predmetinin qiymətinin müəyyən edilməsi üçün təkrar qiymətləndirmə ekspertizası keçirilməklə ipoteka predmetinin ipoteka müqaviləsində göstərilən ilkin satış qiymətinə uyğun olaraq müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, xx xxxxxx 2015-ci il tarixli, 003L**********16 saylı uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zaminlər kimi bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh6 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, xx xxxxxx 2015-ci il tarixli, 003L**********16 saylı uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin kimi bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh2 Cavabdeh3 və Cavabdeh5 aid hissələrdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxxx 2015-ci il tarixli, 003R**********SA saylı sazişdən görünür ki, xx xxxxxx 2015-ci il tarixli, 003L**********16 saylı uzunmüddətli kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan xx xxxxxx 2015-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx xxxxxxx 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli, 003R**********SD saylı sazişdən görünür ki, xx xxxxxx 2015-ci il tarixli, 003L**********16 saylı uzunmüddətli kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx xxxxxx 2016-cı il tarixli ödəniş planına uyğun banka ödəməlidir. Bu sazişlərin ayrılmaz hissəsi olan ödəniş planlarına cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 zaminlər kimi imza edərək razı olduqlarını bildirmişlər. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin kredit müqaviləsi üzrə borcun Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbin həmin hissədə qismən təmin edilməli, Cavabdeh1 ilə bərabər, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada 12702,43 ABŞ dolları əsas borc, 3584,08 ABŞ dolları faiz borcu, 120 ABŞ dolları cərimə, cəmi 16406,51 ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə tutularaq İddiaçı qapalı səhmdar cəmiyyətinə ödənilməlidir. İddiaçı qapalı səhmdar cəmiyyəti apellyasiya şikayətində ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada tutulması hissəsində də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi göstərilən hissədə qismən təmin edilməli, ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh4 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli və Cavabdeh6 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli zaminlik müqavilələri xx xxxxxx 2015-ci il tarixli, 003L**********16 saylı uzunmüddətli kredit xətti müqaviləsi üzrə bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxx 2018-ci il tarixli Qərarına görə zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. İş üzrə müəyyən edilmişdir ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 003L**********16 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 18333 % olmaqla 36 ay müddətinə, yəni xx xxxxxx 2018-ci il tarixədək olan müddət üçün verilsə də, xx xxxxxx 2015-ci il tarixli kredit razılaşmasına xx xxxx 2015-ci il tarixli sazişə əsasən kredit razılaşması və ödəniş planına dəyişiklik edilərək kreditin qaytarılma müddəti xx xxxxxx 2019-cu il tarixədək, xx xxxxxxx 2015-ci il tarixli sazişə əsasən kredit razılaşması və ödəniş planına dəyişiklik edilərək kreditin qaytarılma müddəti xx xxxxxxx 2020-ci il tarixədək, xx xxxxxx 2016-cı il tarixli sazişə əsasən kredit razılaşması və ödəniş planına dəyişiklik edilərək kreditin qaytarılma müddəti xx xxxxxxx 2020-ci il tarixədək, xx xxxxxx 2016-cı il tarixli sazişə əsasən kredit razılaşması və ödəniş planına dəyişiklik edilərək kreditin qaytarılma müddəti xx xxxxxx 2021-ci il tarixədək, xx xxxxxx 2016-cı il tarixli sazişə əsasən kredit razılaşması və ödəniş planına dəyişiklik edilərək kreditin qaytarılma müddəti xx xxxxxx 2021-ci il tarixədək uzadılmışdır. Bu sazişlərin bağlanmasına zaminlər kimi cavabdehlər Cavabdeh6 və Cavabdeh4 razılıqları alınmamışdır. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək həmin məbləği azaltmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarını tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcuna aid hissədə qanuni və əsaslıdır. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş üzrə keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli qiymətləndirilmə barədə hesabatından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, C.Novuz küçəsi, döngə 4 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 98000 manat, likvid dəyəri 83000 manat təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, Abşeron rayonu, Saray qəsəbəsi, C.Novuz küçəsi, döngə 4 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 83000 manat müəyyən edilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 apellyasiya şikayətində İddiaçı qapalı səhmdar cəmiyyətinə olan borcun qalan hissəsini ödəniş qrafiki üzrə ödəmələri barədə yeni qətnamə çıxarılması, onların həmin mənzildən çıxarılması və başaldılması hissəsində iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Cavabdehlərin İddiaçı qapalı səhmdar cəmiyyətinə olan borcunun qalan hissəsinin ödəniş qrafiki üzrə ödəmələri barədə hər hansı qərar qəbul edilməsi məhkəmənin səlahiyyətinə aid olmadığından, məhkəmə kollegiyası cavabdehlərin bu dəlilini əsassız hesab edir. Cavabdehlər apellyasiya şikayətində onların evdən çıxarılması və boşaldılması hissəsində iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İş materiallarında olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 notarial qaydada təsdiq edilmiş xx.xx.2015-ci il tarixli ərizələrindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, C.Novuz küçəsi, döngə 4, 5 ünvanına tələb yönəldikdə evi qeyd şərtsiz tərk etməyi öhdələrinə götürmüşlər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi evin boşaldılmasına aid hissədə qanuni və əsaslıdır. Digər cavabdehlər qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişlər. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələblərinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5, ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutulmasına aid hissələrdə qismən ləğv edilməli, həmin hissələrdə iddia qismən təmin edilməli, qətnaməyə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 apellyasiya şikayəti təmin edilməməlidır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyərinin ödənilməsi məsələsini həll etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 320 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 500 manat tutularaq “S- X4 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin VÖEN:**********, Hesab nömrəsi: AZ06AİİB********************, Bank: “xxxx” ASC Sumqayıt filialı, VÖEN:**********, Müxbir hesab: AZ37NABZ013501**********1944, kod 200253, SWİFT kod: AİİBAZ2X hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı qapalı səhmdar cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(060)-1005/2018 saylı qətnaməsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5, ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutulmasına aid hissələrdə qismən ləğv edilsin, həmin hissələrdə iddia qismən təmin edilsin, qətnaməyə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada 12702,43 (on iki min yeddi yüz iki ABŞ dolları 43 sent) ABŞ dolları əsas borc, 3584,08 (üç min beş yüz səksən dörd ABŞ dolları 08 sent) ABŞ dolları faiz borcu, 120 (bir yüz iyirmi) ABŞ dolları cərimə, cəmi 16406,51 (on altı min dörd yüz altı ABŞ dolları 51 sent) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə tutularaq İddiaçı qapalı səhmdar cəmiyyətinə ödənilsin. İpoteka predmetinin açıq hərracda satışından əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulsun. Abşeron rayonu, Saray qəsəbəsi, C.Novuz küçəsi, döngə 4 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 83000 (səksən üç min) manat məbləğində müəyyən edilsin. Qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 320 (üç yüz iyirmi) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 500 (beş yüz) manat “S-X4 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin VÖEN:**********, Hesab nömrəsi: AZ06AİİB********************, Bank: “xxxx” ASC Sumqayıt filialı, VÖEN:**********, Müxbir hesab: AZ37NABZ013501**********1944, kod 200253, SWİFT kod: AİİBAZ2X hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar