Məhkəmə qərarları › İş №2(105)-2229/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2229/2022

15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2229/2022 15.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi, İddiaçı X2, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində müəyyən olunmuş aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(060)-4387/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(060)-4387/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7677/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü Xəlilzadə Pərvin Pərviz qızının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınıb dövlət nəfinə ödənilməsi, iş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim R.Qoşqarlı) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(060)-4387/2022 nömrəli qətnaməsinin ləğv olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-7677/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü Xəlilzadə Pərvin Pərviz qızının yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 193 manat olmaqla, ümumilikdə 579 manat alimentin tutulması və tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-7677/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü Xəlilzadə Pərvin Pərviz qızının yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 193 manat olmaqla, ümumilikdə 579 manat alimentin tutulması və tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Rəsmi nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü Xəlilzadə Məhəmməd Pərviz oğlu və xx.xx.2014-ci il təvəllüdlü Xəlilzadə Pərvin Pərviz qızı anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060) 7677/2019 nömrəli qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2015-ci il tarixli, 2(060)-187/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-eü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü Xəlilzadə Pərvin Pərviz qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Xəlilzadə Pərviz Məhəmməd oğlundan Xəlilzadə Dəstəgül Əjdər qızının xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi barədə qətnamə qət olunmuşdur. Övladları hal-hazırda məktəbə gedir. Onların tələbatları günü-gündən artır. Övladlarının məktəb ləvazimatını, geyim və qida xərcini ödəyə bilmir. Uşaqlarının azyaşlı olması səbəbindən işləyə bilmir. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 193 manat müəyyən edilmişdir. Hazırkı aliment məbləği isə uşaqların maddi ehtiyaclarının lazımi qaydada qarşılanmasına kömək etmir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 7677/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılmasını tələb edərkən alimentin məbləğinin artırılmasına səbəb olan hallara dair hər hansı bir sübuta istinad etməmişdir. İddiaçı övladlarının böyüdüyünü, ehtiyaclarının artdığını göstərmişdir. Lakin hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. AR Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə “Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər”. Maddənin tələbindən görünür ki, alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olarsa alimentin miqdarı dəyişə bilər. O isə təsadüfi qazanclar hesabına dolanır. Anası Nümayəndə müddətsiz 2-ci qrup əlildir. X1 müddətsiz 2-ci qrup əlildir. Onların hər ikisi cavabdehin himayəsindədirlər. Birgə nikahdan anadan olmuş hər 3 uşaq Sumqayıt şəhər, General M.Əsədov adına X8 tipli Gimnaziyada təhsil alırlar. Uşaqların bütün təlabatını dövlət ödəyir. Cavabdeh Füzuli rayonundan məcburi köçkündür. Ona və uşaqlarına görə verilən çörək pulu kartı iddiaçıdadır. Hər ay 300 manat iddiaçı müavinət alır. Cavabdeh halhazırda Türkiyə Respublikasında yaşayır. Səhhətinə görə işləyə bilmir. Onun maddi durumunda müsbətə doğru heç bir irəliləyiş olmadığı halda əvvəlllər müəyyən olunmuş aliment məbləği artırılmışdır. Beləliklə, işin bütün halları tam araşdırılmadığından qətnamə ləğv edilməli, iddia təmin olunmamalıdır. Apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi Nümayəndə şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, cavabdehin apellyasiya şikayətində qeyd olunan hallar doğrudur. Belə ki, o da qızı da 2-ci qrup əlil olmaqla cavabdehin himayəsindədirlər. Cavabdeh hazırda Türkiyədə yaşayır. Onun səhhətində problemlər olduğu üçün işləyə bilmir. Hazırkı aliment məbləğini ödəməyə cavabdehin imkanı yoxdur. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. O, əlavə etdi ki, cavabdeh Türkiyəyə müalicəyə yox işləməyə gedib, cavabdeh orada dönərçi işləyir, habelə apellyasiya şikayətində qeyd etdiyi digər xüsusatların heç biri onu aliment öhdəliyindən azad edə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7677/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2015-ci il tarixli, 2(060)-187/2015 saylı, qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü Xəlilzadə Pərvin Pərviz qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Yenə iş materiallarında olan Sumqayıt şəhər Gen.M.Əsədov adına X8 tipli Gimnaziyanin xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, Xəlilzadə Pərvin Pərviz qızı Sumqayıt şəhər Gen.M.Əsədov adına X8 tipli Gimnaziyanin 3b, X9 6c və X7 4a sinfində təhsil alırlar. İş əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı X6 Bakı 5 saylı Mediasiya Təşkilatı mediasiya şurası tərəfindən təyin edilmiş mediatoru X10 xx.xx.2022-ci il tarixinə təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X6 ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Mülki işə əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə həkim müayinəsində olmuş və ona xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstəlik vərəqəsi açılmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(060)-4387/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Rəsmi nikahlarından xx.xx.2011-ci il də X9, xx.xx.2013-cü ildə Xəlilzadə Məhəmməd Pərviz oğlu və xx.xx.2014-ci ildə Xəlilzadə Pərvin Pərviz qızı anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060) 7677/2019 nömrəli qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2015-ci il tarixli, 2(060)-187/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü Xəlilzadə Pərvin Pərviz qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Xəlilzadə Pərviz Məhəmməd oğlundan Xəlilzadə Dəstəgül Əjdər qızının xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi barədə qətnamə qət olunmuşdur. Qeyd olunan aliment məbləğinin uşağın maddi ehtiyaclarının lazımi qaydada qarşılamaması qənaətinə gələn iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Yaranmış mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmişdir. Cavabdeh maddi durumunun imkan verməməsi səbəbilə aliment məbləğinin artırılmasını qəbul etməmiş, qətnamədən apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir, çünki valideynlərin hər biri uşaqların maddi ehtiyaclarını birgə ödəməlidirlər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2022-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil etmişdir. Daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlıların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddia tələbinin 193 manat olmasına baxmayaraq, cavabdehin azgəlirli olmasını, himayəsində anası və bacısının olması, habelə digər diqqətəlayiq halları nəzərə alaraq, iddianı qismən, aliment məbləğini hər uşaq üçün130 manat həcmində təmin etməklə hər iki tərəfə münasibətdə balanslaşdırmış qətnamə qəbul etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının bu həddə (əvvəlki cəmi məbləğdən 90 manat) artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(060)- 4387/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə qətidir, dərhal qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar