Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2244/2021 11.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-222/2020 saylı, 01.06.2020 tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin 2(074)-222/2020 saylı, 01.06.2020 tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 129000 (yüz iyirmi doqquz min) ABŞ dolları (qətnamə icra olunduğu günə manatın məzənnəsi ilə) pul alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim E.Z.Hümbətov). Qətnamədən narazı qalan qətnaməsindən Cavabdeh apelyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 01.06.2020-ci il tarixli, 2(074)-222/2020 saylı qətnaməsinin əsasız və qanunsuz hesab etməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə çxarlmasını xahiş edir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh 129000 ABŞ dolları məbləğində pulun Azərbaycan manatına ekvivalent pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Cavabdeh apnelyasiya şikayətini belə əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə çıxarmış olduğu qətnaməni yeganə olaraq onunla əsaslandırmağa çalışmışdır ki, iş materiallarında olan onunla İddiaçı arasında Bakı şəhəri 38 saylı Notariat kontorunda bağlanmış 20 aprel 2016-cı il tarixli “borcun etirafı haqqında müqavilə”dən görünür ki, Salmanov X1 Rüstəm Elçin oğluna 2016-cı ilin dekabr ayınadək qaytarmaq şərti ilə 129.000 ABŞ dolları məbləğində borc pul vermiş dir. Lakin borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi verinə yetirməmişdir. Hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin hazırkı qərarı qanuna əsaslanmır. Ona qarşı irəli sürülmüş iddia tələbi məhkəmədə sübuta yetirilməmişdir. Onun iddiaya qarşı irəli sürməli olacağı etiraz və mülahizələri, habelə iddianın əsassızlığına dair dəlilləri dinlənilməmiş, araşdırılaraq qanuna müvafiq qaydada təkzib edilməmişdir. Eyni zamanda məhkəmə prosesi mənim iştirakı olmadan keçirilmiş, məhkəmənin vaxtı barəsində ona heç bir məlumat verilməmişdir. Bununla da məhkəmə tərəfindən Ədalət mühakiməsinin, AR. MPM-nin 9- cu maddəsi ilə nəzərdə tutulan, çəkişmə və tərəflərin bərabərliyi prinsipi pozulmuşdur. Məhkəmə onun qanunun tələblərini kobud surətdə pozduğu qənaətinə gəlmiş, lakin bu kobud pozuntunun nədən ibarət olduğunu göstərməmişdir. Məhkəmə heç bir sənədə istinad etmədən onu edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmaqda, ittiham etmişdir. Hesab edir ki, məhkəmə qətnaməsində bu tipli ifadələrdən istifadə olunması yolverilməzdir. Məhkəmə hansı rəsmi sənədlərlə sübut edib ki, o, edilmiş xəbərdarlıqlara məhəl qoymadan borcunu ödəməkdən yayınmışdır. Qeyd edir ki, onun və digər ailə üzvlərinin İddiaçı qarşısında heç bir borcu qalmamışdır. Lakin bu təkzibolunmaz faktlara baxmayaraq İddiaçı ona mənzil satılarkən aldanıldığını, guya ki, binanın onların tərəfindən ucuz qiymətə alınaraq, ona baha qiymətə satıldığını düşünərək ona qarşı iddia qaldırmışdır. Təəssüf ki, Şamaxı Rayon Məhkəməsinin 01.06.2020-ci il tarixli, 2(074)- 222/2020 saylı qətnaməsi ilə yuxarıda sadaladığı bu hallara əhəmiyyət verilmədən İddiaçı Bayram oğlunun, ona qarşı qaldırdığı pul tələbinə dair iddiası təmin olunaraq ondan iddiaçı V. Salmanovun xeyrinə 129.000 (yüz iyirmi doqquz min) ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə yalnız tərəflər arasında mövcud olan, 38 saylı notariat kontorunda bağlanmış “borcun etirafına dair” 20 aprel 2016-cı il tarixli müqavilələr rəsmi qaydada ləğv edilmədiyi faktına istinad etmişdir. Məhkəmə prosesi zamanı iddiaçının məntiqsiz izahatlarına da heç bir hüquqi qiymət verilməmişdir. Bu mübahisənin polis şöbəsində araşdırılmasına dair materiallar da məhkəmə tərəfindən tələb olunaraq öyrənilməmişdir. Halbuki təhqiqat zamanı gəlinmiş nəticələrin məhkəmə tərəfindən qiymətləndirilməsi zəruri sayılır. Qanunvericiliyin tələbinə görə məhkəmə çəkişmə prinsipi əsasında fəaliyyət göstərir. Məhkəmə tərəflərin verdiyi izahat və təqdim etdiyi sübutlar əsasında qərar çıxardır. Müvafiq halda bu baş verməmişdir. Məhkəmə bütün bunları nəzərə almadan onunla bağlanmış borcun etirafına dair müqaviləni yeganə sübut kimi qiymətləndirərək əsassız iddia tələbini təmin etmiş, onun üzərinə bu qədər ağır öhdəlik qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Hesab edir ki, Sumqayıt Apellyasiya məhkəməsi bu halları tam dəqiq aydınlaşdırmaqla, iş üzrə qanuni qətnamə qəbul edəcəkdir. Bir daha hesab edir ki, bu məhkəmə qərarı qanunsuz və adalətsiz olduğundan ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən Şamaxı Rayon Məhkəməsinin 01.06.2020-ci il tarixli, 2(074)-222/2020 saylı qətnaməsinin əsasız və qanunsuz hesab etməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş edir P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə İddiaçı, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 38 saylı notariat kontorunda bağlanmış 20 aprel 2016-cı il tarixli “Borcun etirafı haqqında müqavilə”dən də görünür ki, İddiaçı, Cavabdeh 2016-cı ilin dekabr ayınadək qaytarmaq şərti ilə 129.000 ABŞ dolları məbləğində pul borc vermişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli, 2(074)1870/2017 saylı məhkəmə əmrinə əsasən borclu Cavabdeh 129.000 (yüz iyirmi doqquz min) ABŞ dolları ödəniş gününə olan məzənnəyə uyğun milli manat ekvivalentində əsas və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul alınaraq İddiaçı verilməsi barədə məhkəmə əmri verilmişdir. Borclu Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd olunan Şamaxı Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli, 2(074)-1870/2017 saylı məhkəmə əmrinin ləğv edilməsi və materiallarının iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş və Şamaxı Rayon Məhkəməsinin 2(074)-1870/2017 saylı, 01 fevral 2019-cu il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli, 2(074)-1870/2017 saylı məhkəmə əmrinin ləğv edilməsi və materialların iddia icraatına keçirilməsi qərara alınmışdır. Müəyyən edilmişdir ki, İddiaçı ilə borclu Cavabdeh arasında Bakı şəhəri 38 saylı notariat kontorunda bağlanmış 20.04.2016-cı il tarixli borcun etirafı haqqında müqavilə əsasında kreditor İddiaçı borclu Cavabdeh 129000 (yüz iyirmi doqquz min ) ABŞ dolları borc pul vermişdir. Cavabdeh borcunu 16 dekabr 2016-cı il tarixədək tam ödəmək öhdəliyini üzərinə götürmüşdür. Lakin borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir, bununla da borcun etirafı haqqında müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Borclu dəfələrlə ona edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1 maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin mənasına görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 129000 ABŞ dolları (qətnamə icra olunduğu günə manatın məzənnəsi ilə) pul alınaraq İddiaçı verilməlidir. İş materiallarından göründüyü kimi, tərəflər öz idarə ifadələri nəticəsində müqavilə bağlamış, onlar heç bir məcbuetmə halına məruz qalmamışlar. Bundan başqa müqavilə bağlanarkən bütün qaydalara riyaət olunmuş, notarial qaydada təsdiq olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini tərəflər arasında bağlanmış borcun etirafı müqaviləsi ilə sübuta yetirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bundan başqa cavabdeh iddiaçıya borcu olmadığını bildirmsə də buna dair hər hansı bir sübut təqdiim nedə bilməmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Resrublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, qətnamə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Şamaxı Rayon Məhkəməsinin 01.06.2020-ci il tarixli, 2(074)-222/2020 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2244/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2244/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver