Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-220/2023 09.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbinə dair) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və X6 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndə və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndə və vəkili Vəkil3, Cavabdeh2, onun nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-3471/2022 saylı qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 52300 manat məbləğində borcun və həmin pula görə ödədiyi 250 manat dövlət rüsumunun, Cavabdeh2 32800 manat məbləğində borcun və həmin pula görə ödədiyi 190 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun tanışıdır. Onlardan Cavabdeh2 2020-ci ilin dekabr ayında müraciət edərək ona təcili pul lazım olduğunu, həmin pulu ən geci 2 ay müddətində qaytaracağını bildirmiş, o, cavabdehə inanaraq ona 37500 (otuz yeddi min beş yüz) manat məbləğində borc pul vermişdir. Lakin cavabdeh ona vəd etdiyi vaxtda aldığı pulu qaytarmamış və həmin aldığı puldan bu müddət ərzində cəmi 4200 manat ödəniş etmişdir. Cavabdeh2 hazırda ona 32800 (otuz iki min səkkiz yüz) manat borcu qalmışdır. Cavabdeh həmin pulu ondan alması barədə yazılı qəbz vermiş, həmin qəbzdə də ondan aldığı pulu digər Cavabdeh1 verdiyini qeyd etmişdir. Halbuki o, həmin pulu verərkən bu pulu digər cavabdehə verməsini bilməmiş, bunu Cavabdeh2 sonradan etiraf etməklə bu barədə iltizam da yazmışdır. Digər Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ona müraciət edərək 50300 (əlli min üç yüz) manat məbləğində borc pul götürmüş və həmin pul müqabilində 2 ədəd pul kartını girov qoymuşdur. Cavabdeh həmin pulu ondan götürərkən bildirmişdir ki, bu pulu 3 günlüyə götürür və bankdan pul götürən kimi aldığı bu pulu tam olaraq, ona olan digər borcunu isə hissə-hissə qaytaracaqdır. Cavabdeh bu puldan da qabaq ondan xx.xx.2021ci il tarixdə 2000 manat pul almış və həmin pulu da qaytarmamışdır. O, bu müddət ərzində dəfələrlə cavabdehlərə müraciət etmiş, həmin pulları istəmiş, lakin onlar müxtəlif bəhanələr gətirməklə ondan aldıqları pulları qaytarmamış, nəticədə onu ağır bir duruma salmışlar. Qeyd olunanlara əsasən Cavabdeh1 52300 manat məbləğində borcun və həmin pula görə ödədiyi 250 manat dövlət rüsumunun, Cavabdeh2 32800 manat məbləğində borcun və həmin pula görə ödədiyi 190 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfdən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-3471/2022 saylı qətnaməsi ilə (hakim Aynur Behbudova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 46300 (qırx altı min üç yüz) manat borc və 340 (üç yüz qırx) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, borclu Cavabdeh1 və Cavabdeh2 pul ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdehlər tərəfindən yerinə yetirilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinin qismən etiraf etmələri ilə bağlı onların özləri tərəfindən məhkəmə mübahisəsindən əvvəl yazılaraq, məhkəməyə təqdim etdikləri video disklərdə imza etdikləri iltizamları, etirafları ilə təsdiq olunduğu üçün məhkəmənin iddia tələbinin qismən əsaslı olması qənaətinə gəlməsinə əsas vermişdir. Ona görə də iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 337.1, 337.5, 385.1, 425.1, 442, 445.2.1, 448.1, 739, 1091-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı X7 qətnamədən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-3471/2022 saylı qətnaməsininin iddia tələbinin rədd edilməsi hissəsində ləğv olunaraq iddia tələbinin bütünlüklə təmin olunması, Cavabdeh1 52300 manat məbləğində borcun və həmin pula görə köçürdüyü 250 manat dövlət rüsumunun, Cavabdeh2 32800 manat məbləğində borcun və həmin borca görə ödədiyi 190 manat dövlət rüsumunun və apellyasiya şikayətinə görə köçürdüyü 220 manat dövlət rüsumunun onlardan alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edən məhkəmə sübutların qiymətləndirilməsində prosessual normanın pozuntusuna yol vermiş və iş üzrə yetrincə mötəbər sübutların olmasına baxmayaraq qarşı tərəfin özünün istədiyi hesablama əsasında onun xəbri və razılığı olmadan disk yazısı zamanı hesabadığı və ona olan borcun yarısını təşkil edən bir məbələğin cavabdehlərdən müştərək qaydada tutulmalı olmasına dair qətnamə çıxarmışdır. İşdə hər iki tərəfin öz xətti ilə yazdıqları əlyazmaları vardır və həmin əlyazmalardan aydın olur ki, hansı cavabdeh ondan hansı məbləğdə pul almışdır. Eyni zamanda qaytarılan vəsait həmin məbləğindən çıxılmış və hər bir cavabdehin borcunu sübut edən mötəbər dəlil vardır. Lakin buna baxmayaraq cavabdehlər borcu qaytarmaq istəmirlər. Məhkəmə cavabdehlərin yalan ifadə verməklə hətta rəsmi yazdıqları iltizamla götürdükləri pulu belə inkar etmələrinə və guya həmin pulu da qaytarmalarına dair izahatlarına əsasən onların qeyri-səmimi olmalarını nəzərə alaraq onun iddia tələbini təmin etməli olduğu halda qismən təmin etmiş və bununla da təqdim edilmiş mötəbər sübutla təsdiq edilmiş məbləğ təmin edilməmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-3471/2022 saylı qətnaməsininin qismən, yəni Cavabdeh2 aid hissədə ləğv edilərək, ona aid hissədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlərin hər birini ayrı-ayrılıqda imzalatdığı qəbzlərin etibarlı olması nəticəsinə gəlsə də təqdim edilmiş CD diskdə olan səsyazma əsasında 46300 manat məbləğində borcun olması nəticəsinə gəlmiş və iddianı bu həddə təmin etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin səsyazma məhkəmə iclasında tədqiq olunmamışdır. Məhkəmə tərəfindən tərəflərin təqdim etdikləri sübutlar tədqiq edilərkən müəyyən edilmişdir ki, tərəflər arasında müxtəlif vaxtlarda borc pul öhdəliyinin olması, həmin öhdəliyin məhz Cavabdeh2 vasitəsi ilə İddiaçı tərəfindən verilməsi işin mübahisəsiz halıdır. Bundan əlavə cavabdeh tərəfindən təqdim olunmuş disklər tədqiq edilərkən məhkəmə Cavabdeh1, Cavabdeh2, İddiaçı birlikdə borc məbləğinin hesablanması, həmin məbləğin qaytarılması, ən əsası isə Cavabdeh1 İddiaçı 46300 manat məbləğində borcu olduğunu etiraf etməsi müəyyən edilmişdir. Lakin məhkəmənin qeyd edilənlərə baxmayaraq məbləğin müştərək qaydada tutulmasına dair gəldiyi nəticə əsassızdır. Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-3471/2022 saylı qətnaməsininin qismən, yəni Cavabdeh1 aid hissədə ləğv edilərək, iş üzrə iddia tələbinin ona aid hissədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi əsassız və qanunsuz nəticə ilə razılaşmır. İş üzrə iddiaçı hüquqdan sui-istifadə edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və cavabdehdən əsassız olaraq pul tələb etmişdir. Məhkəmə isə iddiaçının qanunsuz və əsassız iddia tələbini təmin etmişdir. Məhkəmə iddia tələbini təmin edərkən iş materiallarında olan qəbzlərə əsaslanmışdır. Konstitusiya Məhkəməsinin qərarına əsasən hər hansı borc müqaviləsi hətta notarial qaydada təsdiq olunsa belə, məhkəmə həmin müqaviləyə formal yanaşmamalı, müqavilənin etibarlılığını yoxlamalıdır. İş materiallarında qəbzlər olmasına baxmayaraq həmin qəbzlər etibarlı deyildir. Sonradan üzərində düzəliş olunmuş qəbzlər vardır. İddia tələbi etibarlı əqdə əsaslanmır. Tərəflər arasında faiz münasibəti olmuşdur. İddiaçı məhkəmə iclaslarında və audio yazılarda 15 faizlə pul verdiyini, daha sonra 6 faizlə hesabladığını bildirmişdir. Məhkəmənin gəldiyi əsassız nəticəyə görə iddiaçı əsassız olaraq varlanmış, cavabdeh isə qanunsuz və əsassız olaraq maddi ziyana düşmüşdür. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, cavabdehlərin apellyasiya şikayətlərini qəbul etməyərək göstərdi ki, birinci dəfə Cavabdeh2 2000 manat pul vermiş, o da üstündə 50 manat pul vermişdir. Bundan sonra ona hissə-hissə, bir neçə ay ərzində cəmi 39.500 manat pul vermiş, qaytarılan pulları borc məbləğindən çıxmışdır. Gülşən əvvəlcə pulları Cavabdeh1 verdiyini deməmiş, sonradan o, pullarını istəyəndə etiraf edib. Hər dəfə pulu gətirib verəndə üstündə əlavə pul verirdi. Gülşən ondan aldığı pulları başqa şəxsə verdiyini etiraf etdikdən sonra həmin şəxsi onun yanına gətirməsini demiş və bundan sonra Gülnarəni tanımışdır. O, 39500 manatdan əlavə Gülşənə Gülnarəyə verməsi üçün pul verməyib. Gülşənə verdiyi 39500 manatdan sonra Gülnarə xanıma 17500 manat pulu şəxsən verib ki, evini bankdan girovdan azad etsin və onun borcunu qaytarsın. Həmin puldan Gülnarə 1000 manatını qaytarıb və 16500 manat borc qalıb. Daha sonra qeyd etdi ki, 37500 manatı Gülşənə, 17500 manatı Gülnarəyə verib. Həmin 37500 manat Gülşən xanımın vasitəsilə Gülnarə xanıma verilib və ondan tələb etdiyi 50300 manatın içindədir. Borcunu ala bilmədiyi üçün deyə ikisinə də ayrı-ayrılıqda qəbz yazdırıb. Gülnarəyə ümumi məbləğə qəbz yazdırıb. İndi Gülşəndən 37500 manat, Gülnarədən 17500 manat tələb edir. Gülşəndən 37500 manatı ona görə istəyir ki, pulu ona verib, o isə aparıb Gülnarəyə verib. Eləcə də qeyd etdi ki, o, Gülşənə pulu 6 faiz ödəmək şərti ilə vermiş, Gülşənin ona verdiyi pulu Gülnarəyə 15 faizlə verdiyini sonradan bilmişdir. Hesablamaları nəticəsində məlum oldu ki, 46300 manat borc qalıb. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətlərinin təmin edilməməsini, qətnamənin ləğv edilməsini və iddiasının tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətlərini qəbul etməyərək iş materiallarında olan mötəbər sübutlar əsas götürülməklə iddianın tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçını və digər cavabdehi çoxdan tanıyır, İddiaçı qızıl alverçisidir və sələmə pul verdiyini ona bildirmişdi. O, iddiaçıdan xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 37500 manat hissə-hissə pul alıb Cavabdeh1 verib. İlk dəfə pul 15 faizlə verilib, 2020-ci ilin dekabrında Gülnarə pulu ödəyə bilmədiyindən faiz 6-ya endirilib. O, Fəridədən borc pul götürürdü. Fəridə ona dedi ki, pandemiya şəraitində pulu əlində qalıb, ona faizə borc verməyə adam tapım. Gülnarə də ona bildirirdi ki, oğlu onkoloji xəstədir, kimyaterapiyalar qəbul etməlidir, ona pul lazımdır. Bu səbəbdən Fəridə ilə Gülnarəni tanış etdi. Həmin pullardan, 2000 manat 2 aydan sonra dərhal qaytarılıb, 7000 manat bir verilib, 4200 manatın qaytarılmasını iddiaçı özü etiraf edir, hər ayın birinci günü 810 manat pul aparıb verirdilər, bu minvalla 7 ay pul verib. Gülnarə 450, 150, 100, 100 manat olmaqla Fəridəyə verməsi üçün ona 800 manat da pul verib. Pulu Gülnarə ilə birlikdə aparırdılar, pandemiyaya o, içəri tək daxil olub pulu verirdi. Onun yanında Gülnarə Fəridəyə 1400 manat pul verib. Bundan sonra birlikdə hesablamalarına görə Cavabdeh1 İddiaçı 46300 manat borcu var. Eləcə də göstərdi ki, borcun qarantı kimi onlar iddiaçıya bank kartı vermişlər. Onun və ərinin kartından ayda 570, Gülnarənin ərinin kartından ayda 460 manat, Gülnarənin öz kartından ayda 130 manat çıxarıb. Borc Gülnarənin olsa da dost olduqları üçün o, öz kartını da iddiaçıya vermişdi. Onun kartından çıxan pulları Gülnarə ona qaytarırdı. Daha sonra qeyd etdi ki, onun iddiaçıya borcu yoxdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin təmin olunmamasını, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-3471/2022 saylı qətnaməsinin ona dair hissədə ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhekəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, məhkəmə səsyazmalara istinad edərək borc məbləğini müəyyən etsə də, borcu müştərək qaydada tutmaqla qənaətbəxş olmayan nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin təmin olunmamasını, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)- 3471/2022 saylı qətnaməsinin Cavabdeh2 dair hissədə ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək qey etdi ki, Gülşən vasitəsilə iddiaçıdan birinci 15 faizlə 2000 manat pul götürmüş, 1 aydan sonra borcu qaytarmış, 300 manat da faiz olmaqla cəmi 2300 manat ödəyib. Bundan sonra müxtəlif vaxtlarda aldığı borc cəmi borcu 37500 manatdır, əlavə 17500 manat almamışdır. Həmin pul ona 1 il ərzində hissə-hissə 15 faizlə verilib. Həmin pulun hamısını qaytarıb. Onların üçünün də imzaladığı sənəd var ki, o, bütün borcu qaytarıb. 1 il 5 ay ərzində 2360 manat faiz borcu ödəyib, Gülşən aparıb pulu verirdi. 15 faizdən ödəniş edəndə İddiaçı tanımırdı. Faiz 6 olandan sonra Gülşənlə o da gedib. Eləcə də göstərdi ki, 50300 manat borcu olmasına dair qəbzi axşam işə gedəndə tələsik yazıb, imza onundur. Fəridəyə dedi ki, 15 faiz ödəməyə gücü çatmır, 6 faizə endirsin. Onda aydın oldu ki, Gülşən özü pulu ona 15 faizlə verib. Fəridə dedi ki, o pulu 15 yox 6 fazilə verib. 37500 manatı ona Gülşən xanım vermişdi, o, əvvəllər Fəridəni tanımırdı. Bir daha qeyd edir ki, onun iddiaçıya borcu yoxdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin təmin olunmamasını, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-3471/2022 saylı qətnaməsinin ona dair hissədə ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 Dəyaqqulu qızının nümayəndə və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin təmin olunmamasını, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)- 3471/2022 saylı qətnaməsinin Cavabdeh1 Dəyaqqulu qızına dair hissədə ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5 Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022ci il tarixli, 2(060)-3471/2022 saylı qətnaməsindən hər iki tərəf apellyasiya şikayəti verdiyindən və eləcə də iddianın təmin olunan və təmin olunmayan hissələr mübahisələndirildiyindən qətnamə tam müzakirə edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli və Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-3471/2022 saylı qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci inmstansiya məhkəməsi iddianı qismən təmin edərək tərəflərdən borcun müştərək qaydada tutulmasına dair nəticəyə gəlmişdir ki, bununla da razılaşmaq olmaz. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əlyazma qəbzindən görünür ki, Cavabdeh2 İddiaçı 37500 (otuz yeddi min beş yüz) manat pul borc götürüb Cavabdeh1 vermişdir. Qəbzdəki xx.xx.2021-ci il tarixli qeyddən görünür ki, bu puldan Gülnarə 2500 (iki min beş yüz), 2800 (iki min səkkiz yüz) və 1400 (min dörd yüz) manat qaytarmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əlyazma qəbzindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə İddiaçı 2000 (iki min) manat pul almış, xx.xx.2021-ci il tarixdə pulu qaytaracağını bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əlyazma qəbzindən görünür ki, Cavabdeh1 İddiaçı 50300 (əlli min üç yüz) manat borc götürmüş, buna görə iki kart girov qoymuşdur. Bankdan pul götürdüyünə görə pulu 3 günlüyə götürmüşdür. Bankdan götürdüyü pulu verdikdən sonra qalan pulu hissə-hissə qaytaracaqdır. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatı ilə də müəyyən olundu ki, qeyd edilən qəbzlərdəki imzalar cavablehlər tərəfindən icra olunmuşdur, həmin imzalar heç kim tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında tərəflərin təqdim etdikləri disklər dinlənilərkən ümumi borcun 46.300 manat olmasına dair razılığa gəldikləri müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 imzaladığı qəbzdən görünür ki, o, xx.xx.2020-ci il tarixdə İddiaçı 37500 manat borc pul götürmüşdür. Bundan başqa cavabdehin məhkəməyə təqdim etdiyi dəftərdə olan qeydlərdən görünür ki, o, müxtəlif vaxtarda iddiaçıdan 39.300 manat borc pul almış, həmin borcdan 2500, 2800 və 1400 manat olmaqla cəmi 6700 manat qaytarmışdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, həmin dəftərdə cavabdehin iddiaçıdan 39.300 manat borc alması qeyd olunsa da iddiaçı ondan 37.500 manat pulun qaytarılmasını tələb etdiyindən iddia həcmində mübahisəyə baxılmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 İddiaçı borc aldığı pulu Cavabdeh1 verdiyini və sonuncunun da bunu etiraf etməsinə baxmayaraq həmin borc Gülşən Əliüyevadan tutularaq iddiaçıya qaytarılmalıdır. Belə ki, həmin pulun Cavabdeh1 verilməsindən İddiaçı xəbəri və razılığı olmamışdır, eləcə də iddiaçı borcunu ondan tələb edir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 iddiaçıya borcunun olmamasını və ona 50.300 manat borc pul almamasına dair dəlili iş materialları ilə qismən təsdiq olunur. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh1 iddiaçıdan 50300 manat borc almasını bildirmiş və bunu imzası ilə təsdiq etmişdir və həmin timzanın ona məxsus olmamasını mübahisələndirməmişdir. Eləcə də onun iddiaçıya borcunun olmamasına dair dəlili öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı həmin qəbzdə qeyd olunan məbləğin hər iki cavabdehin birgə borcu olduğunu məhkəmə kollegiyasının iclasında bildirmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasnıda tərəflərin izahatı, eləcə də hər iki tərəfin təqdim etdiyi disklərdən məlum olur ki, cavabdehlərin iddiaçıya cəmi borcu 46.300 manat təşkil edir. Eləcə də məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh1 ona hazırda 16.500 manat borcu olduğunu bildirdi. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddia qismən təmin edilməli, 16.500 manat pul cavabdeh X1, 29.800 manat pul cavabdeh X3 tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsinin məzmununa əsasən kredit müqaviləsinin predmeti qismində yalnız pul vəsaiti çıxış etdiyi halda, borc müqaviləsinin predmeti qismində pul və ya əvəz edilən əşyalar çıxış edə bilər. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehlərdən müştərək qaydada 340 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-3471/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, 29.800 (iyirmi doqquz min səkkiz yüz) manat Cavabdeh2, 16.500 (on altı min beş yüz) manat pul Cavabdeh1, 340 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-3471/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 29.800 (iyirmi doqquz min səkkiz yüz) manat, Cavabdeh1 16.500 (on altı min beş yüz) manat pul, 340 (üç yüz qırx) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-220/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-220/2023
09.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver