Məhkəmə qərarları › İş №2(105)-2262/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2262/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2262/2021 12.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» X6 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin və kredit faizlərin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) iddianın təmin edilməsi, Cavabdeh 9505,75 manat əsas, 61,63 manat faiz borcu olmaqla, cəmi 9567,38 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı “xxxx” Kommersiya Bankı ASC məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 9505,75 manat əsas, 61,63 manat faiz borcu olmaqla, cəmi 9567,38 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış 11.12.2019-cu il tarixli müqaviləyə əsasən borcluya 60 ay müddətinə, illik 1% olmaqla 9505,83 manat kredit verilmişdir. Cavabdeh həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə, müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin banka 9505,75 manat əsas, 61,63 manat faiz borcu olmaqla, cəmi 9567,38 manat borcu vardır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Hələ 2013cü ildə biznes fəaliyyətini genişləndirmək üçün “xxxx” KB ASC ilə onun arasında bağlanmış kredit müqaviləsinə əsasən 20.000 manat kredit almışdır. Həmin məbləğin 15.000 manatını heç bir gecikmə olmadan, vaxtlı-vaxtında ödəmişdir. 5000 manat borcu qalanda əlavə 5000 manat da kredit çəkdiyindən banka cəmi 10.000 manat kredit borcu yaranmışdır. Həmin krediti çəkəndən və magazaya mal vurduqdan sonra, malın satışını həyata keçirməmiş işlədiyi dükan yarnmışdır. Belə ki, o uzun illər “Karvan” Ticarət Mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşgul olmuşdur. Hamıya məlum oldugu kimi “Karvan” Ticarət Mərkəzində 19 oktyabr 2013-cü il tarixdə yangın hadisəsi baş vermişdir. Həmin yangında 75 kv.metr olan dükanın içində olan əmlaklarla birgə yandıgından müflis olmuşdur və ona 300.000 manat maddi ziyan dəymişdir. Sahibkarlara vurulmuş ziyanla bağlı İ.H.Bayramovun Azərbaycan Respublikasının CM-nin 225.2-ci maddəsi ilə təqsirlənməsinə dair cinayət işində zərərçəkmiş şəxs hesab edilmişdir. Lakin ona vurulmuş ziyandan bir manatda olsun ödənilməmiş və 3 il işsiz qalmışdır. Ona sonradan 75 kv.metr dikan əvəzində 23 kv.m sahə ayrılmış, lakin maddi vəziyyəti agırlaşdıgından dükanı işlətməyə başlasa da, çörək pulunu çox çətinliklə qazanır. İşə bərpa olunduqdan sonra borcunu ödəməkdən imtina etməmişdir, iş yeri fəaliyyət göstərənə kimi ona kredit ödənişlərinin edilməsində mövlət verilməsini, kredit borcuna faiz və cərimə borcları hesablanmamasını bankdan xahiş etmişdir. Belə ki, yaranmış borc pandemiya şəraitində zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyekti olduğu üçün yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamına və Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Tədbirlər Planı”nın və sair icrası çərçivəsində tədbirlərlə bağlı kredit təşkilatlarına 01 yanvar 2021-ci il tarixinədək əlavə cərimə, faiz, dəbbə pulu və digər cərimələrin hesablanmaması tövsiyyə edilmişdir. Odur ki, məhkəmə bunları nəzərə almamışdır. İşi bərpa olunandan sonra isə borclarını qaytarmağa çalışaçaq. Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(060)- 1806/2021 qətnaməsinin ləğv edilməsi, iddiaçının ona qarşı iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, tərəflər arasında kredit müqaviləsinin olmasına və cavabdeh tərəfindən kredit müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun olmuşdur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan iddiaçı ilə Cavabdeh arasında bağlanmış 11.12.2019-cu il tarixli sazişdən görünür ki, borcluya 60 ay müddətinə, illik 1% olmaqla 9505,83 manat kredit verilmişdir. İşə əlavə olan 06.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 9505,75 manat əsas, 61,63 manat faiz borcu olmaqla, cəmi 9567,38 manat borcu vardır. İşdə olan cavabdehə məxsus bank hesabından çıxarışdan görünür ki, son bank kredit ödənişi 12.03.2020-ci il tarixdə edilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11.12.2019-cu il tarixli müqavilənin 3.5-ci bəndindən görünür ki, müştəri krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda; müştərinin maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə yaxud müştəri tərəfindən verilən məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar edildikdə; üçüncü şəxslər tərəfindən müştərinin bütün əmlakı, yaxud onun əhəmiyyətli bir hissəsi barəsində məhkəmə mübahisəsi başlandıqda; kreditdən məqsədli təyinatına uyğun tam istifadə edilmədikdə; müştərinin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa; bu müqavilə üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank bu müqaviləyə vaxtında əvvəl vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə vaxtından əvvəl qaytarılmasını müştəridən tələb edə bilər. İşdə olan pretenziya məktubundan görünür ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə kollegiyası iclası zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 11.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh tərəfindən son kredit ödənişi 12.03.2020-ci il tarixdə edilmişdir. Cavabdehin 06.11.2020-ci il tarixinə 9505,75 manat əsas, 61,63 manat faiz borcu olmaqla, cəmi 9567,38 manat borcu yaranmışdır. Məhkəmə kollegiyası cavabdehin iddiaçıdan borc götürdükdən sonra iş yerində yanğın olmasının, pandemiya ilə əlaqədar işin olmaması ilə əlaqədar borcunu ödəyə bilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 11.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək və müqavilənin 3.4-cü bəndinin tələblərini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 01 aprel 2021-ci il tarixli 2(060)-1806/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar