Məhkəmə qərarları › İş №2(105)-2162/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2162/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2162/2020 04.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1133/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh 1628,86 manat əsas, 1200,46 manat faiz borcunun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumunun İddiaçı X1 xeyrinə ödənilməsi barədə əmr çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli məhkəmə əmri ilə Cavabdeh 1628,86 manat əsas, 1200,46 manat faiz borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb İddiaçı-nə keçirilməsi əmr olunmuşdur. Cavabdeh əmrə qarşı etirazına əsasən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qərardadı ilə məhkəmənin xx xxxxxx 2017-ci il tarixli 2(067)4297 saylı əmri ləğv edilərək materiallar iddia icraatına keçirilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1133/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. (hakim Anar Sadıqov) Qərardaddan İddiaçı tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi, işə baxılması xahiş edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1133/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı-nin şikayəti onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanunsuzdur. Belə ki, qərardadda qeyd edilən Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın kreditlərin restrukturizasiyası ilə bağlı müddəları xx.xx.2020-ci il tarixədək qüvvədə olmuşdur. Həmin müddət başa çatdığından hazırda bu krediti restrukturizasiya etmək mümkün deyildir. Yəni əsaslı sayılsa belə pretenziya şərtini hazırda yerinə yetirmək mümkün deyildir. Azərbaycan Respublikası MPM-in 259-cu maddəsində isə pretenziya imkanı davam etdiyi təqdirdə pretenziyaya görə ərizənin baxılmamış saxlanmasını nəzərdə tutulur. Digər tərəfdən qeyd olunan Fərmanın təsiri dairəsinə düşən kredit müqavilələsinin restrukturizasiyası məqsədi ilə Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanına bank tərəfindən bildiriş göndərilmiş və həmin ünvanda yaşayan F.Əsgərli adlı şəxs tərəfindən bildiriş qəbul edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanının icrası ilə bağlı respublika ərazisindəki bütün kütləvi informasiya vasitələrilə əhaliyə bu barədə geniş məzmunlu məlumatlar verilmiş və həmin fərmanın icrası ilə bağlı banklarda problemli kreditləri olan vətəndaşlara həmin banklar tərəfindən hər hansı bir bildirişin göndərilməsi vəzifəsi qoyulmamışdır. Həmin fərmandan yararlanmaq bir növ vətəndaşın hüququ kimi təsbit edilərək nəzərdə tutulmuşdur. Buna baxmayaraq İddiaçı əlindəki imkan və resurslardan istifadə edərək fərmanın icrasının maksimum səviyyədə icra olunması məqsədilə vətəndaşlara bu barədə bildirişlərin göndərilməsi, həmçinin onların telefon vasitəsilə məlumatlandırılmasını da həyata keçirmişdir.Nəticə etibarilə, məhkəmə iddia ərizəsini əsassız şəkildə baxılmamış saxlamaqla iddiaçının onsuz da pozulmuş hüququnun bərpası üçün məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Odur ki, qərardadın ləğv edilərək işə baxılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında şikayətin dəlilərinə etiraz edirəkj onun təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1133/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə İddiaçı-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanının təsiri düşməsini müəyyən edərək iddia ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd edilən əsaslarla geri qaytararkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəyə minmişdir. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Qeyd edilən Fərmandan görünür ki, fərmana əsasən kredit müqaviləsi üzrə kreditlərin restrukturizasiya edilməsi xx.xx.2019-cu il tarixədək davam etdirilməlidir. xx.xx.2017Hazırki işdən görünür ki, iddiaçı bank iddia ərizəsi ilə məhkəməyə xx.xx.2017-ci il tarixdə müraciət etmiş, iş üzrə xx xxxxxx 2017-ci il tarixli məhkəmə əmri ilə Cavabdeh 1628,86 manat əsas, 1200,46 manat faiz borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb İddiaçı-nə keçirilməsi əmr olunmuşdur. Həmin məhkəmə əmrinə qarşı cavabdeh etiraz ərizəsi ilə xx.xx.2020-ci il tarixdə müraciət edərək məhkəmə əmrinin ləğv edilərək iddia icraatına keçirilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilmişdir. Bundan sonra məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(067)1133/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi, iş üzrə məhkəmə əmri xx.xx.2017-ci il tarixdə qəbul edilmiş, ona dair etiraz ərizəsi isə xx.xx.2020-ci il tarixdə verilmişdir. Bununla da müəyyən edilir ki, məhkəmə əmri yuxarıda qeyd edilən Fərmandan 2 ilə yaxın müddət əvvəl qəbul edilmiş, cavabdeh isə məhkəmə əmrinə etiraz ərizəsini Fərmanın təsir müddətindən, yəni xx.xx.2019-cu il tarixdən sonra vermişdir. Eyni zamanda da, Fərmanın təsir müddəti ərzində, yəni xx.xx.2019-cu il tarixədək kredit müqaviləsinin restrukturizasiyası üçün iddiaçı banka müraciət etməmişdir. Həmçinin iddiaçı bank xx.xx.2019-cu il tarixdə Cavabdeh ərizə ilə müraciət edərək (i.v.33) Azərbaycan Respublikası Prezidentin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən banka olan 6066,65 manat məbləğində kredit borcu üzrə hesablanmış ümumilikdə 2380,42 manat məblə\ğində faiz, cərimə və rüsumlar silinərək cəmi 3686,23 manat məbləğində əsas kredit borcunun cari məzənnəyə uyğun olaraq Azn balyutası ilə illik 1 faizlə, ilk 12 ay güzəştli müddət olmaqla 60 ay müddətinə yenidən rəsmiləşdirilməsi barədə məlumat vermiş, göndərilən məktub xx.xx.2019-cu il tarixdə alınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə kredit müqaviləsi yuxarıda qeyd edilən Fərmanın təsiri altına düşsə belə, həmçinin ona bu barədə məktubla məlumat göndərilsə də, cavabdeh Fərmanın təsir müddətində, xx.xx.2019-cu il tarixədək banka müraciət edərək kredit müqaviləsinin restrukturizasiyası üçün ərizə verməmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi cavabdehin məhkəmə əmrinə etirazı qəbul edilərək məhkəmə əmrinin ləğv edilməsi, iddia icraatına keçirilməsi barədə düzgün nəticəyə gəlsə də, iddia ərizəsinə mahiyyəti üzrə baxmaq əvəzinə iddia ərizəsinin baxılmamış saxlanılması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1133/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1133/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Xaçmaz rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar