Məhkəmə qərarları › İş №2(105)-2162/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2162/2022

14.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2162/2022 14.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3898/2022 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti üzrə işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(060)-4066/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılmaqla Cavabdeh uşaqları - xx.xx.2012-ci il təvəllüdlü Kərimli Ülvinin və xx.xx.2014-cü il təvəllüdlü Kərimli Ümidin yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər birinə 200 manat olmaqla 2 uşağa görə 400 manat sabit pul məbləğində alimentin və məhkəmə, mediasiya xərclərinin onun nəfinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(060)-4066/2015 saylı qətnaməsinə əsasən onun Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilərək cavabdehdən uşaqları xx.xx.2012-ci il təvəllüdlü Kərimli Ülvinin və xx.xx.2014-cü il təvəllüdlü Kərimli Ümidin yetkinlik yaşına çatanadək saxlanılmaları üçiin hər ay hər birinə 108 manat olmaqla 2 uşağa görə 216 manat məbləğində alimentin tutulması qət edilmişdir (hakim Təhminə Xəlilova). Hazırda Respublika üzrə 1 uşağın saxlanılması minimum 193 manat təşkil edir, uşaqlarının hər ikisi məktəbyaşlıdırlar və onların maddi məsrəfləri ilbəil artır, lakin o, bu məsrəfləri qarşılamaq imkanında deyil, bu da uşaqlarının mənafeyinə mənfi təsir göstərir. Cavabdeh fərdi işlərdə çalışır, qazanc və gəlirə malikdir, maddi imkanı yaxşıdır, buna görə də alimentin sabit pul məbləğində, hər ay üçün hər uşağa 200 manat olmaqla 2 uşağa görə 400 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun bilir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3898/2022 qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-4066/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. (hakim Günel Tanrıverdiyeva) Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş, növbəti məhkəmə baxış iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə İddiaçı məhkəmə kollegiyasına ərizə ilə müracət etmiş və alimentin artırılması barədə iddia tələbindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinin tələbinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtinası qanuna zidd olmadığından və digər şəxslərin mənafeyinə toxunmadığına görə məhkəmə tərəfindən qəbul edilməli, bununla bağlı birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3898/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-265, 365, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3898/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar