Məhkəmə qərarları › İş №2(105)-2178/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2178/2022

06.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2178/2022 06.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evinə dair kompensasiya verilmədən istifadə hüquqlarına xitam verilməsi və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2(012)-2795/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2(012)-2795/2022 nömrəli ilə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanındakı fərdi yaşayış evindən kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi, qətnamənin Cavabdeh ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün əsas olması, Cavabdeh 100 manat məbləğində dövlət rüsuma görə pulun alınaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 26 iyul 2022ci il tarixli, e-2(012)-2795/2022 nömrəli ilə qətnaməsinin ləğv edilməsi, hər iki tələbi üzrə işlərin birləşdirilməsi göstərişi ilə işin yenidən birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı yaşayış evinə dair kompensasiya verilmədən istifadə hüquqlarına xitam verilməsi və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına kompensasiya verilmədən istifadə hüquqlarına xitam verilməsi və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı iddia qaldıraraq nikah dövründə əldə edilmiş ünvan 2 ünvandakı fərdi evdə cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsini məhkəmədən xahiş etmişdir. İddia əsassızdır, iddianı qəbul etmir. Eyni zamanda, iddiaçının məhkəməyə müraciətindən daha əvvəlki tarixdə o, məhkəməyə müraciət etmək üçün mediasiya proseduruna başlamışdır. Belə ki, o, mediasiya vasitəsilə evin bölgüsünü İddiaçı təklif etmiş, daha sonra Abşeron Rayon Məhkəməsinə eyni iddia ilə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsində e-2(012)- 3380/2022 saylı mülki işin icraatı başlamışdır. Hər iki mülki iş eyni hakimin icraatına verilmişdir. İlk gündən o, hər iki işdə müraciət edərək işlərin birləşdirilməsini xahiş etmişdir. Bunu o, prosessual qanunvericiliyin imperativ tələbi ilə əsaslandırmış, göstərmişdir ki, hər iki iş üzrə mübahisə eyni tərəflər arasında olan ailə münasibətlərindən irəli gəlir, eyni predmetlə bağlıdır və birbaşa əlaqəlidir. AR MPM-in 43-cü maddəsinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Göründüyü kimi, qanunverici ədalət məhkəməsinin düzgün həyata keçirilməsi üçün nəyin ki, eyni məhkəmədə, hətta müxtəlif məhkəmələrin icraatında olan əlaqəli işlərin bir icraata birləşdirilməli olduğunu müəyyən etmişdir. Buna baxmayaraq, məhkəmə başa düşülməyən mövqe tutmuş, İddiaçı iddiası üzrə işdə birləşmə ilə bağlı hansısa qərar (qərardad) qəbul edib-etmədiyi qeyri-müəyyən qalmışdır. Ona heç bir sənəd verilməmişdir. O, mübahisəli evdə iddiaçının ixtilaf yaratmasından yaşamır. Bütün məhkəmə məlumatlarını gedib məhkəmədən istəyib. Ona sonda hazırda şikayət olunan qətnaməni veriblər. Digər proseslə də bağlı (N3380) göstərilməlidir ki, məhkəmə bu işlərin birləşməsini əngəlləmək üçün bir neçə dəfə iddia ərizəsini qaytarıb. xx.xx.2022 tarixli qərardadında məhkəmə irad tutub ki, cavabdehin ünvanı göstərilməyib, xahiş hissəsi düzgün tərtib edilməmişdir. Qərardad məhkəmə tərəfindən xx.xx.2022 e-kabinetə yerləşdirilib. Qərardaddan əvvəl xx.xx.2022 tarixdə şikayət verilir, e-altsistem vasitəsilə düzgün verilmədiyindən, daha sonra xx.xx.2022 tarixdə şikayət verilərək göstərilmişdir ki, cavabdehin ünvanı göstərilib, irad dəqiq olmamışdır. Xahiş hissəsi ilə bağlı göstərilmişdir ki, şəxs tələb irəli sürür və məhkəmə də ona qiymət verir, ya təmin edir, ya qismən təmin edir, ya da rədd edir və s. Ümumiyyətlə, əgər aidiyyət qaydası pozulmamışdırsa, tələbin dəqiq ifadə edilməsi zərurəti tərəfə məhkəmədə izah oluna bilər (bilməyə də bilər), amma ərizə MPM tələblərinə uyğun təqdim edilmişsə, iddiaya baxılmalı, qiymət verilməli və heç bir halda bu əsasla şəxsə qaytarıla bilməz, vaxt uzadıla bilməz. Bu şikayət təmin olunmur. Məhkəmə xx.xx.2022 tarixdə bir daha qərardad qəbul edir ki, qərardad düzgün təqdim edilməyib. Halbuki, artıq düzgün təqdim edilmişdir. Məhkəmə yeni qərardad qəbul edərək göstərir ki, düzgün təqdim edilməyib. Səhv nədən ibarət olduğu göstərilmir. xx.xx.2022 tarixli qərardad ekabinetə yerləşdirildiyi tarixdə - xx.xx.2022 tarixdə bir daha ondan şikayət verilir. xx.xx.2022 tarixli qərardadla bir daha şikayət geri qaytarılır. Göstərilir ki, müddət ötürülüb, buna dair ərizə verilməyib. Halbuki, yuxarıda göstərilən xronologiyadan irəli gələrək göstərir ki, ötürülməyib. Bir daha qərardaddan şikayət verilir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022 tarixli işN2(105)-1900/2022 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022 tarixli qərardadı düzgün hesab edilir, apellyasiya şikayəti təmin edilmir. Burada da apellyasiya instansiyası mahiyyətçə düzgün qərar qəbul etməməklə yanaşı ciddi prosessual pozuntuya yol verir. Həm e-kabinetə, həm də konvert şəklində poçtla məhkəmə baxışının tarixi göstərilməklə məhkəmə bildirişi daxil olur. Bildirişdə prosesin vaxtı göstərilmədiyindən e-kabinet vasitəsilə vaxtı barədə məlumatın verilməsi xahiş edilir, özü də iki dəfə xx.xx.2022 və xx.xx.2022 tarixlərdə. Məhkəmə bu xahişə əhəmiyyət vermir, xx.xx.2022 tarixli qərardad qəbul edir. Beləliklə, məhkəmə ciddi qanun pozuntularına yol verərək, prosessual qaydaları açıq-aşkar təhrif etməklə təfsir edərək məhkəmə tərəfi əlverişsiz vəziyyətə salmaq, digər işlə bağlı ayrıca qərar qəbul etmək üçün bu addımları atır, şəxsin Konstitusiya ilə qorunan hüquqlarını kobud şəkildə pozur. İddia təmin olunaraq cavabdehin dinləmək hüququ pozulmuş, ədalətli məhkəmə araşdırması pozulmuşdur. Məhkəmə haqsız olaraq birgə mülkiyyətdə olan evdə Cavabdeh istifadə hüququnu itirmiş hesab etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi, hər iki tələb üzrə işlərin birləşdirilməsi göstərişi ilə işin yenidən baxılmaq üçün birinci instansiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, tərtib olunmuş apellyasiya şikayətinin qətnamə ilə heç bir əlaqəsi yoxdur. Apellyasiya şikayətində yalnız icraatın birləşdirilməsi məsələsinə toxunulur. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə heç bir məsələyə toxunulmayıb. Tərəflər 1992-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. 2009-cu ildə iddiaçının anası mübahisəli mənzili iddiaçıya bağışlama müqaviləsi əsasında bağışlamışdır. Həmin il iddiaçı və cavabdeh həmin mənzilə qeydiyyata düşmüşlər. 2013-cü ildə tərəflər arasında münasibətlər pisləşmiş, cavabdeh faktiki olaraq mənzili tərk etmişdir. Bununla əlaqədar binanın komendantı və qonşular tərəfindən tərtib olunmuş akt var. Binanın komendantı şahid qismində də dindirilib və bildirib ki, cavabdeh sonuncu dəfə 2013-cü ildə bir dəfə həmin mənzilə gələrək əşyalarını götürüb getmişdir. 2016-cı ildə tərəflər arasında olan nikah rəsmi qaydada pozulmuşdur. Cavabdehin 10 ildən artıq yaşamadığı mənzildən qeydiyyatdan çıxmasına görə ona heç bir kompensasiya düşmür. Qeyd etdiklərimə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2(012)- 2795/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdeh nümayəndə və vəkili Vəkil vəsatətlə məhkəməyə müraciət edərək mülki işlərin birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçini işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2(012)-2795/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, İddiaçı 2010-cu ildən tanıyır. Özü həmin ərazi üzrə komendant işləyir. İddiaçının əri Cavabdeh bir dəfə görmüşdür. Cavabdeh oğlu ilə ona məxsus əşyaları götürməyə gəlmişdir. Ondan sonra onu həmin ərazidə daha görməmişdir. Cavabdehin Rusiyaya getdiyini eşitmişdir. Mülki işin materiallarında olan ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev qəsəbəsi, döngə 2, dalan 2-də istifadəsində olan 0.0095 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 90.9 kv.m yaşayış, 58.0 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 143 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)-4172/2016 saylı qətnaməsinin surətindən və nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Cavabdeh ilə İddiaçı arasında 12 sentyabr 1992-ci ildə bağlanmış nikah pozulmuşdur. Həmin qətnamədə iddiaçı Cavabdeh iddia tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında ailə münasibətləri 2014-cü ilin mart ayından pozulmuşdur və nikahları formal xarakter daşıyır. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, Cavabdeh xx.xx.2009-cü il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd olunan ünvana yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə müvafiq qaydada məhv edildiyindən göndərilməsinin mümkün olmadığı bildirmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2009-cu i tarixdən Abşeron rayonu, Xırdalan şəhəri, X4 küçəsi, döngə 2, dalan 2, ev 7 ünvanında qeydiyyatdadır. Mülki iş materiallarında olan Yaşayış yerinin bağışlanmasına dair xx.xx.2009-cu il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Abşeron rayon Ərazi idarəsinin xx.xx.2008-ci il tarixli, **********07-10301 Reyestr nömrəli, ********** Qeydiyyat nömrəli Çıxarışa və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Abşeron Rayon Ərazi İdarəsinin 14 yanvar 2009-cu il tarixli 70 №-li arayışa əsasən özünə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, X4 küçəsi, döngə 2, dalan 2-də istifadəsində olan 0.0095 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 90.9 kv.m, köməkçi sahəsi 58.0 kv.m olan 5 otaqlı 2 mərtəbəli 7 nömrəli fərdi yaşayış evini İddiaçı bağışlamışdır. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə 2014cü ilin mart ayından yaşamır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh 12 sentyabr 1992-ci il tarixdə rəsmi nikaha girmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-4172/2016 saylı 15 iyul 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 12 sentyabr 1992-ci ildə Səadət Sarayında bağlanmış nikahın pozulmuş, tərəflər birgə nikah dövründə müxtəlif ünvanlarda kirayədə yaşamış, X5 Abşeron rayonu, Xırdalan şəhəri, X4 küçəsi, döngə 2, dalan 2, 7 saylı evi xx.xx.2009-cu ildə İddiaçı bağışlamış, mənzil anası tərəfindən iddiaçıya bağışlanandan sonra tərəflər ora qeydiyyata alınmış, iddiaçı ilə birlikdə həmin evdə yaşamaqla oradan istifadə hüquq əldə etmiş, cavabdeh 2014-cü ilin mart ayından ünvan 1 ünvanında yaşamamış, fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə qeydə alınmış, Cavabdeh həmin evlə əlaqəsini tam kəsərək, faktiki olaraq həmin evdən istifadə etməmiş, ora gəlib getməmişdir, şahidin ifadəsinə görə bir neçə il bundan əvvəl cavabdehi əşyalarını götürmək üçün gələndə görmüşdür. Cavabdeh evə köçürülmə ilə bağlı nə iddiaçıya, nə də məhkəməyə müraciət etməmişdir. Bu isə cavabdehin ötən müddət ərzində artıq özü üçün başqa yaşayış sahəsi seçməsi anlamına gəlməyə əsas verir. Məhkəmə iş materiallarına və Mülki Məcəllənin 228.2, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə və 29-cu maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesb edərək qeyd edir ki, məhkəmə qanunvericilik normalarına düzgün istinad edərək iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh 12 sentyabr 1992-ci il tarixdə rəsmi nikaha girmişlər. İş materiallarından görünür ki, X5 özünə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, X4 küçəsi, döngə 2, dalan 2-də istifadəsində olan 0.0095 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 90.9 kv.m, köməkçi sahəsi 58.0 kv.m olan 5 otaqlı 2 mərtəbəli 7 nömrəli fərdi yaşayış evini İddiaçı bağışlamışdır. İş materiallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4172/2016 saylı 15 iyul 2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Həmçinin iş materialları və şahid ifadələri ilə müəyyən edilir ki, cavabdeh 2014-cü ilin mart ayından mübahisəli fərdi yaşayış evində yaşamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə və 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair”16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur:- yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır;- yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Beləliklə iş materialları ilə müəyyən edilir ki,mübahisəli fərdi yaşayış evi iddiaçının anası tərəfindən ona bağışlanmış, tərəflər arasında nikah münasibətləri 15 iyul 2016-cı il tarixli qətnamə ilə pozulmuş, cavabdeh mübahisəli fərdi yaşayış evini 2014-cü ilin mart ayında tərk etmiş, həmin müddət ərzində, hazırki iddia ərizəsi verilənədək evdən istifadə hüquqlarını həyata keçirmək üçün hər hansı cəhd etməmiş, bu müddət ərzində başqa yerdə yaşayaraq qeyd olunan evdə istifadə hüququnu saxlamaq niyyətinin olmamasını göstərmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da uzun müddət mübahisəli mənzildə deyil, başqa yaşayış sahəsində yaşamış, iddia ərizəsi verilənədək mübahisəli mənzilə köçüb yaşamaqla bağlı hər hansı iddiaları olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan qanunvericilik normalarına görə daimi yaşamaq ücün başqa yaşayış məntəqəsinə getmənin və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçmənin yalnız hər hansı rəsmi sənədlə təsdiq olunması tələb olunmur. Bu halın təsdiqi üçün digər sübutlar da yetərlidir. Hazırki işdə bu hal iş materialları ilə təsdiq edilir. Hazırki işdən müəyyən edilir ki, iş üzrə cavabdeh iddiaçı ilə ailə münasibətlərində deyil, uzun müddətdir ki, mübahisəli fərdi yaşayış evində yaşamır. Onun mənzildə qeydiyyatda olması iddiaçının öz mülkiyyətində olan evdən sərbəst şəkildə istifadəsinə maneə yaradır. Bu səbəbdən də iddiaçının mülkiyyətində olan fərdi yaşayış evini cavabdeh könüllü olaraq tərk edib getdiyindən, cavabdehin həmin evə ehtiyacının olması iş materialları ilə təsdiqini tapmadığından cavabdehin fərdi yaşayış evinə kompensasiya verilmədən istifadə hüquqlarına xitam verilməsi hissəsində əsaslıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia ərizəsindən görünür ki, iddiaçının bu iddianı qaldırmaqda məqsədi cavabdehin mübahisəli evdən qeydiyyatdan çıxarılmasıdır. Cavabdehin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması məhkəmənin birbaşa səlahiyyətinə aid olmasa da, istifadə hüququnun itirilməsi mənzildən qeydiyyatdan çıxma üçün də əsas hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə işi tam araşdıraraq əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə, iki mülki işin bir icraatda birləşdirilməsi barədə dəlilinə qiymət verərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)1900/2022 nömrəli qərardadından görünür ki, iddiaçı Cavabdeh Nofel oğlunun cavabdeh İddiaçı qarşı əmlak bölgüsü tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli e-2(012)-3380/2022 saylı qərardadı ilə iddiaçı Cavabdeh Nofel oğlunun cavabdeh İddiaçı (İİİ şəxs DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı əmlak bölgüsü tələbinə dair iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmış, həmin qərardaddan iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli e-2(012)- 3380/2022 saylı qərardadı ilə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli e-2(012)-3380/2022 saylı qərardadından verdiyi şikayəti «Elektron məhkəmə» informasiya sistemində yaradılmış «Sənədlərin elektron dövriyyəsi altsistemi» vasitəsi ilə elektron qaydada göndərilməsinə əməl etmədiyindən geri qaytarılmış, iddiaçı Cavabdeh vəkil-nümayəndəsi Vəkil tərəfindən Abşeron Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli e-2(012)-3380/2022 saylı qərardadından şikayət verilmiş, Abşeron Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Nofel oğlunun vəkil-nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli e-2(012)- 3380/2022 saylı qərardadından verdiyi şikayətin geri qaytarılması qərara alınmış, həmin qərardaddan iddiaçının vəkili-nümayəndəsi tərəfindən verilmiş şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)1900/2022 nömrəli qərardadı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçının qeyd edilən iş üzrə tələbi məhkəmənin icraatında qəbul edilməmişdir. İddiaçının nümayəndə-vəkili vəsatətlə müraciət edərkən yenidən həmin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini, 2(012)5298/2022 nömrəli mülki işin məhkəmənin icraatında olmasını göstərsə də, həmin iddia ərizəsinin məhkəmənin icraatında qəbul edilməsinə dair hər hansı məlumatı təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2(012)-2795/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2(012)-2795/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar