Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2199/2021 08.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil, üçüncü şəxs X7 iştirakı ilə, İlkin iddiaçı Şamaxı Rayon İ Çaylı Bələdiyyəsinin ilkin iddia üzrə Cavabdeh, üçüncü şəxslər X10, AR ƏMDK-nin yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə qarşı torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq İ Çaylı Bələdiyyəsinin faktiki sahibliyinə verilməsi barədə ilk iddia, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh, ilk iddia üzrə iddiaçı Şamaxı rayon İ Çaylı Bələdiyyəsinə qarşı 30.03.2004-cü il tarixli icarə müqaviləsi əsasında Şamaxı rayon İ Çaylı kənd ərazisində onun istifadəsində olan 150 ha torpaq sahəsində Şamaxı rayon İ Çaylı Bələdiyyəsi tərəfindən aparılan qanunsuz tikililərin sökülməsi, həmin torpaq sahəsində mülkiyyət hüququnun tanınması barədə qarşılıqla tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 2(074)-55/2020-013 nömrəli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) ilk iddianın təmin edilməsi, Şamaxı rayonu İ Çaylı Bələdiyyəsi və Cavabdeh arasında bağlandığı qeyd edilən 30 mart 2004-cü il tarixli torpaq icarəsi müqaviləsi etibarsız hesab edilməsi, həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq 1-ci Çaylı Bələdiyyəsinin faktiki sahibliyinə verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, G.F.Tağızadə və T.Q.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilməsi, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, ilk iddia rədd edilməsi, qalan hissədə, yəni qarşılıqlı iddianın rədd olunması hissəsində qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 13 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və V.Həsənov) İddiaçı Şamaxı rayonu X9nin kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(105)-1795/2020 saylı qətnaməsi qismən- Şamaxı rayonu X9nin Cavabdeh və digərlərinə qarşı 150 ha torpaq sahəsinə dair bağlanmış 30 mart 2004-cü il tarixli, 03 saylı torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq sahibliyinə qaytarılması barədə ilk iddiasının rədd olunması hissəsində ləğv edilməsi, mülki iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İlkin iddiaçı Şamaxı rayon İ Çaylı Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Şamaxı rayon İ Çaylı Bələdiyyəsi arasında bağlandığı qeyd edilən 30 mart 2004-cü il tarixli torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı rayon İ Çaylı Bələdiyyəsinin nümayəndəsi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Şamaxı rayon 1-ci Çaylı Bələdiyyəsi arasında bağlandığı qeyd edilən 30 mart 2004-cü il tarixli torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq 1-ci Çaylı bələdiyyəsinin faktiki sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İ Çaylı bələdiyyəsi ilə X15 arasında bağlanmış 06 noyabr 2000-ci il tarixli icarə müqaviləsinə əsasən 150 ha torpaq sahəsi 15 il müddətinə F.Gülüyevə icarəyə verilmişdir. Həmin müqavilənin müddəti bitdiyinə, torpaq sahəsi təyinatı üzrə istifadə edilmədiyinə, eləcə də, o, icarə haqqını vaxında ödəmədiyinə görə torpaq sahəsinin boşaldılmasına dair bələdiyyə tərəfindən Şamaxı Rayon Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmə araşdırması zamanı cavabdeh Fazil Gülüyev müqavilə təqdim edərək həmin torpağa dair bələdiyyə ilə onun oğlu arasında torpaq icarə müqaviləsinin bağlandığını iddia etmişdir. Halbuki, bələdiyyənin həmin müqavilədən xəbəri yoxdur, bələdiyyənin arxiv sənədlərində və kitablarında müqavilə barəsində hər hansı qeydiyyat aparılmamışdır. Bundan başqa, Cavabdeh 1989-cu il təvəlüdlüdür və iddia olunan müqavilənin bağlandığı vaxt onun cəmi 15 yaşı olmuşdur. Şamaxı rayon Prokurorluğu tərəfindən təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizası tərəfindən müəyyən edilmişdir ki, müqavilədəki “bələdiyyənin sədri” sözünün qabağında olan imza həmin dövrdə bələdiyyə sədri işləmiş mərhum Xanmusa Nağıyevə aid deyildir. Aparılmış ilkin araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh 50 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında 30.03.2004-cü il tarixli qərar həmin tarixli iclas protokolu, habelə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, torpağın yerqurluşu layihəsindən çıxarış, torpağın təhvil-təslim sənədləri vəzifəli şəxslər tərəfindən saxtalaşdırılmışdır. Bununla bağlı Cinayət Məcəlləsini 313-cü maddəsi ilə cinayət işi başlanmış, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işi üzrə icraata xitam verilmişdir. Beləliklə, cinayət araşdırması materialları ilə müqavilənin saxta olması sübuta yetirilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh Şamaxı rayon İ Çaylı bələdiyyəsinə qarşı qarşılıqlı iddia ərizəsi verərək, 30 mart 2004-cü il tarixli icarə müqaviləsi əsasında icarəsində olan torpaq sahəsində inşa edilən qanunsuz tikililərin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon 1-ci Çaylı Bələdiyyəsinin sədri X1 14 (on dörd) ildən sonra 30 mart 2004-cü il tarixli torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qaldırdığı iddia ərizəsinin qanunsuz və əsassız olduğu üçün rədd edilməsi, 150 ha mübahisəli torpaq sahəsindən 15 (on beş) il müddətində fasiləsiz istifadə etdiyi üçün, icarəsinə verilmiş həmin 150 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi bununla əsaslandırılmışdır ki, Cavabdeh atası X15 mübahisəli torpaq sahəsini heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə 2000-ci ildə bələdiyyədən 15 il müddətinə icarəyə götürmüşdür. 2004-cü ilin əvvəllərində İ Çaylı kəndi üzrə icra nümayəndəsi təyin olunduğu üçün həmin ilin mart ayının 30-da torpağı bələdiyyəyə geri qaytarmış və həmin torpaq sahəsi onun oğlu Cavabdeh tərəfindən 30 il müddətinə icarəyə götürülmüşdür. Sonuncunun həmin vaxt 15 yaşı olsa da, heyvandarlıq ilə məşğul olmaq həvəsində olduğundan və valideynləri buna etiraz etmədiklərindən icarə müqaviləsi onunla bağlanmışdır. Hazırda müqavilənin bir nüsxəsinin bələdiyyənin arxiv sənədlərində aşkar edilməməsində vətəndaşın təqsiri yoxdur və bu hal müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Həmin vaxtdan torpaq sahəsi təyinatı üzrə istifadə edilir. Lakin bələdiyyə göstərilən torpaq sahəsini başqa şəxsə satdığından hər vasitə ilə Cavabdeh həmin torpaqdan çıxarmaq istəyir. Belə ki, Cavabdeh xəbəri olmadan başqa bir şəxs mübahisəli torpaq sahəsində qanunuz olaraq tikililər inşa etmiş və bunu bələdiyyənin göstərişi və razılığı ilə etdiyini bildirmişdir. Həmçinin mübahisəli 150 ha torpaq sahəsi ilə bağlı Şamaxı rayonu 1-ci Çaylı Bələdiyyəsinin sədri X3 tərəfindən Şamaxı rayon prokurorluğuna şikayət verilmişdir. Şamaxı rayon prokurorunun müavininin qəbul etdiyi 30 sentyabr 2019-cu il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarının nəticə hissəsində göstərilmişdir: “1. ********* nömrəli cinayət işi üzrə icraata əməldə cinayət tərkibi olmaması və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi əsasları ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 39.1.3-cü maddələrinə əsasən xitam verilsin.
2. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar X4 və X5 barələrində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilsin. 3. X7 və Cavabdeh əməllərində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə barələrində cinayət təqibinin başlanması rədd edilsin. 4. X7 əməlində Azərbaycan Respublikası CM-nin 179-cu maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmiun maddə ilə cinayət təqibinin başlanması rədd edilsin. 5. İstintaq zamanı saxtalığı sübuta yetirilmiş Şamaxı rayonu X9 ilə həmin kənd sakini Cavabdeh arasında 150 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bağlanmış 30 mart 2004-cü il tarixli, 03 №-li “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə, qeyd olunan torpaq sahəsinin Cavabdeh təhvil verilməsi barədə 30 mart 2004-cü il tarixli akt, Şamaxı rayonu 1-ci Çaylı Bələdiyyəsinin 30 mart 2004-cü il tarixli iclas protokolu, həmin torpaq sahəsinə dair yerquruluşu layihəsindən çıxarış və Birinci Çaylı bələdiyyə başçısının 30 mart 2004-cü il tarixli, 03 №-li “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilsin. 6. Cavabdeh iştirakı və təqsiri olmadan qanunauyğun müraciət əsasında saxta yollarla hazırlanaraq ona təqdim olunmuş müqavilə əsasında icarəsinə verilmiş 150 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin.
7. X9nin sədri X2 bələdiyyə ilə X11 arasında bağlanmış 30 mart 2004-cü il tarixli icarə müqaviləsinin sonuncunun 15 yaşında, yəni müqavilə bağlamaq hüququ yaranmadan bağlanması və saxta yolla hazırlanması ilə əlaqədar müqavilənin etibarsız hesab edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. 8. X1 müraciətlərində və ifadələrində X7 Şamaxı RİHB-nin Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi kimi vəzifələrinin icrasından yayınaraq müxtəlif tarixlərdə iş vaxtlarında Bakı və Sumqayıt şəhərlərində məhkəmə instansiyalarında iştirak etməsi xüsusatı ilə əlaqədar 04 iyun 2019-cu il tarixdə Şamaxı rayon İcra Hakimiyyətinə təqdimat verilməsi və həmin təqdimat əsasında Fazil Gülüyevin 23.07.2019-cu il tarixli əmrlə tutduğu vəzifədən və dövlət qulluğundan azad olunması nəzərə alınsın. 9. Cinayət işi üzrə şahidin soyadı, adı və ata adı “X15” kimi oxunsun. 10. Cinayət işi üzrə şahidin soyadı, adı və ata adı “Cavabdeh” kimi oxunsun. 11. Cinayət işi üzrə X1 zərərçəkmiş şəxsin nümayəndəsi qismində iştirakına xitam verilsin. 12. Qərarın surəti maraqlı şəxslərə göndərilməklə, cinayət işinin materialları ilə tanış olmaq, qərardan şikayət etmək hüquqları izah edilsin və Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin.” Şamaxı rayonu X9nin sədri X3 2008-2009-cu illərdə də X9nin sədri vəzifəsində işləmişdir. Lakin həmin 150 ha torpaq sahəsi ilə bağlı heç bir mübahisəsi olmamışdır. Eyni zamanda, həmin vəzifədə 2014- cü ildən bu günə kimi işləyir. Lakin iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Həmin 150 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bağlanmış 30 mart 2004-cü il tarixli, 03 saylı “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin etibarsız hesab olunması barədə iddia qaldırması isə tam qanunsuz və əsassızdır, çünki iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə birtərəfli qaydada, yalnız qarşı tərəfin mənafeyinə uyğun yanaşmış və qanunsuz nəticəyə gəlmişdir. Məhkəmə tərəflər arasında daha əvvəllər oxşar mübahisələrə baxılmasına və qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin olmasına əhəmiyyət verməmiş, mübahisəli müqavilənin öhdəlik hissəsinə hüquqi qiymət verməmiş, nəticədə məhkəmə prosesi Bələdiyyənin yarımçıq sübutları üzərində aparılmış və çəkişmə prinsipi pozulmuşdur. İcarə müqaviləsi bağlanarkən buna onun valideynləri notarial qaydada təsdiq edilmiş razılıq vermiş, bundan sonra onunla Bələdiyyə arasında 150 ha torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi barədə 30 mart 2004-cü il tarixli, 03 saylı müqavilə bağlanmış, imzalandığı andan qanuni qüvvəsini almışdır. Torpaq sahəsinə görə icarə haqqı və tədiyyələr vaxtında ödənilmişdir. Bu sahədən təyinatı üzrə məqsədyönlü şəkildə istifadə etmişdir. Burada kənd təsərrüfatı məhsulları istehsal etmişdir və bu fəaliyyətini hazırda da davam etdirir. Lakin Bələdiyyənin yeni seçilmiş sədri onun bu fəaliyyətinə maneçilik törədir və icarəyə götürülmüş torpaq sahəsinin qaytarılmasını tələb edir. İcarədə olan torpaq sahəsindəki heyvandarlıqla bağlı bir sıra tikililər onun atası Gülüyev Fazilin mülkiyyətindədir. Bu torpaq sahəsinin icarəyə götürülməsi barədə onunla Bələdiyyə arasında daha əvvəl, 06 noyabr 2000-ci il tarixli müqavilə bağlanmış və torpaq sahəsi təyinatı üzrə istifadə edilmişdir. Lakin atası 2004-cü ildə İ Çaylı İƏD üzrə nümayəndə (dövlət qulluqçusu) təyin edildiyindən əvvəlki icarə müqaviləsi ləğv edilmiş və 2004-cü ildə onun oğlu-Cavabdehla yeni icarə müqaviləsi bağlanmışdır. Lakin Bələdiyyə bu sahəni başqa şəxsə satdığından Cavabdeh həmin sahədən çıxarmaq istəyir. Kənar şəxs bu sahədə qanunsuz əsaslarla tikinti işləri aparmış və bunu bələdiyyənin göstərişinə əsasən apardığını bildirmişdir. 14 il müddət ərzində Bələdiyyə hərəkətsizlik göstərmiş, mübahisəli torpaq sahəsilə bağlı tələb irəli sürməmiş, iddia müddəti çoxdan ötürülmüşdür. Mübahisəli torpaq sahəsindən fasiləsiz 10 il müddətinə istifadə etdiyinə görə bu sahə onun mülkiyyətinə verilməlidir. İşə baxan məhkəmə mübahisə üzrə heç bir araşdırma aparmadan, ekspertiza təyin etmədən yalnız qarşı tərəfin mənafeyinə xidmət edən qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxs X15 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə ilki iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən ilkin iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlkin iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi iddiaçının müqavilə bağlanarkən iradəsini ifadə etməməsi, sənədlərin saxtalaşdırılmasının təsdiqini tapması, iddia müddətini ötürməməsi, qarşılıqlı iddia tələbini rədd edilməsini isə cavabdehin həmin torpaq üzərində hüququnun yaranmaması, orda aparılan tikinti işlərinin onun hüququna toxunmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan qarşılıqlı iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi apelyasiya şikayəti qismən təmin edərək, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edib, həmin hissədə yeni qətnamə qəbul etməklə, ilk iddianı rədd edib, qalan hissədə, yəni qarşılıqlı iddianın rədd olunması hissəsində qətnaməni dəyişdirmədən saxlamışdır. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən apellyasiya kollegiyasının işin hallarını tam, hərtərəfli araşdırmaması, tərəflər arasında olan mövcud münasibətlərə, işin hallarına düzgün hüquqi qiymət verməməsi, nəticədə ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozması ilə əsaslandırmış, işə yenidən apellyasiya qaydasında baxılan zaman qeyd olunan nöqsanlar aradan qaldırılmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməklə araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla ilkin iddia tələbinə aid hissədə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakı qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı Cavabdeh torpaq sahəsinin icarəyə verilməsi haqqında 30.03.2004-cü il tarixli qərar həmin tarixli iclas protokolu, habelə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, torpağın yerqurluşu layihəsindən çıxarış, torpağın təhviltəslim sənədləri vəzifəli şəxslər tərəfindən saxtalaşdırıldığını əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 324.1-ci maddəsi əqdin ümumi anlayışını verir. Həmin maddəyə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin anlayışından da göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gerçəkləşdirilməsi üçün ifadə edilməlidir. Mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və xitamı üçün bir tərəfin iradə ifadəsi yetərli olduqda birtərəfli əqdlər, iki tərəfin iradə ifadəsi tələb olunduqda ikitərəfli əqdlər, ikidən çox tərəfin iradə ifadəsi zəruri olduqda isə çoxtərəfli əqdlər meydana gəlir. Əqdin etibarsızlığı dedikdə-Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əhəmiyyətsiz əqd isə məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin (Mülki Məcəllənin 337.3, 337.4-cü maddələri). Digər tərəfdən, yuxarıda sadalanan normaların mənasına görə, icarə- əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Əmlakı icarəyə vermək hüququ isə mülkiyyətçiyə, habelə onun vəkil etdiyi orqanlara, təşkilatlara, fiziki şəxslərə və sair aiddir. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd isə icarə müqaviləsidir. İşdə olan Şamaxı Rayon Prokurorluğunun “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 30 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, mübahisəli 150 ha torpaq sahəsinin Cavabdeh icarəsinə verilməsinə dair 30 mart 2004-cü il tarixli, 03 saylı icarə müqaviləsi, həmin torpaq sahəsinin ona təhvil verilməsinə dair 30 mart 2004-cü il tarixli akt, bələdiyyənin 30 mart 2004-cü il tarixli protokol-qərarı, habelə torpaq sahəsinə dair yer quruluşu layihəsindən çıxarış, bələdiyyə sədrinin 30 mart 2004-cü il tarixli, 03 saylı qərarı saxtadır, həmin sənədlərdə olan imzalar o, vaxt bələdiyyə sədri işləmiş Xanmusa Nağıyev tərəfindən imzalanmayıb və həmin sənədlər həmin dövrdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı Rayon Şöbəsinin inspektoru vəzifəsində işləmiş Fərid Nağdalıyev və həmin Şöbənin müdiri işləmiş Mehman Əfəndiyev tərəfindən saxtalaşdırılmışdır. Daha sonra, Şamaxı Rayon Prokurorluğunun “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 30 sentyabr 2019-cu il tarixli Qərarından görünür ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Fərid Nağdəliyev və Mehman Əfəndiyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli 150 ha torpaq sahəsinin Cavabdeh icarəsinə verilməsinə dair 30 mart 2004-cü il tarixli, 03 saylı icarə müqaviləsi saxta yollarla bağlandığından, ilkin iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Müddətin tətbiqi ilə bağlı cavabdehin dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddədə nəzərdə tutulan müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş bir illik müddət iddia müddəti olmamaqla qanunun həmin normasının qüvvəsi müddətin tətbiqi barədə ərizənin verilməsindən asılı olmayaraq, bunun üçün qanuni əsaslar olduqda tətbiq edilir. Hazırki işdə iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət isə ötürülməmişdir. Belə ki, ilkin iddiaçı 30 mart 2004-cü il tarixli, 03 saylı müqavilənin mövcud olmasını cavabdehin atası Fazil Gülüyev ilə ilkin iddiaçı arasında bağlanmış icarə müqaviləsinin müddəti bitdiyi üçün məhkəməyə müraciət etmiş, torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və boşaldılması tələbinə Şamaxı Rayon Məhkəməsində baxılarkən məlum olduğundan, həmin müqavilənin qanuniliyinin yoxlanılması ilə bağlı istintaq orqanına müraciəti əsasında sözügedən müqavilənin saxta olduğu Şamaxı Rayon Prokurorluğunun 15 avqust 2017-ci il tarixli qərarı ilə öz təsdiqini tapdığından, iddiaçı hazırkı iddia tələbi ilə 11 iyul 2018-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi ilkin iddiaçıya 30 mart 2004-cü il tarixli, 03 saylı icarə müqaviləsinin saxta olması məhz 2017-ci ilin 15 avqustunda məlum olduğundan, Mülki Məcəllənin 354.2. maddəsinin tələbinə əsasən sonuncu həmin maddədə nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürməmişdir. Bu baxımdan məhkəmə kollegiyası qarşılıqlı iddiaçının müddətin ötürülməsi ilə bağlı apellyasiya şikayətində göstərdiyi dəlilini əsaslı hesab etmir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq 1-ci Çaylı Bələdiyyəsinin sahibliyinə qaytarılması barədə ilkin iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.