Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2140/2021 14.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinin Təmir Tikinti müəssisəsinə qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim A.M.Behbudova) İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş iddia tələbinin həcminin artırılmasına dair ərizənin geri qaytarılması qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayı Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi Vəkil verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə gedişatında o, iddia tələbinin həcmini artıraraq üçüncü şəxs G.M.Rəcəbovun adına verilmiş çıxarışın ləğvini də tələb etmişdir. Lakin məhkəmə ərizə geri qaytarmışdır. Sumqayıt şəhər İH-nin başçısının 07 may 1999-cu il tarixli 295 nömrəli sərəncamı ilə X5 və Şəhid Ailələri Cəmiyyəti Sumqayıt şəhər təşkilatının 29 yanvar 1999-cu il tarixli 151 saylı məktubundakı müraciət nəzərə alınaraq şəhid X7 ailəsinə müvəqqəti kommersiya köşkü qoyulması məqsədilə VMƏ və ŞA Cəmiyyətinin Sumqayıt şəhər təşkilatına 22-ci məhəllə ərazisində 6 kv.metr torpaq sahəsi ayrılmışdır. O, şəhid Ə.Yusifovun həyat yoldaşıdır. 14 iyun 1975-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Həyat yoldaşı 19 aprel 1993-cü il tarixdə şəhid olmuşdur. İddia tələbinə əsasən iddia tələbinin həcmini artırmışdır., yeni iddia vermişdir və həmin tələbləri də bir-biri ilə bağlı tələblərdir. Yəni icarə müqaviləsi ləğv olunarsa o zaman çıxarışın da ləğv olunması mütləqdir. Pretenziya qaydasına gəlincə isə bildirir ki, pretenziya qaydasına əməl etməyə zərurət yoxdur. Məhkəmə mövqeyi ilə razılaşmır. Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(060)-2949/2021 saylı qərardadını ləğv edərək, iddia tələbinin həcminin artılımasına dair ərizəsinin icraata qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi və üçüncü şəxs G.M.Rəcəbov məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Birinci instansiya məhkəməsi iddia tələbinin həcminin artırılması barədə iddia əriəsini geri qaytararaq, ona istinat etmişdir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayı Ərazi İdarəsi tərəfindən verilən çıxarışın ləğv edilməsi tələb edir. Bu tələb üzrə isə iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tələbinə əsasən iddia tələbinin həcmini artırması, yeni iddia verməməsi və həmin tələbi də bir-biri ilə bağlı tələbdir. Belə ki, yəni icra müqaviləsi ləğv olunarsa o zaman çıxarışın da ləğv olunması mətləqdir. Pretenziya qaydasına gəlincə isə məhkəmə kollegiyası qeyd edir ki, pretenziya qaydasına əməl etməyə zərurət yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən əsas iddia tələbinin artırılması ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsas ola bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konkensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presendetlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçının nümayəndəsi Vəkil şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 28 aprel 2021-ci il tarixli 2(060)-2949/2021 saylı qərardadı ləğv edlsin. İddiaçı iddia tələbinin həcminin artırılmasının icraata qəbul edilməsinə dair ərizəsi qəbul edilsin və mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2140/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2140/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver