Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2233/2020 29.07.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı LPO QSC “Bank Standart” KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-811/2020 saylı qərardadından iddiaçı LPO QSC “Bank Standart” KB tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiyaqaydasındabaxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı LPO QSC “Bank Standart” KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB vəsatət təqdim edərək icraatın təzələnməsini və məhkəmə baxışının təyin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı LPO QSC “Bank Standart” KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi barədə iddiaçının vəsatətinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət vermə müddətinin bərpa edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim A.Süleymanova) Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı LPO QSC “Bank Standart” KB Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edərək, mülki iş materiallarının icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır, buraxılmış müddət üzrlü hesab edilərək işə mahiyyəti üzrə baxılmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını araşdırılan mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixdə məhkəmə qərardadının qəbul edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu şikayətdə gəlinən nəticənin ləğv edilməsini, mülki iş materiallarının icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı vəsatətlə müraciət edərək, icraatın təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraatın təzələnməsi barədə iddiaçının vəsatətinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı LPO QSC “Bank Standart” KB ərizə təqdim edərək, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət vermə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi də öz növbəsində belə bir məhkəmə aktı qəbul edilməməsini əsas gətirərək şikayəti geri qaytarmışdır. Qeyd olunmalıdır ki, iddiaçı xx xxxxxx 2020-ci il tarixdə qərardad qəbul edilmədiyinə əhəmiyyət vermədən mövcud olmayan məhkəmə aktından şikayət vermişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının nümayəndəsi tərəfindən ərizənin və əlavə edilmiş sənədlərin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin gəldiyi nəticə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli və xx xxxx 2020-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2233/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2233/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver