Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2164/2020 27.07.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə (hakim R.V.Kazımov) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə əsaslandırılmış rəy təqdim edilənədək 2(029)-390/2020 saylı iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdə iştirak edən və iştirak etməyən şəxslərdən və orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadığından Azərbaycan Respublikası DİN BYPİ-dən və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X1 cavabdehlərin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın olub-olmaması barədə məlumatların təqdim olunması, aşkarlandığı halda iddianı təmin etmək üçün onların üzərinə həbs qoyulması barədə qərardad, cavabdehlərdən müştərək qaydada ona dəymiş 3477 manat məbləğində maddi ziyanın, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, smeta tutulması üçün ödənilmiş 50 (əlli) manat, ümumilikdə 3557 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin iş üzrə məhkəmə avtotexniki-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılması barədə qərardad qəbul edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Cavabdeh1 ona vurduğu 477 manat maddi ziyanın məbləği ilə razı olmadığını bildirsə də qeyd olunan məbləğ qanuni qüvvəyə minmiş Qusar Rayon Məhkəməsinin 3(029)-350/2019 nömrəli xx xxxxxxx 2019cu il tarixli qərarı ilə müəyyən edilmişdir. Cavabdeh həmin məhkəmə prosesində ona vurduğu ziyanın məbləği ilə tam razılaşmış, məhkəmə qərarını mübahisələndirməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.2-ci maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Lakin məhkəmə bunları nəzərə almamışdır, ekspertiza təyin etmişdir və icraatı dayandırmışdır. Qusar Rayon Məhkəməsinin iş üzrə icraat dayandırılması barədə xx xxx 2020-ci il tarixli qərardadını ləğv edərək iş üzrə icraatın bərpa olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı şikayəti müdafiə etdi, şikayətə uyğun izahat verdi və şikayətin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 255.0, 255.0.5-ci maddələrinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzvə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 256.0.2-ci maddəsinə əsasən bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən dayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışının nəticələri məlum olanadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək, məhkəmə tapşırıgına cavab alınanadək iş üzrə icraat dayandırılır. Odur ki, məhkəmə kollegiyası İddiaçı birinci instansiya məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş qərarın olmasını nəzərə alınmaması və iş üzrə ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq işin dayandırılmamasının düzgün olmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, bu məsələyə işə mahiyyəti üzrə baxıldığı vaxt qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin iş üzrə xx xxx 2020-ci il tarixli 2(029)-390/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2164/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2164/2020
27.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver