Məhkəmə qərarları › İş №2(105)-2261/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2261/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2261/2020 07.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X3, Cavabdeh: Cavabdeh3 iştirakları ilə, İddiaçı "Xalq Bank" X2 cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı xx xxxx 2014-cü il tarixli **********55914 saylı kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonar ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qobustan Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Q.Quliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh3 xx xxxx 2014-cü il tarixli **********55914 №-li Kredit müqaviləsinə əsasən 28 671,28 ABŞ dolları əsas borc, 15 321,45 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxxx 2018-ci il tarixdən xx xxx 2020-ci il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 3108,24 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx xxxxx 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 1470 ABŞ dolları məbləğində penya, cəmi 78570,97 ABŞ dolları (Azərbaycan manatının həmin günə olan məzənnəsi ilə) və xx xxx 2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən cavabdeh X1 mülkiyyət hüququ üzrə ona məxsus 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 4 otaqlı, 144 kv.m. ümumi, 64.9 kv.m. yaşayış, 79.1 kv.m. köməkçi sahəsi olan 17 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan X4 və Cavabdeh2, onların ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, ipoteka predmetinin qiymətinin 90000 manat məbləğində müəyyən edilməsi, cavabdehlər Cavabdeh3, X4 və Cavabdeh2 300 manat ekspertiza xərcinin alınıb Məhkəmə-Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qobustan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(026)-2/2020 saylı qərardadı ilə Qobustan Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(026)-2/2020 saylı qətnaməsindəki yanlışlığın düzəldilməsi, qətnamənin “nəticə” və “qət etdi” hissələrindən “cəmi 78.570.94 ABŞ dolları” əvəzinə “cəmi 48.570.97 ABŞ dolları” oxunulması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC “Xalq” Bankı X4, Cavabdeh2 və Cavabdeh3 qarşı xx xxxx 2014-cü il tarixli **********55914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 144 kv.m. ümumi, 64.9 kv.m. yaşayış, 79.1 kv.m. köməkçi sahəsi olan 17 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx xxxx 2014-cü il tarixli **********5914 №-li kredit müqaviləsi üzrə borc alan Cavabdeh3 iddiaçı ASC Bankı qarşısında 35996,28 ABŞ dolları əsas borc, 8696,43 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış faiz borcu, xx xxxx 2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 1648.98 ABŞ dolları penya, cəmi 46341,69 ABŞ dolları və xx xxxx 2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 17% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclər və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankı-nın xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh1 və Cavabdeh2, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin İpoteka müqaviləsinin 4.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 70000 manat məbləğində təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək iddia ərizəsinin məhkəməyə verilməsindən sonra borc alan Cavabdeh3 hesabına xx xxxx 2014-cü il tarixli **********55914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 4 otaqlı, 144 kv.m. ümumi, 64.9 kv.m. yaşayış, 79.1 kv.m. köməkçi sahəsi olan 17 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmeti açıq hərracda satılması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh1 və Cavabdeh2, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və xx xxxx 2014-cü il tarixli **********55914 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh3 iddiaçı ASC “Xalq” Bankı qarşısında 28 671,28 ABŞ dolları əsas borc, 15 321,45 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxxx 2018-ci il tarixdən xx xxx 2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 3 108,24 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx xxxxx 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 14717,52 ABŞ dolları məbləğində penya, cəmi 61818,49 ABŞ dolları və xx xxx 2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC “Xalq” bankla Cavabdeh3 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli **********55914 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 illik faizi 17% olmaqla 48 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit verilmiş, borcun təminatı olaraq bankla Cavabdeh1 arasında həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən Cavabdeh1 məxsus 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 144 kv.m. ümumi, 64.9 kv.m. yaşayış, 79.1 kv.m. köməkçi sahəsi olan 17 saylı fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh3 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. xx xxxx 2014-cü il tarixli **********5914 №-li kredit müqaviləsi üzrə borc alan Cavabdeh3 28671,28 ABŞ dolları əsas borc, 15321,45 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxxx 2018-ci il tarixdən xx xxx 2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 3108,24 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 01aprel 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 14717,52 ABŞ dolları məbləğində penya, cəmi 61818,49 ABŞ dolları və xx xxx 2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, tutmanın Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 144 kv.m. ümumi, 64.9 kv.m. yaşayış, 79.1 kv.m. köməkçi sahəsi olan 17 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh1 və Cavabdeh2, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla ASC “Xalq” bankı ilə aralarında bağlanmış xx xxxx 2014-cü il tarixli **********55914 saylı kredit müqaviləsinə əsasən ona illik faizi 17 % olmaqla 48 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq bankla Cavabdeh1 arasında həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən qardaşına məxsus fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Banka olan borcunu əvvəllər vaxtında ödəmiş, lakin sonradan manatın devalvasiyası ilə əlaqədar maddi imkanı olmadığı üçün ödəniş edə bilməmişdir. Bank məhkəməyə iddia ərizəsi verdikdən sonra, 8000 ABŞ dollarına yaxın ödəniş etmişdir. Məhkəmə dəbbə pulunu azaltsada, faiz borcunu həddindən artıq hesablamışdır. Bundan əlavə olaraq ondan və digər cavabdehlərdən 300 manat ekspertiza xərci qanunsuz tutulmuşdur. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Qobustan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(026)-02/2020 saylı qətnaməsinin faiz və cərimə borcunun, xx xxxx 2018-ci il tarixdən xx xxx 2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğində illik 5% dərəcəsi ilə hesablanmış 3108.24 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin silinməsi barədə və tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsinin ləğv edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi T.A.Babayev apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, ipoteka müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli **********55914 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 illik faizi 17 % olmaqla 48 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit verilmiş, borcun təminatı olaraq bankla Cavabdeh1 arasında həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən Cavabdeh1 məxsus 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 144 kv.m. ümumi, 64.9 kv.m. yaşayış, 79.1 kv.m. köməkçi sahəsi olan 17 saylı fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx xxxx 2014-cü il tarixli **********55914 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 banka olan borcunu lazımı qaydada ödəmədiyi üçün banka 28671,28 ABŞ dolları əsas, 15 321,45 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcu, 09 iyul 2018ci il tarixdən xx xxx 2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 3108,24 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 01 aprel 2020-ci il tarixinə qədər vaxtıkeçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 14717,52 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 61818,49 ABŞ dolları borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2014-cü il tarixli **********55914 saylı kredit müqaviləsinin surətindən görünür ki, ASC “Xalq” Bankı tərəfindən Cavabdeh3 48 ay müddətinə illik 17 faiz olmaqla 50000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2014-cü il tarixli **********55914/ip №-li İpoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ilə ASC “Xalq” bankı arasında ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən mülkiyyət hüququ üzrə özümə məxsus 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 144 kv.m. ümumi, 64.9 kv.m. yaşayış, 79.1 kv.m. köməkçi sahəsi olan 17 saylı fərdi yaşayış evini bank qarşısında yüklü etmişdir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin İpoteka müqaviləsinin 4.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 70000 manat məbləğində təyin edilmişdir. İşə əlavə edilmiş RX seriyalı ******* seriyalı Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilir ki, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən Cavabdeh1 məxsus olan 17 saylı fərdi yaşayış evi 0,06 ha həyətyanı torpaq sahəsi ilə bilikdə ASC “Xalq” bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2018-ci il tarixli 21061 saylı ekspert rəyindən görünür ki, xx xxxx 2014-cü il tarixli **********55914 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx xxxx 2017-ci il tarixinə Cavabdeh3 ASC “Xalq” Bankına olan əsas borc üzrə 35.967.75 ABŞ dolları, faiz borcu üzrə 8437.81 ABŞ dolları müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxx” MMC-nin dekabr 2018-ci il tarixli 18/DR/12-18 saylı Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən Cavabdeh1 məxsus olan 17 saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair rəyindən görünür ki, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən Cavabdeh1 məxsus olan 17 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi yerinə yetirilmiş, qiymətləndirmə üçün təqdim olunmuş əmlak və müvafiq sənədlər şirkətin mütəxəssisləri tərəfindən yerində öyrənilmiş, əmlakın bazar dəyəri müəyyən edilmiş, xərc yanaşması və müqayisəli satış metodundan istifadə etməklə aparılmış qiymətləndirmə əsasında Cavabdeh1 məxsus ünvan 1 ünvanında olan fərdi yaşayış evinin xx xxxxxx 2018-ci il tarixlinə bazar dəyəri 120000 manat həcmində müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası “Roveks Konmark” Konsaltinq” şirkətinin xx xxxxxxx 2019-cu il tarixli 190532 XB saylı daşınmaz əmlakın (Fərdi yaşayış evi) dəyərləndirilməsi barədə rəydən görünür ki, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən Cavabdeh1 məxsus olan 17 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi yerinə yetirilmiş, qiymətləndirmə üçün təqdim olunmuş əmlak və müvafiq sənədlər şirkətin mütəxəssisləri tərəfindən yerində öyrənilmiş, əmlakın bazar dəyəri müəyyən edilmiş, xərc yanaşması və müqayisəli satış metodundan istifadə etməklə aparılmış qiymətləndirmə əsasında X1 məxsus ünvan 1 ünvanında olan fərdi yaşayış evinin xx xxxxxx 2019-cu il tarixlinə bazar dəyəri 90000 manat, likvid dəyəri 85000 manat həcmində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 20545 saylı ekspert rəyindən görünür ki, ASC “Xalq” Bankı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli **********55914 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx xxxx 2017-ci il tarixə Cavabdeh3 ASC “Xalq” Bankına olan əsas borc üzrə 35.967.75 ABŞ dolları, faiz borcu üzrə 8437.81 ABŞ dolları müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 4902 saylı ekspert rəyindən görünür ki, ASC “Xalq” Bankı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli **********55914 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx xxxx 2017-ci il tarixinə Cavabdeh3 ASC “Xalq” Bankına olan əsas borc üzrə 35.967.75 ABŞ dolları, faiz borcu üzrə 8437.81 ABŞ dolları müəyyən edilir. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli 301 saylı bildirişdə göstərilir ki, ASC “Xalq” Bankı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən cərimə borcunun 14717,52 ABŞ dolları hesablanması tənasübsüz dərəcədə yüksəkdir və cərimə borcu 1470 ABŞ dolları müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 34.1, 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh3 qardaşı Cavabdeh1 başqa yaşayış yeri olmadığı üçün həmin hissədə qətnamənin ləğv edilməsi barədə gətirdiyi dəlili qəbul etmir. Məhkəmə eyni zamanda pul tələbinin ödənilməsinin üsulunu araşdıraraq hesab edir ki, tərəflər arasında kreditor-debitor hüquq münasibətləri üzrə hesablaşmalar və ödəmələr ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan, cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası Cavabdeh3 cərimə və faizlərin həddindən artıq şişirdilməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cərimə borcu cavabdehin maddi vəziyyətinə əsasən nəzərə alınıb azaldılmışdır və faiz borcu ekspertiza rəyinə əsasən hesablanmışdır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin bu iş üzrə xx xxx 2020-ci il tarixli 2(026)-02/2020 saylı qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar