Məhkəmə qərarları › İş №2(105)-2251/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2251/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2251/2020 11.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə İddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2055/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2055/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. (hakim R.Qoşqarlı) Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə qətnamədən verilmiş apelyasiya şikayətiqeyri-mümkün hesab edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” AR Qanununun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.4.1-ci maddəsinə görə isə apelyasiya şikayəti verən şəxslər birinci instansiya məhkəməsinə müraciət edərkən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödəməlidirlər. İş materiallarından da göründüyü kimi iddia tələbi 500 manatdan çox olduğu üçün birinci instansiya məhkəməsinə ödənilməli olan məbləğin- 30 manatın 50 faizi, yəni 15 manat dövlət rüsumu ödənilməli idi. Lakinişdən görünür ki, Cavabdeh qanunda göstərilən miqdardan az məbləğdə, yəni 10 manat rüsum ödəmişdir ki, belə olan halda onun şikayəti mümkün hesab oluna bilməz. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması hazırki halda qeyri-mümkün hesab edilməli, iş mübahisələndirilən qətnamədən şikayətin AR MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun olaraq yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 405-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2055/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apell-----ya--si-ya Məhkə-mə-si vasitəsi ilə Azər-bayc-an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şika--yəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar