Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2261/2022 04.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e-2(012)-3888/2022 nömrəli qərardadından cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 5-xx-xx-2015-YS-AAAF-RO saylı kredit müqaviləsi üzrə 30722.54 manat əsas, 6724.83 manat faiz borcu olmaqla, cəmi 37447.37 manat borcun, həmçinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 202.34 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə cavabdeh "xxxx" MMC vəsatət təqdim edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 150.1.6-cı maddəsinin tələblərinə riayət olunmadığndan mülki işin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e-2(012)-3888/2022 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. (hakim H.Əhmədov) Bu qərardaddan cavabdeh "xxxx" MMC şikayət verərək, qərardadın ləğv edilməsini, xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, mübahisələndirilən qərardada görə məhkəmə cavabdeh hüquqi şəxs "xxxx" MMCnin hüquqi ünvanının ünvan 1 xidmətinin 285190 nömrəli qaimə və aktın olması və poçtun cavabdeh MMC tərəfindən imtina olunması hallarına istinad edərək vəsatəti rədd etmişdir. Məhkəmə "xxxx" ASC-nin mövqeyini təmin etmiş və işi birtərəfli araşdırmışdır. Qeyd olunmalıdır ki, iddiaçı Bank dəfələrlə müvafiq məktubları cavabdeh MMC-nin faktiki Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prosp.167 ünvanı üzrə təqdim etmişdir. Bundan əlavə məhkəmənin icraatında olan çoxsaylı mülki işlərdə tərəf kimi "xxxx" MMC-yə ünvanlanmış məhkəmə bildirişləri və və məhkəmə aktları ünvan 2 ünvan üzrə deyil, faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prosp.167-a göndərilir. Bu fakt məlum olduğu halda, məhkəmə tərəfindən birtərəfli yanaşma tərəflərin bərabərlik hüququnu pozur (088416 nömrəli qaimə). Habelə, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvan üzrə yerləşmədiyi halda "xxxx" ASC tərəfindən göndərilən bildiriş, xəbərdarlıq və ya məktubun imtina olunması və bu barədə “pərdələnmiş” akt tərtib edilməsi və məhkəmə tərəfindən buna hüquqi qiymət verilməməsi tamamilə əsassız və qanunsuz hal kimi qiymətləndirilməlidir. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150-ci maddəsinə əsasən pretenziya qaydalarına riayət olunması tələbini əhəmiyyətsiz edir. Göstərilənlərə əsasən qərardad ləğv olunmalıdır. Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(012)-3888/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e- 2(012)-3888/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli, 3 nömrəli Qərarındakı hüquqi mövqeyə görə, bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. İş materiallarında olan "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli 22-5001/2022 saylı məktubdan məlum olur ki, cavabdehlərə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmiş və həmin bildiriş "xxxx" MMC sürətli poçt daşınması xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli akt əsasında "xxxx" MMC-yə çatdırılsa da, qeyd olunan ünvanda məktubun qəbulundan imtina edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər həlli üsuluna riayət edilərək pretenziya qaydalarının tələbləri tətbiq olunmuşdur. Cavabdeh "xxxx" MMC şikayətində "xxxx" MMC tərəfindən tərtib olunmuş aktların qanunsuz olduğunu, iddiaçı tərəfindən hər hansı bir məktub təqdim edilmədiyini, eyni zamanda, cavabdeh tərəfindən imtina edilmədiyini qeyd etsə də, həmin hallara dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə cavabdehin vəsatətinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35.1, 152, 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e-2(012)-3888/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2261/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2261/2022
04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver