Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2170/2020 17.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-42/2020 saylı qətnaməsindən iddiaçı “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-42/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) iddiaçı “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının xeyrinə 2871,21 manat əsas borc, 145,72 manat faiz borcu, ümumilikdə 3016,93 manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manatın tutulması, tələbin Cavabdeh məxsus ** CE *** dövlət qeydiyyat nömrə nişanlı, “VAZ-21074 minik” markalı (buraxılış ili 2011, ban-XTA210740B3103428, rəngi-boz metal) avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçı “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğin Cavabdeh alınaraq “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatın hesabına ödənilməsi qət edilmiş, iddiaçı “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 4232 manat əsas borc, 3152,61 manat faiz borcu, ümumilikdə 7390,61 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulub “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan ** CE *** dövlət qeydiyyat nömrəli, “VAZ-21074 minik” markalı (buraxılış ili 2011, ban- XTA210740B3103428, boz metal rəngli) avtomobilə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanın yönəldilərək açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti ilə “AqrarKredit” qapalı səhmdar cəmiyyətinin arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin problemli aktivlərinin tələb hüququ “AqrarKredit” qapalı səhmdar cəmiyyətinə keçmişdir. “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı keçmiş, “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin problemli aktivlərinin tələb hüququnun idarə edilməsini İddiaçı həyata keçirir. Qeyd edilmiş xidməti müqaviləyə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti ilə “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı arasında S-AVK-1556 saylı, xx.xx.2017-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının tərəfindən borclu şəxs Cavabdeh dair sənədlər təhvil-təslim aktına əsasən İddiaçınə verilmişdir. “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında xx.xx.2011-ci il ltarixli, 144/11 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə 24 ay müddətinə 5850 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-CE-*** dövlət qeydiyyat nömrəli, “VAZ-21074 minik” markalı avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2011-ci il tarixli, AA seriyalı, 009528 nömrəli ipoteka müqaviləsinin qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda əsas borc üzrə 4232 manat, faiz borcu üzrə 3152,61 manat olmaqla, cəmi 7390,61 manat məbləğində ödənilməmiş borcu vardır. Bank tərəfindən dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və borcun tez bir zamanda banka ödənilməsi tələb olunmuşdur. Lakin cavabdeh öhdəliyini yerinə yetirməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının əsl iddiaçı “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı ilə əvəzi edilməsini, Cavabdeh 2871,21 manat əsas borc, 3152,61 manat faiz borcu, ümumilikdə 6029,82 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulub “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan ** CE *** dövlət qeydiyyat nömrəli, “VAZ-21074 minik” markalı avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsiu üçün kifayət etmədikdə qalıq borcun Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğu üçün dəyişdirilməlidir. Belə ki, işin hallarından müəyyən olunur ki, “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında xx xxxx 2011-ci il tarixli, 144/11 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 5850 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmişdir. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmiş və verilmiş arayışa əsasən Cavabdeh banka əsas borc üzrə 2871,21 manat, faiz üzrə 3152,61 manat məbləğində kredit borcu vardır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 15320 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə istinad etmişdir. Həmin rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatına əsas borcu 4230,57 manat, faiz borcu 145,72 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi ekspertiza rəyinə əsaslanmaqla kifayətlənmişdir. Lakin cavabdeh tərəfindən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iddia tələbinin 3487,24 manat məbləğində dəbbə puluna aid hissəsi təmin edilməmişdir və məhkəmə bu dəbbə pulunun təmin edilməməsini qətnaməsində əsaslandırmamışdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına istinad etməli idi. Lakin bu qərara istinad etmədən qətnamə qəbul etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Göründüyü kimi, məhkəmə kredit müqaviləsi üzrə faiz borcunu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilən hallara baxmadan, yalnız ekspert rəyinə əsasən qərar qəbul etmişdir. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə bağlı məhkəməyə kifayət qədər sübut təqdim edilmişdir. Lakin həmin sübutlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilat apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsini əsas, faiz və dəbbə pulu hissələrində mübahisələndirdiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxx 2011-ci il tarixli, 144/11 saylı kredit müqaviləsindən görünür ki, "Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı tərəfindən Cavabdeh oğluna illik 20 faizlə 24 ay müddətinə 5850 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanılmış xx xxxx 2011-ci il tarixli, 144/11 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2011-ci il tarixli, 144/11 saylı kredit müqaviləsi üzrə Cavabdeh kredit öhdəliyinin təminatı olaraq ona məxsus “VAZ-21074 minik” markalı (buraxılış ili 2011, ban- XTA210740B3103428) avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AB 479156 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21074 minik” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan xx xxxx 2011-ci il il tarixli, 009528 saylı İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus “VAZ-21074 minik” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin "Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin Sumqayıt filialının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin Sumqayıt filialının arayışından görünür ki, Cavabdeh xx xxxx 2011-ci il tarixli, 144/11 saylı krediti müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixə əsas borcu 4232,00 manat, faiz borcu 3.158,61 manat təşkil edir. İş materiallarından görünür ki, Cavabdeh məxsus “VAZ-21074 minik” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi barədə bildiriş xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət X7 qeydə alınmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 15320 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətindən alınmış kredit vəsaiti üzrə xx.xx.2013-cü il tarixə banka ödənilməli olan borcu əsas kredit borcu üzrə 4230,57 manat, faiz borcu üzrə 145,72 manat müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, xx xxxx 2011-ci il tarixli, 144/11 saylı kredit müqaviləsinə əsasən “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı tərəfindən Cavabdeh illik 20 faizlə 24 ay müddətinə 5850 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsi üzrə Cavabdeh kredit öhdəliyinin təminatı olaraq ona məxsus “VAZ-21074 minik” markalı (buraxılış ili 2011, ban- XTA210740B3103428) avtomobil ipoteka ilə yüklü edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli kredit hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxslərin izahatları və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh iddiaçı “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının xeyrinə 2871,21 manat əsas borc, 145,72 manat faiz borcu, ümumilikdə 3016,93 manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manatın tutulması, tələbin Cavabdeh məxsus ** CE *** dövlət qeydiyyat nömrə nişanlı, “VAZ-21074 minik” markalı (buraxılış ili 2011, ban-XTA210740B3103428, rəngi-boz metal) avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçı “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh alınaraq “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının hesabına ödənilməsi nəticəsinə gəlmişdir. İddiaçı “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ekspertiza rəyinə əsaslanmaqla kifayətləndiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində iddiaçı təşkilat Cavabdeh 2871,21 manat əsas borc, 3152,61 manat faiz borcu tələb etmişdir. Qeyd edilən faiz borcu xx.xx.2017-ci il tarixədək hesablanmışdır. İşdən görünür ki, xx xxxx 2011-ci il tarixli, 144/11 saylı kredit müqaviləsinə əsasən Cavabdeh oğluna 5850 manat məbləğində kredit 24 ay müddətinə verilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 15320 saylı rəyi ilə faiz borcu kredit müddətinin sonuna, yəni xx xxxx 2013-cü il tarixə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulan faiz məbləği müqavilə müddətinə hesablanmalıdır. Bundan sonrakı müddət ərzində isə kreditor hesablanmış faiz formasında zərəri-real zərəri və əldən çıxmış faydanı tələb etməlidir. İddiaçı “AqrarKredit” qapalı səhmdar cəmiyyəti isə kredit müqaviləsinin müddəti bitdikdən, yəni xx xxxx 2011-ci il tarixdən xx xxxx 2017-ci il tarixə qədər olan dövr üçün hesablanmış faiz formasında zərəri-real zərəri və əldən çıxmış faydanı deyil, kredit müqaviləsində nəzərdə tutulmuş faizi tələb etmişdir. İddiaçı “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı apellyasiya şikayətində həmçinin birinci instansiya məhkəməsinin iddia tələbinin 3487,24 manat məbləğində dəbbə puluna aid hissəsini təmin etmədiyini və bunu qətnaməsində əsaslandırmadığını göstərmişdir. İşdən görünür ki, iddiaçı “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində cavabdehdən dəbbə pulu tələb etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı “AqrarKredit” qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-42/2020 saylı qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(105)-2170/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2170/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver