Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2197/2020 22.07.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Telman Osman oğlu Quliyev və X1 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim İ.A.Məmmədov) Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(027)-460/2020 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracət edərək, xx xxxxxx 2016-cı il tarixdə cavabdehə verdiyi 5000 manat məbləğində pulun, 800 manat məbləğində faizlərin, 1000 manat məbləğində zərərin, rüsum kimi ödədiyi 30 manat məbləğində pulun, həmçinin hüquqi yardıma görə ödədiyi 50 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(027)-140 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 5000 (beş min) manat, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat və hüquqi yardıma görə ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(027)-460/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Onun tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Buna səbəb apellyasiya şikayətini, qanunvericilklə müəyyən edilmiş bir ay müddət keçdikdən sonra verilməmişdir. O, qətnaməni aldığı zaman sərt karantin dövrü idi. Onun həmin vaxt qətnamədən şikayət verməsi buna görə qeyri-mümkün idi. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(027)-460/2020 saylı qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Cavabdeh Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(027)-460/2020 saylı qətnaməsini rəsmi qaydada xx xxxx 2020-ci il tarixdə poçt vasitəsi ilə almışdır. Cavabdeh tərəfindən apellyasiya şikayəti isə xx xxxx 2020-ci il tarixdə verilmiş və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxmılmış, lakin apellyasiya şikayəti verərkən müddətin bərpası barədə ərizə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə hakim apellyasiya şikayətini geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası Cavabdeh qətnaməni alandan sonra sərt karantin dövrünün olması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, sərt karantin dövrü xx xxx 2020-ci il tarixdə bitmişdir, lakin cavabdeh bundan sonra da müddəti 13 gün ötürmüş və məhkəməyə prosessual müddətinin bərpa edilməsi barədə ərizə ilə müraciət etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(027)-460/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Telman Quliyev Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2197/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2197/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver