Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2155/2020 25.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Lətifə Məhyəddin qızı Məmmədova (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlundan və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-673/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-673/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən 8611 (səkkiz min atlı yüz on bir) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Habil Əhmədov) Qətnamədən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh X8 İstehsalat Müəssisəsi MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən 8611 (səkkiz min altı yüz on bir) manat miqdarında ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X8 İstehsalat Müəssisəsi MMC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-i ilə əvəz edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli protokolu ilə iş üzrə cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə əvəz edilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cava bdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Ərizədə cavabdeh kimi keçmiş “X8 İstehsalat Müəssisəsi” MMC göstərilmiş, daha sonra cavabdehin əsl cavabdehlə əvəz olunması ilə bağlı iddiaçı tərəfindən ərizə təqdim edilmiş və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC cavabdeh qismində prosesə cəlb edilmişdir. Bundan sonra nümayəndə məhkəmə iclasında iştirak etmiş və iddia ərizəsinə etirazını və müəssisənin rekvizitlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ünvanından xəbərdar olmuşdur. Bunu Abşeron rayon Məhkəməsinin cavabdehə (ünvan Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun 6 göstərilmişdir) ünvanladığı xx.xx.2019-cu il tarixli məktubu sübut edir. Lakin məhkəmənin mübahisələndirilən qətnaməsində qeyd edilmişdir ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbədən də məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Qətnamənin əldə olunması ilə bağlı məhkəməyə edilmiş sorğuya cavab olaraq məhkəmə qətnamənin iddia ərizəsində qeyd olunmuş Abşeron rayonu, Güzdək qəsəbəsi ünvanına göndərildiyi qeyd olunmuşdur. Həmin ünvan keçmiş keçmiş “X8 İstehsalat Müəssisəsi” MMC-nin hüquqi ünvanı olmuşdur. Göründüyü kimi məhkəmə cavabdehin əsl cavabdehlə əvəz edilməsinə və əsl cavabdehin hüquqi ünvanını, eyni zamanda cavabdehin nümayəndəsinin telefon nömrəsini bilməsinə baxmayaraq məhkəmə prosesinin keçirilməsi ilə bağlı bildirişləri əsl olmayan cavabdehin ünvanına göndərmiş, bununla da bizim dinlənmə hüququmuzu kobud surətdə pozmuşdur. Eyni zamanda məhkəmənin xx.xx.2019-cu il tarixli iclasında təqdim edilmiş etiraz ərizəsində göstərilən xüsusatlara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, həmin ərizədə əməkhaqqı borcunun olmasını təsdiq edən sənədlərin olmadığı və cavabdeh tərəfindən əmək qanunvericiliyi ilə müəyyən olunmuş iddia müddətinin buraxılması səbəbindən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İş materiallarından da məlum olduğu kimi, iddiaçı xx.xx.2016-cı il tarixli № 10 saylı əmrlə öz xahişinə əsasən işdən azad edilmişdir. Azad edilərkən ona işdən azad olunması ilə bağlı əmrin surəti və əmək kitabçası verilmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən iddia xx.xx.2019-cu il tarixdə qaldırılmışdır. Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 296.4-cü maddəsinə əsasən Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən qəsdən pozulduğu gündür. Göründüyü kimi, işçi pul tələbi ilə əlaqədar iddia irəli sürmək hüququndan qanunvericilikdə müəyyən olunmuş müddətdə istifadə etməmişdir. İşçi tərəfindən əmək qanunverciliyi ilə müəyyən olunmuş iddia müddəti buraxılmış, hətta iddia irəli sürmək hüququnun qüvvədə olma müddətinin buraxılması ilə bağlı ərizə də təqdim edilmiş, lakin məhkəmə tərəfindən həmin ərizəyə münasibət bildirilməmişdir. Məhkəmə qətnaməsindən müəyyən olunur ki, məhkəmə şahid ifadələrinə və məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirmiş, işdə olan 01.01,2015-ci və 01.01,2014-cü il tarixli müəssisənin işçilərə olan əmək haqqı borclarının surətlərinə əsaslanaraq iddianı təmin etmişdir. Məhkəmə iclasında iştirak edən şahidlərlə bağlı bildirir ki, həmin şəxslərin də müəssisəyə qarşı əmək haqqı iddiaları vardır və şübhəsizdir ki, ifadə verərkən qərəzli olmuşlar. Əmək haqqı borcu ilə bağlı sənədlərə münasibətdə isə bildirilir ki, hər hansı sənədin əsli olmadan həmin sənədə əsaslanmaq mümkünsüzdür. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-673/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X5 izahatınd apelyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-673/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, o, cavabdeh “X8 İstehsalat Müəssisəsi” MMC-də 1978-ci ildən 2016-cı ilə qədər işləmiş, aylıq əmək haqqı 161 manat olmuşdur. 2008-ci il tarixdən 6 ay müddətində və qış aylarında ümumiyyətlə əmək haqqı ödənilməmişdir. 2015-ci il tarixdən isə heç bir ödəniş edilməmişdir. 2016-cı ildə öz xahişi ilə işdən azad olunmuşdur. Lakin 2015-ci il tarixə qədər olan əmək haqqısı hələ də həmin müəssisədə qalmaqdadır. Sözügedən məbləğ 8611 manat təşkil edir. Dəfələrlə müəssisəyə müraciət etməyinə baxmayaraq ona qalıq borcu ödəmirlər. Müxtəlif bəhanələrlə müəssisə ona olan borcu qaytarmaqdan imtina etmişdir. Bununla bağlı sübut kimi həmin müəssisənin keçmiş Baş Mühasibinin öz imzası ilə təsdiq etdiyi hesablama məktubu da vardır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)- 673/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki məhkəmə tərəfindən iddia tələbi təmin olunmuş, cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən 8611 (səkkiz min atlı yüz on bir) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddianı təmin edərkən ona istinad etmişdir ki, iddiaçının izahatından və şahid ifadələrindən müəyyən edildi ki, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də 1978-ci ildən 2016-cı ilə qədər işləmiş, aylıq əmək haqqı 161 manat olmuşdur. 2008-ci il tarixdən 6 ay müddətində və qış aylarında ümumiyyətlə əmək haqqı ödənilməmişdir. 2015-ci il tarixdən isə heç bir ödəniş edilməmiş, 2016-cı ildə öz xahişi ilə işdən azad olunmuşdur. Lakin onun 2015-ci il tarixə qədər əmək haqqı hələ də ona ödənilməmişdir. Sözügedən məbləğ 8611 (səkkiz min atlı yüz on bir) manat təşkil edir. Şahidlər X2 və X3 məhkəməyə verdiyi ifadəsində İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də həkim vəzifəsində işləməsini və qalıq əmək haqlarını almadığını təsdiq etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. İş materiallarında olan İddiaçı adına açılmış İT-1, ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.2016-cı ilə qədər «Azəraqrar»xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də (əvvəlki adı X8 istehsalat Müəssisəsi” MMC) müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet X4rumlarının dövlət reyestri məlumatlarından görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC xx.xx.2016-cı ildə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi X6r. (VÖEN **********) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 10629 saylı məlumatından görünür ki, həll olunması üçün ekspertiza qarşısında sualların tədqiqi üçün əlavə materialların zəruriliyi haqqında məhkəmə orqanına xx.xx.2019-cu il tarixli vəsatət göndərilmiş, lakin bir aydan artıq müddət keçməsinə baxmayaraq həmin vəsatət təmin olunmamışdır. Bu səbəbdən də qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamış, qərardad icrasız saxlanılmış və mülki iş materialları geri qaytarılmışdır. Azərbaycan Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 5-ci bəndinə görə işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə işdən azad olunmuş, cavabdehin ona hələ 2015-ci ildən borcu olması barədə məlumatı olsa da bu barədə xx xxxxxx 2019-cu ildə məhkəmədə iddia qaldırmaqla əmək münasibətlərindən irəli gələn hazırki tələb üzrə 1 illik iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İş materiallarından görünür ki, cavabdehin iddia ərizəsinə verdiyi etirazda və apelyasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5ci bəndinə əsasən iddia müddətinin ötürüldüyü qeyd olunmaqla iddianın təmin edilməməsi xahiş olunmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən buna qiymət verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia müddəti keçdiyi üçün hazırki iddia tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmasına dair gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə maddi hüquq normasını düzgün tətbiq etməməklə səhv qətnamə çıxarmışdır. Bu da Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəcsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vact əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392-393, 402, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-673/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2155/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2155/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver