Məhkəmə qərarları › İş №2(105)-2266/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2266/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2266/2020 04.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı2 və İddiaçı1 cavabdeh X1 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə (hakim H.Y.Əhmədov) İddiaçı2 və İddiaçı1 cavabdeh X1 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)- 290/2020 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-290/2020 saylı qətnaməsi ilə İddiaçı2 və İddiaçı1 cavabdeh X1 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Hazırki mülki iş üzrə iddiaçılar M.Z,Salahova və İddiaçı1 Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-290/2020 saylı qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı2 və İddiaçı1 verdikləri şikayəti onunla əsaslandırmışlar ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. xx xxxxxx 2019-cu il tarixli Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi poçt vasitəsi ilə almışlar, apellyasiya şikayəti şikayət vermə müddəti ərzində tərəflərindən poçt vasitəsi ilə məhkəməyə göndərilmişdir. Apellyasiya şikayəti vermə müddəti ötürülməmişdir, şikayətin rabitə təşkilatına verilməsi və məktubun göndərilməsi barədə məktubun üzərində poçt şöbəsinin müvafiq qeydi vardır. Məktub rabitə şöbəsinə vaxtında təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməsi barədə yeni qərardad çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı1, İddiaçı2, Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-290/2020 saylı qətnaməsi ilə İddiaçı2 və İddiaçı1 cavabdeh X2 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, barəsində şikayət verilmiş xx xxxxxx 2020-ci il tarixli 2(012)- 290/2020 saylı qətnaməsi iddiaçılar tərəfindən xx xxxx 2020-ci il tarixdə qəbul edilmiş və belə olan halda sonuncu tərəfindən həmin qətnamədən şikayət vermə müddəti xx xxxxx 2020-ci il tarixdə başa çatmışdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-290/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 2(012)-290/2020 saylı qərardadı ilə dövlət rüsumu ödənilməməsi səbəbindən geri qaytarılmışdır. Hazırda dövlət rüsumu ödənilsə də, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət buraxılmış, həmin müddətin bərpa olunması barədə isə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən vəsatət verilməmişdir. İşdən görünür ki, İddiaçı2 və İddiaçı1 tərəfindən apellyasiya şikayətinin müddəti xx xxxxx 2020-ci il tarixdə bitdikdə, poçta xx xxxxx 2020-ci il tarixdə verilmişdir, yəni 2 (iki) gün müddət keçirməklə verilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürülməklə göndərilmişdir. Azərbayjan Respublikasının Mülki Prosessual Məjəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məjəllənin 133.2-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məjəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı2 və İddiaçı1 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxx 2020-ci il tarixli 2(012)-290/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar