Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2157/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “X7 Edilməsi AgentliyiMMC-nin nümayəndəsi X5 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönə ldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(060)-2319/2021 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(060)-2319/2017 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X1 21.886 ABŞ dolları əsas borc, 5.836 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün 134 ABŞ dolları faiz borcu (5%) və 500 ABŞ dolları cərimə pulu olmaqla, cəmi 28356 ABŞ dolları və ya ödənş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 30 manat məbləğində dövlət rüsumunun Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan “HYUNDAİ TUCSON” markalı, ** FM *** qeydiyyat nişanlı minik (buraxılış ili-2013, tip-universal, ban- 1MHJT81B0EU708173, mühərrik-G4KDDU025520, rəng-ağ ) avtomobilinin açıq hərracdan satılması, onun satışından əldə olunacaq vəsait hesabına X2 "xxxx" ASC-nə olan borcunun ödənilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən cavabdeh X4 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 "xxxx" ASC-nə olan 21.886 ABŞ dolları əsas borc, 5.836 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün 134 ABŞ dolları faiz borcu (5%) və 5.544 ABŞ dolları cərimə pulu olmaqla, cəmi 33.400 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu məbləğində borcun ipoteka predmeti olan “HYUNDAİ TUCSON” markalı, ** FM *** qeydiyyat nişanlı minik avtomobilinə (buraxılış ili-2013, tip-universal, ban- 1MHJT81B0EU708173, mühərrik-G4KDDU025520, rəng-ağ ) yönəldilməsi və avtomobilin açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə ediləcək məbləğ iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh X1 tutularaq "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh X4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, onun iştirakı təmin edilməmiş, keçirilmiş məhkəmə iclasları barədə məlumat verilməmişdir. Məhkəmə iclaslarından məlumatı olmadığı üçün özünü müdafiə etmək imkanı olmamışdır. Qəıtnamə ona rəsmi qaydada çatmamışdır, yalnız icra şöbəsi tərəfindən məlumat verildikdə qətnamə barədə məlumatı olmuşdur. Digər tərəfdən hazırki iş üzrə iddia müddəti ötürülmüşdür. Bu səbəbdən iddia müddəti tətbiq olunaraq hazırki iş üzrə iddia rədd edilməlidir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(060)-2319/2017 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “X7 Edilməsi Agentliyi MMC-nin nümayəndəsi X8 izahatında apelyasiya şikayətinin dəlillərinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(060)-2319/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh X4 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı təşkilatın apellyasiya şikayəti təmin edilməməli, qətnamədə dəyişiklik edilməli, “HYUNDAİ TUCSON” markalı, ** FM *** qeydiyyat nişanlı minik (buraxılış ili-2013, tip-universal, ban- 1MHJT81B0EU708173, mühərrik-G4KDDU025520, rəng-ağ ) avtomobilinin ilkin satış qiyməti 21000 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 16.09.2013-cü il tarixli, 01263 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" ASC-dən illik 17% olmaqla 36 ay müddətinə 25500 ABŞ dolları kredit almışdır. İş materaillarında olan 16.09.2013-cü il tarixli, 1263 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh məxsus “HYUNDAİ TUCSON” markalı, ** FM *** qeydiyyat nişanlı minik (buraxılış ili-2013, tip-universal, ban- 1MHJT81B0EU708173, mühərrik- G4KDDU025520, rəng-ağ ) avtomobili "xxxx" ASC xeyrinə ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA102315 saylı, 17.09.2013-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh məxsus “HYUNDAİ TUCSON” markalı, ** FM *** qeydiyyat nişanlı minik (buraxılış ili-2013, tip-universal, ban- 1MHJT81B0EU708173, mühərrik-G4KDDU025520, rəng-ağ ) avtomobili 16.09.2013-cü il tarixli, 1263 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC xeyrinə ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Baş Dövlət Yol Polisi İdarəsinə ünvanladığı bildirişin qeydə alınmasına dair 15.08.2016-cı il tarixli, 19/1788 saylı ərizədən görünür ki, Azərbaycan Beynəlxalq Bankı” ASC “HYUNDAİ TUCSON” markalı, ** FM *** qeydiyyat nişanlı minik (buraxılış ili-2013, tip-universal, ban- 1MHJT81B0EU708173, mühərrik- G4KDDU025520, rəng-ağ ) avtomobilinə tələbin yönəldilməsi barədə bildiriş təqdim edərək həmin bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmiş və həmin bildiriş qeydə alınmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsiin cavabdehdən 21.886 ABŞ dolları əsas borc, 5.836 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün 134 ABŞ dolları faiz borcu (5%) və 500 ABŞ dolları cərimə pulu olmaqla, cəmi 28356 ABŞ dolları və ya ödənş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 30 manat məbləğində dövlət rüsumunun Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan “HYUNDAİ TUCSON” markalı, ** FM *** qeydiyyat nişanlı minik (buraxılış ili-2013, tip-universal, ban- 1MHJT81B0EU708173, mühərrik-G4KDDU025520, rəng-ağ ) avtomobilinin açıq hərracdan satılması, onun satışından əldə olunacaq vəsait hesabına X2 "xxxx" ASC-nə olan borcunun ödənilməsi barədə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, iddiaçı təşkilat cavabdehdən yaranmış borcu tələb etməkdə haqlıdır. Borc məbləği mübahisələndirildiyindən məhkəmə qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 15.11.2021-ci il tarixli, 9/7310 saylı ekspert rəyindən görünür ki, müqavilə üzrə cavabdeh Cavabdeh 16.09.2016-cı il tarixinə əsas borcu üzrə 21886,56 ABŞ dolları, faiz borcu üzrə 5836,04 ABŞ dolları təşkil edir. Göründüyü kimi iddia tələbində tələb edilmiş borc məbləği ekspert rəyi ilə də təsdiqini tapmışdır. Həmçinin iddiaçının cavabdehdən müqavilə üzrə cərimə bocu tələb etmək hüququ da qanunveiciliyə uyğundur. Tərəflər arasıdna bağlanmış müqavilənin 6.10.1-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə və yaxud lazımınca icra etmədikdə, yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 20% miqdarında borc verənə dəbbə pulu ödəməlidir. İş materiallarından görünür ki, iddiaçı təşkilat cavabdehdən 5544 ABŞ dolları cərimə botcu tələb etmiş, birinci instansiya məhkəməsi düzgün olaraq tələb edilən cərimə məbləğinin yüksək olması qənaətinə gələrək cərimə borcunu 500 ABŞ dollları məbləğində müəyyən etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Bundan əlavə tələbin gecikdirilmiş vaxt üçün 134 ABŞ dolları faiz borcu (5%) hissəsinə qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tələbi həmin hissədə də təmin etməkdə haqlı olmuşdur. İş materiallarına əlavə edilmiş (i.v.4) maliyyə arayışından görünür ki, cavabdehin 31.10.2016-cı il tarixinə müqavilə müddətindən sonra ödənilməmiş gecikdirilmiş günlər üçün faiz borcu (5%) 134 ABŞ dolları təşkil edir. Göründüyü kimi cavabdehin banka olan borcunu ödəməməsinə görə bank qarşısında müqavilə müddəti bitəndən sonra 134 ABŞ dolları faiz borcu olması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulacaq borc məbləğinin ödənş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla tutulması barədə gəldiyi nəticədə də məhkəmə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bundan əlavə iddiaçı bankın ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Belə ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan “HYUNDAİ TUCSON” markalı, ** FM *** qeydiyyat nişanlı minik (buraxılış ili-2013, tip-universal, ban- 1MHJT81B0EU708173, mühərrik-G4KDDU025520, rəng-ağ ) avtomobilinin açıq hərracdan satılması, onun satışından əldə olunacaq vəsait hesabına X2 "xxxx" ASC-nə olan borcunun ödənilməsi barədə gəldiyi nəticəni əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1 maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmadığı halda ipoteka predmetinə tutmanın yönəldilməsi nəzərdə tutulmuşdur. Həmin Qanununun 39.3.3-cü maddəsinə əsasən işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tələb cavabdeh Cavabdeh Rəşid qızına məxsus HYUNDAİ TUCSON” markalı, ** FM *** qeydiyyat nişanlı minik (buraxılış ili-2013, tip-universal, ban- 1MHJT81B0EU708173, mühərrik- G4KDDU025520, rəng-ağ ) avtomobilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, onun satışından əldə olunacaq vəsait hesabına X2 "xxxx" ASC-nə olan borcunun ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə yuxarıda sadalanan hissələrdə əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qeyd edilən hissələrdə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili ilə razılaşmaq olmaz. Belə ki, iddiaçı təşkilat müqavilə üzrə borcu tələb etməkdə haqlı olmuşdur. Həmçinin cavabdehin dəlilləri keçirilmiş ekspertizanın rəyi ilə təkzib edilir. Bundan başqa apellyant iddia müddətinin ötürüldüyünü bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, 16.09.2016-cı il tarixində 36 ay müddətinə bağlanmıç, müqavilənin bitmə vaxtı 16.09.2016-cı ildir. İddiaçı təşkilat isə 25.01.2017-ci ildə məhkəməyə müraciəıt etmiş, yəni qanunla müəyyən eduilmiş müddət ərzində məhkəmədə iddia qaldırmışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan avtomobilin açıq hərracda satılmasını müəyyən etsə də avtomobilin ilkin satış qiymətini müəyyən etməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Qeyd edilən halın aydınlaşdırılması üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.11.2021-ci il tarixli, 9/7361 saylı rəyindən görünür ki, 2013-cü il buraxılışlı “HYUNDAİ TUCSON” markalı avtomobilin normal vəziyyətdə istifadəyə yararlı halda orta bazar qiyməti 21000 (iyirmi bir min) manat müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan avtomobilin ilkin satış qiyməti 21000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamədə dəyişiklik edilərək 2013-cü il buraxılışlı “HYUNDAİ TUCSON” markalı avtomobilin ilkin satış qiyməti 21000 manat müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(060)-2319/2017 saylı qətnaməsində dəyişiklik edilərək X3 məxsus “HYUNDAİ TUCSON” markalı, ** FM *** qeydiyyat nişanlı minik (buraxılış ili-2013, tip-universal, ban- 1MHJT81B0EU708173, mühərrik-G4KDDU025520, rəng-ağ ) avtomobilinin ilkin satış qiyməti 21000 (iyirmi bir min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manatın 50 (əlli) manatı iddiaçı "xxxx" ASC-dən, 50 (əlli) manatı cavabdeh X1 alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2157/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2157/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver