Məhkəmə qərarları › İş №2(105)-2246/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2246/2022

19.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2246/2022 19.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qərardadı ilə (hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(012)- 1553/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. İddiaçı şikayət verib, Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 3510.5 (üç min beş yüz on manat əlli qəpik) manat, təbii qazdan istifadəyə görə 10.3 (on manat otuz qəpik) manat, 55.61 (əlli beş manat altmış bir qəpik) manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 3641.41 (üç min altı yüz qırx bir manat qırx bir qəpik) manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilib, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 644.5 manat və 10.3 manat debitor borcu, ödənilmiş dövlət rüsumuna görə 20 manat və vəkil xərcinə görə 30 manat, cəmisi 704,8 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Azərbaycan X1 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 12 sentyabr 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qərardad onunla əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə tərəflərə göndərilmiş, elektron məhkəmə sisteminə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Lakin elektron məhkəmə sistemindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sisteminə daxil edilmişdir. Ona görə də, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadın ləğv edilib, apellyasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini icraata qəbul etməkdən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qətnaməsi 08 iyun 2022-ci il tarixdə tərəflərə göndərilmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan aydın olur ki, İddiaçı elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sisteminə daxil olmuşdur. Göründüyü kimi iddiaçı apellyasiya şikayətini qətnaməni qəbul etdiyi xx.xx.2022-ci il tarixdən 1 ay müddətində verməli olduğu halda, müddəti 1 aydan çox ötürməklə, xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sisteminə vermişdir. Lakin apellyasiya şikayətini verən İddiaçı tərəfindən məhkəməyə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin, İddiaçı tərəfindən buraxılmış müddətin bərpa edilməsi barədə ərizə verilməmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Həmin Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar