Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2165/2020 11.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh «xxxxxx» Firmasını sahibi və təsisçisi Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər «xxxxxx» Firmasını faktiki sahibi və təsisçisi Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(029)-186/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(029)-186/2020 saylı qərardadı ilə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında olan Cavabdeh1 Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə mahiyyəti üzrə baxılıb həll edilənədək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. (hakim Vəkil) Qərardaddan narazı qalan İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-186/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. İddiaçı şikayət ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, cinayət işinin icraatının dayandırılması iş üzrə icraatın dayandırılmasına əsas ola bilməz, prosessual qanunvericiliyə ziddir. Ona görə şikayət təmin olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı şikayətə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında cavabdeh «xxxxxx» Firmasını sahibi və təsisçisi Cavabdeh1 şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Əlavə etdi ki, aralarında mübahisənin barışıq yolu ilə həlli üçün danışıqlar gedir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə göstərilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və verilmiş şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(029)- 186/2020 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Qusar Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 18-ci fəslində iş üzrə icraatın dayandırılması halları müəyyən edilmişdir Həmin Məcəllənin 254.1.4-cü maddəsinin tələblərinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; hakim iş üzrə icraatı dayandıra bilər. Qeyd olunan normanın tələbindən də göründüyü kimi iş üzrə icraatın dayandırılmasına əsas olan hallardan biri də məhkəmə icraatı qaydasında baxılan digər işin hazırki mülki işlə biləvasitə bağlı olması və onun həll edilməsini mümkünsüz etməsidir. Qeyd olunan halda iş üzrə obyektiv və ədalətli nəticənin əldə olunması üçün məhkəmə tərəfindən iş üzrə icraat dayandırılır. İşdən görünür ki, birinci instansiya məhkəməsi məhkəmə icraatı qaydasında yox, hələ məhkəməyədək icraatda olan Cavabdeh1 cinayət işi üzrə icraata istinad edərək hazırki mülki işin icraatını dayandırmışdır. Halbuki, qanunverici biləvasitə məhkəmə icraatı qaydasında baxılan işləri dayandırma əsası kimi müəyyən etmişdir. Belə olan halda hazırki mülki iş üzrə icraatın dayandırılması üçün əsaslar yaranmamışdır. Bu səbəbdən iş üzrə icraatın dayandırılması, işin həllinin gecikdirilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0 və 398.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunan Məcəllənin 399-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 395-396, 398, 400, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(029)-186/2020 saylı qərardadı ləğv edilsin. Mülki iş, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Qusar Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2165/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2165/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver