Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2214/2022 10.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi ilə, İddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 avqust 2022-i il tarixli qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili E.R.Yəhyazadə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərardadı ilə (hakim E.T.Məmmədov) iddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(012)-1771/2018 saylı qərardadından Cavabdeh2 vəkili nümayəndəsi X2 15 avqust 2022-ci il tarixdə vermiş olduğu şikayətin geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Abşeron Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2(012)-1771/2018 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilmiş, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2015-ci il tarixli 24-ZİGİ-1-0-127-15 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11 sentyabr 2015-ci il tarixli 24-ZİGİ-1-0-127-15 saylı kredit müqaviləsi üzrə 7795,33 ABŞ dolları əsas borc, 4569,78 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla cəmi 12415,11 ABŞ dolları borc və 30 manat dövlət rüsumuna görə, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat rüsumuna görə və 20 manat xidmət haqqına görə pul, cəmi 60 manat pulun iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə tutulması, tutmanın kredit təminatı olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 yanvar küçəsində yerləşən 2 otaqdan ibarət 30,7 kv.m ümumi sahəsi olan 12 saylı evin 28 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə edilən vəsait hesabına Cavabdeh1 iddiaçı "xxxx" İKB ASC-yə olan borcunun ödənilməsinin təmin edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 yanvar küçəsində yerləşən 2 otaqdan ibarət 30,7 kv.m ümumi sahəsi olan 12 saylı evin 28 nömrəli mənzilinin ilkin satış qiymətinin 30.000 (otuz min) manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili nümayəndəsi E.R.Yəhyazadə sözü gedən qətnamədən 11 may 2022-ci il tarixində apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2(012)-1771/2018 saylı qətnaməsinin 11 sentyabr 2015-ci il tarixli 24-ZİGİ-1-0-127-15 saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsi istisna olmaqla, digər hissələrdə ləğv edilməsi, işin araşdırılacaq hallarına və gəlinəcək nəticələ uygun olaraq yeni məhkəmə aktının qəbul edilməsini xahiş etmiş, həmçinin Abşeron Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsinə dair müddətin bərpa edilməsini və apellyasiya şikayəti verilməsinə dair müddətin bərpa edilməsini və apellyasiya şikayətinə baxılmasından ötrü apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(012)-1771/2018 saylı qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili E.R.Yəhyazadənin Abşeron Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2(012)- 1771/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsi təmin edilməmiş, ərizənin ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 06 iyul 2022-ci il tarixində şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(012)-1771/2018 saylı qərardadının ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsini və şikayətin baxılması üçün apellyasiya instansiya göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(012)-1771/2018 saylı qərardadı ilə cavabdehlər Abşeron Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(012)- 1771/2018 saylı qərardadından verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili nümayəndəsi E.R.Yəhyazadə Abşeron Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(012)-1771/2018 saylı qərardadından 15 avqust 2022-ci il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(012)-1771/2018 saylı qərardadın ləğv edilməsini və şikayətin baxılmasından ötrü apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh G.Mehdiyeva və qeyrisi verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Qarardad bununla əsaslandırmışdır ki, guya onlar 31 may 2022-ci il tarixli qərardadından şikayət müddətini ötürmüşlər. Həmin dəlili qəbul etmirlər. Abşeron Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərardadın ləğv edilməsini, iş üzrə qəbul edilmiş 31 may 2022-ci il tarixli qərardadından verilmiş şikayətin baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarında olan 31 may 2022-ci il tarixli qərardadından görünür ki, cavabdehlər Cavabdeh1 və G.V.Mehdiyevanın vəkili nümayəndəsi E.R.Yəhyazadənin Abşeron Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2(012)-1771/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsi təmin edilməmişdir, ərizə ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardaddan 10 gün müddətində şikayət verilə bilərdi. Həmin qərardadın surəti 20 iyun 2022-ci il tarixli 2(012)-1771/2018 saylı qərardadın surəti cavabdehlərə göndərilmişdir və həmin qərardad cavabdeh tərəfindən 24 iyun 2022ci il tarixdə rəsmi qaydada almışdır (i.v.104). İş materiallarında olan qəbzdən görünür ki, cavabdehlərin nümayəndəsi E.R.Yəhyazadə qərardadın surətini 22 iyun 2022-ci il tarixdə rəsmən almışdır (i.v.103). Göstərilən qərardaddan 10 gün müddətinin şikayət vermə müddəti 01 iyul 2022-ci il tarixdə bitdiyi halda, cavabdehlər 06 iyul 2022-ci il tarixdə şikayət vermişlər. Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, onu bərpa edə bilər. Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunda göstərilən apellyasiya şikayətinin verilmə müddətinin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsi ilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı onun həyata keçirilməsində yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə halların qarşısının alınmasına yönəlmişdir. Azərbaycan Respublikası MPM-in 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bununla da məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh2 qərardadının surətini vaxtında almış, lakin qərardaddan vaxtında şikayət verməmiş, həmçinin qərardaddan apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən ötürməsinə dair hərhansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdehin nümayəndəsi və vəkili X3 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 16 avqust 2022-ci il tarixli 2(012)-1771/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2214/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2214/2022
10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver