Məhkəmə qərarları › İş №2(105)-221/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-221/2025

21.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-221/2025 21.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Ağamalı oğluna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şabran rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X9 cəlb olunmaqla) əsassız varlanma nəticəsində əldə edilənlərin dəyərinin geri qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X17 (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Ağamalı oğlunun, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayon İcra və Probasiya Şöbəsinin icra üzrə böyük icra məmuru X5 iştirakları ilə, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-957/2024 nömrəli qətnaməsindən Cavabdeh Ağamalı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ASC-nin səhmdarlarının növbədən kənar ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarına əsasən X2 İddiaçı ASC-nin sədri seçilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən İddiaçı ASC üzrə Cavabdeh Ağamalı oğlunun İddiaçı ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə xx.xx.2013-cü il tarixli, 01 saylı əmri ləğv edilməsi, iddiaçı Cavabdeh Ağamalı oğlunun İddiaçı ASC-yə iqtisadçı vəzifəsinə işinə bərpa edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq verilməsi qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 2(105)- 662/2014 saylı icra vərəqəsindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməsi xx.xx.2014-cü il tarixdə qanuni qüvvəsini almışdır və icraya yönəldilmişdir.

4. Şabran Rayon Məhkəməsinin 8(031)-1/2016 nömrəli məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında işi üzrə xx.xx.2016-cı il tarixdə qəbul edilmiş qərardadına əsasən Şabran rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilmiş və İddiaçı ASCyə məxsus 02 (iki) koridordan ibarət 01 (bir) inzibati bina, 04 (dörd) ədəd maşın təmiri sexi, 01 (bir) ədəd dəmir materiallardan olan 04 (dörd) tonluq su çəni, 02 (iki) ədəd böyük ölçülü kukl və 03 (üç) ədəd “GREE” markalı kondisionerlərin üzərinə həbs qoyulmuşdur.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-14/2016 nömrəli işi üzrə xx.xx.2016-cı il tarixdə qəbul edilmiş qərardadına əsasən Şabran Rayon Məhkəməsinin xx.xx.2016-cı il və xx.xx.2016-ci il tarixli qərardadları ləğv edilmişdir.

6. xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Şabran rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən 400 (dörd) yüz manat dəyərində 01 (bir) ədəd dəmir materiallardan olan 04 (dörd) tonluq su çəni və 1000 (bir min) manat dəyərində olan 02 (iki) ədəd böyük ölçülü kukl İddiaçı ASC-dən alınaraq Cavabdeh Ağamalı oğluna verilmişdir.

7. Şabran rayon İcra və Probasiya Şöbəsinin icra üzrə böyük icra məmuru X10 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli “icraata xitam verilməsi” haqqında qərara əsasən Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 03 dekabr 2014-cü il tarixdə verilmiş 2(105)-662/2014 saylı icra vərəqəsi üzrə icraata xitam verilmişdir.

8. Şabran rayon İcra və Probasiya şöbəsinin 08 fevral 2018-ci il tarixli icraata xitam verilməsi barədə qərardan görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən verilmiş icra sənədi üzrə tələbkarın xeyrinə xx.xx.2015-ci il tarixə kimi "xxxx" ASC-nin sədri X14 tərəfindəe poçt vasitəsi ilə 1362,03 manat, "xxxx" ASCnin X21 filialında olan hesabına qoyulmuş inkasso sərəncamı ilə əlaqədar xx.xx.2017-ci il tarixdə 1200 manat, 2017-ci ilin oktyabr ayında 2003,98 manat, xx.xx.2017-ci il tarixdə 998 manat, xx.xx.2017-ci il tarixdə 1996 manat və xx.xx.2018-ci il tarixdə 1611,99 manat olmaqla, cəmi 9172 manat ödətdirilmişdir.

9. ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 175 (bir yüz yetmiş beş) manat məbləğində ödəniş etmişdir.

10. ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 75 (yetmiş beş) manat məbləğində ödəniş etmişdir.

11. ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 100 (bir yüz) manat məbləğində ödəniş etmişdir.

12. ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 300 (üç yüz yüz) manat məbləğində ödəniş etmişdir.

13. ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 100 (bir yüz) manat məbləğində ödəniş etmişdir.

14. ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 300 (üç yüz) manat məbləğində ödəniş etmişdir.

15. ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 300 (üç yüz) manat məbləğində ödəniş etmişdir.

16. ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 150 (bir yüz əlli) manat məbləğində ödəniş etmişdir.

17. ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 05 (beş) manat məbləğində ödəniş etmişdir.

18. ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 50 (əlli) manat məbləğində ödəniş etmişdir.

19. ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 295 (iki yüz doxsan beş) manat məbləğində ödəniş etmişdir.

20. ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 510 (beş yüz on) manat məbləğində ödəniş etmişdir.

21. ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 237 (iki yüz otuz yeddi) manat məbləğində ödəniş etmişdir.

22. ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 140 (bir yüz qırx) manat məbləğində ödəniş etmişdir.

23. ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 40 (qırx) manat məbləğində ödəniş etmişdir.

24. ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində ödəniş etmişdir.

25. ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində ödəniş etmişdir.

26. ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 07 (yeddi) manat məbləğində ödəniş etmişdir.

27. ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 13 (on üç) manat məbləğində ödəniş etmişdir.

28. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-746/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarı ilə İddiaçı ASC-nin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı “Şabran rayon İcra və Probasiya Şöbəsinin İddiaçı ASC – yə vurduğu 5297 (beş min iki yüz doxsan yeddi) manat 38 (otuz səkkiz) qəpik məbləğində ziyana görə kompensasiyanın İddiaçı ASC-yə ödənilməsi öhdəliyinin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir.

29. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-453/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərardadına əsasən İddiaçı ASC-nin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı “Şabran rayon İcra və Probasiya Şöbəsinin İddiaçı ASC-yə vurduğu 5297 (beş min iki yüz doxsan yeddi) manat 38 (otuz səkkiz) qəpik məbləğində ziyana görə kompensasiyanın İddiaçı ASC-yə ödənilməsi öhdəliyinin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-746/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.

30. 29323 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən mübahisə predmeti barəsində Cavabdeh Ağamalı oğluna məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya məbləği 8695 (səkkiz min altı yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik (7262,5 (əmək haqqı) +1439,39 (məzuniyyət ilə bağlı kompensasiya)) müəyyən edilmişdir.

31. Şabran Rayon Məhkəməsinin 2(031)-285/2023 nömrəli mülki iş üzrə xx.xx.2023cü il tarixdə qəbul edilmiş qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

32. Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2527 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən verilmiş icra vərəqəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Ağamalı oğluna məzuniyyət üzrə 1433 (bir min dörd yüz otuz üz) manat 39 (otuz doqquz) qəpik, məcburi iş buraxmaya görə 7262 (yeddi min iki yüz altmış iki) manat 50 (əlli) qəpik olmaqla, ümumilikdə 8695 (səkkiz min altı yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik müəyyən edilmiş və qeyd edilmişdir ki, Şabran rayon İcra və Probasiya şöbəsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Ağamalı oğluna istifadə etmədiyi məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqı hesablanarkən həmin məbləğlərdən hesablanmış gəlir vergisi (14 (on dörd) faiz) tələbkarım əmək haqqında və məcburi sosial sığorta haqları (22 (iyirmi iki) faiz) isə əmək haqqını ödəyən təşkilat tərəfindən tutularaq Dövlət Büdcəsinə köçürülməlidir.

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-226/2019 nömrəli işi üzrə xx.xx.2019-cu il tarixdə qəbul edilmiş qərardadına əsasən Şabran Rayon Məhkəməsinin 8(031)- 7/2019 nömrəli məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında işi üzrə xx.xx.2019-cu il tarixdə qəbul edilmiş qərardadından verilmiş şikayət təmin edilməmiş və həmin qərardad dəyişdirilmədən saxlanılmışdır.

34. Siyəzən Rayon Məhkəməsinin 2(059)-9/2020 nömrəli mülki işi üzrə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qətnaməsindən görünür ki, iddiaçı X7 cavabdeh Şabran rayon İcra və Probasiya şöbəsinə qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir.

35. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1938/2020 nömrəli işi üzrə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qətnamədən görünür ki, üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Ağamalı oğlunun apelyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 2(031)- 175/2020 nömrəli mülki işi üzrə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qətnaməsi ləğv edilmiş və İddiaçı ASC-nin cavabdehlər Şabran rayon İcra və Probasiya şöbəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı” əmək məzuniyyətinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqının yenidən hesablanması vəzifəsinin və əmlakın yenidən qiymətləndirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir.

36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-143/2021 nömrəli işi üzrə xx.xx.2021-cü il tarixdə qəbul edilmiş qərardadına əsasən Şabran Rayon Məhkəməsinin 8(031)-32/2021 nömrəli məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında işi üzrə xx.xx.2021-cı il tarixdə qəbul edilmiş qərardadından verilmiş şikayət təmin edilməmiş və həmin qərardad dəyişdirilmədən saxlanılmışdır.

37. Şabran rayon İcra və Probasiya şöbəsinin 13998/2019 nömrəli icra işi üzrə xx.xx.2021-ci il tarixdə verilmiş arayışa əsasən İddiaçı ASC Şabran Rayon Məhkəməsinin 2(031)- 906/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş qətnaməsi əsasında verilmiş icra sənədi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Ağamalı oğluna 12170 (on iki min bir yüz yetmiş) manat məbləğində ödənilməmiş borcu qalmışdır.

38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-88/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardadına əsasən Şabran Rayon Məhkəməsinin 8(031)-1/2023 nömrəli məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardadı ləğv edilmiş və İddiaçı ASC-nin sədri X2 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Şabran Rayon Məhkəməsinə qaytarılmışdır.

39. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)-285/2023 saylı qətnaməsinə əsasən cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsindən vurduğu zərərə görə kompensasiya – 4997 (dörd min doqquz yüz doxsan yeddi) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

40. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2024-cü il tarixli 2(105)- 825/2024 saylı qərardadına əsasən Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)-285/2023 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı ASC-nin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

41. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Ağamalı oğluna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X9 cəlb olunmaqla) “əsassız varlanma nəticəsində əldə edilənlərin dəyərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Ağamalı oğlundan əsassız varlanma nəticəsində əldə etdiklərinin dəyəri olaraq 4997,32 manat məbləğində vəsaitin alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

42. İddiaçı ASC iddiasını onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsi ilə İddiaçı ASC üzrə Cavabdeh Ağamalı oğlunun İddiaçı ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə xx.xx.2013-cü il tarixli, 01 saylı əmrinin ləğv edilməsi, iddiaçı Cavabdeh Ağamalı oğlunun İddiaçı ASC-yə iqtisadçı vəzifəsinə işinə bərpa edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq verilməsi qət edilmişdir. Şabran rayon İcra və Probasiya şöbəsinin hesablama metodunu əsas götürsələr məcburi iş buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya aşağıdakı qaydada hesablanmalıdır: Cavabdeh Ağamalı oğlunun məcburi iş buraxma dövrü olaraq icra məmurunun götürdüyü xx.xx.2013-xx.xx.2015-ci illər üçün orta aylıq əmək haqqını 350 (üç yüz əlli) manatdan hesablasalar, həmin 25 (iyirmi beş) ay işləmədiyi aylara görə əmək haqqısı cəmi 8750 (səkkiz min yeddi yüz əlli) manat təşkil edir (350 x 25 = 8750). Həmin vəsaitin 14 (on dörd) faizi vergi olaraq ödəmə mənbəyində onun məcburi iş buraxmaya görə hesablanmış əmək haqqısından çıxılmalı idi. 8750 (səkkiz min yeddi yüz əlli) manatın 14 (on dörd) faizi 1225 (bir min iki yüz iyirmi beş) manat eləyir. Həmçinin 8750 (səkkiz min yeddi yüz əlli) manatın Dövlət Sosial Müdafiə Fonduna köçürüləcək 03 (üç) faiz hissəsi şirkət tərəfindən sığorta olunanın məcburi iş buraxmaya görə hesablanmış əmək haqqısından tutulmalı idi. 8750 (səkkiz min yeddi yüz əlli) manatın 03 (üç) faizi 262 (iki yüz altmış iki) manat 50 (əlli) qəpik eləyir. Deməli Cavabdeh Ağamalı oğlunun məcburi iş buraxma dövrü üçün hesablanmış 8750 (səkkiz min yeddi yüz əlli) manat əmək haqqısından vergini və məcburi dövlət sosial sığorta haqqını çıxsaq (1225+262.50=1487.50) ona məcburi iş buraxmaya görə əmək haqqısı olaraq 7262 (yeddi min iki yüz altmış iki) manat 50 (əlli) qəpik məbləğində pul ödənilməli idi. İİ. İstifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması - ilk növbədə bildirir ki, məhkəmənin qətnaməsində hansı illər üçün əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması barədə heç bir göstəriş yoxdur. Belə ki, həmin müddəti icra məmurunun götürdüyü 2002-2006-cı illər və xx.xx.2013-xx.xx.2015-ci illər üçün 07 (yeddi) il müddəti üçün hesablasalar belə bir nəticə alınır. Belə ki, Cavabdeh Ağamalı oğlunun 2002-2006-cı illər üçün aylıq əmək haqqısını 85 (səksən beş) manatdan, xx.xx.2013-xx.xx.2015-ci illər üçün isə aylıq əmək haqqısını 350 (üç yüz əlli) manatdan hesablasalar belə bir nəticəyə gəlirlər, həmin vəsaitin 14 (on dörd) faizi vergi olaraq əmək məzuniyyətlərinə görə hesablar kompensasiyadan tutulmalı idi. 1365 (bir min üç yüz altmış beş) manat 45 (qırx beş) qəpiyin 14 (on dörd) faizi 191 (bir yüz doxsan bir) manat 16 (on altı) qəpik eləyir. Həmçinin 136 (bir yüz otuz altı) manatın Dövlət Sosial Müdafiə Fonduna köçürüləcək 03 (üç) faiz hissəsi şirkət tərəfindən sığorta olunanın və məzuniyyətlərinə görə hesablanmış kompensasiyasından tutulmalı idi. 1365 (bir min üç yüz altmış beş) manat 45 (qırx beş) qəpiyin 03 (üç) faiz hissəsi 40 (qırx) manat 96 (doxsan altı) qəpik eləyir. Deməli Cavabdeh Ağamalı oğluna əmək məzuniyyətlərinə görə hesablanmış 1365 (bir min üç yüz altmış beş) manat 45 (qırx beş) qəpik kompensasiyadan vergini və məcburi dövlət sosial sığorta haqqını çıxsalar (191.16+40.96=232.12) ona əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiya olaraq 1133 (bir min yüz otuz üç) manat 33 (otuz üç) qəpik məbləğində pul vəsaiti ödənilməli idi. Beləliklə, qeyd olunan qətnamə üzrə Cavabdeh Ağamalı oğluna məcbur iş buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya olaraq 8395.83 (səkkiz min üç yüz doxsan beş) manat 83 (səksən üç) qəpik (7262.50+1133.33=8395.83) pul ödənilməli idi. Məhkəməyə ekspert tərəfindən təqdim edilmiş 03 may 2023-cü il tarixli, 9/2527 nömrəli rəydə qeyd olunmuşdur ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkar Cavabdeh Ağamalı oğluna istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqı məbləği ümumilikdə 8695 (səkkiz min altı yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik müəyyən olunur o, cümlədən məzuniyyət üzrə 1433 (bir min dörd yüz otuz üç) manat 39 (otuz doqquz) qəpik, məcburi iş buraxma üzrə 7262 (yeddi min iki yüz altmış iki) manat 50 (əlli) qəpik. Bir daha qeyd edirlər ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkarın xeyrinə xx.xx.2015-ci il tarixinə kimi İddiaçı ASC tərəfindən poçt vasitəsilə 1362 (bir min üç yüz altmış iki) manat 03 (üç) qəpik, İddiaçı ASC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şabran filialında olan hesabına qoyulmuş inkasso sərəncamı ilə əlaqədar xx.xx.2017-ci il tarixdə 1200 (bir min iki yüz) manat, 2017-ci ilin oktyabr ayında 2003 (iki min üç) manat 98 (doxsan səkkiz) qəpik, xx.xx.2017-ci il tarixdə 998 (doqquz yüz doxsan səkkiz) manat, xx.xx.2017-ci il tarixdə 1996 (bir min doqquz yüz doxsan altı) manat, xx.xx.2018-ci il tarixdə 1611 (bir min altı yüz on bir) manat 99 (doxsan doqquz) qəpik olmaqla, cəmi 9172 (doqquz min yüz yetmiş iki) manat ödətdirilmiş, icra sənədi üzrə borc tam olaraq ödənildiyi üçün Şabran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə icraata xitam verilmişdir. Şabran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarından şikayət verilmiş, Şabran Rayon Məhkəməsinin 8(031)-69/2018 saylı, xx.xx.2018 tarixli qərardadına əsasən icra məmurunun xitam qərarı ləğv olunaraq qeyd olunan icra sənədi yenidən craya yönəldilmişdir. Yenidən icra məmuru tərəfindən əsassız olaraq əlavə 4521 (dörd min beş yüz iyirmi bir) manat 21 (iyirmi bir) qəpik İddiaçı ASC-yə borc hesablanmışdır. "xxxx" ASC-dən məcburi icra tədbirləri nəticəsində, inkasso sərəncamı və əmlakların hesabına (Şabran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(031)-1/2016 saylı qərardadı ilə üzərilərinə həbs qoyulmuş 400 (dörd yüz) manat dəyərində su çəni və 1000 (bir min) manat dəyərində 02 (iki) ədəd böyük ölçülü kukl) həmin borc da ödətdirilmişdir. xx.xx.2020-ci ildə yenidən həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi həmin icra sənədi üzrə Cavabdeh Ağamalı oğluna Şabran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 5297,38 manat artıq pul və əmlak ödənilmişdir. (9172+4521,21=13693,21. 13693,21-8395,83=5297,38). Belə ki, Şabran rayon İcra və Probasiya Şöbəsi icra sənədi əsasında apardığı hesablamalar zamanı səhvlərə yol vermişdir. Şabran rayon İcra və Probasiya Şöbəsi icra sənədi üzrə hesablamalar zamanı 14 faiz vergini əmək haqqından çıxmır, gəlir vergisini və məcburi dövlət sosial sığorta haqlarım da Cavabdeh ödənilməli məbləğ kimi nəzərə alaraq ona ödənilməli borc məbləğinin üzərinə gəlir, hansı ki, məcburi dövlət sosial sığorta haqlarını və vergini əmək haqqını ödəyən təşkilat ödəmə mənbəyində tutaraq ödəməlidir. Həmin məbləğlər vətəndaşa ödənilməməlidir. Cavabdeh görə hesablanmış vergi və sosial sığorta haqlarını neçə illərdir ASC ödəyir, hətta ASC-nin bununla bağlı borcu da vardır. Həmçinin qətnamədə Cavabdeh Ağamalı oğluna ödənilməli məbləğin miqdarı göstərilməmiş, hansı dövrləri əhatə etməsi belə göstərilməmişdir. Həmin məbləğin hesablanması barədə inzibati akt yoxdur. Beləliklə icra vərəqəsi üzrə Şabran rayon İcra və Probasiya şöbəsi qeyriqanuni şəkildə ASC-yə məxsus 400 manat dəyərində su çənini və 1000 manat dəyərində 2 ədəd böyük ölçülü kuklu Cavabdeh Ağamalı oğluna təhvil vermiş və 3897.38 manat ASC-dən artıq pul tutmuş, bununla da, "Dəvəçi-Sərnişin” ASC həmin əmlaklardan məhrum olmuş və ASC-yə 5297.38 manat ziyan vurulmuşdur. Ona görə də Şabran rayon İcra və Probasiya şöbəsinin “DəvəçiSərnişin" ASC-yə vurduğu 5297.38 manat məbləğində ziyana görə kompensasiya “Dəvəçi-Sərnişin " ASC-yə ödənilməlidir. Şabran rayon İcra və Probasiya şöbəsinin " Dəvəçi-Sərnişin’’ ASC-yə vurduğu 5297,38 manat məbləğində ziyana görə kompensasiyanın "xxxx" ASC-yə ödənilməsi üçün xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh quruma müraciət edilsə də, Şabran rayon İcra və Probasiya şöbəsi xx.xx.2021-ci il tarixli, 208590/17 saylı cavab məktubu ilə kompensasiyanın ödənilməsini qeyri-mümkün hesab etmişdir". Sonradan İddiaçı ASC Şabran Rayon Məhkəməsinə “dəqiqləşmə barədə ərizə verərək, Şabran rayon İcra və Probasiya Şöbəsinin İddiaçı ASC - yə vurduğu 6670 (altı min altı yüz yetmiş) manat 71 (yetmiş bir) qəpik məbləğində ziyana görə kompensasiyanın cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC yenidən Şabran Rayon Məhkəməsinə “dəqiqləşmə barədə ərizə verərək, Şabran rayon İcra və Probasiya Şöbəsinin İddiaçı ASC-yə vurduğu 6370 (altı min üç yüz yetmiş) manat 65 (altmış beş) qəpik məbləğində ziyana görə kompensasiyanın cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-285/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardadına əsasən iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2527 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən verilmiş icra vərəqəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Ağamalı oğluna məzuniyyət üzrə 1433 (bir min dörd yüz otuz üz) manat 39 (otuz doqquz) qəpik, məcburi iş buraxmaya görə 7262 (yeddi min iki yüz altmış iki) manat 50 (əlli) qəpik olmaqla, ümumilikdə 8695 (səkkiz min altı yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik müəyyən edilmiş və qeyd edilmişdir ki, Şabran rayon İcra və Probasiya şöbəsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Ağamalı oğluna istifadə etmədiyi məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqı hesablanarkən həmin məbləğlərdən hesablanmış gəlir vergisi (14 faiz) tələbkarım əmək haqqında və məcburi sosial sığorta haqları (22 faiz) isə əmək haqqını ödəyən təşkilat tərəfindən tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Belə ki, ekspert rəyində hesablama metodu bu qaydada aparılmışdır: Məzuniyyət üzrə 350/30.4x30x5=1726.97, 1726.97x17% (gəlir vergisi və sosial ayırma)=293.58 1726.97-293.58=1433.39. Məcburi iş buraxma 25 aydan (işdən azad olunduğu tarixdən yenidən işə bərpa olunduğu tarixədək olan dövr) x 350.00 əmək haqqı=8750.00 8750.00xl7%=1487.50 87xx.xx-1487.50=7262.50, 7262.50+1439.39=8695.89. Nəticədə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Şabran Rayon İcra və Probasiya Şöbəsindən vurduğu zərərə görə kompensasiya - 4997 (dörd min doqquz yüz doxsan yeddi) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim İlqar Cabbarov). Uzun sürən araşdırmalardan sonra işə baxan hakim İlqar Cabbarov belə bir nəticəyə gəlmiş və qətnamədə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2527 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən verilmiş icra vərəqəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Ağamalı oğluna məzuniyyət üzrə 1433 (bir min dörd yüz otuz üz) manat 39 (otuz doqquz) qəpik, məcburi iş buraxmaya görə 7262 (yeddi min iki yüz altmış iki) manat 50 (əlli) qəpik olmaqla, ümumilikdə 8695 (səkkiz min altı yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaiti cavabdeh Şabran rayon İcra və Probasiya şöbəsi tərəfindən İddiaçı ASC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Ağamalı oğluna ödənilməli olsa da, cavabdeh Şabran rayon İcra və Probasiya şöbəsi 208590/17- 29 nömrəli icra işi üzrə xx.xx.2023-cü il tarixli məktubunda da qeyd etdiyi kimi, ümumilikdə 13693 (on üç min altı yüz doxsan üç) manat 21 (iyirmi bir) qəpik məbləğində pul vəsaitini (xx.xx.2018-ci il tarixə kimi 9172 (doqquz min yetmiş iki) manat + 4521 (dörd min beş yüz iyirmi bir) manat 21 (iyirmi bir) qəpik) "xxxx" ASC-dən alaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Ağamalı oğluna ödəmişdir, Bu səbəbdən də İddiaçı ASC-nin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh Şabran rayon İcra və Probasiya şöbəsindən vurulmuş zərərə görə kompensasiya - 4997 (dörd min doqquz yüz doxsan yeddi) manat 32 (otuz iki) qəpik məbləğində (13693,21- 8695,89=4997,32) pul vəsaiti tutularaq olaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddiaçı ASC-nin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsindən üçüncü şəxs Cavabdeh Ağamalı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən baxılaraq xx.xx.2024- cü il tarixli, 2(105)-825/2024 saylı qərardad qəbul olunmuş, həmin qərardadla apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı ASC-nin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-825/2024 saylı qərardadında məhkəmə göstərmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr qətnamənin səmərəli icrasım təmin etmək məqsədini daşıyır, eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Bu baxımdan baxılan iş üzrə irəli sürülmüş tələbin mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, iddiaçının tələbi faktiki olaraq qətnamənin icrası gedən müddət ərzində icra məmurunun səhv hesablamaların apan iması ilə bağlı hərəkətləridir. Bu tələbə isə ümumi iddia icraatı qaydasında baxılaraq işi mahiyyəti üzrə həll edən qətnamə qəbul edilməsi yolverilən hesab edilə bilməz. Çünki mülki prosessual qanunvericilik qətnamənin icrasına nəzarət edilməsi ilə bağlı ayrıca icraat növü və prosessual qaydalar müəyyən etmişdir. Belə qaydanın müəyyən edilməsi isə qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə xidmət edir. Qanunvericiliyin şərtləşdirdiyi qaydada icra qaydasının müəyyən edilməsi habelə onun ləğvi və dəyişdirilməsi ilə bağlı müraciətlərə yuxarıda göstərilən qaydada baxılması prosessual qənaət prinsipi baxımından da əlverişli olmaqla, məsələlərin daha çevik və qısa müddətlərdə həllinə imkan vermiş olur. Bu baxımdan, qüvvədə olan məhkəmə qətnaməsi ilə bağlı icra məmurun hərəkətlərinə dair müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Hər iki halda, iddiaçıya icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından, icra məmurunun hərəkətlərindən şikayət ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə icraata xitam verilməli, iddiaçıya icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından, icra məmurunun hərəkətlərindən şikayət ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ona görə də Şabran rayon İcra və Probasiya Şöbəsinin hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət etmişlər və Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2527 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyini, həmçinin 30 yanvar 2020-cü il tarixli, 29323 nömrəli ekspert rəyini, həmin rəylərin bir-birini tamamlamasını əsas tutaraq vurulmuş ziyana görə 4997 (dörd min doqquz yüz doxsan yeddi) manat 32 (otuz iki) qəpik pul tələb etmişik. Nəticədə, Şabran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(031) 45/2024 nömrəli qərardadı (hakim Könül Mirzəfərova) ilə şikayətləri təmin edilmiş və Şabran rayon icra və probasiya şöbəsindən Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(105)- 662/2014 saylı qətnaməsinin icrası ilə bağlı İddiaçı ASC-yə vurduğu 4997,32 manat məbləğində ziyanın alınaraq, İddiaçı ASC-yə ödənilməsi qərara alınmışdır. Şabran Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 8(031)-45/2024 nömrəli qərardadından Cavabdeh Ağamalı oğlu tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-95/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(031)- 45/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 8(031)- 45/2024 nömrəli qərardad ləğv edilmiş, "xxxx" ASC-nin Şabran rayon İcra və Probasiya Şöbəsinin hərəkətlərindən (hərəkətsizliyindən) verdiyi şikayət təmin edilməmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-95/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı belə əsaslandırılır ki, İddiaçı ASC Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-453/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)- 825/2024 saylı qanuni qüvvəsini almış qərardadlarını nəzərə almaqla, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 662/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icrası zamanı ondan artıq məbləğdə pulun tutularaq, tələbkar Cavabdeh Ağamalı oğluna ödənildiyini iddia etdiyi halda, əsassız varlanma qaydalarına müvafiq olaraq, Şabran rayon İcra və Probasiya Şöbəsini müstəqil tələb sürməyən üçüncü şəxs qismində cəlb etməklə, cavabdeh qismində Cavabdeh Ağamalı oğluna qarşı iddia icraatı qaydasında aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət etməkdə haqlı hesab oluna bilərdi.

43. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-957/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Ağamalı oğlundan əsassız varlanma nəticəsində əldə etdiklərinin dəyəri olaraq 4997,32 (dörd min doqquz yüz doxsan yeddi manat otuz iki qəpik) manat məbləğində vəsaitin və 70,40 (yetmiş manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir (hakim Ayaz Məmmədov).

44. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 21.1, 21.2, 21.3, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1093.1-ci maddələri, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 78.1, 88.1 və 119.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

45. Cavabdeh Ağamalı oğlu apellyasiya şikayəti verib Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-957/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

46. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ASC Şabran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Ağamalı oğlundan əsassəz varlanma nəticəsində əldə etdiklərinin dəyəri olaraq 4997,32 manat məbləğində vəsaitin alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsi Cavabdeh Ağamalı oğlundan əsassız varlanma nəticəsində əldə etdiklərinin dəyəri 4997,32 manat məbləğində vəsait və 70,40 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

47. Ekspert isə saxta sənədlərə əsasən qanunsuz olaraq 5 il əmək məzuniyyəti pulu hesablamışdır. O 14 il əmək məzuniyyətlərindən istifadə etməmişdir. Axırıncı aylıq əmək haqqı 878 manat olmuşdur. Əmək məzuniyyətlərinin 878 manat aylıq əmək haqqına görə hesablanmalıdır. Məzuniyyətlərinin cədvəli işə əlavə olunur. Etibarnamə ilə xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi İddiaçı ASC-nin sədri işləmişdir. Əmək Məcəlləsinin 114-cü maddəsinin 3-cü hissəsinə əsasən ona 30 gün əmək məzuniyyəti düşür. Həmin Məcəllənin 116-cı maddəsinə əsasən 15 ildən artıq əmək stajı olduğuna görə 6 gün də əlavə olunur. 36 günə görə, hər il çıxdığı əmək məzuniyyəti pulu hesablanmalıdır. Həmin məcəllənin 140.1-140.4-cü maddələrinə əsasən verilməlidir. Həmin Məcəllələrə görə əmək məzuniyyətinə görə kompensasiya onun hansı illər üçün verilməsindən asılı olmayaraq kompensasiyanın verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Şabran rayon icra və probasiya şöbəsinin arayışına əsasən Dəvəçisərnişin ASC-nin bu günki günə Cavabdeh Ağamalı oğluna 12170 manat ödənilməmiş borcu qalmışdır. Şabran Rayon Məhkəməsinin qətnaməsində göstərilib ki, 19 mədaxil qəbzi üzrə ona 2870 manat pul ödənilmişdir. Bu tamamilə yalandır. Qəhrəmanov Nurayət saxta sənədlər yazaraq məhkəməyə təqdim edib. O heç bir mədaxil qəbzinə imza atıb pul almamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

48. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

49. Məhkəmə iclasında Cavabdeh Ağamalı oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

50. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

51. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayon İcra və Probasiya Şöbəsinin icra üzrə böyük icra məmuru X10 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

52. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən digər üçüncü şəxsin nümayəndəsininin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

53. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

54. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

55. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

56. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

57. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

58. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

59. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

62. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

66. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

67. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

68. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

69. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

71. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

72. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

73. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

74. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

76. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

77. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Ağamalıyev X11 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-957/2024 nömrəli qətnaməsinin tam ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etdiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə tam həcmdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

78. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

79. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, lakin iddiaçı iddiasının əsasını təşkil etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübuta yetirə bilmişdir.

80. Apellyasiya şikayətinin dəlillərində cavabdeh 19 mədaxil qəbzi üzrə 2870 manat pul ödənilməsinin həqiqətə uyğun olmayan məlumat olduğunu və onun tərəfindən heç bir mədaxil qəbzinə imza atmayıb pulun almamasını göstərsə də, apellyasiya icraatı zamanı məhkəmə iclasında cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 2(105)-662/2014 saylı icra vərəqəsi üzrə cəmi 13693 manat pul vəsaitinin ona ödənilməsini təsdiq etmişdir.

81. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən verilmiş icra vərəqəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Ağamalı oğluna məzuniyyət üzrə 1433 (bir min dörd yüz otuz üz) manat 39 (otuz doqquz) qəpik, məcburi iş buraxmaya görə 7262 (yeddi min iki yüz altmış iki) manat 50 (əlli) qəpik olmaqla, ümumilikdə 8695 (səkkiz min altı yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik müəyyən edilmiş və qeyd edilmişdir ki, Şabran rayon İcra və Probasiya şöbəsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Ağamalı oğluna istifadə etmədiyi məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqı hesablanarkən həmin məbləğlərdən hesablanmış gəlir vergisi (14 (on dörd) faiz) tələbkarım əmək haqqında və məcburi sosial sığorta haqları (22 (iyirmi iki) faiz) isə əmək haqqını ödəyən təşkilat tərəfindən tutularaq Dövlət Büdcəsinə köçürülməlidir.

82. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

83. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, tərəflərin əvvəlki mübahisələri üzrə qanuni qüvvəyə minmiş qətnamələr və hazırkı iş üzrə ekspertiza rəyi nəzərə alınmalı, qeyd olunan dəlillər hazırkı iddia tələbinin rədd olunması və apellyasiya şikayətinin təmin olunması üçün əsas kimi çıxış edə bilməz.

84. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

85. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

86. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

87. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

88. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-957/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-957/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar