Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2210/2020 18.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ xx xxxxxxxx 2020-ci il İş № 2(105)-2210/2020 Sumqayıt şəhəri Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4, X3 və Zamin6 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-156/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-156/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4, X5 və Zamin6 müştərək qaydada 011R000005013 saylı kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə 11478 (on bir min dörd yüz yetmiş səkkiz) ABŞ dolları 13 sent məbləğində əsas kredit borcu, 2840 (iki min səkkiz yüz qırx) ABŞ dolları 72 sent məbləğində faiz borcu, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və 011R********** saylı kredit razılaşması üzrə 12026 (on iki min iyirmi altı) manat 77 qəpik məbləğində əsas kredit borcu, 4177 (dörd min yüz yetmiş yeddi) manat 70 qəpik məbləğində faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin İddiaçı-nin xeyrinə tutulması qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. (hakim İ.Məmmədov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)- 156/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinin cərimə borcuna dair hissədə dəyişdirilməsini və İddiaçı–nin iddia tələbinin cərimə borcunun tutulmasına dair hissəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh da apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-156/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4, X5 və Zamin6 müştərək qaydada İddiaçı xeyrinə 11R000005013 saylı kredit razılaşması üzrə 11618,05 ABŞ dolları məbləğində əsas kredit borcu, 2910,52 ABŞ dolları məbləğində faiz borcu və 10168,07 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 24696,64 ABŞ dolları məbləğində borcun, 011R********** saylı kredit razılaşması üzrə isə 12296 manat məbləğində əsas kredit borcu, 5504,48 manat məbləğində faiz borcu və 10773,37 manat məbləğində cərimə borcu olmaqla, cəmi 28573,85 manat məbləğində borcun, habelə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, İddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli, 11L000003060 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli, 011R000005013 saylı kredit razılaşması əsasında 84 ay müddətinə, aylıq faiz dərəcəsi 0,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 32000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli, 011R000005013S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 20881,95 ABŞ dolları ödəmiş, onun 11618,05 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 873 gün üçün hesablanmış faiz borcu 2910,52 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 873 gün üçün hesablanmış cərimə 10168,07 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 12296 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli, 011R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 0 manat ödəmiş, onun 12296 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 873 gün üçün hesablanmış faiz borcu 5504,48 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 873 gün üçün hesablanmış cərimə 10773,37 təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrası məqsədilə cavabdehlər Zamin1, Zamin2, Zamin3, Zamin4, X5 və Zamin6 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi bir sıra maddi və prosessual hüquqların pozulması ilə çıxarılmışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, kredit müqavilələri üzrə (maddə 4.2.2) cavabdeh öz üzərinə qaytarılmalı məbləği gecikdirərsə, cərimə ödəmə öhdəliyi götürmüşdür. Bu müqavilələr üzrə gecikdirmə 873 gün təşkil etmiş, bunun müqabilində isə hər iki müqavilə üzrə 10168,07 ABŞ dolları və 10773,37 manat cərimə tətbiq edilmişdir. Məhkəmə kredit müqavilələri üzrə borcu tutarkən işdə olan ekspert rəyinə istinad etmişdir. Bu rəylərlə yalnız əsas və faiz borcu hesablanmış, cərimə borcu üzrə tədqiqat aparılmamışdır. Məhkəmə isə bu rəyə istinad edərək cavabdehlərdən yalnız əsas və faiz borcunu tutmuş, cərimə borcunun tutulmaması barədə əsassız nəticəyə gəlmiş, bununla da Mülki Məsəllənin 460, 462, 463-cü maddələrinin tələblərini pozmuşdur. Buna görə də qətnamə cərimə borcuna dair hissədə dəyişdirilməli, cavabdehlərdən cərimə borcunun tutulması barədə iddia da təmin olunmaldır. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnsamə əsassızdır. O, bankdan kredit götürmüş, bir sıra ödənişlər etmiş, sonradan maddi vəziyyəti pisləşdiyi və ABŞ dollarının bahalaşması, habelə manatın devalvasiyası nəticəsində ödəmələri dayandırmışdır. Əsas borcu ödəyə bilmədiyi halda, bank ona faiz borcu hesablamış, borcu süni şəkildə şişirtmiş, borcun ödənilməsində ona güzəşt edilməmişdir. Yaranmış kredit borcunun dəqiq müəyyənləşdirilməsi məqsədilə iş üzrə mühasibatlıq ekspertizası təyin edilməlidir. Bu hallar birinci instansiya məhkəməsində kifayət qədər araşdırılmadığından qətnamə ləğv edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi X4 bankın apelyasiya şikayətini müdafiə edərək onun təmin ediməsini, Cavabdeh apelyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh öz apelyasiya şikayətini müdafiə edərək onun təmin ediməsini, İddiaçı-nin apelyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 11L000003060 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Yenə iş materiallarında olan xx.xx.2013-cü il tarixli, 011R000005013 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh 84 ay müddətinə, aylıq faiz dərəcəsi 0,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 32500 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli, 011R000005013S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Yenə də iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 12296 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 011R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İşdə olan 011S**********01, 011S000004268, 011S000004269, 011S000004270, 011S000004271 və 011S000004272 zaminlik müqavilələrdən görünür ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrası məqsədilə Zamin1, Zamin2, Zamin3, Zamin4, X5 və Zamin6 bank qarşısında öz üzərlərinə öhdəlik götürmüşlər. Yenə işdə olan maliyyə arayışlarından görünür ki, Cavabdeh İddiaçı-yə xx.xx.2013cü il tarixli, 011R000005013 saylı kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə 11618,05 ABŞ dolları məbləğində əsas kredit borcu, 2910,52 ABŞ dolları məbləğində faiz borcu və 10168,07 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 24696,64 ABŞ dolları məbləğində borcu; xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması üzrə 12296 manat məbləğində əsas kredit borcu, 5504,48 manat məbləğində faiz borcu və 10773,37 manat məbləğində cərimə borcu olmaqla, cəmi 28573,85 manat məbləğində borcu vardır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 32028 saylı ekspert rəyindən görünür ki, Cavabdeh 011R000005013 saylı kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə 11478,13 ABŞ dolları məbləğində əsas kredit borcu, 2840,72 ABŞ dolları məbləğində faiz borcu; 011R********** saylı kredit razılaşması üzrə 12026,77 manat məbləğində əsas kredit borcu, 4177,70 manat məbləğində faiz borcu müəyyən edilmişdir. Yenə iş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, cavabdehlər banka gecikdirilmiş borcun olması, ödənilməyəcəyi təqdirdə barələrində müvafiq tədbir görüləcəyi barədə xəbərdar edilmişlər. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı-nin apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-156/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi cərimə borcu hissəsində dəyişdirilməli, kredit müqavilələri üzrə cavabdehlərə müştərək qaydada 500 ABŞ dolları və 500 manat cərimə tətbiq edilməli, qalan hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2013-cü il tarixli, 11L000003060 saylı kredit xətti müqaviləsilə İddiaçı tərəfindən Cavabdeh 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bundan sonra, Cavabdeh iddiaçıdan ev almaq məqsədilə xx xxx 2013-cü il tarixli razılaşmaya əsasən 84 ay müddətinə aylıq 0,8333 faiz ödəmək şərtilə 32500 ABŞ dolları məbləğində kredit götürmüş, xx.xx.2016-cı il tarixli 011R000005013S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Daha sonra, Cavabdeh iddiaçıdan ABŞ dolları ilə olan cari kredit borclarının vaxtından əvvəl ödənilməsinin təmin edilməsi məqsədilə xx xxxxxx 2015-ci il tarixli razılaşmaya əsasən 24 ay müddətinə aylıq 1,1667 faiz ödəmək şərtilə 12296 manat məbləğində kredit götürmüş, xx.xx.2016-cı il tarixli 011R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasının təminatı məqsədilə Zamin1, Zamin2, Zamin3, Zamin4, X5 və Zamin6 zamin kimi bank qarşısında öz üzərlərinə öhdəlik götürmüşlər. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə və razılaşmalara əsasən, Cavabdeh həmin kredit müqaviləsi və razılaşmalar üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. İş materiallarından və işin faktiki hallarından göründüyü kimi borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh İddiaçı-dən aldığı kredit üzrə əsas borcu, müqavilə ilə müəyyən edilmiş faizləri və dəbbə pulu borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Həmçinin zaminlər Zamin1, Zamin2, Zamin3, Zamin4, X5 və Zamin6 Cavabdeh İddiaçı qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün məsuliyyəti öz üzərlərinə götürsə də, öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşdən göründüyü kimi, Cavabdeh iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə əsas borcu, faiz borcu və dəbbə pulu borcu yaranmışdır. Məhkəmə borcun tutulması üçün Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 32028 saylı ekspert rəyinə istinad etmişdir. Bu rəydə isə cərimə borcunun məbləği barədə müddəa yoxdur və işə baxan məhkəmə də cavabdehlərdən heç bir cərimə borcu tutmamışdır. Halbuki, tərəflər arasında bağlanmış sazi.lərin 4.2.2-ci maddəsində kredit borcunun vaxtında qaytarılmaması halında hər gecikdirilən gün üçün 0,5 % cərimə tətbiq edilməsi barədə müddəa öz əksini tapmışdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən birinci saziş üzrə 10168,07 ABŞ dolları, ikinci saziş üzrə isə 10773,37 manat dəbbə pulunun tutulmasını xahiş etmiş və həmin tələb təmin olunmamışdır. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar birinci saziş üzrə 10168,07 ABŞ dolları, ikinci saziş üzrə isə 10773,37 manat məbləğində cərimə borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin halları nəzərə alınarsa qeyd edilən məbləğ tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən də, məhkəmə kollegiyası işin hallarını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun kreditorun vəziyyətini daha da ağırlaşdırdığını, habelə kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, birinci saziş üzrə 500 ABŞ dolları, ikinci saziş üzrə isə 500 manat məbləğində cərimə borcu hesablanmalı və cavabdehlərdən tutulmalıdır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin və apelyasiya şikayətinin dəlillərinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmiş, cavabdeh isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə dair məhkəməyə daha mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə dəbbə pulu borcunun tutulması hissəsində qətnamə dəyişdirilməli, cavabdehlərdən müştərək qaydada xx xxx 2013-cü il tarixli saziş üzrə 500 ABŞ dolları, xx.xx.2015-ci il tarixli saziş üzrə isə 500 manat dəbbə pulu tutulmaqla, İddiaçı-yə verilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1, 119.5-ci maddələrinin tələblərinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh özünə aid edilməli, İddiaçı tərəfindən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat rüsum isə cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı-yə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı-nin apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-156/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi kredit razılaşmaları üzrə dəbbə pulu tutulması hissəsində dəyişdirlsin. Cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4, X5 və Zamin6 müştərək qaydada 011R000005013 saylı kredit razılaşması üzrə 500 ABŞ dolları (ödəniş gününə manat məzənnəsilə) və 011R********** saylı kredit razılaşması üzrə 500 manat cərimə borcu İddiaçı-nin xeyrinə tutulsun. Qətnamə,Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4, X5 və Zamin6 müştərək qaydada 011R000005013 saylı kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə 11478 ABŞ dolları 13 sent məbləğində əsas kredit borcu, 2840 ABŞ dolları 72 sent məbləğində faiz borcu, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və 011R********** saylı kredit razılaşması üzrə 12026 manat 77 qəpik məbləğində əsas kredit borcu, 4177 manat 70 qəpik məbləğində faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğdə pul vəsaitinin İddiaçı-nin xeyrinə tutulması hissəsində, dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. İddiaçı tərəfindən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat rüsum cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı-yə qaytarılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2210/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2210/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver