Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-225/2024 14.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və X2 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(060)-2027/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 800 (səkkiz yüz) manat vurulmuş ziyanın əvəzi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulması, Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş maddi zərərin – 2144 (iki min yüz qırx dörd) manat pulun İddiaçı xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-CJ-*** dövlət qeydiyyat nişanlı «Mitsubishi Pajero» markalı avtomaşın ona məxsusdur. Avtomaşını etibarnamə əsasında atası Nümayəndə idarə edir. 2021-ci ildə avtomaşını xarab olduğu üçün Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən «Bumer» avtoservis mərkəzinə, mühərrik motor ustası olan cavabdehə müraciət etmişdir. O, avtomaşına baxış keçirmiş, ona avtomaşına keyfiyyətsiz yağ töküldüyü, mühərrikə yağ getmədiyi üçün nasazlıq yarandığı bildirmiş və yeni ehtiyat hissələri alınması üçün 1900 manat və 500 manat zəhmət haqqı müqabilində avtomaşını təmir edəcəyini bildirmişdir. Onunla razılaşmış və həmin məbləği ona vermişdir. Avtomaşını avtoservisdə saxlamış, ona mühərrikin qalovkasına, yağ nasosuna da baxmasını tapşırmış, cavabdeh də baxacağını bildirmişdir. Avtomaşın bir ay avtoservisdə qalmışdır. Avtomaşını təhvil alarkən sol arxa hissəsinin əzildiyini və xəbərdarlıq nişanının qutusu ilə birlikdə avtomaşının içindən yoxa çıxdığının şahidi olmuşdur. Cavabdeh bunları ona keçməyi və nə vaxt avtomaşınını təmirə ehtiyacı olarsa, ödənişsiz, qeyri-şərtsiz təmir edəcəyinə onu əmin etmişdir. Təmirdən sonra ondan mühərrikin qalovkasına baxıbbaxmadığını soruşmuşdur. O da baxmağa ehtiyac olmadığını bildirmişdir. Təmirdən bir ay keçməmiş, 2021-ci ilin sentyabr ayının ortalarında avtomaşını idarə etdiyi zaman mühərrikdə nasazlıq yaranmış, avtomaşını cavabdehin yanına aparmış, cavabdeh Cabbarov da mühərrikin qalovkasının dağıldığını, özünün təmir edəcəyini bildirmiş, lakin müxtəlif bəhanələrlə işi uzatdığından və özünün də avtomaşınsız qala bilməyəcəyindən, avtomaşını Sumqayıt şəhəri, Azərbaycan küçəsində işləyən mühərrik ustası Məhəmmədin yanına aparmağa məcbur olmuşdur. O da mühərrikin qalovkasının dağıldığını demiş, özü Bakı şəhərindən 850 manata onun maşını üçün qalovka ehtiyat hissəsi almış, ona pulunu ödəmişdir. 350 manat zəhmət haqqı müqabilində avtomaşını təmir etdirmişdir. Ona bildirmişlər ki, mühərriki yığan usta yağ nasosuna baxmalı idi. Baxmadığı üçün nasazlıq yaranmışdır. Bir neçə ay avtomaşını sürmüş, sonra yenidən səbəbsiz mühərrikdə yağ azaldığı üçün, mühərriki cavabdeh yığdığından yenidən avtomaşını onun yanına aparmışdır. Cavabdeh avtomaşını təmir edəcəyini bildirsə də, müxtəlif bəhanələrlə işi yubatmışdır. Buna görə də «Mitsubishi Motors» avtoservisinə müraciət etmişdir. Orada mühərrik yenidən sökülüb yığılmış, 944 manat zəhmət haqqı, 270 manat da ehtiyat hissələrinə pul ödəmişdir. Hazırki günə kimi avtomaşında heç bir problem yoxdur. Həmin servisdə də ona bildirmişlər ki, ilk dəfə mühərriki yığan ustanın səhvi səbəbindən avtomaşında bu problemlər yaranmışdır. Cavabdeh ilk dəfə mühərriki yığdığı zaman keyfiyyətsiz iş gördüyü üçün ona 2144 manat maddi ziyan dəymişdir. Belə ki, keyfiyyətsiz iş gördüyündən, nəticədə bir müddət sonra qalovka dağılmış, bir neçə ay sonra mühərrik yağ yemiş, ona görə də yeni qalovkanın alınmasına 850 manat, təmirinə 350 manat, mühərrikin yenidən yığılmasına da 944 manat pul xərcləməyə məcbur olmuşdur. Bu səbəbdən Sumqayıt şəhər Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin baş təhqiqatçısının xx.xx.2022-ci il tarixli qərarı ilə mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanılması rədd edilmiş və ona Sumqayıt şəhər məhkəməsinə müraciət etmək tövsiyyə edilmişdir. Qərardan narazı qaldığı üçün Sumqayıt şəhər prokurorluğuna şikayət etmiş və xx.xx.2023-cü il tarixdə cinayət işinin bağlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək toplanmış material araşdırmanın davam etdirilməsi məqsədi ilə aidiyyatı üzrə yenidən Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru S.Hacəhmədovun xx.xx.2023-ci il tarixli qərarı ilə yenidən cinayət işinin başlanılması rədd edilmiş və ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq o, dəymiş zərəri könüllü olaraq ödəməkdən imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına nəzər saldıqda məhkəmə tərəfindən qeyd olunan prosesual hüquq normasının tələblərinin pozulduğu görünür. Belə ki, məhkəmə çəkişmə və tərəflərin bərabərliyi prinsipini pozmuş, qərarını işin faktiki hallarını nəzərə almayaraq və iş üzrə hərtərfli araşdırma aparmadan özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İşin obyektiv həllinə kömək etmək üçün öz səlahiyyətləri daxilində araşdırmalar aparmamışdır. Təqdim olunan sübutlara məhkəmə tərəfindən qərəzli, eyni zamanda obyektiv yanaşılmamış, qətnamənin əsasına işin halları və faktlarla uyğunlaşmayan fərziyyələr qoyulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehin avtomaşının təmiri üçün öhdəlik götürməsinə baxmayaraq, təmiri həyata keçirə bilməməsi, nəticədə iddiaçıya maddi zərər vurması ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 1096.1, 1096.2, 1097.1, 1108-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə düzgün həll etmiş olsa da, mübahisəyə maddi hüquqi normalarını düzgün tətbiq etməmişdir. İşdən görünür ki, iddia tələbinin predmetini ödəniş müqabilində xidmətin göstərilməsi zamanı öhdəliyin yerinə yetirilməməsi təşkil edir. Lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə Mülki Məcəllənin 1096.1, 1097.1-ci maddələrinə istinad etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X9rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X6 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). İşdən görünür ki, iddia tələbi vurulmuş maddi ziyanın ödənilməsi barədədir və iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1128.1-ci maddəsi təşkil edir. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun (Mülki Məcəllənin 1128.1-ci maddəsi). Mülki Məcəllənin 1129.2. maddəsinə əsasən işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı avtomobili təmir edilməsi məqsədilə Cavabdehla razılaşmış, lakin cavabdeh tərəfindən təmir işləri düzgün aparılmadığından, avtomobilə ziyan dəymişdir. Birinci instansiya məhkəməsində icraat zamanı mülki iş üzrə ekspertiza keçirilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/3611 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Mitsubishi Pajero” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 800 manat müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğundan, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ekspert rəyində göstərilən 800 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat alınaraq İddiaçı verilsin. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-225/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-225/2024
14.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver