Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2183/2020 21.07.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və XXX Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-79/2020 saylı qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-79/2020 saylı qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və XXX Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. (hakim B.Ələkbərov). Qərardaddan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC şikayət verərək, Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-79/2020 saylı qərardadının ləğv olunaraq işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-79/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı LPO İddiaçı ASC şikayət ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddia əsassız olaraq baxılmamış saxlanılmışdır və eyni zamanda iddiaçıya məhkəmə tərəfindən qeyd olunduğu kimi müraciət edilməmişdir. Buna görə də şikayət təmin olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını,iddiaçı LPO İddiaçı ASC-ninşikayətini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-79/2020 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Siyəzən Rayon Məhkəməsinə qaytarılmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədləri təqdim etmədiyini əsas gətirərək AR MPM-in 259.0.12-ci maddəsinə istinad etməklə ərizəni baxılmamış saxlamışdır. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Prosesual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsində də həmin hüquq təsbit olunaraq qeyd edilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Məhkəməsinin təcrübəsində bu hüquq 6-cı maddənin konteksində qeyd olunanlardan daha geniş şərh olunur. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə görə iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.0.1—150.0.3-cü maddələrinə görə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri, dövlət rüsumunun ödənilməsi haqqında sənəd, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Yenə həmin Məcəllənin 150.0.5-ci maddəsinə görə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Yenə də həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan normaların tələblərindən də göründüyü kimi qanunverici ərizə baxılmamış saxlanılarkən AR MPM-in 149-cu maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməməsini və ya 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlərin əlavə edilməməsini və həmin nöqsanların işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik yaratmasını nəzərə alır. Hazırki halda iş materiallarını tədqiq edən məhkəmə kollegiyası müəyyən etdi ki, iddia ərizəsi AR MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilməklə verilmiş, eyni zamanda 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər ərizəyə əlavə edilmişdir. Başqa sözlə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik yaradan hər hansı nöqsana yol verilməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsinin istinad etdiyi Məcəllənin 150.0.5-ci maddəsinin tələblərinin pozulması Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizəni baxılmamış saxlanılması üçün əsas deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni baxılmamış saxlamaqla AR MPM-in 259-cu maddəsi ilə müəyyən edilmiş prosessual hüquq normalarına riayət etməmiş, nəticədə iddiaçının işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnu pozmaqla qanunsuz və ədalətsiz qərardad qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0 və 398.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunan Məcəllənin 399-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264, 267, 395-396, 398, 400, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-79/2020 saylı qərardadı ləğv edilsin. Mülki iş, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Siyəzən Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2183/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2183/2020
21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver