Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2197/2023 17.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-337/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 8967,7 AZN əsas, 250,41 AZN faiz borcu, 5,33 AZN cərimə borcu olmaqla, cəmi 9223,44 AZN pul vəsaitinin və 112,64 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-337/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 8967,7 manat əsas, 250,41 manat faiz borcu, 5,33 manat cərimə borcu olmaqla, cəmi 9223,44 manat borcun və 112,64 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir (hakim G.Tanrıverdiyeva). Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron kabineti vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-337/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Cavabdeh həmçinin buraxılmış müddətin bərpasına dair ərizə ilə də müraciət edərək buraxılmış müddətin bərpası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Kollegiya iş materiallarını nəzərdən keçirib qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-337/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. Eyni zamanda müşayiətedici məktubla qətnamə onun ünvanına da göndərilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə qətnaməsi müvafiq qaydada icraya yönəldilmiş, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli İcraata başlamaq haqqıda qərarı xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh ərizə ilə müraciət edərək məhkəmə qətnaməsinin surətinin ona verilməsini xahiş etmişdir, xx.xx.2023-cü il tarixdə həmin ərizəsinə qətnaməni alması barədə qeyd edərək qətnaməni qəbul etmişdir. Göründüyü kimi məhkəmənin qətnaməsi müxtəlif tarixlərdə cavabdehin ünvanına göndərilmiş, ona məxsus elektron kabinetə yerləşdirilmiş, həm də ərizəsi əsasında ona verilmişdir. Məhkəmə qətnaməsindən şikayət verilməsi üçün müddət axımının hansı tarixdən hesablanması, eyni zamanda buraxılmış müddətin bərpasına dair ərizənin təmin yaxud rədd edilməsi və ya digər nəticə ilə həllinə dair heç bir hərəkət edilməmişdir. Birinci instansiya məhkəməsi barəsində apellyasiya şikayəti verilmiş məhkəmə aktının Azərbaycan Respublikasının MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq rəsmi qaydada verilməsinə dair zəruri araşdırma aparmadan, eləcə də iş buraxılmış müddətinə bərpasına dair cavabdehin ərizəsinə heç bir münasibət bildirmədən işi apellyasiya şikayəti ilə birlikdə apellyasiya instansiyasına göndərmişdir. Qeyd olunanlar hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-337/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırki halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-337/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2197/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2197/2023
17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver