Məhkəmə qərarları › İş №2(105)-216/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-216/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-216/2020 04.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X7, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi X6 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-489/2018 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-489/2018 saylı qətnaməsi ilə (hakim S.M.Quliyeva) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X5 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsinə dair ilk və X3 İddiaçı ASC-yə qarşı ipoteka müqaviləsinin və borcun restruktizasiya razılaşmasının etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi barədə mülki iş üzrə ilk iddia təmin edilib, X1 83371,85 manat əsas borc, 3882,73 manat faiz borcu, 113,18 manat cərimə borcu, 934,50 manat faiz borcu üzrə cərimə olmaqla, cəmi 88302,26 manat borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin X3 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinə və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə yönəldilməsi, həmin girovun açıq hərracdan satılaraq satışdan əldə olunan vəsait hesabına 88302,26 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-489/2018 saylı qətnaməsinin ləğv edilib, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti X5 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X2 bankın xeyrinə 83371,85 manat əsas, 3882,73 manat faiz, 1047,68 manat cərimə olmaqla, cəmi 88302,26 manat borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin X3 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinə və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə yönəldilməsi, həmin girovun açıq hərracdan satılaraq satışdan əldə olunan vəsait hesabına 88302,26 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh X3 digər əmlakına, əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə, üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlaklarına yönəldilməsi, tələbin icrasını təmin edən başqa tədbirlərin görülməsi yolu ilə ümumi qaydada icra edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. X5 İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia verərək, xx xxxxxxx 2013-cü il tarixli, 016HOME392519 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx xxxxxx 2015-ci il tarixli razılaşmanın etibarsız hesab edilməklə borcun kredit verilən anda 73500 manat olması və həmin məbləğdən ödənilmiş 33036 manat çıxılmaqla borcun 40464 manat müəyyən edilməsi və həmin məbləğin illik 9 faiz olmaqla xx xxxxxx 2023-cü ilədək ödənilməsi, xx xxxxxxx 2013-cü il tarixli “Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” 016HOME392519/G saylı girov müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2018-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, digər şəxslərlə yanaşı, “xxxxxxxx” MMC tərəfindən inşa edilən həmin yaşayış kompleksində mənzil alınması üçün İddiaçı ASC-dən eyni şərtlərlə kreditlər almışlar. Kredit alınan zaman pul vəsaitləri kredit müqaviləsinin tərəfi olan Borcalana deyil, fərdi evlərin tikintisi ilə məşğul olan “xxxxxxxx” MMC-nin nümayəndəsinə verilmişdir. Başqa sözlə, kredit müqaviləsinə borcalan kimi o, imza atsa da, pul vəsaitləri ona deyil, MMC-nin nümayəndəsinə verilmişdir. Evlərin tikintisi üçün müvafiq icazələr sərəncamlar, kommunal xətlərin çəkilməsi üçün texniki şərtlər də məhz “xxxxxxxx” MMC-nin adına verilmişdir. Lakin şirkət tərəfindən öhdəliklər tam və lazımınca yerinə yetirilməmiş, evlərin təhvil verilməsi həyata keçirilməmişdir. Məlum olmuşdur ki, inşa edilmiş mənzillərin sahələri razılaşdırılmış sahələrdən azdır, həmçinin bir sıra digər qüsurlar da aşkar edilmişdir. Ona mənzilə dair hər hansı hüquqverici sənəd verilmədiyi halda, onun girov kimi qoyulması qanunvericiliyə ziddir. Bu səbəbdən “xxxxxxxx” MMC də işə cəlb edilməli idi. Bundan əlavə, tərəflər arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilənin 1.1-ci bəndində kreditin ABŞ dolları ilə verilməsi göstərilsə də, müqavilənin 1.3-cü bəndində verilmiş kredit Azərbaycan manatı ilə göstərilmişdir. Kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2015-ci il tarixli razılaşmada isə, güya kredit valyutasının ABŞ dolları olması göstərilmiş, 1 ABŞ dollarının 1,0550 manat olması nəzərə alınmaqla 79025,45 ABŞ dolları 83371,85 manata restrukturizasiya edilmiş, ona əsassız əlavə öhdəlik müəyyən edilmişdir. Kredit müqaviləsi bağlandığı andan Azərbaycan manatı olduğu halda, həmin müqavilənin şərtlərinə zidd olmuş restrukturizasiya barədə xx.xx.2015-ci il tarixli razılaşma etibarsız hesab edilməlidir. Bank tərəfindən ipotekaya götürülmüş ona məxsus torpaq sahəsinin məbləği manatla göstərilmişdir. Qeyd edilən hal bir daha təsdiq edir ki, ona kredit manatla verilmiş, sonradan manata restrukturizasiya edilməsi haqqında hər hansı razılaşma etibarsızdır.Eyni zamanda “İpoteka haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış yaşayış evinin və ya tikilməkdə olan çoxmənzilli evdəki mənzilin ipotekasına daşınmaz əmlakın dövlət reyestrində ipoteka qoyanın həmin yaşayış evinə və mənzilə bu Qanunun 11.6-cı maddəsiunə uyğun olaraq qabaqcadan qeydiyyata alınmış hüququ əsasında yol verilir. Lakin tikintisi başa çatdırılmamış yaşayış evinə X3 qabaqcadan qeydiyyata alınmış hüququ olmamışdır. Qarşılıqlı iddia tələblərinin istinad etdiyi hallardan biri də ondan ibarət idi ki, Cavabdeh1 verilən kreditin müqabilində tikilməli olan fərdi yaşayış evinin faktiki sahəsi layihədə göstərilən sahədən əhəmiyyətli dərəcədə az olmuşdur. Bu səbəbdən “xxxxxxxx” MMC hazırkı mübahisə üzrə işə cəlb edilməli və Cavabdeh1 imza etdiyi, əslində isə fərdi ev tikintisinin həyata keçirilməsi üçün faktiki olaraq birbaşa “xxxxxxxx” MMC-yə verilmiş kredit məbləği müqabilində layihədə göstərilmiş sahədən xeyli az, yəni, 187.4 kv.m. əvəzinə, 145.8 kv.m sahəsi olan ev verilmişdir. Məhkəmə isə ilkin iddiaçının bu dəlilinə inanmışdır ki, guya, eyni tipli kotteclərdən ibarət olan və tikintisi eyni vaxtda, vahid layihə əsasında həyata keçirilən yaşayış kompleksi ayrı-ayrı şəxslər (o cümlədən, M. Şahmuradov) tərəfindən fərdi qaydada onların özü tərəfindən həyata keçirilmişdir və “xxxxxxx” MMC-nin və İddiaçı ASC-nin bu layihəyə aidiyyəti yoxdur. Yəni Bank güya külli miqdarda çoxsaylı kreditləri yalnız fərdi ev tikdirmək istəyən şəxslərin sadəcə müraciətinə əsasən, heç bir real girov təqdim edilmədən vermişdir. Həmin şəxslər krediti götürüb bütövlükdə qaytarmaya da bilərdi. Sübut etməyə ehtiyac yoxdur ki, bankın belə sadəlövh "dəlil" göstərməsi tamamilə əsassızdır və əlbir olduğu “xxxxxxx” MMC-nin vəzifəli şəxslərini məsuliyyətdən yayındırmaq məqsədi güdür. Halbuki, işdə olan çoxsaylı sübutlardan, o cümlədən səlahiyyətli dövlət orqanlarının məhkəmənin sorğusuna verdiyi cavablardan aydın görünür ki, yaşayış kompleksi vahid layihə əsasında inşa edilmişdir və bununla bağlı icazələr, texniki şərtlər və s. sənədlər “xxxxxxx” MMC-nin adına olmuşdur. Tikiləcək kompleksin Eskiz layihəsi “xxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxx“RAM MMC tərəfindən hazırlanmışdır. Qeyd edilənlər yaşayış kompleksinin inşası ilə bağlı layihənin həyata keçirilməsinə dair ilkin iddiaçı olan Bank və “xxxxxxx” MMC arasında həmin layihənin maliyyələşdirilməsi ilə bağlı müqavilə və ya hər hansı digər formada razılaşma olduğuna dəlalət edir. Belə olan halda, vətəndaşların kütləvi surətdə aldadılması (fərdi yaşayış evlərinin nəzərdə tutulan sahədən əhəmiyyətli dərəcədə az olması, mülkiyyət hüququna dair çıxarışların verilməsinin təmin edilməməsi, kommunal xərclərin hüquqi şəxslərə tətbiq olunan tariflərlə alınması və s.) faktları ilə müşayiət olunan layihənin icraçısının məhkəmə prosesinə cəlb edilmədən mübahisənin birtərəfli, qərəzli və maddi, prosessual hüquq normalarının kobud surətdə pozulması ilə müşayiət olunması ilə həll edilməsi yolverilməzdir. Belə ki, tikinti başa çatdıqdan sonra “xxxxxxxx” MMC evlərin təhvil verilməsini həyata keçirməmiş, yalnız oraya köçmək üçün icazə verildiyini bildirmişdir. İş materiallarında olan ekspertiza rəyindən də görünür ki, inşa edilmiş fərdi evlərin sahələri razılaşdırılmış sahələrdən azdır, həmçinin bir sıra digər qüsurlar da aşkar edilmişdir. Belə ki, razılaşmaya əsasən Cavabdeh1 təhvil verilməli olan evin sahəsi 187.4 kv.m. olmalı idi, lakin evə köçdükdən sonra məlum olmuşdur ki, evin faktiki sahəsi 145.8 kv.m.-dir. Bankla M.Şahmurodov arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsində də evin sahəsi 187.4 kv.m. göstərilmişdir. “xxxxxxxx” MMC-nin özünün verdiyi maliyyə arayışından da görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Park Solero” evlər kompleksi “xxxxxxxx” MMC-yə məxsusdur. Sonradan həmin arayışın əsli Bank tərəfindən tələb edilərək alınmışdır. Həmin fərdi yaşayış evinin ümumi sahəsi 187.4 kv.metr olmalı idi. Evin inşasının başa çatmasından uzun müddət keçməsinə baxmayaraq, hazıradək evə dair hər hansı hüquqverici sənəd verilməmişdir. “xxxxxxxx” MMC ilə danışıqlar zamanı bildirir ki, guya, həmin binaya aidiyyəti yoxdur və bu səbəbdən mülkiyyət hüququna dair çıxarış alınması üçün heç bir məsuliyyət daşımır. Halbuki “xxxxxxxx” MMC-yə qarşı qaldırılmış iddia üzrə məhkəmə tərəfindən Abşeron rayon İcra hakimiyyətindən həmin binanın inşası üçün verilmiş sərəncam tələb edilmiş və məhkəmənin sorğusu əsasında təqdim edilmiş sənədlərdən də məlum olmuşdur ki, sərəncam “xxxxxxx” MMC-nin adına verilmişdir. Bundan başqa, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 624 saylı məktubu ilə də Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Park Solero” evlər kompleksinin sifarişçisinin “xxxxxxxx” MMC olmaqla, tikintisinin də "xxxxxxxx” MMC tərəfindən aparıldığı təsdiqlənmişdir. Məhkəmə iclasında yaşayış kompleksində yasayan sakinlər şahid qismində ifadə verərək bildirmişlər ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Park Solero” evlər kompleksi “xxxxxxxx” MMC şərəfindən inşa edilmiş, həmin evlərlə bağlı tərəflər arasında müqavilə bağlanmış, maliyyə arayışları verilmiş, "İddiaçı" ASC ilə müqavilə bağlanarkən həmin müqavilələr və maliyyə arayışları onlardan götürülmüşdür. Lakin bəzi səxslərdə maliyyə arayışlarının əsilləri qalmışdır. Həmçinin, məhkəmənin sorğusuna cavab olaraq Abşeron rayon İcra Hakimiyyəti “xxxxxxx” MMC-nin Layihəsmeta sənədlərini məhkəməyə təqdim etmiş və qeyd edilmişdir ki, həmin sənədlər ’Atilla" şirkəti tərəfindən hazırlanmış və ümumi sahəsi 169375 kv.metr olmaqla, A, B, C tipli 71 kotecin tikilməsinə icazə verilmişdir. “xxxxxxxx” MMC isə 250 ədəd başqa tipli villa və kotteclər inşa etmişlər. Həmin evləri tikəndən sonra, Lisenziyası yalnız 2014-cü ildə (yəni, evlərin tikildiyi 2013cü ildən sonra) alınmış "Arxitektura və Dizayn" şirkətinə ayrıca eskiz layihələri çəkdirsə də, İcra Hakimiyyəti ilə razılaşdırmamışlar. Yəni, evlər razılaşdırılmış layihə əsasında deyil, tamam başqa layihə əsasında və başqa tipdə tikilmişdir. Həmçinin, həmin iş üzrə məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi şərəfindən verilmiş xx.xx.2018-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ilkin iddiaçının “girov qoyulmuş” kimi təqdim etməyə cəhd etdiyi əmlaka dair dövlət reyestrində hec bir qeydiyyat yoxdur. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi tərəfindən vəkil sorğusuna cavab olaraq, bildirilmişdir ki, tikintinin sifarişçisi “xxxxxxxx” MMC-dir. Bundan başqa, nəzərə alınmalıdır ki, Abşeron rayon İH-nin Memarlıq və Tikinti söbəsinin müdiri Akif Əliyev vəkil M.Mustafayevin vəkil sorğusuna cavab olaraq bildirmişdir ki, həmin kompleksin tikintisinə Abşeron rayon İH tərəfindən nəzarət edilir. Lakin Abşeron rayon İH-nin “nəzarət etdiyi” kompleksdə 71 ədəd A, B, C tipli kottec əvəzinə, layihədən kənar 250 ədəd başqa tipli koteclər tikilmişdir. Belə olan halda, Abşeron rayon İH-nin nəyə nəzarət etdiyi aydın deyil. 13 saylı Hüquq Məsləhətxanasının verdiyi xx.xx.2016-cı il tarixli sorğuya cavab olaraq, 2 saylı X8 bildirmişdir ki, “xxxxxxxx” MMC-nin təsisçiləri X13, X14, X11r. Hesabları da İddiaçı ASC-də açılmışdır. İddiaçı ASC-nin də təsisçiləri X13, X11r. Bundan başqa, məhkəmə DƏDRX-nin 4 saylı ərazi İdarəsinə sorğu verərək, həmin kompleksdəki evlərə mülkiyyət hüququna dair bir neçə şəxsə çıxarışlar verilməsi üçün Bankın razılıq məktublarının surətini tələb etmişdir. Həmin sorğu əsasında məhkəməyə təqdim edilmiş İddiaçı ASC-nin məktublarından da görünür ki, Bank evlərin məhz Abşeron rayon İH-nin xx xxxxxx 2008-ci il tarixli, 165 saylı sərəncamına əsasən “xxxxxxxx” tərəfindən tikildiyini və həmin fərdi yaşayış evlərinin sahələrinin “xxxxxxxx” MMC tərəfindən Cavabdeh1 və digərlərinə 187.4 və 166.1 kvadratmetr vəd edildiyini bilirmişdir. Belə olan halda, evlərin guya, “xxxxxxxx” MMC tərəfindən deyil, kredit alanların özü tərəfindən tikildiyi və “xxxxxxxx” MMC ilə heç bir əlaqəsinin olmadığı barədə Bankın dəlillərinin tamamilə əsassız olduğu aşkardır. Bundan əlavə, məhkəmə kredit müqaviləsi, uzrə borc məbləğinin müəəyən edilməsinə dair ekspertiza rəyinə istinad edərək, əsas borcun 88371.85 manat, faiz borcunun 3939.32 manat olduğunu qeyd edir. Halbuki həmin məbləğlərin birinci dəfə keçirilən ekspertiza tərəfindən duzgun hesablanmadığına dair məhkəməyə vəsatət verərək, iş üzrə təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. Belə ki, ekspert tərəfindən İddiaçı ASC-yə ödənilmiş 3300 manata dair qəbzi nəzərə almamışdır. Sonrakı ekspertiza isə həmin məbləğin guya faizə silindiyi barədə rəy vermiş və yenə də birinci ekspertizanın rəyındəki borcu və faiz məbləğlərini təkrarlamışdır. Lakin məhkəmə bu hala əhəmiyyət verməmişdir ki, necə olur ki, 3300 manatı nəzərə almamış birinci ekspertiza rəyi ilə həmin məbləği nəzərə almış ikinci ekspertiza rəyi nəticə etibarı ilə eyni rəqəmləri çıxarmışdır. Bundan əlavə, məhkəmə açıq hərracda satılmasını qət etdiyi fərdi yaşayış evinin ilkin satış qiymətinin 108760 manat qiymətləndirilməsinə də münasibət bildirmədən, evin həmin qiymət üzərindən hərraca çıxarılmasını qət etmişdir. Halbuki, həmin kompleksdə sahəsi daha az olan fərdi yaşayış evi “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən 196400 manat qiymətləndirilmişdir və həmin rəyə istinad edən məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Həmçinin qeyd edilməlidir ki, həmin qiymətləndirmə xx.xx.2017-ci il tarixdə, yəni 2 il 4 ay qabaq aparılmışdır ki, həmin vaxtdan sonra daşınmaz əmlak bazarında əhəmiyyətli dərəcədə dəyişiklik olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi İddiaçı ASC-nin nümayəndəsi A.E.Mikayılov apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 və ilk iddia üzrə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilk iddia üzrə Cavabdeh2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2013-cü il tarixli, 016HOME392519 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Bank) tərəfindən cavabdeh X4 (Kredit Alan) 84 ay müddətinə, illik 9 faizlə 93870 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxxx 2013-cü il tarixli, 016HOME392519 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx xxxxxx 2015-ci il tarixli razılaşmaya əsasən verilmiş kreditin qalıq məbləği (kurs 1.0550) manata konvertasiya edilərək kredit məbləği 83371,85 manat, kreditin müddəti 99 ay, faizi illik 9 faiz müəyyən edilmişdir. xx xxxxxxx 2013-cü il tarixli, 016HOME392519/ASİ saylı ipoteka müqaviləsindən görünür ki, Kredit xətti müqaviləsindən və həmin müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşmalarından irəli gələn öhdəliklərinin icrasının təmini kimi borclu X5 (İpoteka Verən) öz mülkiyyətində olan, qiyməti 10000 manat dəyərində qiymətləndirilmiş ünvan 1i ünvanında yerləşən 0,0267 ha torpaq sahəsini İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. “X12” MMC-nin xx.xx.2017-ci il tarixli rəyinə əsasən X3 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsi və onun üzərindəki yerləşən fərdi yaşayış evinin orta bazar qiyməti 108760 manat təşkil edilir. “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, A-04/280 saylı qiymətləndirmə rəyi ilə X3 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsi və onu üzərində yerləşən fərdi yaşayış evinin (ipoteka predmetinin) hazırki vəziyyətdə orta bazar qiyməti 296000 manat müəyyən edilmişdir. “xxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, G-/50 saylı qiymətləndirmə rəyi ilə X3 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsi və onu üzərində yerləşən fərdi yaşayış evinin (ipoteka predmetinin) hazırki vəziyyətdə orta bazar qiyməti 128.000 manat və Likvid dəyəri 110.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi idia ərizəsini təmin etdikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448, 449.4, 462.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh X5 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli, 016HOME392519 saylı kredit müqaviləsi və həmin müqavilənin restrukturizasiyasına dair xx xxxxxx 2015-ci il tarixli razılaşmaya əsasən verilmiş kredit üzrə X3 banka 83371,85 manat əsas borc, 3882,73 manat faiz borcu, 113,18 manat cərimə borcu, 934,50 manat faiz borcu üzrə cərimə olmaqla, cəmi 88302,26 manat borcun olması işdə olan maliyyə arayışı və digər sübutlarla təsdiqini tapır. İddia ərizəsi üzrə tələb edilən borc məbləğinin ipoteka predmeti olan X3 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinə və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə yönəldilməsi barədə nəticəyə hüquqi münasibət bildirən birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərə dair ipoteka predmeti olan əmlakın Bank qarşısında öhdəliklərin icrası kimi qəbul edərək həmin münasibətlərin tənzimlənməsini əsaslandıran halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1; 269.4; 270.1; 276.1; 297; 298; 317; 319.1; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33; 34; 36, 41.2, 47.5, 49 və 59.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi ipoteka pöredmeti olan əmlakat tələbin yönəldilməsi barədə düzgün nəticəyə gəlmiş olsa da, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməmişdir. Bu halın aradan qaldırılması üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edirki, «xxxxxxxx» MMC-nin xx.xx.2020-ci il tarixli, G \50 saylı qiymətləndirmə rəyi ipoteka predmetinin real dəyərini özündə əks etdirdiyi üçün həmin rəy sübut növü kimi qəbul edilib, ipoteka predmetinin ilkin satış qiyməti ( likvid dəyəri) 110.000 manat məbləğində müəyyən edilməsi daha əsaslı və məqsədə müvafiqdir. İş materialları ilə müəyyən olur ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətləri barədə müxtəlif mütəxəssis rəyləri vardır və həmin əmlakların dəyəri müxtəlif olub, biri-digərini tamamlamadığına görə ipoteka prdmeti olan əmlakın qiymətində mövcud olan qeyri-müəyyənliyi aradan qaldırmaq üçün həmin əmlakın orta, real və faktiki qiymətləri müəyyən edilməlidir. X3 xx xxxxxxx 2013-cü il tarixli, 016HOME392519 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx xxxxxx 2015-ci il tarixli razılaşmanın etibarsız hesab edilməklə borcun kredit verilən anda 73500 manat olması və həmin məbləğdən ödənilmiş 33036 manat çıxılmaqla borcun 40464 manat müəyyən edilməsi və həmin məbləğin illik 9 faiz olmaqla xx xxxxxx 2023-cü ilədək ödənilməsi, xx xxxxxxx 2013-cü il tarixli “Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” 016HOME392519/G saylı girov müqaviləsinin etibarsız hesab edilməsinini xahiş etsə də, qarşılıqlı iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş və tərəflərin arasında bağlanmış kredit müqaviləsinin etibarsızlıq hallarının əsasları hallarını təsdiq edənheçbirsübuttəqdimedəbilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi - «X3 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinə və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinin ilkinsatışqiyməti (likvid dəyəri) 110.000 manat məbləğində müəyyən edilməli, qətnamə –qalan hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-489/2018 saylı qətnaməsi dəyişdirilsin. «X3 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinə və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinin ilkinsatışqiyməti (likvid dəyəri) 110.000 manat məbləğində müəyyən edilsin. Qətnamə – «X1 83371,85 manat əsas borc, 3882,73 manat faiz borcu, 113,18 manat cərimə borcu, 934,50 manat faiz borcu üzrə cərimə olmaqla, cəmi 88302,26 manat borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulsun, tələb X3 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinə və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə yönəldilsin, həmin girov açıq hərracdan satılsın satışdan əldə olunan vəsait hesabına 88302,26 manat məbləğində borc və 30 manat dövlət rüsumu ödənilsin, ilk iddia qalan hissədə təmin edilməsin və qarşılıqlı iddia ərizəsi təmin edilməsin» hissələrində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar