Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2233/2023 05.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə və Cavabdeh2 qarşı “pul» tələbinə dair iddiasına dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(012)-559/2023 nömrəli qərardadından Cavabdeh3 MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 10.000 manat pulun və ödədiyi 120 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-559/2023 saylı qətnaməsilə iddia qismən təmin edilmiş, Cavabdeh3 MMC-dən 10000 manat pul və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh3 MMC apellyasiya şikayəti vermişdir. O, eyni zamanda, qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-559/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi cavabdeh "xxxx" MMC-yə bu günə qədər təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə vəkil müraciəti göndərilərək işə əlavə olunması xahiş edilmişdir və elektron məhkəmə sisteminə əlavə edildikdən sonra xx.xx.2023-cü il tarixdə qətnaməni elektron sistemdən çıxararaq tanış olmuşlar. Məhkəmə qətnaməsi bu günə qədər hüquqi şəxs "xxxx" MMC-nin ünvanına göndərilməmiş, "xxxx" MMC-nin elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməmiş və həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və.s) vasitəsilə çatdırılmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-559/2023 saylı qərardadı ilə ərizə təmin edilməmiş, İddiaçı Cavabdeh3 MMC-yə və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-559/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-559/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır (hakim Məlahət Abbasova). Cavabdeh3 MMC qərardaddan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-559/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilərək, apellyasiya şikayəti vermə üçün prosessual müddətin bərpa olunmasına dair ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə üzrə çıxarılmış qətnamə Cavabdeh3 MMC-yə təqdim olunmadığı üçün cavabdeh ondan xəbərsiz olmuşdur. xx.xx.2023-cü il tarixdə Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili qismində qətnamənin alınması ilə əlaqədar ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı Cavabdeh3 MMCyə və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-559/2023 saylı qətnaməsi Cavabdeh3 MMC-nin vəkili və nümayəndəsi X2 məxsus elektron kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Bildirilmişdir ki, məhkəmə aktının surətinin təkrarən verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.7.-ci maddəsinə əsasən 10 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin məktub poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə ərizəçiyə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə vəkil müraciəti göndərilərək işə əlavə olunma xahiş edilmişdir. İş üzrə elektron məhkəmə sisteminə əlavə edildikdən sonra xx.xx.2023-cü il tarixdə qətnaməni almışlar. Məhkəmə işi hərtərəfli araşdırmamış, bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-559/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-559/2023 saylı qərardadından Cavabdeh3 MMC tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Məlahət Abbasova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(012)-559/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsaən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyasında aparılmış araşdırma zamanı iş materialları ilə müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-559/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi cavabdehin nümayəndəsi Nümayəndə1 elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-559/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayəti isə məhkəməyə elektron qaydada xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Cavabdehin qətnamədən xx.xx.2023-cü il tarixdə məlumatlı olması barədə dəlili əsassızdır və iş materialları ilə təkzib olunur. Prosessual müddətin üzrlü səbəblərdən ötürülməsi barədə isə Cavabdeh3 MMC məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim etməmişdir. Bu səbəblə məhkəmə haqlı olaraq buraxılmış müddətin bərpa edilməsindən imtina etmiş və apellyasiya şikayətini geri qaytarmışdır. Cavabdeh3 MMC-nin şikayətində göstərdiyi dəlillər mahiyyətcə düzgün qərardadın ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə cavabdeh qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olmasını təsdiq edə bilmədiyindən və bununla bağlı dəlilləri formal xarakter olmaqla əsaslandırılmadığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehlərin apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin rədd edilməsi barədə qərardadı əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(012)-559/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2233/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2233/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver